Mövzu: 13. İBTİDAİ SİNİFLƏRDƏ SİntaksiSİn təDRİSİ metodikasi sintaksis. Söz birləşməsi və cümlə mövzusunun tədrisi. Plan «Söz birləşməsi»


Sadə və mürəkkəb cümlələrin tədrisi



Yüklə 39,05 Kb.
səhifə3/3
tarix21.05.2023
ölçüsü39,05 Kb.
#111768
1   2   3
ana dilinin tədrisi metodikası III kurs (11)

2.Sadə və mürəkkəb cümlələrin tədrisi
«Cümlə» Azərbaycan dilinin tədrisi prosesində başlanğıcdan sonadək qırmızı bir xətt kimi keçən mövzudur. İbtidai sinif şagirdləri cümlə mövzusuna aid sadə aqlayışlar alır, yuxarı siniflərin təliminə hazırlanırlar. Onlar cümlənin bir, iki və daha artıq sözdən ibarət olduğunu öyrəndikləri kimi, iki cümlədən ibarət olduğunu da öyrənirlər. IV sinifdə uşaqlara «mürəkkəb cümlə» termini təqdim olunur. Tanışlıq və təhlil üçün şagirdlərə yalnız iki cümlədən əmələ gələn tabesiz mürəkkəb cümlə verilir. Əvvəlcə onun sadə cümlələrini ayırıb, hər birinin həm mübtədası, həm də xəbəri olduğunu aydınlaşdırmaq vacibdir:
Zəngvuruldu,müəllim dərsə başladı.
Bu zaman şagirdlər cümlədə iki bitmiş fikir olduğunu, iki müstəqil sadə cümlə birləşdiyi üçün ona mürəkkəb cümlə deyildiyini öyrənirlər.
Şagirdlərə mürəkkəb cümləni təşkil edən sadə cümlələr arasında vergülün qoyulması da başa salınır; məsələn: Axşam oldu, şamlar yandı. Yarış başlandı, biz qalib olduq.
IV sinifdə sadə cümlələrin ki, və, amma, ancaq, lakin, çünki bağlayıcıları ilə birləşdiyi mürəkkəb cümlələr üzərində iş aparılmalıdır (Gecə yarıdan keçmişdi, lakin toy səsi kəsilmirdi. Samir yaşda böyük idi, amma Ceyhun boyda onu ötmüşdü).
Mürəkkəb cümlə üzrə çalışmalar rəngarəng olmalı, şagirdlərin müstəqil fəaliyyət göstərmələri üçün şərait yaradılmalıdır.

Cümlənin intonasiyaya görə növlərinin tədrisi
İbtidai sinif şagirdləri hələ I sinifdə ikən oxu zamanı nəqli, sual və nida cümlələri ilə rastlaşır, intonasiyası ilə praktik yolla tanış olurlar. II sinifdə öyrənirlər ki, bəzən cümlədə müəyyən məlumat verilir, bəzən sual verilir, bəzən isə cümlədə güclü hisslər ifadə olunur. Cümlədə ifadə olunan məzmun və intonasiyadan asılı olaraq şagirdlər onların axırında nöqtə, sual və nida (.?!) işarələri qoymağı öyrənirlər. Bu mövzuya aid terminlərlə şagirdlər III sinifdə tanış olurlar. Praktik şəkildə aparılan iş bu sahəyə aid anlayışları möhkəmləndirir.
«İntonasiyaya görə cümlənin növləri» mövzusunun tədrisi IV sinifdə daha da genişləndirilir. İlk dərsdə mövzuya aid qayda oxunur: «Cümlənin məqsədə – intonasiyaya görə dörd növü var: nəqli cümlə, sual cümləsi, əmr cümləsi, nida cümləsi». Nəzəri məlumatla yanaşı, cümlənin sonunda qoyulacaq durğu işarələri haqqında məlumatda öyrədilir; cümlənin sonunda qoyulacaq işarələrə dair praktik iş qaydanın möhkəmlənməsinə kömək edir. Şagirdlər öyrənirlər ki, sonunda nöqtə qoyulan nəqli cümlələr dildə ən çox yayılmış cümlələrdir. Dilin ən kütləvi ünsiyyət vasitəsi hesab olunur.
Sual cümlələri sual məqsədi ilə işlədilən cümlələrdir, sonunda sual işarəsi qoyulur.
Əmr cümləsi əmr, xahiş, arzu və s. bildirir, sonunda nöqtə və ya nida işarəsi qoyulur.
Nida cümləsi hiss-həyəcan, şadlıq, qorxu və s. bildirir, sonunda nida işarəsi qoyulur.
Şagirdlərdə bu sahəyə aid düzgün vərdiş tərbiyə etmək üçün onları müxtəlif tipli cümlələr üzərində işlətmək faydalıdır.
Yüklə 39,05 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə