MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə21/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   17   18   19   20   21   22   23   24   ...   54

    Nəzakət Əliyeva 
 
 
86 
mütərəqqi ideyalarını mənimsəyib, onu daha da inkişaf 
etdirdilər.  
 
 
1.
 
Təlim və tərbiyəyə aid fikirləri 
 
Mirzə  Şəfi  geniş  təhsilin  və  yüksək  əxlaqi 
keyfiyyətlərin  gənc  nəsildə  tərbiyə  olunmasının 
tərəfdarı  idi;  o  özünün  müəllimlik  təcrübəsində 
şagirdlərinə  geniş  bilik  verməyə  çalışırdı.  Mirzə 
Şəfinin  müəllim  yoldaşlarının  öz  şagirdlərinin 
söylədikləri fikirlər də bunu təsdiq edir. Öz müəllimlik 
fəaliyyətində  Mirzə  Şəfi  tədris  proqramlarının  formal 
tələbləri ilə getmir, o, bu tələblər çərçivəsindən kənara 
çıxardı.  Mirzə  Şəfi  ancaq  formal  biliklər  verməklə 
kifayətlənmir,  öz  şagirdlərinə  lazımi,  həyati,  təcrübi 
vərdişlər  aşılayırdı.  Gözəl  xətlə  yazmaq  tələbi  onun 
müəllimlik  təcrübəsindəki  ən  yaxşı  cəhətlərdən  biri 
olmuşdur. O,  yaxşı xətlə  yazmağı insanın həyatı üçün 
vacib vərdiş hesab etməklə yanaşı, onu uşaqda diqqətli, 
səliqəli, intizamlı olmaq və s. gözəl əxlaqi keyfiyyətlər 
tərbiyə edən amil kimi qiymətləndirirdi.  
Məlumdur  ki,  rus  pedaqogikasının  ən  görkəmli 
klassiki  olan  K.D.Uşinski  XIX  əsrin  ikinci  yarısında 
gözəl  xəttin  roluna  yüksək  qiymət  vermişdir.  Rus 
pedaqogikasının 
tarixində 
hüsnxətti, 
müəllim 
seminariyasının  tədris  planına  ilk  dəfə  Uşinski  daxil 
etmişdi.  Gözəl  xətlə  yazmaq  vərdişi  bizim  məktəb 
üçün  indi  də  öz  aktuallığını  itirməmişdir.  Mirzə  Şəfi 
özünün  müəllimlik  təcrübəsində  hələ  XIX  əsrin 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
87 
əvvəllərində hüsnxəttə olduqca ciddi diqqət etdirmiş və 
bununla da dövrünün qabaqcıl pedaqoji fikrinin başlıca 
tələblərindən  birini  qabaqcadan  irəli  sürmüşdü.  Mirzə 
Şəfi öz şagirdlərindən gözəl yazmağı tələb edir və özü 
bunun  ibrətamiz  nümunələrini  verirdi;  onun  son 
dərəcədə  gözəl  xətti  vardı.  Həqiqi  bir  pedaqoq  kimi 
Mirzə Şəfi özü təqlid üçün nümunə idi; o nəinki sözlə, 
habelə  işlə,  nəinki  yada  salmaqla,  habelə  göstərməklə 
öz  şagirdlərini  tərbiyə  edirdi.  Mirzə  Şəfinin 
müasirlərinin  etiraf  etdiyinə  görə  gözəl  yazmaqda  heç 
kəs  ona  çata  bilmirdi.  Mirzə  Şəfi  dövrünün 
məktəblərində  yazı  işində  tətbiq  olunan  formal, 
mexaniki,  mənasız  köçürmə  və  təmrinlərin  əleyhinə 
idi. O, forma ilə məzmunun bir-birinə uyğun gəlməsini 
tələb  edirdi.  Mirzə  Şəfi  deyirdi:  “Şərqin  müdrik 
adamları,  gözəl  fikri  həm  danışıqda,  həm  də  yazıda 
gözəl  şəkildə  ifadə  edilməsinə  böyük  üstünlük 
verirdilər”.  
Mirzə  Şəfinin  xidməti  və  böyüklüyü  ancaq 
bundan ibarət deyildir.  
Mirzə Şəfi geniş təhsilin tərəfdarı olmuşdur; onun 
fikrinə  görə  bu  geniş  təhsili  necə  vermək  olardı? 
Şagirdləri nəyə və necə öyrətmək lazımdır? Mirzə Şəfi 
məsələni belə qoyurdu. O, dini mövhumatın, doğmatik 
təlimin  əleyhinə  idi.  Yaxşı  dərslik  şagirdlərin 
müntəzəm 
olaraq 
biliklərlə 
silahlanmasında 
müəllimdən  sonra  müstəsna  və  həlledici  rol  oynayır. 
Bunu  Mirzə  Şəfi  yaxşı  başa  düşürdü.  Mirzə  Şəfi  bu 
ciddi, olduqca çətin və məsul, lakin tamamilə zəruri və 
nəcib  olan  işə  var  qüvvəsi  ilə  girişmişdi.  Bizə 


    Nəzakət Əliyeva 
 
 
88 
məlumdur ki, həm rus, həm də Qərbi Avropa pedaqoji 
tarixində  Komenski,  Uşinski,  Tolstoy,  Vaxterov, 
Bunakov kimi ən böyük pedaqoqlar da bu ciddi məsələ 
ilə  məşğul  olmuşlar;  bu  pedaqoqları  məşhur  edən  bir 
də  onların  yaratmış  olduğu  gözəl  dərsliklərdir.  Mirzə 
Şəfi  də  belə  pedaqoq  olmuşdur.  Müasirləri  onun 
İ.V.Qriqorevlə  birlikdə  tərtib  etdiyi  “Müntəxəbat”ı 
əsaslı  əsər  adlandırmışlar.  “Müntəxəbat”  həqiqətən 
yaxşı  əsər  olmuşdur;  bu  əsərin  dəyəri  nəinki  buraya 
daxil  edilmiş  material  zənginliyində  və  metodiki 
cəhətdən  nizamlı  olmasındadır  (bu,  əlbəttə,  dərsliyin 
olduqca  dəyərli  cəhətləridir);  bundan  əlavə  dərsliyin 
doğma  Azərbaycan  dilində  tərtibi  də  xüsusi  olaraq 
qeyd  edilməlidir.  “Müntəxəbat”  rus,  Azərbaycan  və 
fars  ədəbiyyatının  ən  yaxşı  əsərlərinin  nümunələrini 
canlı  və  başa  düşülən  Azərbaycan  dilində  verir. 
M.F.Axundovun  dövründə  çiçəklənməyə  başlayan 
Azərbaycan 
dilindəki 
yeni 
ədəbiyyat 
hələ 
Axundovadək inkişaf etməyə başlamışdı.  
“Müntəxəbat”ın  proqram  və  məzmunu  təxminən 
aşağıdakı qaydadadır:  
1.  Ərəb  və  fars  dillərindən  tatar  (Azərbaycan) 
dilinə tərcümə edilmiş məqalələr:  
a)  cümlələr  şəklində  verilmiş  öyüd-nəsihət 
məzmunlu fikirlər. Həmin cümlələrin rusca tərcüməsi;  
b)  uşaqların  yaş  xüsusiyyətlərinə  uyğun  olan 
gülməli kiçik hekayələr-lətifələr;  
v) nəsihət məzmunlu təmsillər;  
q)  Şərq  tarixinin  ilk  dövrlərindən  başlayaraq 
Məhəmmədə qədər tarixi məlumat;  


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
89 
2.  “Qarabağnamə”  və  “Dərbəndnamə”dən 
götürülmüş parçalar.  
3.  Şeirlər:  a)  Füzulinin  seçilmiş  qəsidələri  və  b) 
Füzulinin “Leyli və Məcnun” poemasından parçalar.  
“Müntəxəbat”ın  ikinci  hissəsini  əlifba  sırası  ilə 
düzülmüş tatar-rus lüğəti təşkil edir.  
Proqramdan  göründüyü  kimi  dərsliyin  tərtibində 
geniş  məsələlər  nəzərdə  tutulmuşdur.  O  zamankı 
şəraitdə  belə  bir  kitab  hazırlamaq  və  meydana 
çıxarmaq  olduqca  mürəkkəb  və  çətin  iş  idi; 
Azərbaycan  dilində  olan  orijinal  mənbələr  tək-tək  idi, 
terminologiya  isə  yox  idi.  Buna  görə  də  müəlliflər 
müxtəlif  rus  və  fars  mənbələrindən  tərcümə  etməyə 
məcbur olmuşlar. Nəinki tərcümə, habelə tərcümə üçün 
materialın  seçilməsi  özü  də  çətin  iş  idi;  çünki  bunun 
üçün  həm  geniş  elmi  biliyə,  həm  də  lazımi  pedaqoji-
metodiki ustalığa sahib olmaq,  materialı  seçməyi, onu 
dərslik  üzrə  yerləşdirməyi  və  şərh  etməyi  bacarmaq 
tələb  olunurdu.  O  zamankı  senzorun  ciddiliyinə 
baxmayaraq,  müəlliflər  öz  dərsliklərində  şagirdlərə 
mövhumat, xürafat, cəfəngiyyat aşılaya biləcək zərərli 
materiallardan  böyük  ustalıqla  yaxalarını  qurtara 
bilmişlər.  Bu  dərslikdə  şagirdlər  üçün  zəngin  folklor 
materialı  və  tarixə  aid  kifayət  qədər  məlumat 
verilmişdir. Burada tarixə dair materiallara meyl etmək 
təsadüfi  deyildir.  Xalqın  keçmişini  öyrənmək,  gənc 
nəsli  keçmişin  qəhrəmanlıq  nümunələri  əsasında 
tərbiyə  etmək  Bakıxanov,  Mirzə  Şəfi  və  başqa 
maarifpərvərlərin  əlində  ən  güclü  silahlardan  biri 
olmuşdur.  


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə