Мөһсин Гәраәти



Yüklə 2,57 Mb.
səhifə12/97
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#75962
1   ...   8   9   10   11   12   13   14   15   ...   97

Bildirişlər


1. Peyğəmbərin (s) dəvəti ümumidir və bütün xalqı əhatə edir. (“Ya əyyuhənnas”)

2. İbadətin fəlsəfəsi nemət sahibinə şükür etməkdir. (“Əbudu rəbbəkumulləzi xələqəkum”)

3. İlk nemət yaranış, ilk göstəriş xaliq qarşısında əyilməkdir. (“Ubudu Rəbbəkumulləzi xələqəkum”)

4. Məbada ata-babalarımızın bütpərəstliyi və azğınlığı bizi Allaha ibadətdən uzaqlaşdıra. (“Vəlləzinə min qəblikum”)

5. İbadət təqva amilidir. Təqva yaratmayan ibadət ibadət deyil. (“Ubudu... ləəlləkum təttəqun”)

6. Öz ibadətinizlə qürrələnməyin. Hər ibadət təqva yaratmır. (“Ləəlləkum təttəqun”)


22. ﴿الَّذِي جَعَلَ لَكُمُ الأَرْضَ فِرَاشاً وَالسَّمَاء بِنَاء وَأَنزَلَ مِنَ السَّمَاء مَاء فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقاً لَّكُمْ فَلاَ تَجْعَلُواْ لِلّهِ أَندَاداً وَأَنتُمْ تَعْلَمُونَ

O Allah ki, sizin üçün yer üzünü döşənəcək, göyü isə tavan qərar verdi. Göydən su endirdi və onun vasitəsi ilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. Belə isə Allahın oxşarı olmadığını bildiyiniz halda Ona şərik qoşmayın.


Nöqtələr


◘Bu ayədə Allah müxtəlif nemətlərə işarə etmişdir. Bu nemətlərin hər biri müxtəlif nemətlər üçün mənbədir. Məsələn, yerin döşənəcək olması bir çox digər nemətlərə işarədir. Eləcə də, dağların bərkliyi, biyabandakı torpaqların yumşaqlığı, yerlə günəş arasındakı məsafə, havanın istiliyi, çaylar, dərələr, dağlar, otlar və onların müxtəlif hərəkətləri yeri döşənəcək kimi hazırlamışdır. Necə ki, Quranda yer haqqında bir neçə təbir işlədilmişdir. Yer beşik (“məhd”), ram (“zəlul”) kimi yad edilmişdir.1

◘“Səma” sözü ayədə bir yerdə bütün yuxarı fəzaya işarə oluraq “ərz” sözü qarşısında işlədilmişdir. Bir dəfə isə həmin sözlə yağışın buludlardan endiyi fəzaya işarə olunur.


Bildirişlər


1. İlahi nemətlərin xatırladılması ibadətə dəvətin ən üstün yollarındandır. (“Ubudu Rəbbəkum... əlləzi cəələ ləkum”)

2. Allahşünaslığın ən üstün yollarından biri imkan çatan nemətlərdən istifadə etməkdir. (“Cəələ ləkumul-ərzə firaşən vəs-səmaə binaən”)

3. Yaranış nizamında kamil bir uyğunluq müşahidə olunur. Necə ki, yer, səma, yağış, bitki örtüyü, meyvələr və insan arasında uyğunluqlar var. (“Nəzm dəlili”) (“Cəələ, ənzələ, əxrəcə”)

4. Bütün yaranmışlar hansısa məqsədlə xəlq olunmuşlar. (“Rizqən ləkum”) Yağış meyvələrin inkişafı və səmərəsi üçün (“fəəxrəcə bihi”), meyvələr insana ruzi üçündür. (“Rizqən ləkum”)

5. Torpaq və yağış bir vasitədir. Otların və meyvələrin cücərməsi Allahın əlindədir. (“Fəəxrəcə”)

6. Yaranış aləmindəki nəzm və uyğunluq tövhid nişanəsidir. Siz də təkallahçı olun: (“Fəla təcəlu lillahi əndadən”)

7. Bütün xalqın fitrət və vicdanında allahpərəstliyin kökü vardır. (“Və əntum tələmun”)

8. Yerin, səmanın, yağışın, meyvələrin, insanın ruzisinin yaranışı Allahın xaliqliyindən (Rübubiyyət) bir görünüşdür. (“Ubudu Rəbbəkum. əlləzi cəələ ləkum...)

9. Bütün insanların yer üzündə bəhrələnmək və istifadə haqları var. (Ayədə “ləkum” təkrarlanmışdır)

10. İbadətin vacib olma dəlili yeri, səmanı, yağışı, otları sizin üçün ruzi yaratmış Allahın lütfüdür. (“Ubudu Rəbbəkum.. əlləzi cəələ ləkum...”)

11. Allah təbiət vasitələrinə hakimdir. (“Cəələ, ənzələ, əxrəcə”)

12. Allahın şəriki olduğunu güman etmək cəhalətdəndir. (“La təcəlu lillahi əndadən və əntum tələmun”)


23. ﴿وَإِن كُنتُمْ فِي رَيْبٍ مِّمَّا نَزَّلْنَا عَلَى عَبْدِنَا فَأْتُواْ بِسُورَةٍ مِّن مِّثْلِهِ وَادْعُواْ شُهَدَاءكُم مِّن دُونِ اللّهِ إِنْ كُنْتُمْ صَادِقِينَ

Əgər bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və əgər sizin iddianız doğrudursa, Allahdan başqa bütün şahidlərinizi bu işdə köməyə çağırın.”


Nöqtələr


◘Bu ayə Quranın möcüzə olduğunu göstərir. Peyğəmbərlərin dəvəti Allaha doğru hidayətdir. Onlar bu işi dəlillərlə, moizələrlə, yaxşı tərzdə mübahisələrlə yerinə yetirirlər. Onların iddiası yalnız budur ki, Allah tərəfindən xalqın hidayəti üçün gəlmişlər. Bu məqsədlə möcüzə də gətirirlər. Demək, möcüzə peyğəmbərlərin dəvətinin yox, iddialarının isbatı üçündür. (Bilməliyik ki, möcüzə varlıq aləmindəki qanunlardan kənar bir iş deyil. Onun da səbəbi var. Sadəcə, bu səbəb ya Allahın iradəsidir, ya da xalq üçün məxfi qalmış bir səbəbdir.)

◘Allah Quranda İslam müxaliflərini dəfələrlə mübarizəyə dəvət etmişdir. Onlara xitabən buyurulur ki, əgər bu kitabın Allah tərəfindən gəldiyini qəbul etmirlərsə, bütün bu müharibələr və mübarizələr əvəzinə Quran kimi bir kitab hazırlayıb, İslamın səsini boğsunlar!

Allah öz peyğəmbəri və kitabının haqq olduğunu isbat etmək üçün bir tərəfdən müxalifləri təhrik edir, digər bir tərəfdən sakitləşdirir. Bir yerdə buyurulur: “Quran kimi bir kitab gətirin.”1 Digər bir yerdə isə belə buyurulur: “Quran surələri kimi on surə gətirin.”2 Başqa bir yerdə isə belə buyurulur: “Bu işdə (Quranın mislini gətirməkdə) bütün qüdrətlərdən, yaxınlardan, həmfikirlərdən kömək istəyə bilərsiniz.”3

◘Quranın bölünməsi və hər bir surənin adlandırılması peyğəmbər dövründə Allah tərəfindən müəyyənləşdirilmişdir. (“Fətu bisurətin”)



Quran peyğəmbərlərin haqqında danışarkən onların adından ya qabaq, ya da sonra “əbd”, “qul” sözünü işlədir. (“Əbdina Əyyub”, İbrahim.. kullun min əbdina”) Yalnız İslam peyğəmbəri haqqında danışılarkən onun adını çəkmədən “əbd” sözü işlədilmişdir. Bununla da həzrət Məhəmmədin (s) "mütləq əbd" olduğu nəzərə çatdırılır.

Bildirişlər


1. İnsanların düşüncəsindən və qəlbindən şəkki çıxarmaq lazımdır. Xüsusilə etiqadi məsələlərdə şəkkin qarşısı alınmalıdır. (“İn kuntum fi rəybin”)

2. Vəhyin qəbul şərti Allaha bəndəlikdir. (“Nəzzəlna əla əbdina”)

3. Quran dəlil və sübut kitabıdır. Bu kitab heç bir şəkk-şübhəyə yer qoymur. (“Fətu bisurətin”)

4. Peyğəmbərlərin möcüzəsi olmalıdır. İslam peyğəmbərinin möcüzəsi Qurandır. (“Fətu bisurətin min mislihi”)

5.Əbədi dinin əbədi möcüzəsi olmalıdır ki, bütün insanlar tarixin istənilən bir dönəmində və istənilən bir məkanda şəkkə düşdükdə çıxış yolu tapsınlar. (“Fətu bisurətin min mislihi”)

6. Quranın haqq olmasına o qədər əminik ki, müxaliflər hətta Quranın bir surəsi mislində surə gətirsələr də, onu bütün Quranın yerinə qəbul edərik. (“Bisurətin”)

7. Ən üstün qazi və hakim vicdandır. Allah müxaliflərin vicdanını onlara hakim qərar vermişdir. (“Vədu şuhədaəkum”)
24. ﴿فَإِن لَّمْ تَفْعَلُواْ وَلَن تَفْعَلُواْ فَاتَّقُواْ النَّارَ الَّتِي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ أُعِدَّتْ لِلْكَافِرِينَ

Əgər belə bir işi bacarmazsınızsa və heç vaxt da bacarmazsınız, onda kafirlər üçün hazırlanmış, yanacağı insanlar və daşlar olan oddan çəkinin.”



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə