Mövzu 1 Psixologiyaya giriş Plan: Psixi proseslər. Psixi hadisələrin quruluşu



Yüklə 181,46 Kb.
səhifə9/52
tarix29.11.2023
ölçüsü181,46 Kb.
#143155
1   ...   5   6   7   8   9   10   11   12   ...   52
Mühazirə Psixologiya

Özünütərbiyə yeniyetmə və gənclərin qiymətli xarakter əlamətləri haqqmda etalon və stereotipləri ilə bilavasitə bağlıdır. Psixoloji tədqiqatlar əsaslı surətdə göstərir ki, insan özündə, birinci növbədə, yüksək qiymətləndirdiyi keyfiyyətləri, o cümləden xarakter əlamətlərini tərbiyə edir.
Xarakter əlamətləri müxtəlif və çoxcəhətli olsa da, əksər hallarda onların biri və ya bir neçəsi insanın davranış və rəftarında daha qabarıq şəkildə özünü göstərir. İnsanlar bir-birlərini xarakterizə edərkən bu cəhəti adətən nəzərə alirlar: biz hər hansı bir şəxsi «mehriban» və ya «kobud adam» kimi qiymətləndirəndə onun müəyyən bir xarakter əlamətini nəzərə çarpdırırıq. Lakin bir sıra hallarda bu və ya digər xarakter əlaməti daha ifrat formalarda özünü göstərir. Adamlar belə hallarla rastlaşanda: «bu ki, əməlli başlı dəliymiş», «heç belə qəribə adam görməmişəm», «belə də adam olar?» - deyə öz təəccüblərini gizlətmirlər. Bu mənada psixologiyada xarakterin aksentuasiyası terminindən istifadə olunur.
Aksentuasiya latınca vurğu deməkdir. Biz adətən danışanda hər hansı bir fıkri nəzərə çarpdırmaq üçün müəyyən bir sözü xüsusi vurğu ilə deyirik. Xarakterin aksentuasiyası dedikdə də onun ayrı-ayrı əlamətlərinin həddindən artıq güclənməsi nəticəsində daha kəskin surətdə nəzərə çarpması başa düşülür.


Mövzu 3
Psixologiyada səxsiyyət problemi ( 2-ci mühazirə)
Plan:

  1. Şəxsiyyətin fəallığı və onu təmin edən amillər.

  2. Şəxsiyyətin istiqamətinin xarakteristikası. Tələbatlar. Maddi və mədəni tələbatlar.

  3. Səxsiyyətin davranış motivləri.

  4. « Mənlik » şüuru. Özünüqiymətləndirmə.

Ədəbiyyat:

  1. Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı, 1991

  2. Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı, 2003, səh.212-257.

  3. Əlizadə Ə.Ə. Məktəbə psixoloji xidmət: problemlər, düşüncələr// Azərbaycan məktəbi, 1993, №3.

  4. Jül Payot. İradə tərbiyəsi. Bakı, 2023.

  5. Jozef Kempbell. Min sifətli qəhrəman. Bakı.

1. Şəxsiyyətin fəallığı və onu təmin edən amillər. Əvvəlki mühazirədə qeyd edildiyi kimi, şəxsiyyət gerçəkliyi dərk edib dəyişdirməyi bacaran, fəaliyyət göstərən konkret canlı insandır. Deməli, şəxsiyyət ictimai münasibətləri dərk edən, həmin münasibətlər qovuşuğunda formalaşan subyekt, daha doğrusu fəal varlıqdır. Məhz onun fəallığı onun üçün fərqləndirici əlamət rolunu oynayır. Şəxsiyyət fəaliyyətin köməyi ilə gerçək aləmlə fəal qarşılıqlı təsir prosesində təşəkkül tapır. Bəs insan şəxsiyyətinin fəallığı nə ilə bağlıdır, onu təmin edən amillər nədən ibarətdir?


Bu sual uzun illər ərzində kəskin mübahisələrin meydana gəlməsinə səbəb olmuşdur. Yuxarıda şəxsiyyət haqqında nəzəriyyələrdən danışarkən qeyd olunduğu kimi, şəxsiyyətin davranışını, onun fəallığını təmin edən amillər müxtəlif istiqamətdə öz əksini tapmışdır. Bunu aydın görmək üçün görkəmli psixoloq K.Levinin təklif etmiş olduğu formulaya nəzər salaq.
K.Levin şəxsiyyətin davranışını təmin edən amilləri təhlil etmək üçün B=F (P, E) formulunu təklif etmişdir. Burada B davranış; F-funksional asılılıq işarəsi; P- şəxsiyətin daxili subyektiv xassələri; E- sosial mühiti bildirir.
K.Levinə görə şəxsiyyətin davrvnışını, fəallığını psixodinamik istiqamətdən izah edən istiqamətin baxışlarını həmin formulaya tətbiq etdikdə B= F(P) alınır. Bu isə o deməkdir ki, psixodinamik istiqamətdə şəxsiyyətin davranışı faktiki olaraq yalnız fərdin daxili subyektiv psixoloji xassələri ilə əlaqələndirilir və onunla izah olunur. Burada sosial mühitin rolu nəzərə alınmır.
Şəxsiyyət haqqında sosiodinamik istiqamətə gəldikdə, həmin nəzəriyyə tərəfdarları şəxsiyyətin davranışını xarici mühitin təsiri ilə bağlayır, şəxsiyyətin daxili xassələrinə əhəmiyyət vermirlər. Başqa sözlə B = F (E) formulu əsas götürülür.
İnteraksionistik istiqamətin tərəfdarları isə B=F (P,E) formulunu əsas götürürlər. Bununla da onlar şəxsiyyətin davranışını, fəallığını daxili və xarici amillərin qarşılıqlı təsiri ilə bağlayırlar. Bu ideyadan çıxış edən psixoloqlar şəxsiyyətin fəallığının mənbəyinin onun tələbatlarından ibarət olduğunu irəli sürürlər.

Yüklə 181,46 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə