Microsoft Wördün əsas anlayışları



Yüklə 402,89 Kb.
səhifə5/13
tarix23.12.2023
ölçüsü402,89 Kb.
#157160
1   2   3   4   5   6   7   8   9   ...   13
Microsoft W rd n sas anlay lar


Раздел - bir bölməyə keçmək
Строка - bir sətrə keçmək
Закладка - bir xülasəyə keçmək
Концевая сноска - bir sonluğa keçmək
Поле - bir sahəyə keçmək
Таблица - bir cədvələ keçmək
Рисунок - bir qrafikə keçmək
Формула - bir formula keçmək
Обьект - bir obyektə keçmək
Заголовок - bir başlığa keçmək


3. Mətni formatlaşdırmaq

Windows sistemi altında işləyən bütün proqramlarda hər hansı bir obyekt üzərində müxtəlif əməliyyatları yerinə yetirməzdən əvvəl həmin obyektləri seçmək lazımdır. Worddə silmə, köçürmə, daşıma, formatlaşdırma kimi əməliyyatları yerinə yetirməzdən əvvəl mətnin lazım olan hissəsini seçmək lazımdır. Bunun üçün müəyyən üsullardan istifadə olunur.


Hər hansı bir sözü seçmək üçün mişkanın oxunu sözün üzərinə gətirib sol
düyməni iki dəfə sıxırıq. Seçilmiş söz qara rəngə boyanır. Seçməni ləğv etmək üçün mətn sahəsinin hər hansı bir yerində mişqanın sol düyməsini sıxırıq.
Sətri seçmək üçün mişqanın oxunu sətrin sol tərəfindəki boş sahəyə gətiririk. Ox sağa doğru istiqamətini dəyişir.Bu vəziyyətdə mişqanın sol düyməsini sıxırıq.
Abzası seçmək üçün mişqanın oxunu sətrin sol kənarındaki boş sahəyə gətiririk.Ox sağa doğru istiqamətini dəyişir.Bu vəziyyətdə mişqanın sol düyməsini ikiqat sıxırıq.
Hər hansı bir mətn sahəsini seçmək üçün bu sahənin başlanğıcında mişqanın sol düyməsini sıxıb saxlayaraq sahənin sonuna doğru sürəkləyib düyməni buraxırıq.
Bütün mətni seçmək üçün sətrlərin sol tərəfində boş sahədə mişqanın sol düyməsini üçqat sıxırıq və yaxud da Главная menyusundan Выделить - Выделить все əmrini seçirik.
Klaviatura düymələrindən də istifadə edərək seçmə əməliyyatlarını aparmaq olar.
Hər hansı bir sözü seçmək üçün kursoru sözün başlanğıcında və ya sonunda yerləşdirib Shift düyməsini və oxlardan birini seçirik. Seçməni ləğv etmək üçün ox düymələrindən birini sıxırıq.
Sətri seçmək üçün kursoru sətrin başlanğıcında və ya sonunda yerləşdirib uyğun olaraq Shift+End və ya Shift+Home düymələrini biryerdə sıxırıq.
Bir ekran səhifəsi qədər yuxarıya doğru sahəni seçmək üçün kursoru
sahənin sonunda yerləşdirib Shift+Page Up düymələrini sıxırıq.
Bir ekran səhifəsi qədər aşağıya doğru sahəni seçmək üçün kursoru sətrin
başlanğıcında yerləşdirib Shift+Page Down düymələrini sıxırıq.
Bütün mətni seçmək üçün Ctrl+A düymələrini sıxırıq. Bundan başqa Ctrl
düyməsi sıxılmış vəziyyətdə mişqanın oxunu sətrlərin sol tərəfindəki boş sahəyə gətirib sol düyməni sıxırıq.
Simvolları formatlaşdırmaq üçün Главная menyusundan Шрифт əmrini seçirik. Bu zaman ekrana Шрифт dialoq pəncərəsi açılır.


Отступы и интервалы səhifəsində aşağıdaki parametrləri təyin edə bilərik.


Шрифт sahəsinin sürüşdürmə çubuğundaki ox düymələrini sıxaraq yazı tipi siyahısını gözdən keçiririk. Bunlardan birini seçib sol düyməni sıxırıq. Bu zaman Образец səhəsindən seçdiyimiz yazı tipinə uyğun nümunə görsənəcəkdir.
Начертание – siyahısındakı yazı stilləri dəyişir
Обычный – düz yazı stili
Курсив – kursiv yazı stili
Полужирный – qalın yazı stili
Полужирный курсив – qalın kursiv yazı stili
Размер – siyahısında şriftlərin ölçüsünü seçirik
Подчеркивание – siyahısından verilmiş müxtəlif alt cizgi formaıarından birini seçə bilərik
Цвет текста – qutusundan yazıların rəngini seçirik
Видоизменение – seçdiyimiz mətn sahəsinə müxtəlif effektlər vermək üçün aşağıdakı parametrlərdən istifadə edirik
Зачеркнутый – sözlər üzərindən xətt çəkir
Двойное зачеркивание - sözlər üzərindən iki qat xətt çəkir
Надстрочный – üst indeksə yazır
Подстрочный – alt indeksə yazır
С тенью – hərfə kölgə verir
Контур – hərflərin kontur xətlərini verir
Приподнятый – hərfləri qabardır.
Утопленный – hərfləri sıxlaşdırır.
Малые прописные – bütün hərfləri kiçildilmiş böyük hərflərə çevirir
Все прописные – bütün hərfləri böyük hərflərə çevirir.
Скрытый – seçilmiş mətni göstərir
Simvollar arası məsafəni təyin etmək üçün . Açılan pəncərənin Положение на странице səhifəsinə keçirik.

Масштаб – qutusuna daxil edilən rəqəmlər simvolların genişliyini faizlə artırıb azltmaq üçündür. 100% normal genişlikdir. Simvollar arası məsafəni təyin etmək üçün aşağıdaki parametrlərdən birini seçirik.


Разреженный – genişləndirilmiş
Обычный - adi
Уплотненный - sıxlaşdırılmış
Worddə mətnləri daxil edərkən bir sətrə sığışmayan söz avtomatik olaraq növbəti sətrə keçir. Buna görədə sətrə sığışmayan sözləri hecalara bölməyə ehtiyac yoxdur. Yeni abzasların təşkil edilməsi üçün Enter düyməsi sıxılır. İki Enter düyməsinin sıxıldığı yer arasında qalan sahəyə paraqraf deyilir. Paraqrafları formatlaşdırmaq üçün Абзац dialoq pəncərəsindəki parametrlərdən və formatlaşdırma alətlər paneli üzərindəki uyğun düymələrdən və şaquli xətkeş üzərindəki xüsusi düymələrdən istifadə edə bilərik.
Bunun üçün Главная menyusundan Абзац əmrini seçirik. Bu zaman ekrana Абзац dialoq pəncərəsi açılır.

Pəncərə üç səhifədən ibarətdir.


1. Отступы и интервалы
2. Положение на странице
3.Азиатское оформление
Sətrlər arası məsafəni təyin etmək üçün dialoq pəncərənin Отступы и интервалы səhifəsini açırıq. Интервал sahəsindəki Междустрочный qutusunun aşağı ox düyməsini sıxaraq siyahını açırıq.


Buradan lazım olan boşluğu seçirik.


Одинарный – sətrlər arsında bir boşluq buraxmaq üçündür
Полуторный – sətrlər arsında 1,5 boşluq buraxmaq üçündür
Двойной - sətrlər arsında ikiqat boşluq buraxmaq üçündür
Минимум - ən kiçik sətr boşluğunu seçirik
Точно – bu parametr bütün sətr boşluqlarının eyni ölçüdə olmasını təmin edir
Множитель – sətrlər arası boşluğu faizlə artırıb azaltmaq üçündür.
Hər bir paraqrafdan əvvəl yerləşdiriləcək boşluqları təyin etmək üçün Интервал sahəsindəki Перед sətrinə boşluq məsafəsini daxil edirik.
Paraqrafdan sonra yerləşdiriləcək boşluqları təyin etmək üçün Интервал sahəsindəki После sətrinə boşluq məsafəsini daxil edirik.
Nəzərə almaq lazımdır ki, iki paraqraf arasındaki boşluq Перед və После sətrlərinə daxil edilmiş məsafələrin cəminə bərabərdir. Ona görədə iki paraqraf arsındai boşluğu təyin etmək üçün bu sətrlərdən birinə qiymət daxil etmək lazımdır. Bir paraqrafı səhifənin soluna, sağına, mərkəzinə və ya hər iki tərəfinə görə bərabərləşdirmək üçün onu seçməyə ehtiyac yoxdur. Əgər iki və ya daha artıq paraqrafın sətrlərini bərabərləşdirmək lazım gələrsə onları seçmək lazımdır.
Bundan sonra açılan pəncərənin Выравнивание qutusunun aşağı ox düyməsini sıxaraq siyahını açırıq.


Bu siyahıdan uyğun bir bərabərləşdirmə formasını seçirik.


По левому краю – sətrləri səhifənin sol kənarına sıxışdırmaqla bərabərləşdirir
По центру – sətrləri mərkəzləşdirir
По правому краю - sətrləri səhifənin sağ kənarına sıxışdırmaqla bərabərləşdirir
По ширине – sətrləri səhifənin sol və sağ kənarlarına görə bərabərləşdirir.
Müxtəlif formalı mətnlərdə bəzi paraqrafların sətrlərinin səhifənin içərisindən başlaması və ya sətrlərin sağ tərəfindən içəriyə doğru sıxışdırılması lazım gəlir.
Paraqraf sətrlərinin sol və sağ sərhədlərini və paraqrafların abzas məsafələrini təyin etmək üçün əvvəlcə lazım olan paraqrafı seçirik. Sonra Отступ sahəsindəki Слева və Справа qutularına uyğun rəqəmləri daxil edərək seçilmiş paraqrafların sol və sağ boşluqlarını təyin edirik.
Paraqrafın Абзац məsafəsini təyin etmək üçün Первая строка qutusunun aşağı ox düyməsini sıxaraq siyahını açırıq.

Buradan lazım olan parametrlərdən birini seçib sağdakı qutuya rəqəmi daxil edirik.


Нет – seçsək paraqrafda Абзац sətri olmayacaqdır.
Отступ – parametrini seçsək paraqrafın birinci sətri Абзац sətri, qarşısındaki qutuya daxil etdiyimiz rəqəm isə Абзац məsafəsi kimi qəbul edilir.
Выступ – parametrini seçsək paraqrafın birinci sətrindən başqa digər sətrləri içəriyə doğru girəcəkdir.
Paraqrafın Абзац məsafəsini sol və sağ sətr boşluqlarını təyin etmək üçün şaquli xətkeş üzərindəki paraqraf düymələrindən istifadə edə bilərik.
Bəzən mətnləri hazırlayarkən müxtəlif başlıq sətrləri səhifənin başında və sonunda qalaraq digər mətnlərdən ayrı düşür. Başqa bir halda isə sonunda yer olduğu halda belə bir neçə sətrdən ibarət olan paraqraf növbəti səhifəyə keçir. Bu hallara avtomatik nəzarət etmək lazım gəlir. Bunun üçün Абзац dialoq pəncərəsinin Положение на странице – səhifəsindəki uyğun parametləri və avtomatik nəzarət olunacaq qonşu paraqrafları seçmək lazımdır.

Sonra paraqrafların sətrlərinin təklənməsinin qarşısını almaq üçün Разбивка на страницы – sahəsindəki Запрет висячих строк – parametrini işarələyirik.


Bir səhifədən digərinə keçərkən paraqrafın bütün sətrlərini növbəti səhifəyə keçməsini istəyiriksə Не разрывать абзац – parametrini işarələyirik.
Не отрывать от следующего – parametri seçilərsə növbəti paraqraf səhifə sonuna yerləmədiyi zama seçilmiş paraqrafıda özü ilə birlikdə növbəti səhifəyə keçirəcəkdir.
С новой страницы – paraqrafın həmişə səhifənin başlanğıcında olmasını təmin edir.
Запретить автоматический перенос слов – sözlərin hecalanmamısını təmin edir.
Qəzet, jurnal və digər səhifələri hazırlayarkən müxtəlif paraqrafların ilk sətrlərinin birinci hərflərini nəzərə çarpacaq dərəcədə iri hərflərlə göstərmək üçün aşağıdaki əməliyyatları yerinə yetirmək lazımdır. Kursoru lazım olan paraqrafda yerləşdiririk. Sonra Вставка menyusunun Текст bölməsindən Буквица əmrini seçirik.


Ekrana açılan siyahıdan Параметры буквицы əmrini seçirik.Açılan pəncərənin Положение sahəsindəki formalardan birini seçirik.




В тексте – Seçilmiş hərf üç sətrin əvvəlində yerləşəcək.


На поле – hərf paraqraf sətrlərinin sol kənarındakı boş bir sahədə yerləşəcək. Böyüdülmüş hərfin parametrlərini Параметры sahəsindən təyin edə bilərik.
Шрифт – hərfin yazı tipini seçmək üçün istifadə olunur. Hərfin neçə sətr hündürlüyündə olduğunu Высота в строках qutusuna daxil edirik. Hərflərlə sətrlər arasındaki məsafəni Расстояние от текста qutusuna daxil edirik.
Worddə hazırlanmış mətni kağız formatından asılı olaraq hər birinin ölçüsü minumum 1.27sm olan sütunlara bölmək olar. Sütunların maksimum sayı kağız formatından və səhifə genişliyindən asılıdır. Mətni yazmazdan əvvəl və ya yazılmış mətni seçdikdən sonra lazım olan sayda sütunlara ayırmaq üçün Разметка страницы menyusunun Параметры страницы bölməsindən Колонки əmrini seçirik. Bu zaman ekrana açılan siyahıdan Другие колонки əmrini seçirik.Ekrana Колонки dialoq pəncərəsi açılır.






Pəncərədə Tip sahəsində göstərilmiş formalardan birini seçirik.
Одна – bir sütunlu mətnlər hazırlamaq üçündür.
Две – iki sütunlu mətnlər hazırlamaq üçündür.
Три – üç sütunlu mətnlər hazırlamaq üçündür.
Слева – ensiz və enli iki sütunlu mətnlər hazırlamaq üçündür.
Справа – enli və ensiz iki sütunlu mətnlər hazırlamaq üçündür.


Sütunların sayını Число колонок qutusuna daxil etməklə təyin edə bilərik.


Разделить parametrindən istifadə edərək sütunlar arasında xətt çəkmək mümkündür. Hər bir sütunun genişliyini və sütunlar arası boşluğu Ширина и промежуток sahəsindən təyin edə bilərik. Sütunların genişliyini Ширина, sütunlar arası məsafələri isə Промежуток qutusuna daxil edirik. Bütün sütunların eyni genişlikdə olmağını istəyiriksə onda Колонки одинаковой ширины parametrini işarələyirik. Yuxarıda göstərilən seçilmiş parametrlərin mətnin hansı sahəsinə tətbiq ediləcəyini Применить siyahısında seçməklə təyin edə bilərik.
Seçilmiş mətni müxtəlif formalı çərçivələrlə əhatə edə bilərik. Bunun üçün Разметка страницы menyusunun Фон страницы bölməsindən Границы страниц əmrini seçirik. Bu zaman ekrana Границы и заливка pəncərəsi açılır.
Pəncərənin Поля səhifəsinə keçib oradan Тип sahəsində verilmiş formalardan birini seçirik.
Нет forması mətni çərçivəsiz edir.
Рамка – mətni çərçivəyə alır.
Обьемная – çərçivəyə kölgə verir.
Тип siyahısında çərçivə xətlərinin stili seçilir.
Цвет – sahəsinin aşağı ox düyməsini sıxaraq açılan siyahıdan xəttin rəngini seçirik.


Ширина - sahəsindən aşağı ox düyməsini sıxaraq açılan siyahıdan xəttin genişliyini seçirik.


Применить – qutusundan Абзац parametrini seçirik.
Образец sahəsi – pəncərədə seçdiyimiz formaya uyğun bir nümunə göstərəcəkdir. Bütün parametrlər təyin edildikdən sonra OK düyməsini sıxırıq.
Biz yalnız seçilmiş mətnləri deyil həmdə bütün səhifəni çərçivəyə ala bilərik. Bunun üçün Границы и заливка pəncərəsinim Размер бумаги səhifəsinə keçib oradan Тип sahəsində verilmiş formalardan birini seçirik.


Əlavə olaraq naxışlı çərçivələrdən istifadə etmək üçün Рисунок sahəsindəki formalarından birini seçə bilərik.


Образец sahəsi – pəncərədə seçdiyimiz formaya uyğun bir nümunə göstərəcəkdir. Bütün parametrlər təyin edildikdən sonra OK düyməsini sıxırıq.
Mətnin fonunu və ya çərçivəsinin içərisini rəngləmək və ştrixləmək üçün lazım olan mətn hissəsini seçirik, bundan sonra Границы и заливка dialoq pəncərəsinin Источник бумаги sahəsindəki parametrlərdən istifadə edə bilərik

Нет заливки – Seçdikdə sahənin fon rəngi olmayacaq.


Узор – siyahısında naxışın stilini seçirik.
Цвет фона – qutusundan isə naxışın rəngini seçirik.
Bu zaman Образец sahəsində seçdiyimiz parametrlərə uyğun nümunə görsənəcək.
Sətirləri işarələmək və nömrələmək üçün Главная menyusunun Абзац bölməsindəki sahələrdən istifadə edirik.


Маркированный sahəsində verilmiş maddə işarələrindən birini seçirik.


Seçdiyimiz işarənin formatını təyin etmək üçün Изменить уровень списка əmrini seçirik.




Əgər başqa bir işarədən istifadə etmək istəsək Определить новый маркер əmrini seçirik.Bu zaman Определение нового маркера pəncərəsi açılır.


Знак маркера sahəsində verilmiş variantlardan lazım olanını seçirik.


Seçilmiş sətirləri nömrələmək üçün Нумерация sahəsindəki parametrlərdən istifadə edirik.

Alt sətir nömrələri vermək üçün Многоуровневый список sahəsinə keçirik və uyğun parametrlərdən istifadə edirik.


Tabulyator məsafələri paraqraflardan asılı olaraq müxtəlif formada təyin edilə bilər. Yəni hər bir paraqraf üçün ayrı bir tabulyator məsafələri təyin etmək olar. Bunun üçün Разметка страница menyusunun Абзац bölməsindəki parametrlərdən istifadə edə bilərik.





Yüklə 402,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə