M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Şəxsiyyət və onun inkişafı anlayışı



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə30/197
tarix22.01.2022
ölçüsü1,67 Mb.
#83052
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   197
Ali mekteb pedaqogikasi-kitab

 
1. Şəxsiyyət və onun inkişafı anlayışı,  
bu haqda nəzəriyyələr 
Şəxsiyyətin  inkişafı  və  tərbiyəsi  pedaqogikanın  tədqiqat 
sahəsinin  mühüm  bir  istiqamətini  təşkil  edir.  Bu  problemlə 
bağlı müxtəlif elmi aspektlərdən (fəlsəfi, etik, sosial, psixoloji, 
pedaqoji, hüquq və s.) tədqiqatlar aparılmış, müəyyən qanuna-
uyğunluqlar  aşkara  çıxarılmışdır.  Tərbiyənin  texnologiyasını, 
strategiya  və  taktikasını  müəyyən  etmək  baxımından  bu  araş-
dırmalar  böyük  əhəmiyyət  kəsb  edir.  Gələcəkdə  ali  məktəbdə 
elmi-pedaqoji fəaliyyətə hazırlaşan magistr və doktorantlar hə-
min araşdırmaların nəticələri ilə, mövcud qanunauyğunluqlarla 
nə qədər dərindən tanış olsalar, tələbə gənclərin şəxsiyyət kimi 
formalaşması  və  tərbiyəsi  məsələlərini  daha  uğurla  həll  edə 
bilərlər. 
Şəxsiyyət  kimə  deyilir?  Şəxsiyyətin  inkişafı  necə  baş 
verir? Buraya hansı amillər təsir edir? Nə üçün həyatda bir-bi-
rinə tam bənzər (daxilən) iki adam tapmaq olmur? Nə üçün ey-
ni ailədə böyüyən iki övlad bəzən bir-birindən kəskin fərqlənir 
(təlimə  münasibətdə,  tərbiyədə)?  Tələbə  şəxsiyyətinin  səciy-
yəvi cəhətləri hansılardır? Onun inkişafı üçün hansı psixoloji – 
pedaqoji şərtlər tələb olunur? və s. 
Bu  sualların  düzgün  həlli  problemin  mahiyyətini  başa 
düşməyə,  gənclərlə  tərbiyə  işini  düzgün  qurmağa  kömək  edə 
bilər. 
Hər  şeydən  əvvəl,  fərd,  şəxsiyyət  və  fərdiyyət  anlayış-
larını nəzərdən keçirək.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə