Mövzu № torpaq- təBİİ obyekt və İstehsal vasiTƏSİDİR. Torpaqlarin kateqoriyalari



Yüklə 115,04 Kb.
səhifə2/6
tarix22.12.2023
ölçüsü115,04 Kb.
#154380
1   2   3   4   5   6
movzu 1

Torpağın kateqoriyası- məqsədyönlü təyinat üçün ayrılmış və müəyyən hüquqi rejimə malik olan dövlət vahid torpaq fondunun hissəsinə deyilir.
Hər bir kateqoriyanın vahid torpaq fondunda xüsusi çəkisini və nisbətini ölkənin ali orqanı təyin edir.
Torpaq kateqoriyalarının ərazi bütövlüyünün və sahəsinin təyin edilməsinin əsasında dövlət yerquruluşu dayanır. Dövlət ehtiyyat fondundan və su fondundan başqa bütün torpaq kateqoriyalarınn tərkibində torpaqdanistifadə torpaq istifadəçiləri mövcuddur.
Yer üzərində sərhədlənmiş, müəyyən təsərrüfat məqsədi üçün ayrılmış və qanuni qaydada torpaq istifadəçisinə təqdim edilmiş torpaq sahəsi torpaqdanistifadə adlanır.
Qanuni qaydada təqdim edilən torpaq sahəsindən müəyyən məqsəd üçün istifadə edən təşkilata, müəssisəyə, vətəndaşlara torpaq mülkiyyətçisi (istifadəçisi) deyirlər.
Torpaqdan istifadə daimi və müvəqqəti olur, istifadəçi torpaq sahəsindən birinci ikinci formada istifadə edə bilər.
Torpaqların əsas kateqoriyaları cədvəli

s/s

Torpaqların əsas kateqoriyaları

Ümumi sahəsi, min ha

Xüsusi çəkisi,%

1.

Kənd təsərrüfatı təyinatlı

6672,2

77,2

2.

Yaşayış məntəqələrinin torpaqları.

154,1

1,8

3.

Sənaye, nəqliyyat, rabitə, müdafıə və qeyri-kənd təsərrüfatı təyinatlı torpaqlar.

292,5

3,4

4.

Təbiəti mühafızə, sağlamlaşdırma, rekreasiya və tarix-mədəniyyət təyinatlı torpaqlar

145,7

1,7

5.

Meşə fondu torpaqları.

1032,2

11,9

6.

Su fondu torpaqları.

140,0

1,6

7.

Ehtiyat fondu torpaqları

204,8

2,4




Cəmi:

8641,5

100

Torpağın mülkiyyətçiyə birbaşa verilməsinə birinci istifadə deyilir. Əgər torpaq mülkiyyətçisi öz sahəsindən digər istifadəçiyə torpaq ayırırsa, buna ikinci istifadə deyirlər. Torpağın ikinci istifadəyə verilməsi hüququ birinci istifadəçinin (mülkiyyətçi) qərarına əsaslanır.
Torpaqdan istifadəyə xitam verilməsi torpaq istifadəçisinin (təşkilat, müəssisə və s.) ləğvi ilə və torpaqdan istifadənin müddətinin qurtarması ilə əlaqədar torpaq qanunvericiliyi əsasında yerinə yetirilir. Bəzən vacib dövlət və ictimai ehtiyyac üçün və torpaqdan qeyri məqsədyönlü istifadə hallarında da torpaqdan istifadəyə xitam verilə bilər.
Azərbaycan torpaqları təyinatına görə 7 kateqoriyaya ayrılır:
1) kənd təsərrüfatı təyinatlı torpaqlar;
2) yaşayış məntəqələrinin (şəhər, şəhər tipli qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlan;
3) sənaye, nəqliyyat, rabitə, müdafıə və qeyri-kənd təsərrüfatı təyinatlı torpaqlar;
4) təbiəti mühafızə, sağlamlaşdırma, rekreasiya və tarix-mədəniyyət təyinatlı torpaqlar;
5) meşə fondu torpaqları;
6) su fondu torpaqları;
7) ehtiyat fondu torpaqları.
Birinci kateqoriyaya kənd təsərrüfatının ehtiyacları üçün verilmiş və ya bu məqsədlər üçün nəzərdə tutulmuş torpaqlar aiddir.
Kənd təsərrüfatı təyinath torpaqlar aşağıdakılara verilir:
- Azərbaycan Respublikasınm vətəndaşlarına-şəxsi yardımçı təsərrüfatla və heyvandarlıq ilə məşğul olmaq üçün;
- Azərbaycan Respubbkasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, dövlət kənd təsərrüfatı müəssisələrinə, kəndli (fermer) təsərrüfatlarma, birgə kooperativ və digər kənd təsərrüfatı müəssisələrinə və təşkilatlarma - əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı üçün;
-elmi-tədqiqat və tədris kənd təsərrüfatı müəssisələrinə, kənd texniki-peşə və ümumtəhsil məktəblərinə-tədqiqat, tədris məqsədləri, qabaqcıl təcrübənin təbliği və kənd təsərrüfatı ilə məşğul olmaq üçün;
-qeyri-kənd təsərrüfatı müəssisələrinə, idarələrinə və təşkilatlarına, ictimai birliklərə və dini təşkilatlara yardımçı kənd təsərrüfatı ilə məşğul olmaq üçün.
İkinci kateqoriyaya-yaşayış məntəqələrinin torpaqları, şəhərlərin, şəhər tipli qəsəbələrin və kənd yaşayış məntəqələrinin sərhədləri daxilində olan torpaqlar aiddir.
Üçüncü kateqoriyaya-sənaye, nəqliyyat, rabitə, hərbi və başqa təyinatlı torpaqlar daxildir.
Dördüncü kateqoriyaya-təbiəti mühafizə, sağlamlaşdırma, istirahət (rekreasiya), tarix-mədəniyyət təyinatlı və şəhərətrafı yaşıllıq zonalarınm torpaqları aid edilir.
Beşinci kateqoriyaya - meşə fondu torpaqlarına - meşə ilə örtülü olan, habelə örtülü olmayan, lakin meşə təsərrüfatınm ehtiyacları üçün nəzərdə tutulan torpaqlar daxildir.
Altıncı kateqoriyaya - sututarların (çaylar, göllər, su anbarları, kanallar), hidrotexniki və digər su təsərrüfatı qurğuları altında olan sahələr, habelə sututarların sahilləri boyunca zolaqlar üçün mühafizə zonaları və sair üçün ayrılan torpaqlar aiddir.
Yeddinci kateqoriyaya-mülkiyyətə, daimi və uzunmüddətli istifadəyə verilməmiş torpaqlar aiddir. Bu torpaqların tərkibinə qanunla müəyyən edilmiş qaydada üzərində mülkiyyət və istifadə hüquqlarına xitam verilən torpaqlar da daxil edilir.
Ehtiyat fondu torpaqları rayon (şəhər) bələdiyyələrinin sərəncamındadır. Ehtiyat fondunun torpaqları torpaq məcəlləsi ilə müəyyən edilmiş qaydada vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilir.
Azərbaycanın torpaq fondu mülkiyyət formalarına görə belə təsnifatlandırılır:

Yüklə 115,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə