Azərbaycan dili və ədəbiyyatı



Yüklə 14,79 Kb.
tarix29.11.2023
ölçüsü14,79 Kb.
#141597
tedqiqat ishi2022-23


Azərbaycan dili və ədəbiyyatı” kafedrasının 2022/2023-cü tədris ili üçün yerinə yetirdiyi elmi işin
HESABATI
“Azərbaycan dili və ədəbiyyatı” kafedrasının 2020/2025-ci illər ərzində yerinə yetirəcəyi elmi işi “Şərq və Qərb ədəbiyyatının kəsişdiyi nöqtələr” kimi müəyyənləşdirilib.
2022/2023-cü tədris ili üçün nəzərdə tutulan “Şərq və Qərb ədəbiyyatında utopiya” adlı istiqamət kafedranın müəllimi Nağıyeva Ruhiyyə tərəfindən yerinə yetirilib. Müasir ədəbiyyatşünaslıqda Şərq-Qərb kontekstinin öyrənilməsi baxımından bu mövzu çox aktualdır. Elmi iş aşkara çıxarır ki, Qərb mütəfəkkirləri irəli getdikcə fikir fəzasının yüksək qatlarına qalxdıqca, Şərq ruhuna daha böyük ehtiyac hiss etdiklərini dərk etməyə başlamış, sivilizasiyaların bir-birini tamamlamalı olması qənaətinə gəlmişlər.
Tədqiqat işində Platonun “Dövlət”,,Corc Oruelin “1984”,Tomas Morun “Utopiya” əsərləri müqayisəli şəkildə təhlil edilərək şərq ədəbiyyatınnda olan oxşar motivləri üzə çıxarılıb. Eyni zamanda Nizami Gəncəvi “Yeddi gözəl”, Əhməd Ağaoğlunun “Sərbəst insanlar olkəsində” və bir çox bədii əsərlərdə təhlilə cəb edilmişdi.Nəticə göstərir ki, Nizami Gəncəvi şeiriyyəti ümumbəşəri mahiyyət daşıyır, dahi şairin yaradıcılığı və elmi-fəlsəfi fikirləri nəinki , Şərq bədii təfəkkürünü eyni zamanda Qərb təfəkkürünü zənginləşdirib.
Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi, Əhməd Ağaoğlunun, başqa ədiblərimizin yaradıcılığına nəzər saldıqda, Qərb və Şərq ədəbiyyatının oxşar cizgiləri ozünü biruzə verir.Şərq ədəbiyyatında utopik ideal cəmiyyətin başqa bir nümunəsinə İslam fəlsəfəsinin azman fiqurlarından olan Fərabinin hələ X əsrdə fəlsəfi düşüncələrini küll halında yansıtdığı “Fəzilətli şəhər” əsərində rast gəlirik. Əsərdə insanlar arasında xeyrin yayılması üçün yardımlaşma və ictimai bərabərlik ideyası qabardılır. Müəllif Fəzilətli şəhəri tamamilə sağlam orqanizmə bənzədərək, azadlıq, məsuliyyət və özünü idarəetmədə ən vacib amil kimi iradəni önə çəkir. Eyni zamanda, müştərək həyatda ortaq hədəflərə çatmağın yolunun sevgi və hikmətdən keçdiyini vurğulayır. Fərabinin bu utopik əsəri estetik ideal axtarışlarının yekunu kimi gerçəkləşir. Qeyd edək ki, M.Hadinin “Aləmi-müsavatdan məktublar” poemasındakı ideal cəmiyyət arzusuna uyğun gələn utopik əsərlər ona qədərki Qərb ədəbiyyatında da yazılmışdır. Utopiya ayrıca janr olaraq (hərçənd detektiv və satira kimi, utopiyanı da janr olaraq qəbul etməyin əleyhinəyəm) Tomas Morun 1516-cı ildə yazdığı “Utopiya” əsərilə ədəbiyyata daxil olsa da, Avropa ədəbiyyatında ən məşhur nümunələrindən biri Tomazo Kampanellonun “Günəş şəhəri” əsəridir. Sonralar utopiyanın məşhurluğu səbəbilə müxtəlif müəlliflər istər ideya-estetik səviyyədə, istərsə də, epizodik olaraq onu əsərlərinə daxil etmişlər. Qərbi Avropa ədəbiyyatının - “burjua dövrünün” İntibah və Maarifçiliyi ilə, Şərqin isə orta əsrlərin humanizmi ilə qüvvətli göründüyünü, qədim Qərb mütəfəkkirləri - Aristotel, Əflatunun Qərbdən öncə “İskəndərnamə”nin qəhrəmanları olduğunu, “Qərb intibahından əvvəl Şərq humanizm hərəkatında” böyük rolları olduğunu qeyd edərək, İntibah təfəkkürünün Şekspir yaradıcılığından daha əvvəl Nizamidə yer aldığını, “Əkinçilik şahlıqdan da yaxşıdır!” ideyasını “Faust”dan qabaq “İskəndərnamə”də, ən poetik və humanist utopiya ilə, sadə, namuslu, zəhmətkeş adamların bərabərlik cəmiyyəti kimi Tomas Mordan, Kampanelladan daha əvvəl “Xəmsə”də yer aldığını, İntibah dünyagörüşünün bütöv bədii təliminin Nizami yaradıcılığında ardıcıl təzahür etdiyini konkret nümunələr arasında əsaslandırır.
Yüklə 14,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə