Mövzu № torpaq- təBİİ obyekt və İstehsal vasiTƏSİDİR. Torpaqlarin kateqoriyalari


Azərbaycanın torpaq fondunun zonalaşdırılmasının məzmunu və mahiyyəti



Yüklə 115,04 Kb.
səhifə4/6
tarix22.12.2023
ölçüsü115,04 Kb.
#154380
1   2   3   4   5   6
movzu 1

Azərbaycanın torpaq fondunun zonalaşdırılmasının məzmunu və mahiyyəti. Təbiətdən səmərəli istifadə edilməsi, tarixi-mədəni irsin və ətraf mühitin mühafızəsi, əhalinin məskunlaşması, məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2000-ci il tarixli qərarı ilə “Torpaqların zonalaşdırılmasının ümumi əsasları və prinsipləri” təsdiq edilmişdir.
Respublika torpaqlarının zonalaşdınlması iki səviyyədə aparılmışdır:
I səviyyə-Azərbaycan Respublikasınm bütün ərazisinin zonalaşdırılması;
II səviyyə-şəhər və digər yaşayış məntəqələri ərazilərinin zonalaşdırılması.
I səviyyədə aparılmış zonalaşdırmaya görə Azərbaycan Respublikasınm bütün ərazisi aşağıdakı zonalara ayrılmışdır:
1)Respublikanm regional qruplar sistemləri daxilində mövcud şəhər, digər yaşayış məntəqələri və onların perspektiv inkişafı üçün nəzərdə tutulan ehtiyat torpaq zonaları.Tarixi məskunlaşma və əhalinin daxili təbii miqrasiyaya cəlb olunması əsasında Azərbaycan Respubbkasının mövcud yaşayış məntəqələrinin və onların perspektiv inkişaf sahələrinin Bakı-Sumqayıt, Quba-Xaçmaz, Şamaxı-İsmayıllı, Mingəçevir-Yevlax, Şəki-Zaqatala, Şirvan-Salyan, Lənkəran-Astara, Ağdam-Xankəndi-Laçın, Gəncə-Qazax, Göyçay-Ağdaş, Naxçıvan-Ordubad təbii məskunlaşma regionlarında birləşməsi zəruridir.
Respublika daxilində aynlmış 11 regional qrup bütün yaşayış məntəqələrini əhatə edib, hər biri ayrı-ayrlıqda özünün cazibə zonasında yerləşən 4-5 inzibati rayonun yaşayış məntəqələrini birləşdirərək, daxili nəqliyyat strukturu ilə mərkəz şəhərində yerləşdirilmiş bütün regionun əhalisinin sayına hesablanmış sənaye, mədəni-məişət, təhsil, səhiyyə və digər obyektlərin fəaliyyətini təmin edir.
2) Regional qruplar sistemləri daxilindən kənar yeni salınacaq şəhər və digər yaşayış məntəqələri üçün nəzərdə tutulan ehtiyat torpaq zonaları. Buraya Azərbaycan Respublıkasınm perspektiv iqtisadi inkişafını təmin etmək məqsədi ilə sənaye, kənd təsərrüfatı və digər obyektlərin və həmin obyektləri işçi qüvvəsi ilə təmin edəcək yaşayış məntəqələrinin salınması üçün nəzərdə tutulan torpaq sahələri aiddir.
3)Arxeoloji, memarhq abidələri və onların qalıqları müəyyən olunmuş zonalar.
4)Kənd təsərrüfatına yararh torpaqlar, yaylaq və qışlaq zonaları.Buraya hal-hazırda əkin üçün istifadə olunan və gələcəkdə əkiləcək yararlı torpaq əraziləri, yaylaq və qışlaq zonaları, kənd təsərrüfatında (heyvandarlıqda) istifadə olunan ərazilər və tikilılər aiddirlər.
5)Yer səthində və yerin təkində yerləşən (perspektiv geoloji axtarış sahələri də daxil olmaqla) mineral ehtiyatlar zonaları.Bu zonaların ərazisindəki sərvətlərin istehsal üsulundan asılı olaraq burada yaşayış obyektləri, laboratoriya və texnika üçün açıq və örtülü sığınacaqlar, anbar binaları və s. qurğular müvafıq təhlükəsizlık normalarına əməl olunmaqla yerləşdirilməlidir.
6)Yaşayış məntəqələrindən kənar hərbi şəhərciklər və poliqonlar zonası.
Bu zonaya kənardan gələnlər üçün qadağan məsafələri müəyyən olunmaqla, burada keçid buraxılış məntəqələri yaradılmalıdır.
7)Perspektiv nəqliyyat koridorları və qovşaqları daxil olmaqla ölkələrarası, ölkədaxili, şəhərlərarası tranzit dəmir yolları, avtomobil yolları və qovşaqları, hava nəqliyyatınm yerüstü qovşaqları və onların mühafizə zonaları;
8) Ölkələrarası, ölkədaxili, şəhərlərarası neft, qaz, elektrik, rabitə kəmər və xətlərinin mühafizə zolaqları ilə birlikdə zonaları;
9)Meşə fondu zonaları;
10)Xəzər dənizinin (gölünün) qalxması və enməsi ilə əlaqədar subasma zonaları;
11)Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (zonası);
12) Çay, açıq su hövzələri, kanallar və kollektorlar zonası;
13) Dağ çaylarının daşqınından mühafizə zonaları;
14)Təbii və texnogen xarakterli fövqəladə halların təsiri ilə su anbarlarının su saxlama qabiliyyətinin itirilməsi nəticəsində subasma izometriya xətləri arasında su altında qala biləcək zonalar;
15)Turizm və rekreasiya zonaları.Müalicə müəssisələri, sanatoriya və istirahət evlərinin bu zonalarda yerləşdirilməsi, onlarda kurort fəalıyyətinin yaradılmasına gətirib çıxarır.
16)Təbii qoruq zonaları. Dövlət tərəfındən təsdiq olunmuş təbii qoruq zonalarının (Zaqatala, İlisu, İsmaydlı, Pirqulu, Qızılağac, Hirkan, Göygöl, Türyançay, Ağgöl, Altıağac, Bəsitçay, Qaragöl, Qarayazı və Şirvan) təyinatı, ümumi əsasları və prinsipləri flora və faunanın qorunmasını təmin edir.
17)Dağ zonaları. Bu zonalara aid edilən ərazilər Baş Qafqaz sıra dağlarından, Şahdağ, Qaradağ, Murovdağ, Bozdağ silsilələrindən, Samur silsiləsinin bir hissəsindən, Dərələyəz və Zəngəzur silsilələrinin bir hissəsindən ibarətdir.
18) Radioaktiv və kimyəvi tullantıların basdırılma zonaları. Bu zonalar xüsusi sanitar normalarına müvafıq şəhər və digər yaşayış məntəqələrindən aralı yerləşdirilməlidir.
19)Xüsusi neft-qazçıxarma antropogen zonalar.

Yüklə 115,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə