ˆ Azərbaycan Respublikasının vergilər naziri, birinci dərəcəli



Yüklə 351,46 Kb.
Pdf görüntüsü
tarix12.11.2018
ölçüsü351,46 Kb.
#79720


 

ˆ

Azərbaycan Respublikasının vergilər naziri, birinci dərəcəli 



dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun Avropadaxili Vergi 

Administrasiyaları Təşkilatının saytında (www.iota-tax.org) yerləşdirilmiş 

məqaləsində son aylar ölkəmizin vergi sistemində aparılmış islahatlar, vergi 

inzibatçılığındakı dəyişikliklərin əsas istiqamətləri ətraflı şəkildə şərh edilib. 

Məqalədə vergi siyasətinin tənzimləyici rolunun artırılması, əlverişli, şəffaf 

və cəlbedici vergi mühitinin formalaşdırılması, vergi ödəyicilərinə göstərilən 

xidmətlərin təkmilləşdirilməsi və müasir korporativ idarəetmə sisteminin 

qurulması kimi məsələlərə aydınlıq gətirilib. 

Aparılan uğurlu və düşünülmüş iqti-

sadi siyasətin nəticəsi olaraq Azərbaycan 

iqtisadiyyatı son illərdə sürətli inkişaf 

mərhələsindən keçib, neft gəlirlərinin 

səmərəli istifadəsi sayəsində ölkə iqtisa-

diyyatının diversifikasiyasına müvəffəq 

olunub, qeyri-neft sektorunun inkişafında 

əhəmiyyətli irəliləyişlər əldə edilib. İnki-

şaf etməkdə olan ölkəmiz istər regionda, 

istərsə də dünya miqyasında yüksək artım 

templəri nümayiş etdirən dövlətlərdən 

biri kimi tanınır. Son bir neçə ildə dünya 

iqtisadiyyatı qlobal transformasiyaların, 

mövcud siyasi-iqtisadi problemlərin təsiri 

nəticəsində yenidən durğunluq və tənəzzül 

meyilləri ilə üzləşib. Milli iqtisadiyyat-

ların kənar təsirlərə qarşı həssaslığının 

artdığı bir vaxtda inkişaf proseslərinə təsir 

göstərən qlobal faktorların da sayı ciddi 

şəkildə artıb, bütün ölkələrin bu və ya 

digər dərəcədə qlobal böhranın təsirlərinə 

və onun doğurduğu fəsadlara məruz qal-

ması qaçılmaz hal alıb. 



Yeni iqtisadi inkişaf modeli – 

 

milli iqtisadiyyatın yol xəritələri 

Son bir neçə ildə dünya iqtisadiy-

yatının yeni tsiklə daxil olması, dünya 

enerji bazarlarında neftin kəskin ucuz-

laşması bütün neft ixracatçısı ölkələrinə, 

o cümlədən Azərbaycana da təsirsiz 

ötüşməyib. Belə bir şəraitdə ölkə Prezi-

denti  cənab İlham Əliyev Azərbaycan iq-

tisadiyyatının liberallaşdırılması, rəqabət 

qabiliyyətinin artırılmasını, idxaldan ası-

lılığın azaldılmasını, ixracyönümlü qeyri-

neft sektorunun əsaslı inkişafının təmin 

edilməsini, insan kapitalından səmərəli 

istifadə edilməsi məqsədilə iqtisadi inki-

şafın keyfiyyətcə yeni modelinin forma-

laşdırılmasını, bu istiqamətdə davamlı və 

ardıcıl islahatların aparılmasını hökumətin 

qarşısında 2016-cı il üçün mühüm vəzifə 

olaraq müəyyənləşdirmişdi. Beləliklə, 

yeni iqtisadi strategiyanın hazırlanması 

və müvafiq institusional və konseptual 

islahatların həyata keçirilməsi ciddi bir 

zərurət olaraq ortaya çıxıb. 

Yeni inkişaf dövründə ölkəmizin qarşı-

sında duran məsələlərin həlli və dayanıqlı 

inkişafa nail olmaq istiqamətində mühüm 

addımlardan biri də “Milli iqtisadiyyat və 

iqtisadiyyatın əsas sektorları üzrə strateji 

yol xəritəsinin başlıca istiqamətləri”nin 

təsdiq olunmasıdır. Bu xəritə, eləcə də 

iqtisadiyyatın 12 əsas sektoru üzrə təsdiq 

edilmiş strateji yol xəritələri Azərbaycanın 

yaxın gələcək üçün hədəflərini və pri-

oritet inkişaf istiqamətlərini müəyyən 

edən fundamental sənəd toplusu ol-

maqla, ölkənin yeni iqtisadi modelinin 

əsasını təşkil edir. Strateji yol xəritələri 

2016-2020-ci illər üçün iqtisadi inkişaf 

strategiyasını və tədbirlər planını, 2025-

ci ilədək olan dövr üçün uzunmüddətli 

baxışı və 2025-ci ildən sonrakı dövr üzrə 

qarşıya qoyulmuş hədəfləri özündə əks 

etdirir. İqtisadiyyatın mövcud vəziyyətinin 

dərin təhlilinə əsaslanan bu sənədlərdə 

ayrı-ayrı sektorların inkişaf istiqamətləri, 

rəqabətqabiliyyətliliyin daha da artırılması, 

investisiyaların cəlbi, azad rəqabət mühiti, 

dünya bazarlarına çıxış, Azərbaycanın 

dünya iqtisadiyyatında mövqeyinin və eti-

barlı tərəfdaş imicinin gücləndirilməsi əsas 

vəzifələrdən biri kimi müəyyən edilib. 

Yeni çağırışların yarandığı dövrdə 

Azərbaycanın iqtisadi prioritetləri, 

bunların həyata keçirilməsi yolları, o 

cümlədən 2017-ci ildə ölkəmizin qarşısın-

da duran əsas məsələlər ölkə Prezidenti 

cənab İlham Əliyevin Davos Forumunun 

saytında yayımlanmış məqaləsində geniş 

şərh edilir. Yeni erada qarşıda duran əsas 

məqsədlər sırasında iqtisadiyyatda qeyri-

neft sektorunun diversifikasiyası prosesi-

nin dərinləşdirilməsi, maliyyə sisteminin 

sağlamlaşdırılması, əhalinin gəlirlilik 

səviyyəsinin və məşğulluğunun artırılması 

da yer alır. Hazırda Azərbaycanda struktur 

və institusional islahatlar davam etdiri-

lir, iqtisadi potensialın gücləndirilməsi 

məqsədilə ixracyönümlü məhsulların 

istehsalının artırılmasına, aqroparkların 

və iri fermer təsərrüfatlarının, sənaye 

parklarının və zonalarının yaradılmasına, 

ölkənin tranzit və logistik potensialının 

yüksəldilməsinə dövlət tərəfindən güclü 

dəstək verilir. Bunlarla paralel dövlət 

idarəetmə sistemi təkmilləşdirilir, bütün 

sahələrdə, o cümlədən vergi və gömrük 

sistemində şəffaflıq təmin edilməkdədir. 

İntensiv islahatlar ili 

İqtisadiyyatda yeni eranın başlan-

ması 2016-cı ildə vergi sistemində də 

fundamental islahatları labüdləşdirib. 

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas 

sektorları üzrə strateji yol xəritəsinin baş-

lıca istiqamətləri”nə dair sənəddə, eləcə 

də “Azərbaycan Respublikasında kiçik 

və orta sahibkarlıq səviyyəsində istehlak 

mallarının istehsalına dair Strateji Yol 

Xəritəsi”ndə yeni dövrdə vergi sistemi-

nin qarşısında duran mühüm vəzifələr öz 

əksini tapır. Bunlar vergi ödəyiciləri ilə 

vergi orqanları arasında qarşılıqlı etima-

dın yüksəldilməsi və şəffaflığın daha da 

artırılması, sahibkarlara əlverişli şəraitin 

yaradılması, habelə ölkə iqtisadiyyatının 

davamlı inkişaf tempinə uyğun olaraq 

real vergi potensialının müəyyən edilməsi 

üçün vergi sistemində islahatların davam 

etdirilməsi, verginin stimullaşdırıcı 

təsirinin önə çəkilməsi və vergi inzibat-

çılığının daha da təkmilləşdirilməsidir. 

Bu istiqamətdə atılan mühüm addım-

lardan biri də Azərbaycan Respublikası 

Prezidentinin 4 avqust 2016-cı il tarixli 

sərəncamı ilə təsdiq edilmiş “2016-cı ildə 

vergi sahəsində aparılacaq islahatların 

istiqamətləri”dir ki, bu da ötən il həyata 

keçirilən tədbirlərin əsas konturlarını 

müəyyən edib. 

Vergi risklərinin müəyyən edilməsi 

və yayındırılan vergilərin aşkarlanması 

məqsədilə “risklərin idarə edilməsi” sis-

temi kimi innovativ alətlər uğurla tətbiq 

olunub, iri vergi ödəyicilərində elektron 

auditin tətbiqi dairəsi genişləndirilib, 

vergi yoxlamalarının bütün növlərinin 

həyata keçirilməsi ilə bağlı qaydalar 

təkmilləşdirilib, elektron xidmətlərin 

sayı artırılıb, ölkəmizə turist axınının 

artımında mühüm rol oynayan “Tax free” 

sisteminin tətbiqinə başlanılıb. 2016-

cı ildə OECD-nin Qlobal Forumunun 

Qiymətləndirmə Qrupu Azərbaycan Res-

publikasının vergi sistemində şəffaflığın 

və məlumat mübadiləsi sisteminin 

beynəlxalq standartlara uyğunluğu ilə 

bağlı hesabatı qəbul edərək ölkəmizə 

yüksək reytinq verib. Bundan başqa, 

intizamlı vergi ödəyicilərinə “yaşıl 

dəhliz” prinsipi əsasında fərdi və sürətli 

innovativ texnologiyalara söykənən 

xidmətlərin göstərilməsi üçün hazırlıq 

işləri başa çatdırılıb. Bütün bunlar vergi 

sistemində şəffaflığın daha da artırılması-

na, vergi orqanları və sahibkarlar arasında 

münasibətlərin yeni müstəviyə qaldırılma-

sına şərait yaradıb. 

Liberallaşan Vergi Məcəlləsi 

Vergi qanunvericiliyinin 

təkmilləşdirilməsi məqsədilə qısa müddət 

ərzində beynəlxalq təşkilatlar, maliyyə 

institutları, sahibkarların ictimai birlikləri, 

biznes nümayəndələri ilə sıx və kons-

truktiv dialoq əsasında Vergi Məcəlləsinə 

və digər qanunvericilik sənədlərinə həm 

həcm, həm də mahiyyət baxımından 

ciddi və böyük dəyişikliklər edilməsi ilə 

bağlı layihələr hazırlanıb və 2016-cı ilin 

sonunda qəbul edilib. Bu dəyişikliklərin 

əsas məqsədi kiçik və orta biznesin inki-

şafına daha əlverişli şəraitin yaradılması, 

vergi orqanları və sahibkarlıq subyektləri 

arasında qarşılıqlı etimad səviyyəsinin 

yüksəldilməsi, vergi yükünün optimal-

laşdırılması, vergi ödəyicilərinin hüquq-

larının qorunması, onların vaxt itkisinə 

məruz qalmaması və vergi öhdəliklərinin 

daha rahat şəkildə yerinə yetirilməsi, bir 

sıra vergi ödəyiciləri üçün güzəştlərin 

müəyyən edilməsi yolu ilə sosial 

bərabərliyin  təmin olunması, nağdsız 

əməliyyatların həcminin artırılması, ver-

gitutma bazasının genişləndirilməsi, pul 

dövriyyəsinin tənzimlənməsi, bankların 

likvidliyinin və bilavasitə vergi mühiti-

nin cəlbediciliyinin artırılması yolu ilə 

iqtisadiyyata investisiya qoyuluşlarının 

təşviq edilməsi, ixracın stimullaşdırılma-

sı, uçotun dürüstlüyünün və şəffaflığının 

təmin olunmasıdır. 

Bununla yanaşı, Vergi Məcəlləsinə 

beynəlxalq təcrübəyə əsaslanan bir sıra 

mütərəqqi yeniliklərlə bağlı müddəalar 

da əlavə edilib. Bunların sırasına vergi 

öhdəliklərinin hüquqi nəticələr doğur-

mazdan əvvəl vergi orqanları ilə razılaş-

dırılması qaydası və vergi ödəyicilərinin 

hüquqlarının qorunmasına xidmət edən 

“Könüllü vergi açıqlaması” sistemi-

nin tətbiqi, transfert qiymətlərinə və 

ofşor zonalarda qeydiyyatdan keçmiş 

müəssisələrlə aparılan əməliyyatlara 

nəzarət mexanizmlərinin qurulması, 

rəqəmsal iqtisadiyyatın, xüsusilə elektron 

ticarət üzərində vergi mexanizmlərinin 

yaradılması daxildir. E-ticarət üzərində 

vergi mexanizmlərinin yaradılması 

hazırda dünya vergi administrasiyala-

rının qarşısında duran həlli mürəkkəb 

problemlərdən biridir. Bu sahədə vergi 

mexanizmlərinin qurulması məqsədilə 

bir çox ölkələrin, xüsusilə aparıcı Avro-

pa dövlətlərinin təcrübəsi öyrənilib və 

MDB məkanında problemin ən effektiv 

və spesifik həlli məhz Azərbaycanın ver-

gi qanunvericiliyində öz əksini tapıb. 

Göründüyü kimi, qanunvericiliyə 

edilmiş dəyişikliklər çoxvektorlu hədəflər 

müəyyən edir ki, bu da, şübhəsiz, vergi 

administrasiyasının yeni tələblərə uy-

ğunlaşdırılması zərurətini yaradır. Vergi 

qanunvericiliyinin və inzibatçılığının 

təkmilləşdirilməsi sahəsində son illər 

görülən böyük həcmli işlər, həmçinin qar-

şıya qoyulmuş yeni hədəflər daha çevik, 

yeni tələblərə adaptasiya oluna bilən, öz 

vəzifələrini zamanın çağırışlarına dərhal 

və adekvat uzlaşdıra bilən, müasir kor-

porativ idarəetmə prinsiplərinə söykənən 

dinamik struktura malik administrasiyanın 

qurulmasını tələb edir. 



Vergi ödəyiciləri yönümlü 

 

administrasiyaya keçid 

Vergi sistemində aparılan islahatla-

rın məntiqi davamı administrasiyanın 

təkmilləşdirilməsini və təşkilati strukturu-

nun transformasiyasını labüdləşdirir. 

Vergilər Nazirliyi buna qədər də 

daim canlı və dinamik qurum kimi 

fəaliyyət göstərib, öz inzibati resursları-

nı və sistemdaxili strukturunu iqtisadiy-

yatın dəyişən tələblərinə uyğun qurub, 

zərurət yarandıqca vergi inzibatçılı-

ğında və idarəetmə sistemində islahat-

lar aparıb. Bununla belə, milli vergi 

administrasiyasındakı son dəyişikliklər 

istər mahiyyət, istərsə də əhatə ba-

xımından daha genişdir. Bu, 2002-ci 

ildə ümummilli lider Heydər Əliyevin 

təşəbbüsü ilə aparılmış və vergi inzi-

batçılığının regional prinsiplər əsasında 

həyata keçirilməsini nəzərdə tutan 

köklü struktur və təşkilati islahatlardan 

sonra vergi xidmətinin bütün idarəetmə 

həlqələrinin, menecment sisteminin 

dəyişilməsini ehtiva edən və vergi 

ödəyiciləri yönümlü administrasiyaya 

çevrilməsini nəzərdə tutan ikinci belə 

transformasiyadır. 

Vergi sisteminə yeni baxış buca-

ğı, ilk növbədə, iki mühüm prinsip 

üzərində qurulur. Bunlardan birincisi 

və ən önəmlisi “fərdi yanaşma” prinsi-

pidir. İndiyədək vergi xidmətində işin 

əsas ağırlığı böyük dövriyyəsi olan 

vergi ödəyiciləri ilə aparılan işlərə 

yönəldilirdi və dövriyyələrindən asılı 

olmayaraq bütün vergi ödəyicilərinə (iri, 

orta və kiçik) eyni inzibati mexanizmlər 

tətbiq edilirdi. Yeni dönəmdə vergi 

administrasiyasının ilkin vəzifəsi bu 

yanaşmanı dəyişmək, hər kateqoriya 

vergi ödəyicisinə ona uyğun yanaşma-

lar formalaşdırmaqdır. Bu məqsədlə 

beynəlxalq təcrübədə geniş istifadə 

olunan “dövriyyə intervalları” prinsipini 

vergi inzibatçılığının bütün sahələrində 

tətbiq etməklə, vergi ödəyicilərinə 

münasibətdə yanaşmanı diferensial-

laşdırmaq, daha səmərəli, çevik və 

şəffaf inzibatçılıq formalaşdırmaq 

nəzərdə tutulur. Burada əsas yanaşma 

kiçik və orta sahibkarlıq subyektləri 

ilə iri və xüsusi rejimli müəssisələrlə iş 

prinsiplərini ayırmaq, hər bir sahibkar-

lıq qrupuna fərdi yanaşmanı, eləcə də 

fiskal və inzibatçılıq yükünün düzgün 

bölüşdürülməsini təmin etməkdir. 

İkinci mühüm prinsip isə sa-

hibkarlıq subyektləri ilə “partnyor-

luq münasibətlərinin qurulması və 

dərinləşdirilməsi” prinsipidir. Vergilər Na-

zirliyi sahibkarlıq subyektləri ilə partnyor-

luq münasibətlərinin qurulmasına artıq bir 

neçə ildir başlasa da, yeni yanaşmada bu 

münasibətlərin konkret əsaslara keçilməsi 

və dərinləşdirilməsi, vergi ödəyicilərinin 

öhdəliklərinin dəqiqləşdirilməsi, on-

lara müasir və innovativ xidmətlərin 

göstərilməsi əsas götürülüb. Bu məqsədlə 

yenə də beynəlxalq təcrübədən fayda-

lanaraq intizamlı vergi ödəyiciləri üçün 

“yaşıl dəhliz” prinsipi əsasında innova-

tiv yeniliklərə söykənən fərdi və sürətli 

ünvanlı xidmətlər sisteminin tətbiqi qərara 

alınıb. 


Vaqif BAYRAMOV, 

 “Xalq qəzeti”

Vergi xidməti – yeni çağırışlar, islahatlar, 

dəyişikliklər və transformasiya yolunda 

 

ˆ

Xətai Rayon İcra Hakimiyyətinin 2016-cı ilin 



sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran 

vəzifələrlə əlaqədar hesabat yığıncağının iştirakçıları 

toplantının rəsmi hissəsindən əvvəl ümummilli lider 

Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə 

ehtiramlarını bildiriblər.  

Geniş hesabat məruzəsi 

ilə çıxış edən Xətai Rayon İcra 

Hakimiyyətinin başçısı Razim 

Məmmədov Azərbaycan  

Prezidenti İlham Əliyevin bu il 

yanvarın 10-da Nazirlər Kabine-

tinin 2016-cı ilin sosial-iqtisadi 

inkişafının yekunları, 2017-ci 

ildə qarşıda duran vəzifələrə həsr 

edilmiş iclasında söylədiyi nitqinə 

toxunaraq qeyd etdi ki, həqiqətən 

dünyada təhlükələr artmış, iqti-

sadi böhran daha da dərinləşmiş 

və onun fəsadları bütün ölkələrə 

öz təsirini göstərmişdir. Buna 

baxmayaraq, Prezident İlham 

Əliyevin həyata keçirdiyi daxili 

və xarici siyasət, strateji iqtisadi 

layihələr ölkəmizdə uğurlu inkişa-

fa zəmin yaratmış, ictimai-siyasi 

vəziyyət sabit qalmış, sənayemiz 

və kənd təsərrüfatımız qarşısında 

duran vəzifələr mərhələli şəkildə 

həllini tapmışdır.

R.Məmmədov ötən il 

rayonda həyata keçirilən tikinti, 

abadlıq və yenidənqurma 

işlərindən, sosial-iqtisadi sahədə 

əldə edilən uğurlardan  geniş 

məlumat verərək qeyd etdi ki, 

dövlət başçısının son dövrdə 

yerli icra strukturları qarşısında 

qoyduğu vəzifələri və verdiyi 

tapşırıqları əldə rəhbər tutan ra-

yon icra hakimiyyəti tərəfindən 

məqsədyönlü tədbirlər həyata 

keçirilmiş, bütün sahələr üzrə 

layihələr uğurla icra edilmiş

rayon iqtisadiyyatı sabit templə 

inkişaf etdirilmişdir. 

Ötən illərdə olduğu kimi 

2016-cı ildə də binaların 

fasadları üzlənmiş, avtomobil 

yollarına, məhəllədaxili küçələrə 

asfalt döşənmiş, xiyabanlar, 

parklar təmizlənmiş, bir sözlə 

hər yer abadlaşdırılmış və yeni 

görkəm almışdır. Zığ yolu 22, 

24 və 26-da, Afiyəddin Cəlilov, 

Sabit Orucov küçələrində 

bir neçə binanın fasadı tam 

yenidən qurulmuş, dam örtükləri 

dəyişdirilmiş, eyvanlara yeni 

məhəccərlər quraşdırılmış, 

blokların qapıları, pəncərələri 

yeniləri ilə əvəz edilmişdir. 

Binaların sanitar və gigiyenik 

normalara cavab verməyən 

zirzəmilərindəki qrunt və çirkab 

suları çəkilərək təmizlənmiş, 

axıntıların qarşısının alınması 

istiqamətində konkret tədbirlər 

görülmüşdür. 

Natiq qeyd etdi ki, hesa-

bat dövründə general Əliağa 

Şıxlinski küçəsinin 6 min 

kvadratmetrlik,  “Neapol 

dairəsi”nin ətrafı, Məzahir 

Rüstəmov küçəsinin 12 min 400 

kvadratmetrlik sahəsi, Telnov və 

Sadıqcan küçələri bütövlükdə 

yenidən tikilmiş və bu yollarda 

avtomobillərin və piyadaların 

rahat hərəkəti təmin edilmişdir. 

“Azəravtoyol” ASC 

tərəfindən yollara 76 min 349 

kvadratmetr, Bakı şəhər MKTD 

tərəfindən məhəllədaxili yollara 

135 min 823, rayon MKTB 

tərəfindən 7 min 711 kvadrat-

metr asfalt örtüyü vurulmuş, 

20 min  paqonmetr səki daşları 

qoyulmuş, yeni işıq dirəkləri 

quraşdırılmışdır. S.Senyuşkin və 

Y.Səfərov küçələrini birləşdirən 

yeni yol tikilmişdir. 

“Bakı Ağ şəhər” layihəsinin 

plana uyğun həyata keçirildiyi-

ni vurgulayan icra başçısı, bu 

ərazidə Nobel prospektindən 

Xəqani Rüstəmov küçəsi 

istiqamətində yeraltı keçi-

din və Xəqani Rüstəmov 

küçəsinin Babək prospekti ilə 

birləşdirilməsi məqsədilə yeni 

yolun tikintisinin də davam 

etdirildiyini diqqətə çatdır-

dı. Qeyd edildi ki, artıq “Ağ 

şəhər”də mükəmməl infrast-

ruktur formalaşdırılıb. Xəqani 

Rüstəmov küçəsi ilə Nobel 

prospektinin kəsişməsindəki 

yeraltı piyada keçidində işlər 

tamamlanmaq üzrədir. Burada 

220 metr uzunluğunda qalere-

yanın tikintisi yekunlaşıb, ha-

zırda mərmər-qranitdən istifadə 

olunmaqla tavanın üzlənməsi 

işləri davam etdirilir. Həmin 

keçiddə 8 eskalator quraşdırılıb. 

Layihə çərçivəsində daha iki 

piyada keçidinin inşası nəzərdə 

tutulur. “Bakı Ağ şəhər” layihəsi 

çərçivəsində Xəqani Rüstəmov 

və Süleyman Vəzirov küçələri 

də daxil olmaqla yeni salınan 

yolların ümumi uzunluğu 22,3 

kilometrə, eni isə 16 metrdən 47 

metrə çatacaq. Ümumilikdə bu-

rada 63 çoxsaylı kəsişən yolun 

təmiri və asfaltlanması həyata 

keçiriləcək. 

Hesabatda qeyd edildi 

ki, ilin əvvəlindən rayonun 

sosial-iqtisadi həyatında baş 

verən dəyişiklikləri əyani 

surətdə əks etdirən makroiq-

tisadi göstəricilər - sənayedə, 

nəqliyyatda, rabitə və informasi-

ya, ticarət və xidmət sahələrində 

daha dinamik olmuşdur. Tarixə 

qovuşan 2016-cı ildə rayo-

nun sənaye müəssisələri, özəl 

müəssisələr və fərdi təsərrüfatlar 

tərəfindən 873 milyon 96 min 

600 manatlıq sənaye məhsulu 

istehsal edilmiş və xidmətlər 

göstərilmişdir. Sənaye istehsa-

lının 13,4 faizi məhsul isteh-

salının, 86,6 faizi isə sənaye 

xarakterli xidmətlərin payına 

düşmüşdür. Tikinti sektorunda 

da inkişaf dinamikasını qoruyub 

saxlamaq mümkün olmuşdur. 

2016-cı ilin əvvəlindən müəssisə 

və təşkilatlar tərəfindən rayonun 

iqtisadi və sosial sahələrinin 

inkişafı üçün əsas kapitala 

bütün maliyyə mənbələrindən 

474 milyon 420,1 min manatlıq 

investisiya yönəldilmişdir ki, 

bu da əvvəlki illə müqayisədə 

2,1 dəfə çoxdur. İl ərzində 424 

milyon 843,5 min manatlıq  

tikinti-quraşdırma işləri yerinə 

yetirilmişdir. 

Hesabat məruzəsi ətrafında 

çıxış edən Xətai rayon proku-

roru Yusif İldırımzadə, Milli 

Məclisin deputatları Hüseynbala 

Mirələmov,  Səməd Seyidov və 

digər natiqlər  son illər Xətai 

rayonunda görülən işləri yüksək 

qiymətləndirərək bildirdilər 

ki, indi bu rayon həqiqətən 

ümummilli lider Heydər 

Əliyevin arzuladığı Ağ şəhərə, 

Xəzərin sahilində bir mirvariyə 

çevrilmişdir. Ona görə də 

Xətai Rayon İcra Hakimiyyəti 

başçısının hesabatını qənaətbəxş 

qiymətləndirmək təklif edildi. 

Hesabat yığıncağında iştirak 

edən Azərbaycan Respublikası 

Prezidenti Administrasiyasının 

məsul işçisi Tağı Tağıyev də 

toplantı iştirakçıları qarşısında 

çıxış etdi. 

Sonda yığıncaq iştirakçıları 

adından Azərbaycan Respubli-

kasının Prezidenti cənab İlham 

Əliyevə müraciət qəbul edildi.

 

İlqar RÜSTƏMOV,  



“Xalq qəzeti”

Xətai rayonu ötən ili uğurlu göstəricilərlə başa vurub

Tələbələr Xocalı cəlladlarını lənətləmişlər

 

ˆ

Azərbaycan Dövlət Pedaqoji Universitetində Xocalı soyqırımının 



25-ci ildönümünə həsr edilən anım mərasimində bütöv bir şəhəri dinc əhalisi 

ilə birlikdə yer üzündən silmiş erməni vandalizmi lənətlənmiş, günahsız faciə 

qurbanlarının xarirəsi dərin ehtiramla anılmışdır.

ADPU-nun rektoru, professor Cəfər 

Cəfərov anım mərasimində çıxış edərək 

bildirmişdir ki, 1992-ci il fevralın  25-dən 

26-na keçən gecə Xocalıda baş ver-

miş dəhşətli faciə bəşər tarixində misli 

görünməmiş bir cinayət aktıdır. Xocalı 

şəhərinin müdafiəsinin lazımi səviyyədə 

təşkil edilməməsində, son anda əhalinin 

odlu mühasirədən çıxarılmamasında res-

publikanın o vaxtkı rəhbərliyi də təqsirkar 

olmuşdur. 

Rektor  qeyd etmişdir ki, bu bəşəri 

cinayətə Milli Məclisdə düzgün siyasi 

qiymət verilməsini, faciənin dünyada 

soyqırımı kimi tanıdılmasına çağırışı, 

şəhid ailələrinin və sağ qalmış  xocalılı-

ların problemlərinin həllini isə iki il 

sonra xalqın təkidli tələbi ilə hakimiyyətə 

qayıtmış ümummilli lider Heydər Əliyev 

gerçəkləşdirmişdir. Sonrakı dövrdə Xocalı 

qurbanlarının ailələrinin ehtiyacları, faciənin 

dünyada soyqırımı kimi tanıdılması  Pre-

zident İlham Əliyevin və Birinci vitse-pre-

zident Mehriban xanım Əliyevanın diqqət 

mərkəzindədir. Heydər Əliyev Fondunun 

vitse-prezidenti Leyla xanım Əliyevanın 

təşəbbüsü ilə beynəlxalq miqyasda “Xocalı-

ya ədalət!” kampaniyası həyata keçirilir. Bü-

tün bunların nəticəsində Xocalıda törədilən 

erməni vandalizmi artıq dünyanın bir sıra 

ölkələrində soyqırımı kimi tanıdılmışdır.

Anım mərasimində Xocalı soyqırımının 

qanlı epizodlarını əks etdirən videoçarx və 

ali məktəbin Tələbə Gənclər Təşkilatının 

hazırladığı ədəbi-bədii kompozisiya 

sərgilənmişdir. Sonda Xocalıya həsr edilən 

yazı müsabiqəsinin qaliblərinə diplomlar 

təqdim edilib.

T.AYDINOĞLU, 

 “Xalq qəzeti”

Suşa şəhər kitabxanasının 

 120 yaşı tamam oldu

 

ˆ

Bu münasibətlə Milli Kitabxanada  tədbir 



keçirildi. Tədbir iştirakçıları əvvəlcə Şuşa şəhərinin 

tarixinə, mədəniyyətinə və görkəmli şəxsiyyətlərinə aid  

foto və kitab sərgisi ilə tanış oldular.

Milli Kitabxananın direk-

toru, professor  Kərim Tahirov 

tədbiri açaraq Azərbaycanda 

kitabxanaların yaranması ilə 

bağlı məlumat verdikdən sonra 

iştirakçılar Şuşa şəhərinin tarixi-

ni və mədəniyyətini özündə əks 

etdirən video-çarxı izlədilər.

Mərasimdə çıxış edən 

mədəniyyət və turizm naziri 

Əbülfəs Qarayev bildirdi ki, 

Şuşa Azərbaycanın tarixi yaşayış 

məskəni  olmaqla bərabər, 

həm də mədəni irsini yaşadan 

şəhərdir. Şuşa şəhəri hazırda 

ermənilərin işğalı altında olsa 

da, onun mənəvi və mədəni 

dəyərləri yaşayır, unudulmur: 

“Şuşa Azərbaycan tarixinin 

ləyaqətli və şərəfli bir səhifəsidir. 

Qarabağın tarixi və mədəniyyəti 

Azərbaycan xalqının yaddaşın-

dan silinməyəcək. Əminəm ki, 

işğal altında olan ərazilərimizi 

möhtərəm Prezidentimiz İlham 

Əliyev tərəfindən  aparılan 

məqsədyönlü  siyasət sauyəsində   

geri qaytaracağıq. Bu, bizim 

mənəvi və vətəndaşlıq borcu-

muzdur”.

Əbülfəs Qarayev əlavə etdi 

ki, bədnam ermənilərin məkrli 

siyasəti nəticəsində Şuşa şəhər 

kitabxanasının fondu dağıdılmış, 

150 min nüsxədən artıq mənbə 

məhv edilmişdir. Bu, sadəcə bir 

kitabxanaya vurulan zərbə kimi 

yox, ümumilikdə Azərbaycan 

tarixinə qarşı törədilən  zorakılıq 

aktı kimi qiymətləndirilməlidir. 

Qeyd olundu ki, bu gün 

itirilmiş Şuşa kitabxanasının 

zəngin xəzinəsi əlimizdə olmasa 

da, Bakıda fəaliyyətini davam 

etdirən filiallar daim öz fondla-

rını zənginləşdirir və möhtəşəm 

qayıdış günündə  Şuşaya zəngin 

bir kitabxana ilə qayıtmaq ümidi 

ilə yaşayır.

Sonda nazir Şuşa şəhər 

kitabxanasının 120 illiyi 

münasibətilə Şuşa Rayon 

Mərkəzləşdirilmiş Kitabxa-

na Sisteminin (MKS) bir sıra 

əməkdaşlarını nazirliyin “Fəxri 

mədəniyyət işçisi” döş nişanı və 

fəxri fərmanlarla təltif etdi.

Tədbirdə çıxış edən Şuşa 

Rayon İcra Hakimiyyətinin 

başçısı Bayram Səfərov, 

Milli Məclisin deputatı  Elman 

Məmmədov, RİH  başçısının 

müavini Vüsalə Fətəliyeva, 

Şuşa rayon MKS-nin direktoru 

Gülsarə Abbasova çıxış edərək 

Şuşanın tarixi və görkəmli 

şəxsiyyətləri haqqında söz 

açdılar. 

Tədbir Şuşa şəhər uşaq mu-

siqi məktəbi şagirdlərinin ifası 

ilə sona çatdı.



M.MÜKƏRRƏMOĞLU,  

“Xalq qəzeti”

7

1 mart 2017-ci il, çərşənbə

Yüklə 351,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə