Mövzu: 13. İBTİDAİ SİNİFLƏRDƏ SİntaksiSİn təDRİSİ metodikasi sintaksis. Söz birləşməsi və cümlə mövzusunun tədrisi. Plan «Söz birləşməsi»


Cümlə üzvlərinə aid anlayışların öyrədilməsi metodikası: Baş üzvlərin tədrisi



Yüklə 39,05 Kb.
səhifə2/3
tarix21.05.2023
ölçüsü39,05 Kb.
#111768
1   2   3
ana dilinin tədrisi metodikası III kurs (11)

Cümlə üzvlərinə aid anlayışların öyrədilməsi metodikası: Baş üzvlərin tədrisi
«Cümlə üzvləri» anlayışı ilə şagirdlər III sinifdə tanış olurlar. Bu mövzu üzrə sistemli anlayışlar IV sinifdə öyrədilir. Şagirdlər öyrənirlər ki, cümləni təşkil edən sözlər onun üzvləridir. Cümlənin üzvləri bərabər hüquqa malik deyil. Onların bir qismi birinci dərəcəli, digər qismi ikinci dərəcəli olur.
I dərəcəli üzvlər baş üzvlərdir, bunlar ikidir: mübtəda və xəbər. IV sinifdə şagirdlərə mübtəda və xəbər haqqında aşağıdakılar öyrədilir.
1. Mübtəda xəbərlə bağlı olub kim? Nə? Hara? Suallarından birinə cavab verir. Mübtədaya sual xəbər vasitəsilə verilir: Dülgər taxtanı rəngələyir – Kim rəngələyir? – Dülgər
2. Xəbər mübtəda ilə bağlı olur. O, mübtədanın nə etdiyini, necə olduğunu bildirir. Xəbər nə edir? Nə etdi? Kimdir? Nədir? Necədir? Neçəncidir? Və s. suallara cavab verir.
Quşlaruçur. Nə edir? – uçur
Biz mehriban uşaqlarıq – Kimik? – uşaqlarıq.
Bu film maraqlıdır – Necədir? – Maraqlıdır və s.
Şagirdlərə öyrədilməlidir ki, mübtədanı xəbərdən təcrid olunmuş şəkildə öyrətmək olmaz. Çünki, mübtədanı xəbərə görə, xəbərə sual qoymaqla tapmaq olur: nə edir? – yazır. Kim yazır? – həkim və s.
İbtidai siniflərdə cümlə üzvlərinin nitq hissələri ilə ifadə olunması səthi öyrədilir. Bu mövzu praktik şəkildə çalışmalarla iş də daha asan mənimsədilir. Məs.: Atam mühəndisdir – Kimdir? – Mühəndisdir (Xəbər isimlə ifadə olunub). Kim mühəndisdir? – Atam (Mübtəda isimlə ifadə olunub).
Ümumiyyətlə, baş üzvlərin tədrisinin səmərəli öyrədilməsi vacibdir.
Cümlənin II dərəcəli üzvlərinin tədrisi
İbtidai siniflərdə cümlə ilə praktik tanışlıq I sinifdən başlasa da, «Cümlə üzvləri» anlayışı şagirdlərə III sinifdə öyrədilir. Bu mövzu üzrə sistemli anlayışlar IV sinifdə tədris olunur.
Cümlənin baş üzvləri ilə tanışlıqdan sonra ikinci dərəcəli üzvlər haqqında praktik məlumat III sinifdə verilir. Sadə geniş cümlədə baş üzvlərini apılması üzrə aparılan işlər əsasında şagirdlərə başa salınır ki, cümlədəki başqa sözlər II dərəcəli üzvlər olub, baş üzvləri aydınlaşdırır. Onlar əsas fikri bildirmir, ayrılıqda cümlə əmələ gətirmir. Məsələn, Balaca Aytən nağıl söylədi. Bu cümlədə II dərəcəli üzvlərin altından dalğalı xətt çəkilir, həmin sözlərin ayrılıqda əsas fikir bildirməyi aydınlaşdırmalıdır.
IV sinifdə şagirdlərə öyrədilir ki, II dərəcəli üzv olan təyin aid olduğu sözdən əvvəl, zərflikisəxəbərinəvvəlindəgəlir. Necə? Nəcür? Hansı? Suallarına cavab olan II dərəcəli üzvlər mübtədailə, Kim? Nəyə? Kimi? Nəvaxt? Harada? Haradan? Və s. suallara cavab olan II dərəcəli üzvlər xəbərlə bağlı olur. Məsələn: Körpə quzu anasından ayrılmadı. Qoca kişi tülkünü öldürdü.
Tədricən sintaktik təhlil üzrə müəyyən vərdişlər yaradılmalı, şagirdlər sxemlər üzərində işlədilməlidir. Məs, 1. meyvədərir. 2. Gəncədə .
3.



Yüklə 39,05 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə