MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə17/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   13   14   15   16   17   18   19   20   ...   54

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
69 
olmaz. Deməli, onun üstündə yenidən «işləmək» lazım 
idi,  lakin  bu  zaman  Mirzə  Şəfi  yaşamırdı  və  bütün 
çətinlik  İv.  Qriqoryevin  üzərinə  düşürdü,  bu  sahədə  o, 
səyini  əsirgəmədi,  erməni  xəbisliyi  ilə  yazılan  qərəzli 
«rəyi» təkzib   (bu rəy erməni L.Z. Budaqovun təhrikilə 
yazılmışdır)  etməkdə  çaşqınlıq  göstərdi,  geniş  cavab 
hazırlayıb  baron  A.N.Nikolainə  təqdim  etdi.  O  da 
müəllifin bu cavabını dərsliklə birlikdə baxılmaq üçün 
yenidən 
Peterburqa,  universitetin  professorlarına 
göndərmişdir.  Lakin  yenə  də  bu  dərsliyə  müsbət  rəy 
verilməmişdir.  Bu  rəyi  knyaz  Aleksandr  İvanoviç 
Baryatinski  1858-ci  ildə  Qafqaz  Maarif  Nazirinə 
qaytarmışdır.  Dərslik  bu  dəfə  də  Peterburqa 
universitetin 
«Türk-tatar 
dili» 
kafedrasına 
göndərilmişdir.  Kafedranın  üç  nəfər  professoru 
(Raportda adları göstərilmir) o zaman  Şərq şöbəsində 
Mirzə  Kazım  bəy,  L.Z.Budaqov  və  V.V.Qriqoryev 
işləyirdilər.  (Bu  dərsliyi  L.Z.Budaqov  1844–çü    ildə 
çap edilmiş dərsliyi öz keyfiyyətinə görə məktəblərdən 
çıxartmışdır-N.Ə.)  İv.Qriqoryevin“Müntəxabat»  ını  və 
yazdığı izahatı çox «diqqətlə» oxuyub «təhlil etmiş» və 
belə  nəticəyə  gəlmişdilər  ki,  «Tatarskaya  xrestomatiya 
Aderbeydjanskoqo  nareçiya»  Azərbaycan  dilini  və 
ədəbiyyatını öyrənmək üçün hazırlansa da, bu dərsliyin 
mətni  lüğətlə  də  heç  bir  əhəmiyyətə  malik  vəsait 
deyildir»  (səh.757).  Lakin  xəbis  erməni  L.Z.Budaqov 
özü  də  hiss    etmədən  gizli  müşavir  S.S.Uvarova 
göndərdiyi  bir  məktubda  isə  etiraf  etmişdir  ki, 
M.Ş.Vazeh  və  İv.  Qriqoryevin  bu  kitabı  Qafqaz 
məktəblərində ən yaxşı dərslik kimi qəbul olunmuşdur. 


    Nəzakət Əliyeva 
 
 
70 
Belə 
bir 
dərslik 
Azərbaycan 
dilini 
öyrənmək 
ermənilərin  gəlmə  olduqlarını,  onların  dillərinin  heç 
kəsə lazım olmadığını təsdiqləyir. 
Ümumiyyətlə,  bu  «Müntəxəbat...»  təkmilləşdiril-
miş  şəkildə  lüğətlə  birlikdə  professorları  «razı  sala 
bilməsə  də»,  təkrar  nəşrinə  icazə  verilməsə  də,  hər 
halda  Təbriz  nəşrindən  Gəncə,  Şuşa,  Naxçıvan, 
Ordubad,  Nuxa,  Şamaxı,  Cəbrayıl,  Kürdəmir,  Qazax, 
Bakı,  İrəvan  mahalının  azərbaycanlılar  yaşayan 
Çobankərə

Qaçaparaq  (Xoçaparaq-N.Ə.)  Mehmandar, 
Xatınarxı, Cəfərabad, Sərvanlar, Böyük Vedi, Qəmərli, 
Uluxanlı, Kolanlı, Ağcaqışlaq, Ağhamzalı, Qarğabazar, 
Gürcüstanda  Məngilis,  Borçalı  və  başqa    kənd 
məktəblərində istifadə olunurdu. 
 
 
 
 
 
 
 
 
 
 
 
____________________________ 
1. Ehtimala görə Peçeniklərin bir qolu Çoban (Çobanilər) adlanırdı. Cənubi 
Qafqazın  Rusiya-tərəfindən  işğalından  sonra  bu  eldən  200  ailə  İrana 
köçürülmüşdür.  İrəvan  əyalətində  Böyük  Çoban-Qara,  Kiçik  Çoban-qara 
kəndləri Türkiyənin Arazqırağı kəndləridir.  


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
71 
QAFQAZDA MİRZƏ ŞƏFİ  
AVROPADA FRİDRİX  BODENŞTEDT 
 
 
Mən aşiqəm bel bağla 
 
kəmərlə bel bağla 
     Nə yada sirrini ver 
    Nə namərdə bel bağla. 
 
Hər  şey  Mirzə  Şəfinin  ölümündən  sonra  başladı. 
Əgər  1844-cü  ildə  F.Bodenştedt    “Mən  İrəvandan 
qayıtdığım  zaman  Mirzəyə  bir  para  kiçik  hədiyyələr  
gətirmişdim.  O,  dostluq  xatirəsi  olaraq  mənə  öz  əlilə 
yazılmış  şeirlərindən  mürəkkəb  dəftərini  bağışladı. 
“Ağılların  açarı”    sərlövhəsilə  yazılan    bu  dəftərdə  
bizim  müəllimin  dünyagörüşünü  ifadə  edən  həkimanə 
sözlər,”  uzun  mühakimələr  vardı.  Bu  şeir  dəftərçəsinə 
o  bir  müqəddimə  də  yazmışdır».  Müqəddimədə 
oxuyuruq:  
«...  Şagirdim  və  dostum  Bodenştedt  əfəndinin 
mükkərər  rəca  və  iltimasına  görə  mən  Mirzə  Şəfi  ona 
qəsidə,  qəzəl,  mürəbbat  və  məsnəvilərdən  ibarət  olan 
öz məcmuəyi-asarımı hədiyyə edirəm».

 
 
 
 
 
1.Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi. (II cild). Bakı, 1944. səh. 41.
 
 
 


    Nəzakət Əliyeva 
 
 
72 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mirzə ġəfi Vazeh 
Fridrix BodenĢtedt 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
73 
Fridrix  Bodenştedt  bu  şeirləri  özü  ilə  Almaniyaya 
aparmış  və  onların  bir  hissəsini  ilk  dəfə  1848-ci  ildə 
Ştutqartda «Şərqdə min bir gün», 1851-ci ildə Berlində 
«Mirzə  Şəfinin  şərqiləri»  adı  ilə  çap  etdirmişdir.  Nəşr 
olunan  bu  şərqilər  az  müddət  içərisində  böyük  şöhrət 
qazanmış və alman dilindən başqa rus, ingilis, fransız, 
italiyan, isveç, holland, norveç, danimarka, polyak, çex 
və  qədim  Yəhudi  dilinə  də  tərcümə  edilmişdir.  Bu 
şöhrət  F.Bodenştedti  şirnikdirdi  və  o,  25  il 
M.Ş.Vazehin  şeirlərinin  tərcüməsi  olduğunu  1873-cü 
ildə  birdən-birə  inkar  etdi,  Amerikada  tələbələr 
qarşısında  çıxışında  «Yaxşı  olar    ki,  mənə  Vazeh 
deyəsiniz...»  Özünü  bu  şeirlərin  müəllifi  elan  etdi. 
Avropada  ikitirəlik  yaratdı.  1912-ci  ildə  fransız 
F.Makler  Tiflisdəki  dostu  Sunduqyana  (Sandıqçıya) 
məktub  göndərib  Qafqazda    Mirzə  Şəfi  Vazeh  adlı 
adamı  tanıyıb  -  tanımadığını,  şair    olduğu  barədə  
məlumat  verməyi    xahiş    etdi.  O,    F.Köçərli    ilə  
görüşmüşdür.  Bu    xahişin      xeyirxahlıq      məqsədi  
daşıdığını    bilən  F.Köçərli  Vazehin  kimliyini 
öyrənmək üçün bir çox ziyalı ilə görüşmüş, əldə etdiyi 
məlumatları  Sunduqyana  vermək  istəyəndə  onun 
öldüyünü  qəzetdən  oxumuşdur...  Vazeh  məsələsi 
yalnız  Avropada  deyil,  Qafqaz  ziyalıları  arasında  da 
şübhə  doğurmuşdur.  Mirzə  Şəfinin  ölümündən  21  il 
sonra  başlayan  bu  inkarçılığı  Adolf  Berje  də 
Zaqafqaziya Şeyxülislamı Səlyaniyə istinad edib Mirzə 
Şəfinin  şairliyini  inkar  etdi  və  bununla  da 
F.Bodenştedtin  ədəbi  sirqətinə  bəraət  qazandırdı. 
Bundan sonra Rusiyada və Qərbi Avropada Mirzə Şəfi 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə