Milli-Tehlukesizlik üz cdr


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə83/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   80   81   82   83   84   85   86   87   88
meqalem tecavuzkar separatizm pdf

Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
HƏRBİ HUMANİTAR ELMLƏR

MILITARY HUMANITIES
 
71
yaradılması; kursantyönümlülük; inkişafyönümlülük; fəaliyyətin stimullaşdırılması; dəstəkləyici 
mühitin yaradılması [1, s.22]. 
Aparılan müşahidələr göstərir ki, hərbi pedaqoji prosesdə kursantın peşə hazırlığının müasir 
dövrün tələblərinə uyğun prinsiplərindən istifadəsinə ciddi ehtiyac vardır. Ənənəvi yanaşmalardan 
(hafizə), fəal təlim texnologiyalarının (təfəkkür) tətbiqinə keçməklə göstərilən pedaqoji təsir 
kursantı peşə hazırlığına motivasiya etmiş olur. 
Ənənəvi hərbi pedaqoji prosesdə təlimin məqsədi, əsasən öyrədici xarakter daşıyır. 
İnkişafetdirici və tərbiyəedici təlim məqsədlərinə çatmaqda tədris olunan hər hansı mövzu başlıca 
vasitədir. Hərbi-pedaqoji proses - kursantların mənəvi və psixoloji keyfiyyətlər, zəruri bilik, bacarıq 
və qabiliyyətlərin mənimsənilməsində məqsədyönlü fəaliyyətidir [2, s.140]. 
Hərbi pedaqoji prosesin əhəmiyyəti təhsil və özünütəhsildə ifadə olunur. Mahiyyəti isə müasir 
müharibə şəraitində hərbi əməliyyatların (döyüş missiyaları) uğurla keçməsi üçün təşkilati və 
praktik əsaslarını özündə birləşdirir. 
Təlim prosesinin nəzəri (metodoloji) əsasını idrak nəzəriyyəsi təşkil edir. Dünyanın insan 
şüurunda əks olunması isə mürəkkəb prosesidir. Bu proses hissi idrakdan - duyğu və qavrayışlardan 
başlayır. Qazanılan faktiki biliklər məntiqi idrak pilləsində mücərrəd təfəkkürdə təhlil olunur, 
ümumiləşdirilir və çıxarılan nəticə praktikada yoxlanılır. Təlim prosesində bütün 
qanunauyğunluqlar bu yolla öyrənilir, elm qanunları müəyyən edilir.
Elm dedikdə, təbiət və cəmiyyətin inkişaf qanunauyğunluqlarını və obyektiv aləmə təsiri 
üsullarını öyrənən (meydana çıxaran) biliklər sistemi və bu biliklərin ayrıca sahəsi başa düşülür. 
Təlim prosesi zamanı kursanta pedaqoji təsirdə öyrənmə yolu idrak yoluna əsaslanır. Elmi idrakın 
pillələrini sxematik şəkildə belə göstərmək olar: canlı müşahidə → mücərrəd təfəkkür → praktika. 
Təlim prosesi də idrak fəaliyyətinin bir növüdür. O, idrakın digər növləri (elm, incəsənət
oyun, əmək) ilə birlikdə ətraf aləmin dərk olunmasına kömək edir. Kursantın (tələbənin) təlim yolu 
bir çox cəhətdən idrak yoluna əsaslanır. Sxematik olaraq: qavrama → anlama → möhkəmlətmə → 
tətbiqetmə ardıcıllığında ifadə edilir.
Qavrama - duyğu orqanları vasitəsilə obyektiv varlığın mərkəzi sinir sistemində əks 
olunmasıdır. Bu zaman, insan əşyanın həcmi, rəngi və digər xüsusiyyətlərini bütövlükdə dərk edir. 
Anlama mənimsəmə üçün başlıca şərtdir, təfəkkürlə müşayiət olunur. Anlayışın dolğun və 
tam formalaşması üçün kursantları təfəkkür əməliyyatları aparmağa (təhlil-tərkib, müqayisə, 
ümumiləşdirmə, nəticə çıxarmaq və s.) cəlb etmək vacibdir. Belə olduqda, təlim materialı daha 
yaxşı dərk olunur. 
Möhkəmlətmə mənimsəmənin zəruri ünsürlərindən biri kimi qazanılmış biliklərin hafizədə 
uzun müddət saxlanması və daha da dərinləşməsini təmin edir. Əks halda, biliklər unudulur, təlim 
səmərəsiz bir işə çevrilir. Möhkəmləndirmənin səmərəsi üçün mexaniki və məntiqi yaddasaxlamanı 
uzlaşdırmaq, keçilən və yeni biliyi əlaqələndirmək, təkrarla tətbiqetməni uzlaşdırmaq, kursantların
fəallıq və müstəqilliyini artırmaq lazımdır. 
Tətbiqetmə təlimin çox mühüm ünsürüdür. Tətbiqetmə kursantlarda nəzəri biliyi həyata, 
çalışmalara tətbiq etmək bacarıqları aşılayır. Tətbiqetmə sayəsində kursant bilikləri şüurlu və 
möhkəm mənimsəyir; onun biliyə inamı və marağı artır; nəzəri biliklər onun üçün həyati məna kəsb 
edir; zəruri bacarıq və vərdişlər formalaşır.
Mənimsəmənin ünsürləri vəhdətdə həyata keçirilməli, öyrənmə zamanı bu ünsürlər bir-birinə 
nüfuz etməlidir: qavrama prosesində ilkin anlamanı təmin etmək, anlama prosesində qavrama və 
möhkəmlətmə vəzifələrini, tətbiqetmə zamanı isə anlama vəzifəsini həyata keçirmək səmərəli nəticə 
verir. 
Kursantların peşə hazırlığı prosesində mənimsəmə ünsürlərinin qarşılıqlı əlaqəsinə laqeydlik 
halları müşahidə olunur. Öyrədən bəzən yeni biliyi şərh edir və ya kitabdan oxutdurur (qavrama 
mərhələsi). Anlama üçün isə xüsusi iş aparmır. Birdən-birə möhkəmlətməyə keçir. Bu da təlimdə 
əzbərçiliyə, formalizmə gətirib çıxarır. Kursant yaxşı dərk etmədiyi məsələləri mexaniki yadda 
saxlamağa çalışır. 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə