Mövzu 1 Psixologiyaya giriş Plan: Psixi proseslər. Psixi hadisələrin quruluşu


Şəxsiyyətin istiqamətinin xarakteristikası



Yüklə 181,46 Kb.
səhifə10/52
tarix29.11.2023
ölçüsü181,46 Kb.
#143155
1   ...   6   7   8   9   10   11   12   13   ...   52
Mühazirə Psixologiya

2.Şəxsiyyətin istiqamətinin xarakteristikası. Yuxarıda şəxsiyyətin strukturundan danışarkən onun ən mühüm bloklarından biri kimi istiqamətini qeyd etdik və buraya onun tələbatlarının, davranış motivlərinin, maraq və meyllərinin, dünyagörüşünün, əqidə və ideallarının və s. daxil olduğunu qeyd etdik.
Tələbat orqanizmin və ya şəxsiyyətin nəyə isə obyektiv ehtiyacını əks etdirən psixi hadisədir. Tələbatlar həm insan, həm də heyvana mənsub olmaqla bioloji, yalnız insana mənsub olmaqla sosial və ya mənəvi xarakter daşıya bilər. Bununla belə insanların və heyvanların bioloji tələbatlarını eyniləşdirmək mümkün deyildir. Dərk olunma və ödənmə xüsusiyyətlərinə görə insan tələbatları bir-birlərindən əsaslı şəkildə fərqlənir. İnsan tələbatları onun dərk olunmuş ehtiyacları ilə bağlı olur. Hər hansı bir dərk olunmuş ehtiyac adamı o ehtiyacın ödənilməsi ilə əlaqədar şəraitdən asılı edir. Bu asılılığın psixi təəssüratdan keçirilməsi nəticəsində adam fəallaşır.
Tələbatların ödənilməsi, görülən iş, istifadə edilən alətlər yeni tələbatlar doğurur. İnsanın tələbatları olduqca müxtəlifdir. Adətən mənşəyinə görə tələbatları iki yerə bölürlər: təbii və mədəni tələbatlar.
Təbii tələbatlar – fərdin yaşayışını və nəslini davam etdirmək üçün şərait və ehtiyacların inikası əsasında yaranır. Təbii tələbatlara qida, təmizlik, isti və soyuqdan mühafizə, istirahət, nəsli davam etdirmək və s. ehtiyaclar misal ola bilər.
Mədəni tələbatlar – fərdin daxil olduğu sosial qruplarda mövcud mədəniyyətin psixi inikası nəticəsində yaranır. Mədəniyyət, sosial qrupda, tarixi inkişaf prosesində insanların əli və dühası ilə yaradılmış cisim, hadisə və münasibətlər mövcuddur. Hər konkret tarixi cəmiyyətin özünəməxsus geyim, ünsiyyət, məişət və s. dəbləri və onların inikası əsasında yaranan tələbatlar sistemi vardır. Fərd cəmiyyət daxilində ən kiçik yaşlarından real gerçəkliyi dərk etmə prosesində adət və ənənələrə, yaşayış və davranış tərzinə yiyələnir, sosiallaşma prosesi keçirir. Sosiallaşma prosesində fərd sosial qrupun tələbatlar sistemini, onların ödənilməsi yol və vasitələrini də mənimsəyir. Mədəni tələbatlar öz məzmunu etibarı ilə sosial tələbatlardır. Ona görə də şəxsiyyət ən təbii ehtiyaclarını belə daxil olduğu sosial qrupun mədəniyyəti çərçivəsində ödəyir. Beləliklə, cəmiyyətin tarixi inkişaf səviyyəsindən asılı olaraq, orada yaşayan adamların tələbatlar sistemi istər məzmun, istərsə də forma nöqteyi- nəzərindən bir-birindən fərqlənirlər.
Tələbatları, onların məzmunlarının səciyyəsinə görə təsnif edərkən maddi və mənəvi tələbatları müəyyənləşdirirlər. Maddi tələbatlar-maddi ehtiyaclardan doğur. Mənəvi tələbatlara insanların siyasətə, əxlaqi davranışa, dinə, elmə, incəsənətə və s. olan tələbatları daxildir. Maddi və mənəvi tələbatlar bir-birilə ayrılmaz surətdə bağlıdır. Mənəvi tələbatların təmin olunması üçün daima maddi şeylərin olması tələb edilir ki, bunlar da öz növbəsində maddi tələbatların predmetini təşkil edir. Buradan isə aydın olur ki, mənşəyinə görə təbii olan tələbat, eyni zamanda predmetinə görə maddi tələbat ola bilər. Mənşəyinə görə mədəni olan tələbat predmetinə görə ya maddi, ya da mənəvi ola bilər. Deməli, həmin təsnifat tələbatların olduqca müxtəlif növlərini əhatə edir və onların insan şüurunun inkişaf tarixinə və yönəldikləri obyektlərə münasibətini ifadə edir.

Yüklə 181,46 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə