Mövzu 11. Beynəlxalq təhlükəsizlik və onun təmin olunması Plan


Beynəlxal hüquq institutunun böhranı



Yüklə 40,68 Kb.
səhifə8/12
tarix07.06.2022
ölçüsü40,68 Kb.
#88982
1   ...   4   5   6   7   8   9   10   11   12
beynelxalq teh-k

5. Beynəlxal hüquq institutunun böhranı. Bu gün beynəlxalq hüquq institutunun böhranı aşkar şəkildə özünü büruzə verir və beynəlxalq təhlükəsizlik sferasında fəaliyyət göstərən aktorların davranışına yetərli təsir göstərir. Birincisi, BMT-nin bir sistem kimi effektivsizliyi haqqında fikirlər geniş yayılmaqdadır. İkincisi, "humanitar müdaxilə" praktikasının tətbiqi suverenliyə münasibətdə ənənəvi yanaşmanı köklü şəkildə dəyişib. Transmilli terrorizm təhdidi isə ön plana tamamilə yeni "preventiv zərbələr" problemini çıxarıb. Silahlı qüvvələrin qeyri-dövlət aktorlarına (terrorçulara, separatçılara və üsyançılara) qarşı tətbiq edilməsi praktikasının genişlənməsi hərbi gücün lazımi dərəcədə tətbiqi və dinc əhali arasında qurbanların sayının azalması problemini kəskinləşdirib. Məhz bu səbəbdən müasir beynəlxalq siyasətin reallığına uyğun olaraq beynəlxalq hüququn inkişafı və BMT-də islahatların aparlması həyata keçirilməlidir. Üçüncüsü, bir sıra ölkələr, ilk növbədə isə ABŞ beynəlxalq təhlükəsizlik problemləri ilə əlaqədar hüquqi sahədən kənarda fəaliyyət göstərməyə səy göstərir.
Beynəlxalq hüququn effektivliyi onunla ölçülür ki, hegemon dövlət onu necə görmək istəyir. Son onilliyin təcrübəsi onu göstərir ki, ABŞ-da beynəlxalq hüququn əhəmiyyətinə və məzmununa nihilist münasibət formalaşıb. ABŞ-ın BMT-dəki eks-diplomatı Con Boltonun fikirləri bu cür düşünməyə əsas verir. O demişdir: "XV-XVI əsrlərdən meydana gəlmiş beynəlxalq hüquq və ya millətlərin hüququ ilk növbədə ölkələr üçün bir növ davranış qaydası olmuşdur. Bu, ölkələrin dünya səhnəsində necə davranacağına dair bir razılıq idi. Əvvəlcə bunlar əsasən ikitərəfli razılaşmalar idi və bu müqaviləyə imza atan dövlət ona riayət etməli idi. İkinci Dünya müharibəsindən sonra çoxtərəfli müqavilələrin sayı kəskin artmağa başladı, onun ardınca isə o vaxtlar dövlətlər tərəfindən əməl edilməsi məcburi hesab edilməyən beynəlxalq hüquq sistemini yaratmağa səy göstəmiş nəhəng hüquqşünas-professorlar qrupunun yaranması ilə nəticələndi. Məhz bu baxımdan hesab edirəm ki, beynəlxalq hüquq sisteminin yaradılmasına yönəlmiş səylər süni xarakter daşıyırdı. Bu, "qanun" anlayışının beynəlxalq əlaqələrə uyğunlaşdırılması cəhdi idi, halbuki həmin sahədə qərarların əksəriyyəti hüquqi deyil, siyasi xarakter daşıyır. Bundan əlavə, daxili, milli qanunvericiliyin və beynəlxalq hüququn müqayisəsi heç bir məna daşımır, çünki bunlar iki müxtəlif sahələrdir. Başqa sözlə, ilk öncə qarşıya yerinə yetirilməsi mümkünsüz görünən tapşırıq qoyulmuşdur – beynəlxalq hüquq məkanı yaratmaq. Lakin vaxt keçdikcə bunun mümkün olmadığı aydın oldu. Beynəlxalq arenada ölkələrin davranışının bir çox aspektləri prinsipcə, hüquqi baxımdan nəzərdən keçirilə bilməz. Qanun müəyyən bir ölkəni idarə etmək üçün çox əlverişli bir mexanizmdir, lakin beynəlxalq münasibətlərdə bu mümkün deyil".
Göründüyü kimi, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq normalaının deyil, siyasi mənafelərin ön planda dayanması beynəlxalq nizamın dayanıqlı olmasına imkan vermir. 1994-1999-cü illərdə Yüqoslaviya ərazisində baş vermiş münaqişələrin nizamlanması problemləri, 2001-ci ilin sentyabrında Əfqanıstana, 2003-cü ilin martında İraqa qarşı beynəlxalq hərbi kampaniyanın başlanılması, 2014-cü ildə Krım hadisələri, hal-hazırda Suriya və İraqda cərəyan edən hərbi-siyasi xarakterli hadisələrdə zorakılığın hüdudsuzluğu, həmçinin etnik və etnoregional separatizmin referendum yolu ilə legitimləşdirilməsi cəhdləri və s. proseslər beynəlxalq hüquq institutunun nüfuzunu ciddi şəkildə sarsıtmağa nail olub. Çıxış yolu qismində beynəlxalq hüquq normalarının müasir reallıqlara uyğunlaşması istiqamətində zəruri islahatların aparılması hesab eilə bilər.

Yüklə 40,68 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə