Milli-Tehlukesizlik üz cdr


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə84/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   80   81   82   83   84   85   86   87   88
meqalem tecavuzkar separatizm pdf

Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
HƏRBİ HUMANİTAR ELMLƏR

MILITARY HUMANITIES
 
72
Onlar biliyi yaxşı anlamadıqlarından onu tətbiq etməkdə çətinlik çəkirlər. Təcrübə göstərir ki, 
bunun qarşısını almaq üçün mənimsəmə ünsürlərini əlaqələndirmək lazımdır. 
Təlim prosesinin mahiyyətini dərk etmək üçün ona fəaliyyət nəzəriyyəsi baxımından 
yanaşmaq lazım gəlir. Psixoloqlar təlimi fəaliyyət kimi səciyyələndirirlər. Fəaliyyət insanın öz 
tələbatını ödəməyə yönəlmiş fəallığıdır. Təlim fəaliyyəti kursantın müəllim tərəfindən 
istiqamətləndirilən fəal, müstəqil fəaliyyətidir. O, mürəkkəb quruluşa malikdir. Onun dörd başlıca 
komponenti ayırd edilir: təlimin məqsədi və vəzifələri, təlim əməliyyatları, özünənəzarət və 
özünüqiymətləndirmə. Bunlar bir-biri ilə şərtlənən müəyyən sistem təşkil edir. 
Göründüyü kimi, kursantın (tələbənin) öyrənmə yolu idrak yoluna müvafiqdir: qavrama idrak 
yolundakı canlı müşahidə, anlama mücərrəd təfəkkür, tətbiqetmə isə praktika ilə bağlıdır. Lakin 
öyrənmə prosesi elmi idrak prosesi ilə eyni deyildir. Öyrənmə prosesi öz məqsədi, təşkili qaydası, 
müddəti, praktikanın rolu, möhkəmlətmə ehtiyacı, müəllimin rəhbərliyinin zəruriliyi ilə elmi idrak 
prosesindən fərqlənir. 
Təlim prosesində öyrədən kursantın idrak fəaliyyətini təşkil edərkən bu xüsusiyyətləri nəzərə 
almalı, onun tədricən elmi idraka yaxınlaşması üçün şərait yaratmalıdır. Təlim elə təşkil edilməlidir 
ki, kursant (tələbə) müşahidələr aparsın, faktlar toplasın, onları mücərrəd təfəkkürdə təhlil etsin. 
Eyni zamanda, fikri əməliyyatlar aparsın, problemləri həll etsin, nəzəri biliklərini həyata və 
çalışmalara tətbiq etsin, müstəqil, yaradıcı düşünmək və işləmək bacarıqlarına yiyələnsin. Hərbi 
pedaqoji prosesdə canlı müşahidə, mücərrəd təfəkkür və praktikanın vəhdəti təmin edilməlidir. 
Təlim prosesi kursantın (tələbənin) idrak yolundakı hərəkəti ilə bağlıdır: o, biliksizlikdən 
bilikliliyə doğru inkişaf edir.
Təlim prosesinin xarakteri, məzmunu və təşkili formaları cəmiyyətin tələbi, elmi-texniki 
tərəqqinin təsiri ilə müəyyən olunur [3, s.192]. 
Təlim prosesi özü də inkişaf edir. Bu inkişafın mənbəyi ziddiyyətlərlə bağlıdır. Təlim prosesi 
üçün xarakterik ziddiyyətlərə aiddir: cəmiyyətin artan tələbləri ilə təlim prosesinin real imkanları 
arasında ziddiyyət; yeni vəzifələrlə təlimin mövcud səviyyəsi arasında ziddiyyət; müəllimin 
öyrətmə fəaliyyəti ilə kursantın (tələbənin) öyrənmə fəaliyyəti arasında ziddiyyət; kursantın 
(tələbənin) qavrama və anlaması arasında ziddiyyət; mövcud biliklərlə onları tətbiq etmək 
bacarıqları arasında ziddiyyət və s. 
Göstərilən ziddiyyətlərin həll olunması təlim prosesi və onun tərkib hissələrinin (təlimin 
məzmunu, metod və formalarının) inkişafı və təkmilləşdirilməsinə, kursantların dərin bilik, bacarıq 
və vərdişlərə yiyələnməsinə, zehni inkişafın, fəallıq və müstəqilliyin güclənməsinə səbəb olur [4, 
s.109].

Təlim üç başlıca funksiyanı yerinə yetirir: öyrətmək, tərbiyə etmək və inkişaf etdirmək. 


Təlimin 
öyr
ə
dici funksiyas
ı
 
kursantların proqram dairəsində bilik, bacarıq və vərdişlərlə 
silahlandırmaqda ifadə olunur. Təlimdə həm xüsusi (ayrı-ayrı fənlər üzrə), həm də ümumi (bütün 
fənlər üçün zəruri olan) bacarıq və vərdişlər aşılanmalıdır. Ümumi bacarıq və vərdişlərə kitabla iş, 
planlaşdırma, optimal tempdə oxumaq və yazmaq, ifadə və inşa yazmaq, mətni yığcam danışmaq, 
özünənəzarət bacarıq və vərdişləri daxildir. Belə bacarıqlara yiyələnən kursantlar uğurla oxuyur, 
təlimdə az vaxt və qüvvə sərf etməklə daha yüksək nəticələrə nail olurlar. 
Təlimin 
t
ə
rbiy
ə
edici funksiyas
ı
 
təlim prosesində kursantları tərbiyə etməkdə ifadə olunur. 
Gənc nəsildə vətənpərvərlik, milli iftixar hissi, humanizm və digər ideya-mənəvi keyfiyyətlər 
tərbiyə etməkdə, onlara yüksək hisslər aşılamaqda təlim əvəzsiz vasitədir. Tərbiyə funksiyası 
təlimin məzmunu, təşkili formaları və metodları, müəllimin şəxsi nümunəsi və ünsiyyət prosesi 
vasitəsilə həyata keçirilir. 
Təlimin 
inki
ş
afetdirici funksiyas
ı
 
təlim prosesində kursantların ümumi inkişafında, psixi 
proseslərinin təşəkkülündə özünü göstərir. Təlim kursantların diqqəti, hafizəsi, təfəkkür və 
təxəyyülünün inkişafını təmin etmir. Bu inkişafı təmin etmək üçün təlimi xüsusi istiqamətləndirmək 
lazımdır. Müəllim təlim prosesinin imkanlarından istifadə edərək, gənc nəslin zehni, mənəvi, iradi 
və emosional inkişafı üçün əlverişli şərait yaratmalıdır. 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə