Мөһсин Гәраәти



Yüklə 2,57 Mb.
səhifə11/97
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#75962
1   ...   7   8   9   10   11   12   13   14   ...   97

Nöqtələr


◘Münafiqlərdə nurani dəlilləri və ilahi ayənin şöləsini görməyə güc yoxdur. Onlar biyabanda ildırımın işığından gözü qamaşan və yalnız bir neçə addım ata bilən müsafir kimidirlər. Münafiqlər İslam cəmiyyətində bir neçə addım ata bilsələr də, hansısa hadisələr səbəbindən yenidən dayanırlar. Onlar öz daxili fitrət çıraqlarını söndürmüşlər və xarici güclərdən nur intizarındadırlar.

◘“Allah hər şeyə qadirdir” dedikdə mümkün işlər nəzərdə tutulur. Məsələn, bir şəxsin riyazi biliyini tərif ediriksə, bu o demək deyildir ki, o, ikinin üstünə iki gələndə beş ala bilər. Belə bir nəticə qeyri-mümkündür. İkini ikiyə əlavə etdikdə beş ala bilməməsi riyaziyyatçının qüdrətsizliyi deyil. Bəziləri imamdan soruşdular: “Allah yer kürəsini yumurtanın içində yerləşdirə bilərmi?” İmam əvvəlcə onlara qənaətbəxş bir cavab verərək bildirir ki, gözün giləsi ilə əzəmətli səmanı görürük. Sonra həzrət buyurur: “Allah qadirdir. Amma sizin təklifiniz qeyri-mümkündür.1 Qeyri-mümkün bir məsələni həll etməyən riyaziyyatçının qüdrəti bu istiqamətdə münasib misaldır.



Quranda münafiqlərin siması:

Münafiqin əqidə və əməldə, rəftar və danışıqda hərəkət üsulu bu surədə və “Münafiqun”, “Əhzab”, “Tövbə”, “Nisa”, “Məhəmməd” surələrində bəyan olunmuşdur. Burada qeyd etmək yerinə düşər ki, münafiqlərin daxilən imanları yoxdur. Sadəcə, onlar özlərini ağıllı sayırlar. Öz həmfikirləri ilə xəlvətə çəkilib pıçıldaşır, namazlarını süstlüklə qılır, sədəqə verəndə ikrahla verirlər. Onlar möminlərdə eyib axtarır, peyğəmbərə əziyyət verirdilər. Cəbhədən qaçır, Allahı yada salmırdılar. Onlar pis danışan, riyakar, şayiəçi, kafirlərlə dostluğa maraqlı fərdlər. Onları eyş-işrət şad edir, məhrumiyyət qəzəbləndirir. Onlar Allahla əhdlərinə vəfasızdırlar, möminlərə çatan xeyirdən nigaran olurlar. Müsəlmanlara çətinlik üz verdikdə onlar sevinirlər. Pisliyi əmr edir, yaxşılığa qadağa qoyurlar. Onların bütün bu etiqadi və əməli azğınlıqlarına “Nisa” surəsinin 145-ci ayəsində münasibət bildirilir: “Əlbəttə, münafiqlərin yeri cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan.”


Bildirişlər


1. Münafiq, öz hərəkət yolunda tərəddüddədir. (“Əzaə ləhum məşəv, əzləmə ələyhim qamu”)

2. Münafiq başqalarının nuru işığında hərəkət edir. (“Əzaə ləhum”)

3. Münafiq yol verdiyi əməllərə görə hər an Allahın qəzəbinə düçar ola bilər. (“Və lov şaəllahu ləzəhəbə bisəmihim”)

4. Hamıya azadlıq vermək Allahın qaydasıdır. Əks-təqdirdə, Allah münafiqləri kar və kor edərdi.


21. ﴿يَا أَيُّهَا النَّاسُ اعْبُدُواْ رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

Ey insanlar, sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, təqva əhlindən olasınız.”


Nöqtələr


◘Qanun kitablarındakı maddələr xitabsız bəyan olunur. Amma Quran xalqın ruhu və mənəviyyatı ilə bağlı qanun kitabıdır. Ona görə də o öz göstərişlərini xitabla bəyan edir. Qurandakı xitablar müxtəlifdir. (Bəzən “Ey xalq”, bəzən “Ey iman gətirənlər” kimi müraciətlərlə rastlaşırıq.)

◘Dünyanın və insanın yaradılmasında məqsəd insanın təkamülüdür. Yəni, varlıq aləminin yaradılmasında məqsəd insanın bəhrələnməsidir.1 İnsanın təkamülü onun ibadətindən asılıdır.2 İbadətin əsəri təqvaya çatmaq3, təqvanın nəhayəti qurtuluşdur.4



Sual: Nə üçün Allaha ibadət edək?

Cavab: Quranın bir neçə yerində bu sual belə cavablandırılmışdır:

–Çünki Allah sizin xaliqiniz və tərbiyəçinizdir. (“Ubudu Rəbbəkumulləzi xələqəkum”)

–Çünki sizin ruzinizi və əmniyyətinizi təmin edən Odur.5

–Çünki Ondan başqa məbud yoxdur.2

◘İnsanın ibadəti Yaradanın yox, insanın yaranış hədəfidir. Onun bizim ibadətimizə ehtiyacı yoxdur. Əgər bütün yer əhli kafir olsa da, Ona zərər dəyməz. Necə ki, evin üzünün günəşə və ya arxasının günəşə tikilməsinin günəş üçün fərqi yoxdur.

◘Allah bizim xaliqimiz, ruzi verənimiz və mürəbbimiz olduğundan Ona ibadət etmək vacib olsa da, yenə bu vəzifəni yerinə yetirdiyimiz üçün Allah bizə mükafat verir. Bu Onun çox böyük lütfüdür.

İnsanı ibadətə vadar edən növbəti işlərdir:

1. Bizim xaliqimiz, ruzi verənimiz və tərbiyəçimiz olan Allahın nemətlərinə diqqət;

2. İnsanın öz fəqirlik və ehtiyacına diqqəti;

3. İbadətin təsir və bərəkətinə diqqət;

4. İbadəti tərk etməyin pis təsirlərinə diqqət;

5. İnsan diqqət etməlidir ki, bütün varlıq aləmi Ona müti olub təsbih etdiyi halda, nə üçün o, varlıq aləmindən fərqlənməlidir?!;

6. İnsan diqqət etməlidir ki, eşq və pərəstiş onun ruhundadır. Sevilməyə ondan layiqlisi varmı?!

Sual: Quranda buyurmuşdur: “İbadət et ki, yəqinə çatasan.” Məgər yəqin mərhələsinə çatan insan namazı tərk etməlidirmi?!

Cavab: Əgər deyilirsə ki, hündür bir budağa çatmaq üçün ayaq altına nərdivan qoyulmalıdır, bu o demək deyil ki, həmin şaxəyə çatdıqdan sonra nərdivan götürülməlidir. Bu halda insan hündürlükdən yerə yuvarlanar. İbadətdən ayrılan insan göydən yerə süqut edən kəsə bənzəyir. Bundan əlavə, həzrət peyğəmbər və məsum imamlar kimi yəqin məqamına çatan insanlar bir an belə olsun ibadətdən ayrılmamışlar. Demək, ayənin məqsədi ibadət üçün məhdudiyyət təyin etmək yox, onun əsərlərini bildirməkdir.

◘Ayə və rəvayətlərdə ibadət şivələri və onun şəraitləri bəyan olunmuşdur. Yeri çatanda bu barədə danışacağıq. Amma bu ayə Allahın insana xitabən ilkin fərmanı olduğundan onun necəliyini aydınlaşdırmaq üçün başlıqlar bəyan edirik:

1. Məmuranə ibadət, yəni xurafata yol vermədən Onun göstərişləri əsasında.

2. Agahanə ibadət, yəni bilək ki, kimə üz tutmuşuq və məbudumuz kimdir?3

3. Xalisanə ibadət4.

4. Xaşeanə (müticəsinə) ibadət2.

5. Məxfiyanə ibadət. Həzrət peyğəmbər məxfi ibadətin üstünlüyünü qeyd etmişdir.3

6. Aşiqanə ibadət. Həzrət peyğəmbər eşqlə yerinə yetirilən ibadətin fəzilətini qeyd etmişdir.4

Bir sözlə, ibadətin üç şərti vardır:

a) Təharət və qiblə kimi düzgünlük şərti;

b) Təqva kimi qəbul şərti;

v) Agahlıq, mütilik, məxfilik, eşq kimi kamal şərtləri. (Daha ətraflı məlumat almaq üçün müəllifin “Əsrare-namaz” və “Təfsiri-namaz” kitablarına müraciət edin.)



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə