Mövzu 11. Beynəlxalq təhlükəsizlik və onun təmin olunması Plan


Texnoloji inkişafın dominantlığı və güc münasibətlərinə transferi



Yüklə 40,68 Kb.
səhifə7/12
tarix07.06.2022
ölçüsü40,68 Kb.
#88982
1   2   3   4   5   6   7   8   9   ...   12
beynelxalq teh-k

4. Texnoloji inkişafın dominantlığı və güc münasibətlərinə transferi. XXI əsrdən etibarən dünya siyasətinin əsas məsələlərindən biri insan fəaliyyətinin bütün sahələrində uzağa gedən nəticələr doğura bilən elmi-texnoloji sıçrayış hesab edilir. Kompüterləşmə və informasiya inqilabı hərbi sahədə elmi-texniki tərəqqiyə yol açıb. Yüksək texnologiyaların tətbiqi adi silahlanmanın, kəşfiyyat və qoşunların idarəedilmə sisteminin xarakter və imkanlarını köklü şəkildə dəyişmiş və uzaq məsafədən müharibənin aparılması imkanlarını genişləndirmişdir.
Müasir silah növlərinin əksər çoxluğu informasiya texnologiyalarına istinad edir. Bu gün informasiya texnologiyalarının hərbi sahəyə daha geniş tətbiq edilməsi ümumbəşəri hadisə hesab edilir. Müasir beynəlxalq təcrübənin təhlili onu gostərir ki, hərbi əməliyyatların müvəffəqiyyətli keçirilməsi döyüş fəaliyyətlərinin kompleks informasiya təminatını tələb edir ki, bu da müsir informasiya texnologiyaları olmadan mümkün deyil. Əksər hərbi analitiklər hesab edir ki, müasir informasiya texnologiyalarının geniş tətbiqi hərb işində inqilaba səbəb olub. Misal qismində son illər ABŞ-ın apardığı müharibələri qeyd etmək olar.
XX əsrin birinci yarısında heç kim təxmin edə bilməzdi ki, bir neçə onillikdən sonra elmi-texniki tərəqqi bəşəriyyətə yeni, öz görünməz telləri ilə tədricən bütün dünyanı birləşdirən kommunikasiya vasitələri bəxş edəcək. Artıq bu gün aksiomadır ki, müasir dünyamız müharibəsiz, xüsusən də informasiya qarşıdurması olmadan keçənə bilmir [7, c.276].
İnformasiya müharibəsi – cəmiyyətin müasir inkişaf mərhələsində sözsüz ki, aktual və vacib termindir və onu dərk etmədən müasir siyasi həyatda və geosiyasətdə gedən prosesləri anlamaq asan deyil. BMT baş katibinin məruzəsində (3 oktyabr 2001-ci il) informasiya müharibələri informasiya məkanında dövlətə, cəmiyyətə və şəxsiyyətə yönəlmiş əsas təhlükələrlə yanaşı digər təhlükələrlə: digər dövlətin informasiya sahəsinə sanksiyalaşdırılmamış müdaxilə üsullarının hazırlanması və istifadəsi; başqalarının informasiya resurslarının qeyri-hüquqi istifadəsi və onlara ziyan yetirilməsi; xarici dövlətin əhalisinə məqsədli informasiya təsiri; informasiya məkanında dominantlığa cəhd; terrorizmin genişlənməsi və s. aid edilmişdir .
Hal-hazırda "informasiya müharibəsi" məfhumu müxtəlif cür müəyyən edilir. Bu, "information warfare" termininin bir neçə məna kəsb etməsilə əlaqəlidir. O "informasiya müharibəsi", "informasiya qarşıdurması", "informasiya-psixoloji müharibə" kimi şərh oluna bilər. Öz növbəsində informasiya müharibəsi bir dövlətin digər dövləti zəiflətmək və məhv etmək üçün istifadə etdiyi informasiya fəaliyyəti; yarışan rəqiblər arasında informasiya müharibəsi; iki kütləvi düşmən (məsələn, ordu) arasında hərbi informasiya münaqişəsi kimi xarakterizə olunur.
Bu gün informasiya müharibəsi müharibənin aparılmasının mühüm tərkib hissəsinə çevrilib. Xüsusən də 2014-cü ildə Krımın Rusiya tərəfindən "məxməri ilhaqı" informasiya müharibəsinə ən tutarlı misal ola bilər.
Əminliklə demək olar ki, hərbi-siyasi proseslərdə KİV-lərin rolu bundan sonra da artacaq. Kibernetik müharibə anlayışı müasir cəmiyyət qarşısında dayanan yeni təhlükələri xarakterizə edir. Belə ki, müasir cəmiyyətlərin idarəetmə infrastrukturları həddindən atrıq informasiya və kommunikasiya texnologiyalarından asılıdır. İnternet vasitəsilə həm düşmənin hərbi komanda strukturunun, həm də mülki fəaliyyət sahələrinin funksionallığını pozmaq mümkündür.

Yüklə 40,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə