Mövzu 1 Psixologiyaya giriş Plan: Psixi proseslər. Psixi hadisələrin quruluşu



Yüklə 181,46 Kb.
səhifə13/52
tarix29.11.2023
ölçüsü181,46 Kb.
#143155
1   ...   9   10   11   12   13   14   15   16   ...   52
Mühazirə Psixologiya

Hisslər, iradə, fəaliyyətin şəxsiyyətin fəallığında rolu inkaredilməzdir. Belə ki, insan fəallığı müvafiq hissləri doğuran emosional təəssüratdan başlayır. Bu zaman şəxsiyyət üçün əhəmiyyətli obyektə baxdıqda (proyeksiya olunduqda) həmin obyekt insanın sərvət meylləri ilə emosional təəssüratları arasında əlaqənin yaranmasına səbəb olur ki, bu da öz növbəsində konkret işin başa çatdırılmasına iradi cəhdi aktuallaşdırır. Emosional təəssüratın özünün yaranması stereotiplərin, ustanovkanın dəyişməsi və ya pozulması, başqa sözlə gerçəkliyin əks olunma forması müvafiq hisslərin keçirilməsinə gətirib çıxarır. Məsələn, milli futbol komandamızın oyunu qələbə ilə nəticələndikdə yaranan emosional təəssürat bizdə iftixar hissi, uduzduqda isə narazılıq ilə bağlı hissi yaradır. Yaxud, işgüzar partnyorumuzla bağlı yeni əlaqənin yaranması ilə bağlı emosional təəssürat razılıq hissi keçirməyimizə, tamas alınmadıqda isə narazılıq hissinin yaranmasına səbəb olur.
Beləliklə, hər cür emosional təəssürat öz modallığı və yönəlişliyinə görə bir-birindən fərqlənən hisslər doğurur. İnsanın keçirdiyi bu cür fərqli hisslər onun iş və fəaliyyətinin «mexanizmi» ilə bilavasitə əlaqəyə malik olur. Adətən, neytral hisslər olmur və ya belə demək mümkündürsə, emosional neytrallıq uzun ömürlü olmur. İnsan gah bir, gah da digər tərəfə meyilli olur və nəticədə ya müsbət, ya da mənfi hisslər keçirir. Modallığından asılı olmayaraq onların təzahürü həmişə müəyyən obyektə yönəlmiş olur. Bu zaman həmin obyektin harada olması əsas deyildir. Biz heç bir səbəb olmadan sevinmirik. Bizim hissi aləmimizin neqativizmi və ya pozitivizmi subyektiv və ya obyektiv səbəblərlə şərtlənir. Bu cür hissi yönəlişlik və yaxud hissi proyeksiya olduqca vacibdir. Məhz bunun sayəsində proyeksiya olunmuş hissləri şəxsi sərvət meyilləri ilə əlaqələndirmək olar. Bunu müvafiq misallar əsasında aydınlaşdıraq. Yerinə yetirdiyimiz işin keyfiyyəti ilə bağlı tənqidi fikirlər çox vaxt bizdə narazılıq, inciklik və ya pərtlik hissi yaradır. Öz ünvanımıza yönələn tənqidi dinləməklə biz həmin hissləri keçirməyə başlayırıq və onlar bizdə qalmır, şəxsi əhəmiyyət daşıyan obyektlərin üzərinə keçir. Bu cür obyekt tənqidin irəli sürüldüyü şərait, ola bilsin ki, tənqid edilən adam və yaxud tənqid edən adam ola bilər. Bütün hallarda narazılıq və inciklik hissi tənqidin məzmunundan deyil, yaranma mənbəindən irəli gələ bilər. Bu zaman biz ya özümüzü pis işlədiyimizə görə danlayır, ya rəisin günahkar olduğunu düşünür, ya yerinə yetirdiyimiz işi pisləyirik, lakin tənqidin məzmunu haqqında fikirləşmirik. İnsan hissinin bu fenomeni məişət psixologiyası səviyəsində hamıya yaxşı məlumdur. Təsadüfi deyildir ki, biz kimi isə tənqid etməyə başlarkən «inciməyin, lakin…» ifadəsini işlədir və tənqid etdiyimiz adamın tənqidin məzmununa diqqət verməli olduğunu və onu şəxsi səviyyəyə keçirməməyi qeyd edirik. Lakin bu ya faydalı arzu olaraq qalır, belə ki, simasız tənqid mümkün deyildir. Bu cür tənqid özünü göstərirsə bu artıq tənqid deyil, boş danışıqdır. Belliklə, aydın şəkildə təsəvvür etmək lazımdır ki, «proyeksiya olmamış» hisslər olmur, əgər təzahür edərsə onlar artıq hisslər deyil, sadəcə olaraq emosional təəssürat – emosiyadır. Bu cür nəticəyə gəlmək olduqca vacibdir. Beləki, Bu bizim sonrakı addımı atmağımıza, proyeksə olunmuş hisslərin daima bizim sərvət meyllərimizlə əlaqələnməsinə kömək edir. Başqa sözlə, bizdən kimsə mütəəssir olur, öz hisslərini duyur və şəxsi əhəmiyyətli obyektə proyeksə edirsə, mütləq onları öz şəxsi sərvətləri ilə əlaqələndirir. Burada «əlaqələndirmək» anlayışını dəqiqləşdirmək zəruridir. Beləki, bu iki aspektdə təzahür edə bilər. Birinci tip xarici (zahiri) əlaqələndirmə olub, burada əlaqələndirmə hisslərin zahiri proyeksləşməsində təzahür edir, insan tərəfindən qiymətləndirilir, lakin həqiqi şəxsi sərvət səviyyəsinə qalxa bilmir. Bu cür hadisə çox vaxt sözdə fəallıq şəklində təzahür edir və «Belə də iş olar», «Bu heç bir çərçivəyə sığmır» və s. ifadələrində özünü göstərir, faktiki olaraq yalançı informasiya xarakteri daşıyır. Xarici təzahür edən hisslər və onları müşayət edən replika insanın həqiqi niyyəti, məqsəd və dəyərlərinə uyğun gəlmir. Buna görə də proyeksləşdirilmiş hisslərin xarici və ya yalançı qarşılaşdırılması şəxsiyyətin sərvət özəyinin həqiqi qarşılaşdırılmasında aydın şəkildə fərqləndirilməlidir. Belə olduqda iş və hərəkətlərin həyata keçirilməsi ilə bağlı olan iradi cəhd aktuallaşır. Bu da qarşılıqlı əlaqələndirilmiş elementlər silsiləsində insan davranışının istiqamətini izah etməyə imkan verən son mərhələni təşkil edir
2. Tələbatlar. Hər hansı bir canlı varliq kimi insan da yaşamaq və inkişaf etmək üçün özünün ehtiyaclarını təmin etməlidir. Məlumdur ki, «insanlar siyasət ilə, elm, incəsənət, dil və i. ilə məşğul olmazdan əvvəl birinci növbədə yeyib-içməlidirlər, mənzilə malik olmalıdırlar, geyinməlidirlər (K.Marks). İnsanın ehtiyacları onun üçün psixoloji məna kəsb edir və tələbatlar kimi təzahür edirlor. Deməli, ehtiyac və tələbat sinonim sözlər deyildirlər. Tələbat daha geniş anlayışdır. Tələbatlаг insanın ehtiyacları ilə yanaşı həm də öz ehtiyaclarına münasibətini əks etdirir . Tə1əbatlar insanın konkret sabit şəraitindən asılılığını ifadə edən, onun bu şəraitdə aktivliyini şərtləndirən özünəməxsus psixi halətdir. Bu tərifdə tələbatların üç xüsusiyyəti qeyd olunur. Onları ayrı-ayrılıqda nəzərdən keçirək.
a) Tələbatlar insanın özünəməxsus psixi halətidir. İnsan özünün yaşaması və inkişaf etməsi üçün zəruri olan hər hansı bir obyektə ehtiyac hiss ctdikdə, nə isə bir gərginlik keçirir, narahat olur. Tələbatların əmələ gəlməsi və təmin olunması prosesi həmişə özünəməxsus emosiya və hisslərlə müşayiət olunur.
b) tələbatlar insanin konkret həyat şəraitindən asılılığını ifadə edir.
Tələbatların müxtəlif növləri vardir. Onlan ayrı-ayrı meyarlara görə ayrı-ayrı istiqamətlərdə təsnif etmək olar. XX yüzillikdə bu məsələyə xüsusi diqqət yetirilmişdir. Müasir psixologiyada tələbatların onlarla təsnifatı məlumdur.
Mənşəуinə görə tələbatların - təbii (üzvi) və mədəni olmaqla iki növü mövcuddur. Bütün adamlarda yeməyə, yuxuya, əks cinsə, soyuqdan və yaxud həddindən artıq istidən qorunmağa v s. tələbat vardir. Bunlar təbii tələbatlardır. Mdəni tələbatların növləri genişdir. Çəngəl və bıçaqdan istifadə etmək, dişləri yumaq tələbatından başlamış ev bəzəmək, Nəsiminin əsərlərini əldə etmək tələbatına qədər onu müxtəlif növlərini qeyd etmək olar.
Tələbatları predmetinə görə də iki yerə - maddi və mənəvi tələbatlara bölürlər. Qidaya, geyimə, mənzilə, məişət şeylərinə və s. olan tələbatlar predmetinə görə maddi tələbatlar hesab olunur. Mənəvi tələbatlara isə aşağıdakıları misal göstərmək olar: əmək, ünsiyyət, qəzet və jurnal oxumaq, rəsm əsərlərinə, təbiət mənzərələrinə, kinoya və digər tamaşalara baxmaq, musiqi dinləmək və s. Bu tələbatlar içərisində əmək tələbatının əhəmiyyətini xüsusi olaraq qeyd etmək lazimdir. Əmək insan tələbatlarının formalaşmasının ən başlıca şərtidir. Öz tələbatlarını asanlıqla təmin etmək imkanı çox vaxt insan şəxsiyyətinin tənəzzülünə gətirib çıxarır. Ünsiyyət tələbatının da rolu böyükdür. K.Marks başqa adamı «ən böyük sərvət» adlandırırdı. О yazırdı ki, insan həmişə «başqa insan kimi ən böyük sərvətə tələbat hiss edir». İnsanın bütün mənəvi tələbatları onun əmək və ünsiyyət tələbatların inkişaf səviyyəsi ilə bilavasitə bağlıdır. Bir cəhətə diqqət yetirək: yeməyə olan tələbat mənşəyinə görə təbii, predmetinə görə maddi tələbatdır. Çəngəl və bıçaqdan istifadə etmək mənşəyinə görə mədəni, predmetinə görə maddi tələbatdır, halbuki musiqi dinləmək mənşəyinə görə mədəni, predmetinə görə mənəvi tələbatdır. Eyni sözləri tələbatların digər növləri haqqında da demək olar. Tələbatlar özünəməxsus ierarxiya təşkil edirlər. Onun aşağı səviyyələrini ibtidai (sadə) tələbatlar, yuxan səviyyələrini isə ali tələbatlar təşkil edir. Genetik baximdan maddi (təbii) tələbatlar birincidir, mənəvi və mədəni tələbatlar onların əsasında formalaşır. Funksional planda da bu cəhət aydın nəzərə çarpır. Mənəvi və mədəni tələbatlar maddi tələbatlarla aynlmaz surətdə əlaqədardır. Onların adətən maddi şeylər (kitab, qəzet, televizor, not kağızı, rənglər və s.) vasitəsilə təmin olunmasi da bunu sübut edir.
Mənəvi və mədəni tələbatlar da maddi (təbii) tələbatların formalaşması prosesinə mühüm təsir göstərirlər. Təbii tələbatlara vital (latinca vitalis – həyati deməkdir) tələbatlar deyirlər. Onlar insanın həyat fəaliyyəti üçün zəruridir, əgər təbii tələbatlar, xüsusilə yeməyə, yuxuya və s. tələbatlar təmin oluna bilməzsə, insanin özü mütləq məhv olar və nəsli davam etdirmək imkanından məhrum olar. Mədəni və mənəvi tələbatlar təmin edilmədikdə, insan məhv olmur, lakin ondaki insani cəhətlər ciddi zərər çəkir. Ali tələbatlarm təmin olunması şəxsiyyətin daxili aləminin zənginləşməsinin zəruri şərtidir. Tələbatlar dinamik xarakter daşıyırlar. İnsanin fəaliyyət və ünsiyyət sahəsi genişləndikcə onlar da dəyişirlər. Tələbatların bu miühüm xüsusiyyəti öz əksini onda tapir ki, təmin olunmuş hər hansi bir tələbatın zəminində yeni, daha yüksək tələbatlar formalaşır və ınkişaf edir. Tələbatların inkişafı istehsalın inkişafı ilə bağlıdır. Televizor, tranzistor, videomaqnitofon, videotelefon və i.a. olmadığı dövrdə bunlara tələbat da yox idi. Lakin bunlann istehsalmdan sonra tələbat yarandı və getdikcə artmağa başladı. Bu, öz növbəsində ölkəmizdə televizor və ya tranzistor istehsahmn genişlənməsi ilə nəticələndi. Deməli, insanin tələbatları genişləndikcə istehsal da inkişaf edir. Tələbat olmasa, istehsal da olmaz. Tələbat istehsalı genişlənıdirir, dəyişdirir və inkişaf etdirir.
İnsanlar öz tələbatlannı müxtəlif üsullarla təmin edirlər. Bu üsulların özləri hər hansı biri əlverişli şəraitdə tələbata çevrilə bilər. Bəzən tələbə özünün müəyyən mədəni və ya mənəvi tələbatını təmin etmək uçün kitab toplayir və tədricən kitab toplamaq onun mühüm tələbatlarından birinə çevrilir.
İnsanin ictimai təcrübəni mənimsəməsi həm də onların tələbatların təmin olunması üsullarına yiyələnməsi prosesidir. Bu prosesdə üç cəhəti xüsusilə ayırmaq olar: a) tələbatların təmin olunmasi üsullarının konkretləşməsi və fərdiləşməsi: hər bir tələbat müəyyən üsulla təmin olunur (xörəyi qaşıq və ya çəngəllə yeyir, çayı stəkan və ya fincanda içirlər və s.); b) tələbatların təminolunma üsullarının dərk olunması: tələbatların məzmunu öz əksini şüurda tapır; bunun da nəticəsində tələbatların təmin olunmasi üsullarının konkretləşməsi prosesinin özü şüurlu xarakter kəsb edir; yəni insan öz tələbatlarının daha səmərəli üsullarla təmin etməyə başlayır. «Ağıllı tələbatlar» dedikdə, birinci növbədə, bu cəhəti, yəni insanın öz tələbatlarını agıllı surətdə təmin etməsini nəzərdə tuturlar. Əks halda tələbatların təmin olunması prosesi süniləşir, «əşya xəstəliyi» əmələ gəlir. v) tələbatların təminolunma üsullarimının ictimailəşməsi: insan mədəni və mənəvi sərvətlərə yiyələndikcə, onda ali tələbatlar formalaşır. Mədəni və mənəvi tələbatların formalaşması prosesində isə təbii tələbatların məzmunu və onların təminolunma üsullarının xarakteri köklü surətdə dəyişir. Təbii tələbatlar, məsələn, yemək-içmək, geyinmək və s. məqsəddən yaşamaq vasitəsinə çevrilirlər.
Tələbat insanı fəaliyyətə təhrik edir, lakin fəaliyyətin məzmunu bilavasitə tələbatla deyil, fəaliyyətin məqsədilə şərtlənir. Şəxsiyyətin tələbatları ilə onun fəaliyyətinin məqsədi arasinda əlaqə psixoloji aspektdə motivlər vasitəsilə yaranir.
Tələbatlar öz-özlüyündə fəaliyyətin məqsədini, ümumiyyətlə, xarakterini müəyyən etmir. Bu onunla izah olunur ki, insanin tələbatlarında onları təmin edəcək predmetlər dəqiq yazılmamışdır: eyni bir tələbat müxtəlif predmetlərlə, müxtəlif üsullarla təmin edilə bilər. İnsan öz tələbatlarını təmin etmək üçün işə başladıqda - yalnız bu zaman tələbatları təmin edəcək predmet müəyyənləşir - tələbatlar «əşyaviləşməyə» başlayır, başqa sözlə, onların əsasinda motivlər əmələ gəlir.
İnsan fəaliyyətinin spesifik xüsusiyyəti ondan ibarətdir ki, o, həmişə məqsədyönlüdür. Məqsədgüdmə, yaxud müəyyən məqsədə yönüm - insanın psixoloji cəhətdən çox mühüm xüsusiyyətidir. Fəaliyyət insanın məqsədini müəyyən edən amil kimi özünü göstərərək onun bütün proseslərini bir-birilə əlaqələndirir və onlan fəaliyyətin ümumi strukturunda üzvi şəkildə birləşdirir. Lakin bununla belə aydındır ki, insan heç də özünün bütün məqsədlərini fəaliyyət prosesində eyni dərəcədə reallaşdıra bilmir. Məqsəd fəaliyyət prosesində özünün müəyyənedici rolunu oynaya bilməkdən ötrü insan üçün şəxsi məna kəsb etməli, onun daxili təhrikinə çevrilməlidir, yəni şəxsiyyətin motivləri ilə üzvi surətdə uzlaşmalıdır.
Motiv (latinca movere – hərəkətə gətirmək, itələmək deməkdir) dedikdə tələbatların təmin olunmasi ilə əlaqədar olaraq insanı fəaliyyətə təhrik edən amillər nəzərdə tutulur. Biz insanin təlabatlarını aydınlaşdırarkon «nə üçün fəallıq göstərir?» - sualına cavab veririk. Motivlərini təhlil edəndə isə, bu və ya digər hərəkətin nəyin naminə icra olunduğunu aydınlaşdırmaq lazimdir. Şəxsiyyətin motivləri onun fəaliyyətinin istiqamətini müəyyən edir. Fəaliyyətin konkret xarakteristikasi motivlə deyil, məqsədlə müəyyən olunur. Bir tərəfdən, eyni bir motiv zəminində müxtəlif məqsədlər formalaşır, digər tərəfdən, eyni bir məqsəd müxtəlif adamlarda müxtəlif motivlərlə bağlı olur.
Bütün hallarda motivin psixoloji funksiyasi eynidir: o, insanı fəaliyyətə təhrik edir və onun fəaliyyətinin istiqamətini müəyyənləşdirir. Bu iki cəhət (təhriketmə və istiqamətləndirmə) bir-birilə vəhdət təşkil edir və motivin əsas funksiyaları kimi meydana çıxır.
İnsanı fəaliyyətə təhrik edən müxtəlif hadisə və halətlər motiv kimi özünü göstərir: əqidə və dünyagörüşü, maraqlar və emosiyalar, həvəs, yönəliş, ideallar və s. buna misal ola bilər.
Motivlər çoxdur. İnsanı fəaliyyətə eyni vaxtda müxtəlif motivlər təhrik edə bilər. Lakin bütün hallarda, onlar da, tələbatlar kimi, ierarxik quruluşa malikdir: motivlərdən biri əsas, aparıcı, digəri isə ikinci dərəcəli olur; sonuncular əsas motivlərdən asılıdır, onlara tabedir, hətta bəzən yalniz əlavə təhrik funksiyasını yerinə yütirirlər. Şəxsiyyət üçün həyati məna kəsb edən, onun həyatının mənasına çevrilən, həyat perspektivlərini ifadə edən motivlər əsas motivlər kimi meydana çıxırlar.
Təlim motivləri. Motivlər hər bir fəaliyyət sahəsində özünəməxsus xüsusiyyətlərlə təzahür edirlər. Bu cəhəti nəzərə alsaq, biz onları fəaliyyətin növlərinə görə: oyun, təlim, əmək və yaradıcılıq motivləri kimi xarakterizə edə bilərik. Təlim motivlərini adətən idrak motivləri və sosial motivlər olmaq üzrə iki böyük qrupa bölürlər. İdrak motivlərinin aşağıdakı növləri vardır:
1. Geniş idrak motivləri (şagird bütün fənlərdə yeni faktlar, nəzəri məsələlər, deduktiv nəticələr və s. ilə maraqlanır).
2. Tədris-idrak motivləri (şagirddə bir və ya bir neçə fənnə maraq əmələ gəlir, o, müvafiq fənləri daha ətraflı öyrənməyə başlayır).
3. Özünütəhsil motivləri (şagird maraqlandığı fənlər üzrə müstəqil surətdə yeni biliklər əldə etməyə başlayır). Əgər təlim prosesində şagirdin fəallığı başqa adamlarla münasibət sahəsinə yönəlirsə, bu zaman sosial motivlər fərqləndirilir. Onları da üç növə bölürlər: 1. Geniş sosial motivlər (şagird Vətənə. cəmiyyətə faydalı olmaq, öz şagird borcunu yerinə yetirmək üçün əla və yaxşı qiymətlərlə oxumağa səy göstərir). 2. Dar sosial motivlər - bunlara başqa sözlə, mövqe motivləri deyirlər (şagird ailədə və məktəbdə yaxşı mövqe tutmaq üçün əlaçı olmağa çalışır). 3. Sosial əməkdaşlıq motivləri (şagird özünün müəllimlər və sinif yoldaşları ilə münasibətlərini təhlil edir, onlan daha da yaxşılaşdırmağa çalışır). Bir sira hallarda şagirdlərdə yaradıcılıq motivləri də özünü göstərir. Bu zaman təlim motivlərinin xarakteri tədricən dəyişir, onlarda yaradıcılıq üçün səciyyəvi cəhətlər əsas yer tutmağa başlayır. Bundan başqa nəzərə almaq lazimdir ki, istər idrak, istərsə də sosial motivlər həm kollektivçilik, həm də dar fərdiyyətçilik, hətta eqoist istiqamətə malik ola bilər. Bu о deməkdir ki, şagirdin müəyyən bir idrak motivinə və sosial motivə malik olmasi hələ onun şəxsiyyətini xarakterizə etmək üçün kifayət deyildir, şəxsiyyətin istiqamətini təhlil etmək üçün motivlərin keyfiyyətini aydınlaşdırmaq lazimdir.
Şəxsiyyətin formalaşması prosesi vasitəli xarakter daşıyır. Fərd, ictimai münasibətləri öz-özünə deyil, ancaq özünün aktiv fəaliyyəti vasitəsilə qazanır.Bu baxımdan fəaliyyət şəxsiyyətin formalaşmasının əsas şərtlərindən biri kimi qiymətləndirilməlidir.Şəxsiyyət formalaşdıqca fəaliyyətin xarakteri əsaslı şəkildə dəyişilir. Yənı şəxsiyyətin təlabatlan əsasında fəaliyyətin motivləri formalaşır. «motiv-məqsəd» vektoru əmələ gəiir və o fəaliyyətin əsas struktur vahidinə çevrilir. Faaliyyət prosesi bütünlükdə şəxsi məna kəsb edir. Bundan asılı olaraq fəaliyyətin tərkibinə daxil olan bütün idrak proseslerinin də xarakteri dəyişilir. Onlar şəxsiyyətin xüsusiyyətləri ilə şərllənməyə başlayırlar. Beləliklə də fəaliyyət prosesində şəxsiyyətin tələbat-motivasiya, emosiya və idrak sahələri bir-birinə nüfuz edərək tədricən qarşılıqlı əlaqədə inkişaf etməyə başlayırlar.

Yüklə 181,46 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə