Mövzu 11. Beynəlxalq təhlükəsizlik və onun təmin olunması Plan



Yüklə 40,68 Kb.
səhifə11/12
tarix07.06.2022
ölçüsü40,68 Kb.
#88982
1   ...   4   5   6   7   8   9   10   11   12
beynelxalq teh-k

3. Fəlakətli təhdidlər – Kütləvi qırğın silahının (KQS) əldə edilməsi, ona malik olma və ondan istifadə etmək və ya KQS-nin istifadə edilməsinə bənzər nəticələr döğura biləcək metodları əhatə edir. Dövlətin ənənəvi müharibə aparmaq sahəsində üstünlüyü bəzi düşmən qüvvələri fəlakətli vasitələr, xüsusən də KQS əldə etməyə sövq edir. Şəffaf beynəlxalq sərhədlər, zəif beynəlxalq nəzarət və informasiya texnologiyalarına maneəsiz çıxış bu cür səyləri asanlaşdırır. Transmilli terrorçular, KQS-in yayılması və bu silahı əldə etmək və ya ona sahib olmaq istəyən problemli dövlətlər xüsusi narahatlıq doğurur.
Texnologiyaların və KQS-nin yaradılması üzrə təcrübənin yayılması nəticəsində fəlakətli çağırışlarla mübarizə təxirəsalınmaz vəzifəyə çevrilir.
4. Təxribatçı təhdidlər mühüm operativ sahələrdə dövlətin mövcud üstünlüyünü sarsıtmaq məqsədilə qabaqcıl texnologiyalar işləyib hazırlayan və tətbiq edən düşmənlərdən meydana çıxa bilər. Nadir hallarda inqilabi texnologiyalar və onlarla bağlı olan hərbi innovasiyalar tam şəkildə çoxdan məlum olan müharibənin aparılması konsepsiyasını dəyişə bilər. Bəzi mümkün rəqiblər təxribatçı potensial əldə etməyə çalışmaqla, dövlətin zəif nöqtələrindən yararlanmağa, dövlətin və onun tərəfdaşlarının malik olduqları üstünlükləri aradan qaldırmağa çalışır. Misal qismində
"Əl-Qaidə"nin ABŞ və onun tərəfdarlarına qarşı silahlı mübarizəsini göstərmək olar.
Dağıdıcı potensiala malik elmi kəşvlərin bəzi növləri, xüsusilə biotexnologiyaların, kibermetodların, kosmik silahların və ya enerji ilə işləyən silahların hazırlanması sahəsində nailiyyətlər qlobal təhlükəsizliyi ciddi təhdid edə bilər. Bu cür təhlükələrin gözlənilmədən baş verə bilməsi onların potensial nəticələr doğura bilməsini labüd edir və onlardan sığortalanmağı zəruri sayır.
Bu kateqoriyalar bir-biri ilə əlaqəlidir. Bunlardan birini yaxşı mənimsəyən öz güc mövqeyini və vasitələrini digər kateqoriyalarda möhkəmləndirməyə cəhd edə bilər. Belə ki, İraq və Əfqanıstanda beynəlxalq koalisiyanın düşmənləri həm ənənəvi, həm də qeyri-standart təhdidlər tətbiq ediblər.
Məsələn, "Əl-Qaidə" terror qrupu özünü qeyri-standart təhlükə kimi göstərməklə yanaşı, fəlakətli vasitələr əldə etmək istiqamətində fəaliyyət göstərib. Şimali Koreya eyni anda ənənəvi, qeyri-standart və fəlakətli çağırışlara cəhd edir.
Sonda bu 
Yüklə 40,68 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə