Мөһсин Гәраәти



Yüklə 2,57 Mb.
səhifə9/97
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#75962
1   ...   5   6   7   8   9   10   11   12   ...   97

Nöqtələr


◘Quran ayələrini icmali şəkildə nəzərdən keçirdikdə görürük ki, nifaq münafiq şəxsin ruhunda, rəftar və əməllərində çirkinlik yaradır. Nifaq insanı dünya və axirətdə müşkülə salır. Quran münafiqləri belə təfsir edir:

–Onlar həqiqi şüurdan məhrum olurlar2;

–Onlar düşünüb dərk edə bilmirlər3;

–Onlar heyrət və məəttəlçiliyə düçar olurlar.1;

–Onlar toxuduqları yalanlar səbəbindən öz küfrlərində möhkəmlənir və hidayət olmurlar.2

–Qəlbən inanmadıqlarından qorxu və iztirab, eləcə də, dərdli əzab içində olurlar. 3



Bildirişlər


1. Müsəlmanlar münafiqlərin hiylələri və zahirdə gözəl görünən şüarlarından xəbərdar olmalıdırlar.

2. Münafiqin məğrur halda yuxarıdan getməsi və xəyalpərvazlığı sındırılmalıdır.

3. Münafiqlər daim fəsad halındadırlar.

4. Əgər haqq yolda zirəklik yoxdursa, bu, şüursuzluqdur.


13. ﴿وَإِذَا قِيلَ لَهُمْ آمِنُواْ كَمَا آمَنَ النَّاسُ قَالُواْ أَنُؤْمِنُ كَمَا آمَنَ السُّفَهَاء أَلا إِنَّهُمْ هُمُ السُّفَهَاء وَلَـكِن لاَّ يَعْلَمُونَ

Onlara deyiləndə ki, başqaları iman gətirdikləri kimi siz də iman gətirin, “biz də səfehlər kimi iman gətirəkmi?” deyə cavab verirlər. Bilin ki, onların özləri səfehdir, amma bunu bilmirlər.”


Bildirişlər


1. Allah övliyalarının təbliğ və dəvəti münafiqlərə təsirsizdir.

2. Münafiqlərdə imtiyaz və üstünlük istəyi var.

3. Möminləri təhqir etmək münafiqlərin üsullarındandır. Onlar elə düşünürlər ki, iman gətirib Allaha təslim olmaq ağılsızlıq nişanəsidir.

4. Müsəlmanlar ayıq olmalı və onların yalanlarına aldanmamalıdırlar.

5. Quran dilində haqqa təslim olmamaq səfehlikdir.

6. Münafiqin təkəbbürlü qüruru sındırılmalı və ona eyni şəkildə cavab verilməlidir.

7. Münafiqin yalan çöhrəsinin ifşası İslam cəmiyyəti üçün zəruridir.

8. Dərdlərin ən pisi həmin dərddən xəbərsizlikdir.


14. ﴿وَإِذَا لَقُواْ الَّذِينَ آمَنُواْ قَالُواْ آمَنَّا وَإِذَا خَلَوْاْ إِلَى شَيَاطِينِهِمْ قَالُواْ إِنَّا مَعَكْمْ إِنَّمَا نَحْنُ مُسْتَهْزِؤُونَ

Onlar iman əhli ilə rastlaşdıqda deyirlər: “Biz də iman gətirmişik.” Amma öz şeytan sifətləri ilə xəlvətə çəkildikdə deyərlər: “Biz sizinləyik, biz yalnız iman əhlini məsxərə edirik.”


Nöqtələr


◘“Şeytan” “şətən” sözündən olub, xeyirdən uzaqlaşmış deməkdir. Azğınlıq kimə təlqin olunursa, bu söz ona da aiddir. Çirkin əməlli, haqdan uzaq olan insanlara da bu ad verilir.1

Bildirişlər


1. Münafiq çörəyi günün məzənnəsi ilə yeyir. (Yəni, kiminlə xəlvətə çəkildisə, ona xoş gəlmək istəyir.

2. Hər “iman gətirdim” sözünə etimad göstərmək olmaz.

3. Münafiqlərdə sədaqət cəsarəti yoxdur. Onlar möminlərdən qorxur və çəkinirlər. Münafiqlər möminlərlə aşkar görüşür, küfr başçıları ilə isə xəlvətdə bir araya gəlirlər.

4. Münafiqlərin dostları da şeytansifətlərdir.

5. Kafirlərlə münafiqlər arasında iş birliyi vardır. Münafiqlər kafirlərdən göstəriş alırlar.

6. Münafiqin imanını izhar etməsi müvəqqətidir. Onun küfrü isə davamlı və sabitdir.

7. Münafiqlər kafirlərlə yalnız həmfikir deyillər, onlar bir-birlərinə kömək də edirlər. Ayənin mətnindəki “məə” sözü həmfikirlikdən əlavə, həmkarlığın da olduğunu bildirir.

8. Münafiqlər möminlərə istehza edirlər.


15. ﴿اللّهُ يَسْتَهْزِىءُ بِهِمْ وَيَمُدُّهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ

Allah da onlara istehza edər və o qədər möhlət verər ki, öz zəlalətləri içində avara qalsınlar.”

Nöqtələr


◘“Yəməhun” sözü “əmə” sözündəndir. “Əma” isə “əmə” sözündən fərqlənir. “Əma” zahiri kora, “əmə” isə batini kora deyilir.2

◘İmam Riza (ə) bu ayənin təfsirində buyurur: “Allah məkr, hiylə və istehza əhli deyil. O, sadəcə, məkr və istehzaların cəzasını verir.”3 Allah münafiqləri öz tüğyanları içində özbaşına buraxır ki, qərq olsunlar. Qəlbin daşlaşmasından, şeytanın qələbəsindən, onun vəsvəsələrindən, günaha meyldən, ibadətə rəğbətsizlikdən, pis adamlarla yoldaşlıqdan, dünyaya baş qatmaqdan, haqdan qəflətdə qalmaqdan ağır cəza nə ola bilər?! Münafiqlər isə bütün bu cəzalara düçar olasıdırlar.

◘Münafiqlər ikili rəftar edirlər. Ona görə onlarla da ikili rəftar ediləcək. Onlar dünyada müsəlman, axirətdə isə kafir hökmündə olacaqlar.

Bildirişlər


1. Allahın cəzaları günahlara uyğun olur.

2. Münafiqlərin hiylələri möminlərə yox, Allaha qarşı yönəlmişdir. Onlar möminlərə məsxərə edir, cavablarını isə Allahdan alırlar.

3. İstehzaya cavab olaraq istehzanın eybi yoxdur. Necə ki, təkəbbür qarşısında təkəbbür göstərmək olar.

4. Allahın möhlət verməsi və çox bağışlaması insanı qürrələndirməməlidir.

5. İtaətsizlik və tüğyan məəttəlçiliyə, çaşqınlığa şərait yaradır.
16. ﴿أُوْلَـئِكَ الَّذِينَ اشْتَرُوُاْ الضَّلاَلَةَ بِالْهُدَى فَمَا رَبِحَت تِّجَارَتُهُمْ وَمَا كَانُواْ مُهْتَدِينَ

Onlar doğru yol qiymətinə əyri yolu satın almış kəslərdir. Amma bu alış-verişin onlara faydası olmadı və doğru yolu tapmışlar sırasına qatılmadılar.”


Nöqtələr


◘Münafiqlər hidayət sahibi olmamışlar ki, onu əldən çıxarsınlar. Ayədə nəzərdə tutula bilər ki, münafiqlər hidayət üçün fitri şəraiti və başqa amilləri əldən vermişlər. Digər bir ayədə oxuyuruq: “Bir dəstə imanı verib əvəzində küfrü satın aldılar.”1

Başqa bir ayədə isə belə buyurulur: “Axirəti dünya həyatına satdılar.”2 Digər bir ayədə isə belə oxuyuruq: “Onlar bağışlanma əvəzinə əzabı satın aldılar.”3 Yəni onlar iman, mükafat və bağışlanma istedadını öz əməlləri ilə puça çıxardılar.

Axırda ilahi nur oda döndü,

Haqpərəst bir fitrət Nəmruda döndü.



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə