Mövzu № torpaq- təBİİ obyekt və İstehsal vasiTƏSİDİR. Torpaqlarin kateqoriyalari



Yüklə 115,04 Kb.
səhifə6/6
tarix22.12.2023
ölçüsü115,04 Kb.
#154380
1   2   3   4   5   6
movzu 1

Təbii-tarixi əlamətləri ilə fərqlənən, müntəzəm konkret təsərrüfat fəaliyyəti üçün istifadə edilən və ya istifadəyə yararlı olan torpaqlara torpaq sahələri (uqodiya) deyilir. Torpaq sahələrinin yer üzərində dəqiq sərhədləri olur, müəyyən keyfiyyət, relyef və digər əlamətlərlə xarakterizə edilirlər, aşağıdakı formalara bölünürlər:
1)əkin-müntəzəm əkilən və kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə edilən kənd təsərrüfatı uqodiyalarıdır;
2) çoxillik kənd təsərrüfatı əkmələri – süni yaradılmış ağac, kol və ya ot çoxillik kənd təsərrüfatı əkmələrinin torpaqları (bağ, üzümlük,giləmeyvəlik, plantasiyalar və s);
3)biçənək- müntəzəm ot biçini üçün istifadə edilən uqodiyalar (sulu yerli biçənək, quru yerli biçənək, bataqlaşmış yerli biçənək);
4)otlaq-heyvanların müntəzəm otlaması üçün ayrılan uqodiyalar (quru yerli otlaqlar, bataqlaşmış yerli otlaqlar, dağ otlaqları, mədəni otlaqlar).
Kənd təsərrüfatına aid olmayan bəzi uqodiyalar da cəmiyyətin həyatında vacib rol oynayırlar: meşələr, tarla qoruyucu meşə zolaqları, bağ qoruyucu meşə zolaqları, dərə ətrafı meşə zolaqları, dərə boyu meşə əkililəri, sahilyanı meşə əkililəri, qumsallıqda mühafizə edici əkililər, kolluqlar, dərələr, qobular, bataqlıqlar.
Bunlardan əlavə torpaq sahələrinə (uqodiyalara) su sahələri yerləşən ərazilər, ictimai tikililərin əraziləri, küçələr, yollar, meydanlar və s. də aid edilir.
Yoxlama sualları
1.Torpaq-təbii obyekt və istehsal vasitəsidir. 2.Torpaqların kateqoriyası. 3.Torpaq fondunun mülkiyyət formalarına görə təsnifatı. 4. Torpaqdan istifadə. 5.Torpaq istifadəçisi. 6.Azərbaycanın torpaq fondunun zonalaşdırılması. 7.Zonaların adları. 8.Təsərrüfat əhəmiyyətli torpaq sahələri (uqodiyalar). 9.Kənd təsərrüfatına aid olmayan uqodiyalar. 10.Əlavə uqodiyalar.
Ədəbiyyat
1.R.M.Quliyev. Yerquruluşu.Icild.Bakı,”MMB”-2007
2.A.П.Вервейко. Землеустройство с основами геодезии.Москва.Недра.1988.
Yüklə 115,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə