Milli Kitabxana



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə12/93
tarix28.06.2018
ölçüsü2,27 Mb.
#52385
1   ...   8   9   10   11   12   13   14   15   ...   93

________________Milli Kitabxana________________ 
33 
 
 
lənməsini istəməsə də, özünü yiğışdıra bilmirdi. - Xudanəkərdə bəlkə möhtərəm 
atamızın başı?.. 
- Bəlkə Məmalik qocanın başı xarab olubdur, demək istəyirsiniz, 
Ərdahan Həlaku? 
- Xudanəkərdə, xanım! Nə mən, nə də mənim atam Həlaku belə 
badbəxtliyi istəmərik! 
- Biz 
məmaliklər özümüz bilərik. Bunun siz həlakulara heç bir 
dəxli yoxdur!  
- Bəs bunlar? - deyə  Ərdahan boya-boy dayanan oğlanlarını göstərdi. - 
Dəxli bu dörd oğlan nəvəsidir! 
- Onlar 
da 
sənin sicillindəndirlər, həlakulardır! 

Əlbəttə, həlakulardır, məmaliklər deyildir! - deyə  Ərdahan arvadının 
diluzunluğuna xitam vermək istədi. - Heç bir kəsin siz məmaliklərin mülkündə 
gözü yoxdur, çün Şahsevənin yarısı bizimdir! 
- Məmaliklər mülkünün də varisi vardır! 

Olsun! Daha qoca Məmalik yatıb-yatıb yetmiş yaşında əl-ayağa düşüb, 
bizi qohumluqda rüsvay eləməsin! - Ərdahan bir daha dörd oğlunu nəzərdən 
keçirdi. - Atam demişkən, eyib də olmasın, bizi məmaliklərlə qan qarışdırıb, 
qohum olmuşuq. Mən sənin atanı da özümə ata hesab edirəm! 
- Onda 
xıxıltı ilə gülməyinizin nə menası Ərdahan xan? 
- Bəlkə  Ərmağan xanını atasının istehzaya layiq əməli müqabilində 
utanmaqdansa, həlakuların evində oturub, onların ağzını qapayıb, dilini 
bağlamaq istəyir?! 
- Mən həlakular xanlığından gedə də bilərəm, Ərdahan! 

Arada dörd oğul övladı ola-ola, bir də təzədən iki xanlıq arasına od-alov 
salıb, fitnə-fəsad törətmək üçünmü? 
- Qoy 
nə olur-olsun, Ərdahan Həlaku! 
- Axı, biz əhd etmişdik ki, - deyə söhbətin üslünə gəlib çıxan əhvalatın nə 
yerdə olduğunu bilən Həlaku xan danışığa qarışdı. – Daha biz Qurana qəsəm 
qılmışdıq ki, qanı qanla yox, qanı su ilə yuyaq! Biz bildirmişdik ki, daha bundan 
sonra gərək nəsillərimiz bizi lənətləməsinlər! Onlar deməsinlər müsəlmançılıqda 
bu nə ədavətdir siz qoyub getmisiniz? 
- Qoy 
ədavətimiz təzələnsin, Həlaku xan! 
- Yox 
təzələnməsin! - Həlaku xan dörd nəvəsini iki yana ayırdı. Tutaq ki
sən Ərmağan buranı tərk edib gedəndə bu gədələrdən ikisini də ozünlə apardın. 
  
 
 


________________Milli Kitabxana________________ 
34 
 
 
- Mən heç bir həlaku gədəsini özümlə aparmaram! 

Xub, xub, aparmazsan. Ərmağan xanım!.. Tutaq ki, nece oldusa ikisini 
özünlə Məmalik imarətinə apardın? 
- Bəli, tutaq ki, siz buyuran kimi ikisini özümlə apardım? 

Tutaq ki, ikisi o yanda böyüdü, ikisi də bu yanda. 
- Bəli, ikisi o yanda böyüdü, ikisi də bu yanda. Onda məmaliklərlə 
həlakular yox, həlakularla həlakular vuruşmalı olacaqlar!.. Onlar o yana 
çəkəcəklər, bunlar bu yana! Yenə  də Quran qəsəmi pozulacaq, köhnə  ədavət 
təzələnəcək, arada çoxlu-çoxlu qan töküləcək. Bax, biz bu qanlı ədavətin hər iki 
xanlığın arasından silinməsini istəmişdik! 
- Siz 
həlakular mənim atam Məmalikin yamanca aldatmısınız! 
- Bəs sizi necə, Ərmağan xanım? 
- Elə məni də aldatmısınız! 

Onda yol açıqdır! - Qoca Həlaku dinməsə  də, oğlu  Ərdahan qəzəblə, 
kinlə, küdurətlə söyləndi. - Tamam-kamal açıqdır üzünüzə yol, 
Ərmağan Məmalik! 
- Yolun 
açıq vaxtını mən özüm səndən əcəb bilirəm, Ərdahan 
Həlaku! 
Ərmağan xanımın gözlərində odlu qığılcım yandı. O, pörtüb qızardı, 
axşamüstü titrətmə tutub, yorğan-döşəyə düşdü. 
Sabahı ayılan  Ərmağan xanım bağdadi qələmini  əlinə alıb atasına namə 
yazdı. Ağır xəstələndiyini, hər necə olsa, qocanın durmayıb yanına gəlməyini 
təvəqqe etdi. 
 
... Qoca Məmalik məktubu alıb fikrə getdi. 
- Nə namədir, xan? 

Ərmağan yazıbdır, Məhtaban! 
- Nə yazır, Ərmağan? 
- Yazır ki, xəstələnmişəm, yanıma gəl! 
- Yəqin sizi töhmətləmək üçün çağırır! 
- Axır nə barədə Ərmağan məni töhmətləməlidir? 

Bu nagüvara hərəkətinizə görə! 

Onun heç bir hüququ yoxdur ki, məni düşmən evində töhmətləsin! 
- Haqqı vardır, xan! 
- Bəlkə sən də qızlığına tərəfdar çıxırsan, Məhtaban? 
- Xan 
gülməlidir! 
- Bəlkə ağlamalıdır? 
 
 
  


________________Milli Kitabxana________________ 
35 
 
 
-
 
Burada göz yaşından savayı heç nə görümnür, - deyə Məhtaban dönüb 
o biri otağa 
girdi. Nəmli gözləri ilə aynada saralan bənizinə baxdı. 
Bəli, bismillahla başlanan  əqdnamədən sonra Məhəmməd qızı  Məhtabanın 
bətnində övlad nüftəsi düyünlənmişdi. 
 

 
Həlaku xan gəlini Ərmağanın gözlənilmədən üzə ağ olduğunu, pəjmürdəhal 
rəxt-xaba düşdüyünü görüncə kobud hərəkət etdiyini başa düşdü. O, oğlu 
Ərdahanı  xəlvət guşəyə  çəkib ona təkidlə tapşırdı ki, bu cəngəlli işdə bitərəf 
dayanmaq daha faydalıdır. Məmalik xanın özünə varis qazanmaq iştiyaqına 
düşməsi onları  nə  qədər göynətsə  də, gərək hisslərinı  dərində gizləsinlər, hələ-
hələ üzə açılışıb, bir söz deməsinlər. Çünki qoca Məmalik nə qədər atılıb-düşsə 
də, daldan atılan daş topuğa dəyəcək, Məmalik mülkü həlakuların olacaqdır! 
Qəzanın qədərindən oğlan övladı olmadığı üçün qoca uduzubdur, indi daha onun 
vaxtsız banlamağı, Pəhləvan Məhəmmədin yetimçəsini özünə  gəlin gətirməyi 
bicadır. 
- Birdən qocanın bu əməli baş tutdu? - deyə Ərdahan atasının qarşısında 
öz nigarançılığını gizlətmək istəmədi. - Birdən Məhəmmədin yetim qızı düzmü, 
əyrimi pəhləvan babasına bənzəyən bir oğlan varisi doğdu, onda bəs necə? 
- Ondanın sözünü onda danışarıq, oğul - deyə Həlaku xan oğluna anlatdı 
ki, bu xəmir hələ çox su aparacaqdır. Bu barədə  gərək onlar qınlarına girib 
bacardıqca özlərini gizləsinlər. Məmalikə boz sifət göstərməsinlər. Hətta 
Ərmağanla baş verə bilən hər hansı ixtilafın da üstünü örtüb malalasınlar. 
Məmalik xanın hərəkətini veclərinə almasınlar, bu işi qocanın öz daxili işi sayıb, 
ona müdaxilə etməsinlər. 
- Oğul, bizim kəndlilər yaxşı deyirlər ki, cücəni payızda sanarlar! - Yəni 
buyurursan ki, ata, bu barədə  əlimizi ağdan qaraya vurmayaq?.. Yəni durub 
gözümüzü döyək ki, o boyda məmalik mülki qocanın dörd nəvəsi burada dura-
dura əlimizdən çıxıb Pəhləvan Məhəmmədin nəvəsinə getsin? 
Həlaku xan üzünü qaşıyıb, çal-cod bığlarını eşdi: 
- Dovşanı araba ilə tutmaq ustalıqdır... Yoxsa bica yerə qaç-qov salmağın 
mənası yoxdur! 
 
 
 


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə