Мөһсин Гәраәти



Yüklə 2,57 Mb.
səhifə2/97
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#75962
1   2   3   4   5   6   7   8   9   ...   97

Müəllifdən


Şəmsi 1378-ci ildə ilk cildin yenidən nəşri üçün növbəti dəfə “Nur təfsirini” diqqətlə mütaliə etdim. İxtisarlar və əlavələr oldu. Allahın lütfü ilə ağlıma gələn yeni mətləblər və “Təfsiri-rahnüma”, “Nüxbətut-təfsir” kitablarındakı bəzi nöqtələr mətnlərə əlavə edildi.

Bir anlıq fikrə getdim. Düşündüm ki, cəmi iki-üç il keçmiş öz əlimlə dəyişdiyim yazı əgər qiyamətə çatsa, övliyaların, mələklərin, ən əsası Allahın nəzərindən keçsə, nə qədər dəyişəcək?! Bütün bu dəyişikliklər o zaman faydalı olur ki, işin canında qeyri-ilahi niyyət olmasın.

Hər halda xeyli zəhmət çəkdim. Amma qiyamətdə bu təfsirin bir səhifəsinin də mənim qurtuluşuma səbəb olub-olmayacağını bilmirəm!

Sözsüz ki, Quran nurdur. Təfsirdə nə nöqsan varsa, bizim nöqsanımızdır. Gülzarda torpaq gülə döndüyü kimi, ümid edirəm ki, Quranın nurani ayələri sayəsində bizim də yazılarımız nura çevrilsin. Amin!

Möhsün Qəraəti

“HƏMD” SURƏSİ


(Ayələrin sayı 7)

Birinci cüz

“Həmd” surəsinin siması


Digər bir adı “Fatihətul-kitab” olan “Həmd” surəsinin yeddi ayəsi var. (Səma qatlarının, həftənin günlərinin, Kəbə ətrafında təvaf dövrlərinin, Səfa və Mərvə arasındakı səylərin, şeytana atılan daşların da sayı yeddidir.) Hər bir müsəlmana vacibdir ki, gündəlik (yövmiyyə) namazlarında ən azı on dəfə bu surəni oxusun. Əks təqdirdə, namaz batildir. Hədisdə buyurulur: “Fatihətul-kitabsız namaz yoxdur.”1

Cabir ibn Abdullah Ənsarinin həzrət Peyğəmbərdən (s) rəvayətinə görə, bu surə Quranın ən dəyərli surələrindəndir. İbn Abbasın nəql etdiyinə görə “Həmd” surəsi Quranın əsasıdır. Bir hədisdə isə belə nəql olunur: “Əgər bu surəni ölüyə yetmiş dəfə oxusanız və o dirilsə, təəccüb etməyin.”2

Surənin “Fatihətul-kitab” adlandırılmasından məlum olur ki, Quranın bütün ayələri Allah rəsulunun zamanında toplanılmış və kitab şəklinə gətirilmişdir. Onun əmri ilə “Həmd” surəsi ilahi kitabın başlanğıcında yerləşdirilmişdir.

“Səqəleyn” hədisində oxuyuruq ki, Peyğəmbər (s) buyurdu: “Mən sizin aranızda iki qiymətli şey qoyuram: Allahın kitabı və Əhli-beytim.”3 İlahi ayələrin peyğəmbər zamanında Allahın kitabı şəklində toplanması və bu adla müsəlmanlar arasında tanınması yuxarıdakı hədisdən də görünür.

Mübarək “Fatihə” surəsinin ayələrində Allah və Onun sifətlərinə, məad məsələsinə, doğru yolun və bu yolda rəhbərin tanınması Allahın hakimiyyətinin və səltənətinin qəbulu mövzularına işarə olunur. Eləcə də, ilahi övliyaların yolunun davamına məhəbbət və azğınların, qəzəbə düçar olmuşların yolundan imtina izhar olunur.

Quran kimi “Həmd” surəsi də şəfa səbəbidir. Bu surə həm cismani, həm də ruhani xəstəliklərin məlhəmidir. (Əllamə Əmini “Fatihətul-kitab” təfsirində bu barədə xeyli rəvayət nəql etmişdir.)


Həmd surəsinin tərbiyəvi dərsləri


Həmd surəsinin təfsirindən qabaq, ona aid dərs mövzularını müəyyənləşdirib, növbəti söhbətlərimizdə həmin mövzuları şərh edəcəyik:

1. İnsan “həmd” surəsinin tilavətində “Bismillah” deməklə Allahdan başqalarından ümidini kəsir.

2. “Rəbbil aləmin” və “Maliki yəvmiddin” deməklə hiss edir ki, o yaranmışdır, maliki var. Beləcə, eqoistlik və qüruru kənara qoyur.

3. İnsan “Aləmin” sözünü deməklə özü ilə varlıq aləmi arasında rabitə yaradır.

4. “Ər-Rəhmanir-Rəhim” deməklə insan özünü Allahın lütf kölgəsində bilir.

5. “Maliki yəvmiddin” deməklə qəflət və diqqətsizliyi öz gələcəyindən silib atmış olur.

6. “İyyakə nəbudu” deməklə riyakarlıq və şöhrətpərəstlik aradan götürülür.

7. “İyyakə nəstəin” deməklə fövqəl-qüdrətlərdən qorxuya son qoyulur.

8. “Ənəmtə” deyən insan anlayır ki, nemətlər Allahın əlindədir.

9. “İhdina” deməklə haqq və doğru yol istənilir.

10. “Siratəlləzinə ənəmtə ələyhim” deməklə insan haqq yolda olanlara bağlılığını elan edir.

11. “Ğəyril məğzubi ələyhim vələzzallin” deməklə batil və batil əhlindən uzaqlıq bildirilir.


1. ﴿بِسْمِ اللهِ الرَّحْـمنِ الرَّحـيمِ

Rəhman və Rəhim Allahın adı ilə”


Nöqtələr


◘Dünya xalqları arasında belə bir adət var ki, mühüm və dəyərli işlərə möhtərəm və sevimli böyüklərin adı ilə başlanılsın. Belə bir başlanğıc işin gözəllik, bərəkət, müvəffəqiyyətlə başa çatması səbəbi sayılır. Belələri istər doğru, istərsə də çaşqın etiqadlarına əməl edirlər. Kimi yardım üçün bütlərə və zalım hakimlərə, kimi də Allaha və Onun övliyalarına əl uzadırlar. Yada salaq ki, Xəndək döyüşündə yerə ilk külüncü həzrət peyğəmbər vurdu.1

İlahi kitabın müqəddiməsi “Bismillahir-rəhmanir-rəhim”dir. “Bismillah” təkcə Quranın yox, bütün ilahi kitabların başlanğıcında olmuşdur. Bütün peyğəmbərlər öz işlərinə “Bismillah”la başlamışlar. Həzrət Nuhun gəmisi tufan zamanı dəli dalğalar arasına düşdüyü vaxt Nuh öz yoldaşlarına dedi: “Süvar olun, bu gəminin hərəkəti və dayanması Allahın adı ilədir.”2 Həzrət Süleyman Səba mələkəsini (qadın hakim) imana çağırdığı vaxt öz dəvətnaməsini “bismillahir-rəhmanir-rəhim”lə başladı.3

◘Həzrət Əli (ə) buyurmuşdur: “Bismillah” işlərin bərəkət mayası, onu tərk etmək isə müvəffəqiyyətsizlikdir.” Həzrət “bismillah” yazan bir kişiyə deyir: “Onu gözəl yaz.”4

◘Bütün işlərdən qabaq “bismillah” demək tapşırılmışdır. Yeməkdən və yatmazdan, yazmaqdan və oxumağa başlamazdan, süvar olmazdan və yola çıxmazdan qabaq “bismillah” demək tövsiyə edilir. Hətta “bismillah” deyilmədən kəsilən heyvanın əti haram sayılır. Belə görünür ki, təkallahçı insanların yeməyi də ilahi rəngdə olmalıdır.

Hədisdə oxuyuruq: “Hətta bir beyt şer yazarkən də “bismillah”ı unutma. Uşağa ilk dəfə “bismillah” öyrədən şəxsin mükafatı haqqında rəvayət nəql olunmuşdur.5

Sual: Nə üçün bütün işlərdən qabaq “bismillah” demək tapşırılmışdır?

Cavab: “Bismillah” müsəlmanlığın simvoludur. Müsəlmanın hər bir işində ilahi rəng olmalıdır. Hər hansı bir müəssisənin istehsal etdiyi bir məhsulun öz nişanı olduğu kimi, müsəlmanlığın da əlaməti var. Bu nişan həm cüzi, həm də külli ola bilər. Məsələn, bir müəssisə istehsal etdiyi bütün qablara böyük-kiçikliyindən asılı olmayaraq nişan vura bilər. Dövlət idarələrinin üstünə sancılmış, dövlət məmurlarının stolu üstünə qoyulmuş, dövlətə aid gəmilərin uca bir nöqtəsində dalğalanan bayraqları da misal göstərmək olar.

Sual: “Bismillahir-Rəhmanir-Rəhim” müstəqil ayədirmi?

Cavab: Başqa fiqh rəhbərlərindən yüz il qabaq fəaliyyətə başlamış, Allah yolunda şəhadətə çatmış, Quranda paklığı yad edilmiş peyğəmbər Əhli-beytinin (ə) etiqadına görə, “bismillahir-rəhmanir-rəhim” ayəsi Qurana daxil olan müstəqil bir ayədir. Fəxr Razi öz təfsirində “bismillah”ın surə tərkibi olmasına on altı dəlil gətirir. Alusi də belə bir etiqaddadır. Əhmədin “Müsnəd”ində də “bismillah” surə tərkibi sayılmışdır.1 “Bismillah”ı surədən saymayan və ya onu namazda tərk edənlər etirazla qarşılanmışlar. Hakimin “Mustədrək”ində deyilir: “Bir gün Müaviyə namazda “bismillah” demədi. Xalq ona etiraz edərək dedi: “Ayəni oğurladın, yoxsa yaddan çıxardın?”2

Məsum imamlar israr etmişlər ki, namazda “bismillah” ucadan deyilsin. İmam Baqir (ə) namazda “bismillah” deməyənlər haqqında buyurmuşdur: “Quranın ən üstün ayəsini oğurladılar.”3 Beyhəqinin “Sünən”ində bir hədisdə belə deyilir: “Nə üçün bəziləri “bismillah”ı surədən saymırlar?4

Şəhid Mütəhhəri həmd surəsinin təfsirində İbn Abbası, Asimi, Kəsayini, İbn Öməri, İbn Zübeyri, Ətaini, Tavusu, Fəxr Razini, Süyutini “bismillah”ı surədən sayanlar kimi tanıtdırır.

“Təfsiri-Qurtəbi”də imam Sadiqdən (ə) belə nəql olunur: “Bismillah” surələrin tacıdır.” Yalnız “Bəraət” (“Tövbə”) surəsinin başlanğıcında “bismillah” gəlməmişdir. Həzrət Əlinin (ə) buyruğuna əsasən, bunun səbəbi kafirlərdən və müşriklərdən üz döndərməyi əmr edən “Bəraət” surəsi ilə mərhəmət dolu “bismillah” kəlməsinin uyğun gəlməməsidir.5

Bismillah”ın siması:

1. “Bismillah” ilahi rəng göstəricisi, tövhid cəhətinin nişanıdır. İmam Riza (ə) buyurmuşdur: “Bismillah” insanın özünə Allah bəndəsi nişanı vurmasıdır.”6

2. “Bismillah” tövhid rəmzidir. Bu ad əvəzində başqa adın çəkilməsi küfr rəmzi sayılır. “Allah” adını başqa adlarla bir tutmaq isə şirk əlamətidir. Nə Allahın adı ilə yanaşı, nə də Onun adının yerinə başqa ad çəkməyək. Allahın təkcə zatı yox, adı da şəriksizdir. İşə Allah və Məhəmməd (s) adı ilə başlamaq da qadağan olunmuşdur1.

3. “Bismillah” davam rəmzidir. Çünki Allah boyasında olmayan hər bir şey fanidir.2

4. “Bismillah” Allaha eşq və Ona təvvəkkül rəmzidir. Rəhman və Rəhim olan kəsə sevgi göstərək, işimizi Ona təvəkküllə başlayaq. Onun adını çəkmək mərhəmətinin cəlb olunması səbəbidir.

5. “Bismillah” təkəbbürdən uzaqlaşma və ilahi dərgaha acizliyin izharı rəmzidir.

6. “Bismillah” bəndəlik yolunda ilk addımdır.

7. “Bismillah” şeytanın qaçması səbəbidir. Allaha yaxın olan insana şeytan təsirsizdir.

8. “Bismillah” işlərin paklıq və sığortalanma səbəbidir.

9. “Bismillah” Allahın zikridir. Yəni “bismillah” deyən kəs Allahı unutmadığını bəyan edir.

10. “Bismillah” insanın məqsədini açıqlayır. İnsan “bismillah” deməklə izhar edir ki, Pərvərdigara, hədəfim xalq, zalım hakimlər, görüntülər, həvəslər yox, yalnız Sənsən!

11. İmam Riza (ə) buyurmuşdur: “Bismillah” ismi-əzəmə gözün qarası ağına yaxın olduğundan da yaxındır.”3



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə