Mövzu № torpaq- təBİİ obyekt və İstehsal vasiTƏSİDİR. Torpaqlarin kateqoriyalari



Yüklə 115,04 Kb.
səhifə3/6
tarix22.12.2023
ölçüsü115,04 Kb.
#154380
1   2   3   4   5   6
movzu 1

-dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları),
- bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları),
- xüsusi mülkiyyətə verilən torpaqlar.
“Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinə görə dövlət torpaqlarının tərkibinə aşağıdakılar aiddir:
- dövlət hakimiyyət orqanlarınm (qanunvericilik, icra, məhkəmə hakimiyyəti orqanlarınm) yerləşdiyi torpaqlar;
- dövlət obyektlərinin, dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarınm, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafıə obyektlərinin, dövlət sərhəd zolaqlannm, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi yerlər;
- yay və qış otlaqlannm, mal-qara düşərgələrinin və köç yollarmm torpaqları;
- meşə fondu torpaqları;
- su fondu torpaqları və Xəzər dənizinin (gölünün) Azərbaycan Respubbkasına mənsub olan sektorunun altında yerləşən torpaqlar;
-təbiəti mühafızə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tarix- mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəabyyəti qadağan edilmiş qorunan ərazilərin torpaqları;
- dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalannm, maşın-sınaq stansiyalarmm, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarmm torpaqları;
-dövlət müəssisələrinin, idarə və təşkilatlarmm daimi istifadəsində olan və ya üzərində dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar.
Dövlət torpaqları dövlətin müstəsna mülkü olduğu üçün onların istifadəsi və mühafızəsi sahəsində dövlət nəzarətini öz səlahiyyətləri daxibndə müvafıq icra hakimiyyəti orqanlan həyata keçirir. Bu torpaqlar torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada mülkiyyətə (bələdiyyə və xüsusi), istifadəyə, icarəyə verilə bilər.
Qanunun 7-ci maddəsinə görə bələdiyyə mülkiyyətinə verilən torpaqlarm sahəsi müvafıq inzibati ərazinin ümumi sahəsindən dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla tapılır. Bələdiyyə mülkiyyətinə aşağıdakı torpaqlar daxildir: ümumi istifadədə olan torpaqlar; fıziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları.
Ümumi istifadədə olan torpaqlara şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələri, meydanları, yolları, bağları, meşə-parkları, sututarlan, stadionları və idman meydançalarmın tutduğu torpaqlar, habelə əhalinin mal-qarası üçün örüş sahələri, yaşayış məntəqələrini birləşdirən yolların, təsərrüfatdaxili yolların, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğularm və ümumi istifadədə olan digər obyektlərin yerləşdiyi torpaqlar aiddir.
Fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlara onların daimi və ya uzunmüddətli istifadəsində olan bələdiyyə torpaqları daxildir.
Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır:
-yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan yerlər; sovxozlarm, kolxozların və digər kənd təsərrüfatı müəssisələrinin torpaq islahatı zamanı bələdiyyə mülkiyyətinə verilən torpaqlar; fıziki və hüquqi şəxslərin qısamüddətli istifaəsinə verilmiş torpaqlar; fıziki şəxslərin daimi və ya uzunmüddətli istifadə hüququna xitam verilən torpaqlar; başqalarınm daimi istifadəsinə və mülkiyyətinə verilməmiş digər torpaqlar.
Bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarınm 5 faizdən çox olmayan hissəsi, kənd təsərrüfatına azyararlı, yararsız torpaqları bütövlükdə ayrılmışdır. “Torpaq islahatı haqqında” Qanunun 19-cu maddəsi bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına azyararlı və ya yararsız torpaqlarını öz vəsaitləri hesabına yararlı hala salmaqla kənd təsərrüfatı məhsulları istehsal etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə torpaq sahələrinin verilməsində (satılmasında) güzəştlərin tətbiq edilməsini nəzərdə tutur.
Qanunla vətəndaşlarm qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağlarm, dövlət bağçılıq təsərrüfatınm idarəçiliyindəki bağların altında olan torpaqlar, habelə sovxoz və kolxozlarm özəlləşdirilən torpaqları xüsusi mülkiyyətə verilir.
Torpaq mülkiyyətçisinə torpaqda müstəqil təsərrüfatçılıq etmək hüququ verilir. Torpaq mülkiyyətçisi, habelə torpaq sahəsində olan və geniş yayılmış faydalı qazıntılardan, torflardan, meşəliklərdən, su obyektlərindən təsərrüfatın ehtiyacları üçün müəyyən olunmuş qaydada istifadə etmək hüququna malikdir.
Torpaq istifadəçilərinin (icarədarların) hüquqları mülkiyyətçilərə nisbətən bir qədər məhduddur, torpaqdan təyinatı üzrə istifadə hüququna malikdirlər.
Dövlət kənd təsərrüfatı müəssisələrinin, elmi-tədqiqat idarələrinin və tədris müəssisələri təsərrüfatlarının və digər kənd təsərrüfatı və ictimai müəssisələrin torpaqları da dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün qanunçuluqla müəyyən edilmiş şərtlər daxilində geri alına bilər.

Yüklə 115,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə