MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə22/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   18   19   20   21   22   23   24   25   ...   54

    Nəzakət Əliyeva 
 
 
90 
Müntəxəbata  daxil  edilmiş  materiallar  tərbiyə- 
edici xarakter daşıyır. Bu materialların məzmunu gənc 
nəsli  elmə,  maarifə,  əməyi  sevməyə,  namuslu  olmağa 
və  doğru  danışmağa,  ağıllı  olmağa,  dözümlülüyə, 
təvazökar olmağa dəvət edir. “Müntəxəbat”ın “Müdrik 
nəsihət  və  fikirlər”  şöbəsində  oxucunu  elmə  çağıran: 
“Ağıllı  düşmən  səfeh  dostdan  yaxşıdır”,  “Alimin 
keçirdiyi  bir  gün  avamın  bütün  həyatından  yaxşıdır”, 
“Danışana  deyil,  danışılana  fikir  ver”,  “Ehtirası  üstün 
gələn məğlub olar”, “Öz biliyini işə sərf etməyən alim, 
adamların  ən  pisidir”,  “Alimin  silahı  onun  idrakı  və 
dilidir,  hökmdarın  silahı-qılınc  və  qalxanıdır”  kimi 
qiymətli sözlər indi də öz qiymətini itirməmişdir.  
Belə  məzmunlu  misallar  tərbiyənin  digər 
məsələlərinə  dair  də  verilir.  “Müntəxəbat”a  daxil 
edilmiş  povestlər,  hekayələr,  lətifələr,  parçalar,  şeirlər 
də tərbiyəvi xarakterdədir.  
Dərslikdə  əyanilik  prinsipi  də  tərtib  edilmişdir. 
Məsələn,  49-cu  səhidəfə  “Şah  və  meymun”  mətninə 
dair gözəl şəkil verilmişdir, bu şəkil, mətnin məzmunu 
ilə  tanış  olmadıqda  belə  onun  mahiyyətini  başa 
düşməyə imkan verir.  
Dərsliyin  dili  sadə  və  bədii,  obrazlı  olmaqla 
uşaqların yaş və bilik səviyyələrinə uyğundur.  
Bundan  əlavə  Mirzə  Şəfi  İv.  Qriqorevlə  birlikdə 
“Tatar-rus lüğəti” də tərtib etmişdir. Bu lüğət, təlimin o 
zamankı şəraiti üçün olduqca böyük əhəmiyyətə malik 
idi.  
Mirzə Şəfinin pedaqoji baxışlarına dair verdiyi- 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
91 
miz  qısa  məlumat  göstərir  ki,  o,  Azərbaycan 
məktəbinin inkişafı tarixində görkəmli mövqe tutur. 
A.Bakıxanovdan  sonra  Mirzə  Şəfi  təlim  və 
tərbiyə məsələlərini yüksək mərhələyə qaldırmışdır; o, 
dinə  mövhumata,  avamlığa  qarşı  amansız  mübarizə 
aparmışdır.  Mirzə  Şəfi  ruhaniliyin  ən  barışmaz 
düşməni olmuşdur.  
Mirzə  Şəfi  pedaqoji  işi  ürəkdən  sevmiş,  yaradıcı 
bir  müəllim  kimi  işləmiş,  özünün  səmimi  davranışı, 
sadə  əxlaqı  ilə  fərqlənmişdi.  O,  tərtib  etdiyi 
“Müntəxəbat”  ilə  Azərbaycan  məktəbinə  böyük  xeyir 
vermişdir.  Həmin  “Müntəxəbat”  həm  dərslik,  həm  də 
əsaslı  elmi-metodiki  əsər  kimi  dövrünün  qabaqcıl 
tələbləri səviyyəsində durmuşdur.  
“Müntəxəbat”da  olan  material  zənginliyi,  məna 
dərinliyi,  dilin  sadə  və  obrazlılığı,  mətnlərin 
müntəzəm, 
ardıcıl 
yerləşdirilməsi 
və 
digər 
xüsusiyyətlər  bu  dərsliyi,  Rusiya  və  Qərbi  Avropa 
pedaqogikası  klassiklərinin  görkəmli  dərslikləri  ilə 
(Komenskinin  “Otkrıtaə  dverğ  əzıkam»,  Uşinskinin 
«Rodnoe  slovo»  və  s.  ilə)  müqayisə  etmək  üçün  bizə 
əsas verir.  
Öz  şagirdlərində  əməli  vərdişlərin,  birinci 
növbədə  gözəl  xətlə  yazmaq  vərdişinin  aşılanmasına 
dair  Mirzə  Şəfinin  göstərdiyi  qayğı,  onun  müəllimlik 
fəaliyyətindəki ən qiymətli cəhətlərdən biridir.  
Mirzə  Şəfi  geniş  təhsilin  tərəfdarı  olmuş  və  öz 
əməli  fəaliyyətində  də  bu  tələbi  həyata  keçirməyə 
çalışmışdır.  
Mirzə Şəfi tərbiyəedici təlimin tərəfdarı olmuş və  


    Nəzakət Əliyeva 
 
 
92 
yetişməkdə  olan  gənc  nəsildə  yüksək  əxlaqi 
keyfiyyətlərin tərbiyə olunmasını tələb etmişdir.  
Təlim  və  tərbiyə  məsələlərinin  yaxşılaşdırılması 
sahəsindəki  yüksək  xidmətlərinə  baxmayaraq,  Mirzə 
Şəfi  bu  məsələləri  M.F.Axundov  qədər  lazımi 
prinsipial  səviyyəyə  qaldıra  bilməmişdi.  Bu  böyük 
vəzifəni  yerinə  yetirmək  Azərbaycanın  məşhur 
mütəfəkkiri M.F.Axundovun öhdəsinə düşdü.   
XIX  əsr  Azərbaycan  ədəbiyyatında  maarifçilik 
üç  inkişaf  mərhələsi  keçirir:  Birincisi  ilk  təşəkkül 
dövrü,  ikincisi  kamal  dövrü,  üçüncüsü  süqut  dövrü... 
Birinci  mərhələnin,  A.A.Bakıxanov,  İ.Qutqaşınlı, 
M.Ş.Vazeh kimi az-çox realizmə meyl göstərən şair və 
yazıçıların  simasında  meydana  çıxır.  Bu,  30-40-cı 
illəri  əhatə  edir.  A.A.Bakıxanov  təşəkkül  dövrünün 
realist  maarifçisi  kimi  diqqət  mərkəzindədir.  
Yaradıcılığının  birinci  dövründə  məsnəvi  şəklində 
yazdığı  bir  sıra  mənzum  hekayə  və  romantik  şeirlər, 
«Təhzübül  əxlaq»  və  pedaqoji  əsəri:  «Kitabi-nəsihət» 
və  «Nəsihətnamə»  əsərləri  ilə  müasirlərinə  istiqamət 
vermiş: 
     
     Dila, əzm eylə bülbül sifət gülzarə, bismillah,  
     Muradın olsa meyl etmək fəqani- zarə, bismillah.  
 
Müasir Mirzə Şəfi buna belə bir nəzirə yazmışdır:  
 
 Gözlərinin kim aşiqə məxmur şəklin göstərər,  
 Əhli-füqərə mərdum məğrur şəklin göstərər. 
 Qamətini yadilə çəkdim bəski ah atəşin,  


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
93 
 Xatirəm nar şəcərdən tur şəklin göstərir.  
İyirmi  dörd  misradan  ibarət  qəzəllərində 
Füzulinin təsiri daha aydın hiss edilir: 
 Tacım ah, göz yaşım Təxt, leşkərim dərddir, qəmim  
                                                                     ölkəm, 
Mən  eşqə  sultan  olsam  da,  sənin  eşqindir  sultanım. 
Göz yaşım taxt, ahım tac, dərd qoşun, qəm  
                                                          məmləkətimdir, 
 
Mən  eşqə  sultan  olsam  da,  sənin  eşqindir 
sultanıma  sevgilimin  kuyunin  qədası,  eşq  mülkünün 
sultanıyam, gəl ey canım olan sevgilim! Gəl ki, sənsiz 
hicrandan  canım  o  dodağına  çatıbdır.  Dodağını 
dodağım üstə qoy sonra canım al: 
Gəl  ey  canım  ki,  hicrimdə  dodağa  çatdı  bu  canım, 
Dodağın qoy dodağıma, özün al can, cananım.   
Sənin atəşli çöhrəndən iki xislət doğub məndə: 
Gözüm ağlar, özüm yannam, inan ey çeşmi- 
                                                             məstanım. 
Bu qəzəlin məqtə beytində isə oxuyuruq:  
O yarın zülfü ruyindən sən ümid gözləmə,  
Vazeh tutarsan Çini-Maçini, əlində vardır,  
                                                        imkanın 
 
Təfsiri  belədir:  Vazeh  o  dilbərin  zülfündən  və 
üzündən  ümid  gözləmə,  əgər  canımın  canı,  ürəyimin 
qanı  hərəkətdən  qalmayıb  kömək  edərsə,  Çini-Maçini 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə