Mövzu 11. Beynəlxalq təhlükəsizlik və onun təmin olunması Plan



Yüklə 40,68 Kb.
səhifə2/12
tarix07.06.2022
ölçüsü40,68 Kb.
#88982
1   2   3   4   5   6   7   8   9   ...   12
beynelxalq teh-k

kəsişməyən maraqlar – həyata keçirilməsi digər dövlətlərin maraqlarına toxunmayan dövlət maraqları;

  • paralel maraqlar – bu halda bir dövlətin xarici siyasət maraqlarının həyata keçirilməsi digər ölkənin maraqları ilə uyğun gəlir;

  • müştərək (ümumi) maraqlar – bunların həyata keçirilməsi iki və ya artıq sayda dövlətlərin əlaqələndirilmiş kollektiv hərəkətləri əsasında mümkündür;

  • uyğun gəlməyən maraqlar – bu halda son məqsədlər üst-üstə düşmür, bununla belə, ziddiyyətlər də meydana çıxmır;

  • ziddiyyət yaradan maraqlar – digər ölkələrin maraqlarını məhdudlaşdırmadan onların həyata keçirilməsi mümkün deyildir.

    Müxtəlif dövlətlərin tələblərinin eyni dərəcədə nəzərə alınmasına imkan yaradan (paralel, kəsişməyən və ya müştərək maraqlar əsasında) müəyyən maraqların nisbətinin əldə edilməsi, qarşı duran tərəflərin razılığa gəlməsinə şərait yaradan əsas vasitədir. Maraqlar nisbəti ticarət sazişləri ilə yaradılmış ittifaqlar əsasında formalaşmış, eləcə də xalqlar arasında dostluq münasibətlərinin qurulması, sabit beynəlxalq əlaqələr sisteminin formalaşmasını təmin edən siyasi, diplomatik, iqtisadi və mədəni əlaqələrin inkişafına köməklik göstərir.
    Bununla yanaşı, maraqlar nisbəti bir qayda olaraq məhdudlaşdırılmış məkan və zaman çərçivəsində olur. Maraqlar nisbətinin pozulması dövlətlərarası münasibətlərin digər səviyyəyə keçməsinə səbəb olur. Nəticədə sazişlər, ölkələr və xalqlar arasındakı əlaqələr ləğv olunur, beynəlxalq münasibətlərdə soyuqluq yaranır.
    Maraqların təmin olunması meyli dövlətləri dağıdıcı müharibələrə sövq edir. Nəticədə hər bir tərəf rəqibin hərbi, iqtisadi və insan ehtiyatlarına maksimal zərbə endirməklə, onun cavab hərəkətlərini azaltmağa çalışır.
    Beləliklə, qədim zamanlardan güc beynəlxalq əlaqələrdə daima hərəkətdə olan amil kimi həmin ideologiyanın tərəfdarları olan tədqiqatçıların da əsərlərində öz əksini tapmışdır. Həmin tədqiqatların əsasını beynəlxalq səhnədə müxtəlif dövlətlərin milli maraqlarının uyğunlaşmaması nəticəsində yaranan bu və ya digər dərəcəli beynəlxalq münaqişələrin həll olunması, həmçinin xarici siyasətin nəticələrinə ölkə imkanlarının həlledici təsiri fərziyyəsi təşkil etmişdir. Həmin fərziyyədə milli imkanlar silahlı qüvvələr, əhali və texnologiyaların səviyyəsi, coğrafi amillər, təbii sərvətlər, dövlət idarəetməsi və ideologiya növlərinin xarakteristikalarının geniş spektri üzrə qiymətləndirilir.
    Universal konsepsiyasının işləyib hazırlanmasına edilən cəhdlər zamanı gücün (insan ehtiyatları, ordu, geosiyasi vəziyyət və s.) kəmiyyət ölçüsünü tapmaq çox çətindir. Beynəlxalq əlaqələrin təcrübəsi əsaslı surətdə təsdiq etmişdir ki, güc hər hansı ictimai təzahür kimi kəmiyyətcə lazımi qədər hesablana bilməz. Lakin güc təsirinin xüsusiyyətlərinin müəyyən olunması üçün çox zaman kifayət olan kəmiyyət xarakteristikaları verilir.
    Bu məqsədlə sistemli yanaşmanın tətbiqi əvəzolunmazdır. Beynəlxalq əlaqələrin təhlilinə sistemli yanaşma dövlətlər arasında əlaqələrin mahiyyəti və xarakterinin, habelə nəticədə hazırkı sistemin daxilində dövlətlərin fəaliyyətinin qanunauyğunluqlarının müəyyən olunması üçün imkanlar yaratmışdır.
    Özünü qoruma və inkişafa meyl göstərmiş beynəlxalq əlaqələr sisteminə daxil olarkən, müstəqil dövlət beynəlxalq əlaqələr sisteminin obyektiv vəziyyəti və daxilində qurulmuş struktur əlaqələrinin xarakterinə uyğun olaraq öz maraqları və məqsədlərini müəyyən etməyə məcburdur. Buna görə də, beynəlxalq əlaqələr sistemi dövlətin xarici siyasətinə, onun konkret formalarına (bunlar beynəlxalq əlaqələr sisteminin inkişafının hər bir konkret tarixi dövründə yaranmış obyektiv şərtlərə uyğun olmalıdır) müəyyən təsir göstərir. Beləliklə, dövlətin xarici siyasəti siyasi hakimiyyət tərəfindən milli maraqlar qismində təqdim edilmiş tələblərlə yanaşı, həmçinin beynəlxalq əlaqələr sisteminin vəziyyətinin törəməsidir.
    Sistemin özünü müdafiəsi onun tərkibində olan elementlərin-dövlətlərin müxtəlif, bəzən ziddiyyətli meylləri arasında dinamik tarazlığın saxlanılması yolu ilə təmin olunur. Dövlətlər arasında müəyyən tarazlığın saxlanılması – bütün əlaqələr sisteminin normal fəaliyyətinin əsas şərtidir.
    Daxilində ayrı-ayrı struktur elementlərinin hərəkətlərini əlaqələndirmə və istiqamətləndirmə üçün imkan yaradan hər hansı vahid idarəetmə orqanın olmaması səbəbindən dövlətlərarası əlaqələr sistemi təbii yolla tənzimlənən mexanizmə malik olan sistemlərə aid edilmişdir. Buna görə də, beynəlxalq əlaqələr sistemində tarazlıq vəziyyəti müxtəlif maraqların və onları müşayiət edən dövlətlərin müxtəlif hərəkətlərinin beynəlxalq səhnədə toqquşması yolu ilə əldə edilir.
    Öz milli maraqlarını maksimal dərəcədə həyata keçirməyə cəhd göstərərkən, dövlət beynəlxalq əlaqələr sisteminə və ya ona daxil olan ayrı-ayrı strukturlarına dövlətin ümumi qüdrəti təsiri gücləndirir. Bu təsirin dərəcəsi və gərginliyi, bir tərəfdən, ölkənin daxili tələbləri, digər tərəfdən isə, beynəlxalq əlaqələr sisteminin obyektiv vəziyyəti ilə tənzimlənir. Beləliklə, dövlət ilə beynəlxalq əlaqələr sistemi və ya onun elementləri arasında olan qarşılıqlı əlaqələr haqqında söhbət açarkən, beynəlxalq əlaqələr sistemi və ya onun ayrı-ayrı elementlərinə ümumi qüdrətin təsirinin dərəcəsi və gərginliyində ifadə olunmuş dövlətin xarici siyasət gücündən danışmaq lazımdır.
    Bununla belə, beynəlxalq əlaqələrdə dövlətin gücü ümumi qüdrətin səviyyəsindən bilavasitə asılı olsa da, ona bərabər deyildir. Hazırkı halda əlaqə genetikdir – əmələ gəlməsi üzrə xarici siyasət gücü onun imkanlarını müəyyən edən dövlətin ümumi qüdrətindən çıxış edir. Eyni zamanda funksional nöqteyi-nəzərdən dövlətin xarici siyasət gücü beynəlxalq əlaqələr sistemində iqtisadi, siyasi, hərbi və digər məsələlərin həllinə yönəlirsə, dövlətin ümumi qüdrəti, axırıncılarla yanaşı, ölkənin daxili siyasət inkişafı və fəaliyyətini təmin edir.
    Beynəlxalq əlaqələr sisteminin xüsusiyyəti ondan ibarətdir ki, o dövlətlər arasında əlaqələrin təmin olunmasından başqa, onların xarici siyasət fəaliyyətinin obyekti qismində də çıxış edir.
    Beynəlxalq aləmdə öz spesifik maraqlarını rəhbər tutan hər bir dövlət subyekt güc daşıyıcısı kimi çıxış edərək burada müəyyən təsir göstərir.
    Beynəlxalq əlaqələr sisteminin dinamik tarazlığı iki ziddiyyətli məqama – bir tərəfdən, onun ayrı-ayrı elementlərinin, yəni milli maraqlarının təkamülünü və xarici siyasət fəaliyyətinin xarakterini müəyyən edən fasiləsiz iqtisadi, siyasi, ictimai və mədəni inkişafı prosesində olan dövlətlərin dəyişkənliyinə, digər tərəfdən isə dövlətlər arasında əlaqələrin, yəni dövlətlərarası münasibətlər sisteminin nisbi sabitliyinə əsaslanır.
    Dövlətlər arasında əlaqələr sistemi güc tarazlığının pozulması vasitəsi ilə əldə edilən inkişafa meyllidir. Beynəlxalq əlaqələr sistemi ictimai sistem olduğuna görə ictimai inkişaf qanunlarına əsaslanır.

    Yüklə 40,68 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   12




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə