Milli-Tehlukesizlik üz cdr


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə78/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   74   75   76   77   78   79   80   81   ...   88
meqalem tecavuzkar separatizm pdf

Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
HƏRBİ HUMANİTAR ELMLƏR

MILITARY HUMANITIES
 
67

“ikibaşlı hiylə” – çox təhlükəli üsuldur. Artıq hiyləni gözləyən və xəbərə inanmayacağına 
qərar vermiş düşmənə bilərəkdən həqiqətin açılmasını nəzərdə tutur; 

“istəmədən səhv” – düşmən inanır ki, qiymətli informasiya rəqibin səhvi, səhlənkarlığı 
ucbatından və ya qorunmanın qeyri-effektivliyi səbəbindən onun əlinə düşüb; 

“uğursuz taleyin bir parçası” – düşmən inanır ki, qiymətli informasiyanı təmamilə təsadüfən, 
taleyin qisməti nəticəsində əldə edib; 

“əvəzləmə” – düşmən obyektin saxta olduğuna inandıqdan və buna inanmaqda davam 
etdikdən sonra obyekt həqiqisi ilə əvəzlənir [3, s.271]. 
Eyni zamanda, V.N.Lobovun yazdığına görə xarici mütəxəssislər hərbi hiylədən istifadə 
zamanı aşağıdakı prinsiplərə əməl edilməsini nəzərdə tuturlar: 

hərbi hiylə ciddi mərkəzləşmə, koordinasiya və nəzarət tələb edir

hərbi hiylə ciddi və dərin hazırlıq tələb edir; 

hərbi hiylə heç vaxt yersiz və qeyri-məntiqi olmamalı, mümkün olduqca düşmənin gözlədiyi 
davranış tipinə uyğun gəlməlidir; 

saxta informasiya düşmənə daha çoxsaylı informasiya mənbəyi vasitəsilə çatdırılmalıdır; 

sirrin gözlənilməsi – informasiya sirrinin gözlənilməməsi düşməndə şübhə oyada bilər

sayıq olmalı, məlumatlara, yalnız onu bilməsi vacib şərt olan şəxsləri yaxın buraxmalı [3, 
s.268]. 
Belə bir məsələni də qeyd etmək lazımdır ki, müasir dövrdə müharibələrin xarakterində baş 
verən dəyişikliklər hərbi hiylənin xarakterini də dəyişdirmişdir. Hazırkı zamanda hərbi 
əməliyyatlarda başlıca diqqət “zaman-məkan-informasiya” üçlüyünün üzərinə yönəlmişdir [18]. 
Göstərilən faktor hərbi hiylənin xarakterinin dəyişməsinə, onun yeni-yeni forma və üsullarının 
meydana gəlməsinə təsir göstərən mühüm hadisədir. Məlumdur ki, son dövrdə geniş xarakter alan 
informasiya müharibələrinin informasiya-texniki və informasiya-psixoloji kimi növləri mövcuddur. 
Müasir müharibələrdə məqsədin düşməni fiziki cəhətdən məhv etmədən çox onun davranışının 
dəyişdirilməsinə yönləndirilməsi hərbi hiylədən istifadə zamanı əsas diqqətin bu istiqamətə 
keçirilməsinə səbəb olmuşdur. Daha çox idarəetmə və əlaqə, telekommunikasiya sistemləri, müxtəlif 
radioelektron vasitələr hücum və müdafiə obyektinə çevrilir. Hərbi qüvvə strukturlarının şəxsi 
heyətinin, əhalinin, qərarqəbuletmə sistemləri üzvlərinin psixikası informasiya-psixoloji təsirlərə 
məruz qalır.
Müasir dövrdə istifadə olunan informasiya – psixoloji təzyiqin iki tərəfini qeyd etmək lazımdır: 
1)
şüurun bilərəkdən müəyyən davranış istiqamətinə yönləndirilməsi; 
2)
qəfillik (gözlənilməzlik) faktoru ilə təsirlər. 
Şüurun modifikasiyası birbaşa şüurlu və şüuraltı təsirlər vasitəsilə həyata keçirilə bilər. Bu 
informasiya axını, psixotron, suqqestiv, psixotrop təsirlər vasitəsilə yerinə yetirilir [19]. Qəfillik 
faktoru düşmənin planlarını alt-üst etməklə yanaşı, həm də onun sıralarında panikaya, çaşqınlığa 
səbəb olur. Qəfillik faktoru birbaşa şüuraltı proseslərə təsir edir və əgər şüur bu təsirlərə hazır deyilsə 
onların nəzarəti altına düşür. Baş verə biləcək bu təhlükəni aradan qaldırmaq üçün şəxsi heyətin fiziki 
və psixoloji hazırlığı, praktika ilə birliyi lazımdır. Bir tərəfdən, subyektiv dezinformasiya, psixoloji 
hazırlıqsızlıqla mübarizə aparılmalıdır. Digər tərəfdən qəfilliyin maddi bazasını təşkil edən düşmən 
qüvvələr, istər canlı qüvvə, istərsə də, hərbi texnika imkan daxilində öncədən məhv edilməli və ya 
neytrallaşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, informasiya struktur və sistemlərinin inkişafı ilə, 
hərbi hiylə imkanları da artacaq. Bu proses qələbənin əldə edilməsində hərbi hiylə faktorunun rolunu 
yüksəldəcəkdir. Məsələn, öz qərarı ilə ABŞ-ın kiber ordu komandanlığının səlahiyyətlərini 
genişləndirmiş Prezident D.Tramp “Nyu-York Tayms” qəzetinin verdiyi məlumata görə ona təkcə 
kiberhücumları dəf etmək deyil, həm də preventiv (önləyici) tədbirlərin həyata keçirilməsi və digər 
dövlətlərin kompüter sistemlərinə daxil olmaq səlahiyyətlərini də vermişdir [20]. 

Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə