Milli-Tehlukesizlik üz cdr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə82/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   78   79   80   81   82   83   84   85   ...   88
meqalem tecavuzkar separatizm pdf

HƏRBİ HUMANİTAR ELMLƏR

MILITARY HUMANITIES
 
70 
UOT 37.0 
 
KURSANTIN PEŞƏ HAZIRLIĞINDA GÜNÜN NİZAM QAYDALARI
PEDAQOJİ TƏSİRDƏ VASİTƏ KİMİ 
 
ped.ü.f.d., dosent Şahrza Ağayev, 
polkovnik Telman Şahbazov 
Silahl
ı
 Qüvv
ə
l
ə
rin H
ə
rbi Akademiyas
ı

Xülas
ə
.
 
Məqalədə mövzunun aktuallığı əsaslandırılır və onu şərtləndirən amillərə aydınlıq 
gətirilir. Peşə hazırlığında günün nizam qaydalarını pedaqoji təsirdə vasitə kimi reallaşdırmaq üçün 
kursantın nəzəri bilik və təcrübi vərdişlərə yiyələnməsi ilə bağlı məsələlər ilk dəfə şərh olunur. 
Açar sözlər
: peşə, günün nizam qaydaları, pedaqoji təsir, kursant, təhsil standartları, idrak, 
qavrama, anlama, tətbiqetmə. 
Müstəqil dövlətin əsas atributlarından biri olan Silahlı Qüvvələrin yaradılmasında hərbi təhsil 
sisteminin müstəsna rolu vardır. Hərbi təhsil Azərbaycan Respublikasının təhlükəsizliyi və 
müdafiəsini təmin edən strateji fəaliyyət sahəsidir. O, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin 
mərhələlər üzrə fasiləsiz mənimsənilməsini təmin edən təlim və tərbiyə prosesidir. 
Hərbi təhsil sistemi müxtəlif, pilləli, ardıcıl təhsil proqramlarını həyata keçirən xüsusi 
təyinatlı təhsil müəssisələri şəbəkəsi və təhsili idarəetmə orqanlarından ibarətdir. Əsas məqsədi 
təhsil standartlarına uyğun bilik, bacarıq və dünyagörüşünə malik, xalqını və vətənini sevən
Azərbaycan Silahlı Qüvvələrinin qarşısında qoyulmuş vəzifələri yerinə yetirmək üçün peşəkar 
hazırlıqlı kadrların hazırlanmasıdır. 
Bu sahədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi 
( Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 887 nömrəli qanunu ilə təsdiq 
edilmişdir) konseptual sənəddir, özündə “vaxtın bölüşdürülməsi və günün nizam qaydaları”nı 
ehtiva edir.
 
Kursantın peşə hazırlığında günün nizam qaydalarından səmərəli istifadənin pedaqoji 
təsir vasitəsi kimi tədqiqi, ilk növbədə subyektlərin qarşılıqlı əməkdaşlıq şəraitində şəxsiyyət kimi 
inkişafının təmin olunması prosesinin elmi mahiyyətinin şərhi yarana bilən ziddiyyətlərə uyğun
qanunauyğunluqlar aşkar olunmasını şərtləndirir.

Kursantın peşə hazırlığında günün nizam qaydalarından səmərəli istifadəni pedaqoji təsir 


vasitəsi kimi reallaşdırmaq üçün onun təlim əməyinə daxil olan fiziki və mənəvi qüvvəsinin tətbiqi, 
xüsusi kamilliyi, peşə təcrübəsi nəticəsində nəzəri bilik və təcrübi vərdişlərə yiyələnmək bacarıqları 
öz həllini tapmalıdır. Vaxtın bölüşdürülməsi və günün nizam qaydaları kursantların məqsədyönlü 
fəaliyyətini, fiziki və mənəvi cəhətdən ahəngdar inkişafını tənzimləyən metodoloji sənəddir. Onun 
məzmununa daxildir: ümumi müddəalar; yuxudan durma, səhər baxışı və axşam yoxlanışı; tədris 
məşğələləri; səhər yeməyi, nahar və şam; alayın (briqadanın) yerləşdiyi yerdən buraxılma; görüşə 
gələnlərin qəbul edilməsi.
 
Qeyd olunan mərhələlər ümumilikdə pedaqoji prosesin tərkib hissəsidir. 
Mərhələləri şərti olaraq dərs və dərsdənkənar təlim kimi ayırmaq olar. 
Hərbi pedaqoji prosesdə kursantın peşə hazırlığı müasir dövrün tələblərinə müvafiq olaraq 
qabaqcadan müəyyən olunmuş nəticələrin əldə edilməsinə əsaslanmalıdır. Buna görə gün ərzində 
öyrədən təşkiledici, əlaqələndirici, istiqamətverici, məsləhətçi funksiyasından səmərəli istifadə edib 
kursantların tədqiqatçı və yaradıcı fəaliyyətlərini reallaşdırmağa nail olmalıdır. 
Pedaqoji təsir öyrədənin (müəllimin) kursantların (tələbələrin) düşüncə, iradə, emosiyalarına 
verilən impuls, onlarda tələb olunan keyfiyyətlərin formalaşması və qoyulmuş məqsədlərə 
müvəffəqiyyətlə çata bilmək bacarıqlarının yaranması prosesinə daxil olan əməliyyatların 
məcmusudur.
Müasir hərbi pedaqoji prosesdə təhsilverənin bələdçi, kursantın tədqiqatçı olması üçün 
aşağıdakı prinsiplər diqqətdə saxlanmalıdır: pedaqoji prosesin tamlığı; təlimdə bərabər imkanların 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə