Mövzu: 7 Ünsiyyətin funksiyaları, vasitələri, tərəfləri


Məqsədindən asılı olaraq ünsiyyətin funksiyaları



Yüklə 54,14 Kb.
səhifə5/5
tarix22.03.2024
ölçüsü54,14 Kb.
#184276
növüYazı
1   2   3   4   5
Mövzu -7 2

Məqsədindən asılı olaraq ünsiyyətin funksiyaları:
Ünsiyyət bir sıra mühüm funksiyaları həyata keçirir. Psixoloji ədəbiyyatda
ünsiyyətin funksiyalarını müxtəlif əsaslar üzrə təsnif edirlər. L.A.Karpenko 
ünsiyyətin məqsədindən asılı olaraq 8 funksiyasını qeyd etmişdir:
1. Təmas funksiyası. Bu funksiyanın məqsədi ünsiyyətdə olan tərəflərin informasiya mübadiləsi üçün qarşılıqlı əlaqəni gözləməklə bağlı təmas yaratmaqdan ibarətdir.
2. İnformasiya funksiyasıBu funksiyanın məqsədi məlumat mübadiləsindən, daha
doğrusu, sorğuya qarşı fikir mübadiləsindən ibarətdir.
3. Təhrikedici funksiya. Bu funksiyanın məqsədi ünsiyyət tərəf müqabilini bu və ya 
digər işi yerinə yetirməklə bağlı fəallığa yönəltməkdən ibarətdir.
4. Əlaqələndirmə funksiyasıBu funksiyanın məqsədi birgə fəaliyyətin təşkili zamanı
yerinə yetiriləcək işlərin qarşılıqlı əlaqəsinin yaradılmasından ibarətdir. 
5. Anlama funksiyası. Bu funksiyanın məqsədi təkcəməlumatın mənasının adekvat 
qavranılması və anlaşılması deyil, tərəf müqabillərin bir-birini (məqsədlərini,
(məqsədlərini, yönəlişliklərini, həyəcanlarını, vəziyyətlərini və s.)
anlamalarından ibarətdir. 
6. Amotiv funksiya. Bu funksiyanın məqsədi tərəf müqabilində emosional təəssürat 
yaratmaq, eyni zamanda bunun köməyi ilə özünün həyəcan və vəziyyətini dəyişdi-rməkdən ibarətdir («emosiyaların mübadiləsi»).
7. Münasibətlərin yaradılması funksiyası
Bu funksiyanın məqsədi rol, işgüzar, şəxsiyyətlərarası əlaqələr sistemində özünün 
yerini dərk etməkdən ibarətdir.
8. Təsir göstərmək funksiyası. Bu funksiyanın məqsəd itərəf müqabilinin vəziyyətini,
davranışını, eləcə də onun niyyətini, fikrini, təsəvvürünü, tələbatlarını, fəallığını
və s. dəyişdirməkdən ibarətdir.


Yüklə 54,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə