Vaqif Nəsirov ✵ Boşluq anlayışı, növləri və boşluqların aradan qaldırılma mexanizmi pozitiv hüquq kontekstində



Yüklə 105,07 Kb.
Pdf görüntüsü
tarix23.11.2017
ölçüsü105,07 Kb.
#11930


Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

Buraxılış 2 | 

Say 1

– 8 –


Vaqif Nəsirov



 



Boşluq anlayışı, növləri və  

boşluqların aradan qaldırılma mexanizmi 

pozitiv hüquq kontekstində 

Annotasiya 

Məqalədə ilkin olaraq hüquqda boşluq anlayışının təbii və pozitiv hüquq aspektindən izah 

olunmasına  çalışılmışdır.  Bundan  əlavə,  tanınmış  alimlərin  baxış  bucaqları,  boşluqların 

anlayışı və növləri, boşluqların aradan qaldırılma mexanizmləri, Azərbaycan və xarici ölkə-

lərin təcrübələri araşdırılmış və məqalənin strukturunun təşkilində önəmli yer tutmuşdur. 

Nəticədə  boşluqların  aradan  qaldırılmasının  qanunvericilik  fəaliyyətində  və  cəmiyyətdəki 

münasibətlərin  tənzimlənməsində  rolu  vurğulanmışdır.  Həll  kimi,  müstəsna  hallarda 

hakimlərə hüquq yaradıcılığı prosesində diskresion səlahiyyət verilməsi təklif olunur.  

Abstract 

In the article the concept of lacunae is tried to be analyzed from points of view of natural 

and  positive  law.  In  addition,  well-known  scholars’  perspectives,  notion  and  types  of 

lacunas,  ways  for  in  order  to  get  dispose  of  lacunas,  practices  of  Azerbaijan  and  foreign 

countries are examined and those are dissected at the core of article. In the conclusion, the 

role of elimination of lacunae in legislation and regulation of social relations is emphasized. 

As a solution it is suggested that in order to eliminate obstacles of lacunae in special hard 

cases judges should be granted with discretion regarding their role in lawmaking process.

 

Giriş 

üquq  qaydasının  nəticə  olaraq  həll  olunması  üçün  qarşısına

qoyduğu  təməl  məqsədin  ictimai  münasibətləri  tənzimləməsi

olduğunu 

əsas 

götürsək, 



bu 

tənzimlənmənin 

qismən 

məqsədəmüvafiq olmaması (həmin hüquq normasının ruhuna zidd olması) 



və  ya  tamamilə  mövcud  olmaması  hüquqda  boşluğun  anlayışı  ilə  üst-üstə 

düşür.  Təbii  hüquq  məktəbi  nümayəndələri  hüququn  qapalı  bir  sistem 

olduğunu  əsas  gətirərək  heç  bir  halda  hüquqda  boşluq  anlayışını  qəbul 

etməyib boşluğun yalnız insan beyninin məhsulu olan qanunlarda mövcud 

ola  biləcəyini  irəli  sürürlər.  Pozitiv  hüquq  məktəbinin  görkəmli 

mütəfəkkirlərindən olan H.L.A. Hart hüquq sisteminin özü-özünü təmin edə 

bilən  bir  sistem  olmadığını  əsas  gətirərək  pozitiv  hüquqda  boşluğun  ola 

biləcəyi fikri ilə razılaşır.

1

 Hər hansı bir hüquq sisteminə daxil olan ölkələrin 



hüquq qaydası yaratmağa səlahiyyəti olan orqanı yaratdığı hüquq qaydası ilə 

indiki  və  gələcəkdə  baş  verəcək  (bəzən  keçmişə  də  şamil  oluna  bilər) 

münasibətlərin  tam  həllinə  nail  olmağa  çalışsa  da,  əsasən  cəmiyyətin  və 

münasibətlərin  aktiv  inkişafı  və  normal  olaraq  səlahiyyətli  orqanın  tam 

 Bakı Dövlət Universiteti Hüquq Fakültəsi, III kurs, SABAH qrupu tələbəsi 



1

 H. L. A. Hart, The Concept of Law, s. 124 (2nd edn., with a Postscript edited by Penelope 

A. Bulloch and Joseph Raz, Clarendon Press, Oxford 1994) 




Dekabr | 2015 

Hüquq nəzəriyyəsi

– 9 –

mükəmməl  olmasının  mümkünsüzlüyü  hüququn  təzahür  forması  olan 



qanunda boşluqların olmasına gətirib çıxarır.

2

  



I. Pozitiv hüquqda boşluğun mövcudluğu 

Hüquqda  boşluq  dedikdə  münasibətin  tənzimlənməsi  üçün  yazılı  və 

yaxud  yazılmamış  (adət  normaları)  hər  hansı  bir  hüquq  qaydasının 

münasibəti tənzimləməməsi və ya mövcud olmaması kimi başa düşüldüyü 

halda,  qanunda  boşluq  dedikdə  isə  münasibətin  tənzimlənməsində  istifadə 

olunacaq  hüququn  realizə  forması  kimi  yalnız  yazılı  hüquq  normasının  - 

qanunun münasibəti tənzimləməməsi və ya mövcud olmaması başa düşülür.

3

 



Hüququn  mükəmməl  bir  sistem  olmasını  və  boşluq  anlayışının 

mövcudluğunu  qəbul  etmədiyimiz  anda  hüququn  tətbiqinə  və  hakimlərin 

hüquqyaratma  səlahiyyətlərinə  müəyyən  məhdudiyyətlər  qoyaraq  bu 

səlahiyyətlərin  mövcud  olduğu  anqlo-sakson  hüquq  sistemlərinin 

mexanizminin  qeyri-işlək  hala  gəlməsinə  şərait  yaradırıq.  Pozitiv  hüquqda 

boşluğun  ola  biləcəyini  bir  çox  ölkələr  öz  qanunvericilik  praktikalarında 

göstərmişlər.  Bunlara  misal  olaraq  Avstriya  Mülki  Məcəlləsinin  7-ci 

paraqrafını  və  İsveçrə  Mülki  Məcəlləsinin  1/2  paraqrafını  göstərmək  olar.

4

 

Lakin  Fransa  Mülki  Məcəlləsinin  4-cü  maddəsində  qanunun  münasibəti 



ümumiyyətlə  və  ya  qismən  tənzimləyə  bilməməsini  bəhanə  gətirərək  işə 

baxmaqdan boyun qaçıran hakim üçün məsuliyyət təsbit olunmuşdur.

5

 Buna 


uyğun olaraq digər bir hal isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 

11-ci maddəsində göstərilən “Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi” 

hallarında qanun münasibəti birbaşa tənzimləmədikdə və onların tətbiqində 

işgüzar  adət  olmadıqda  oxşar  münasibətləri  tənzimləyən  mülki 

qanunvericilik  normalarının  tətbiq  edilməsi  göstərilmişdir  və  Fransa  Mülki 

Məcəlləsinə oxşar olaraq məhkəmənin mülki işlərə baxmaqdan imtina etməsi 

məhdudlaşdırılmışdır.

6

  Hər  iki  hala  nəzər  yetirdiyimizdə  hakimlərin 



qanunda boşluğun və ya qismi boşluğun olmasını irəli sürməsi və ya boşluq 

olduğu  zaman  hansı  mexanizmlə  aradan  qaldırılmasının  göstərilməməsi

7

 

həmin ölkələrin öz qanunlarında boşluq olma ehtimalını rədd etməsini açıq 



şəkildə göstərir. Dövlət özünün bəzi sərt tənzimlədiyi sahələrdə boşluq ola 

bilməsini heç bir şərtlə qəbul etmir. Belə ki, sözügedən bu sahələrin dövlətin 

və  cəmiyyətin  təməlinin  formalaşmasında  bilavasitə  iştirak  etməsi  və  hər 

hansı  bir  boşluğun  ola  bilmə  ehtimalının  mövcudluğunun  təməli  sarsıda 

bilməsi  dövlətin  bu  addımının  anlaşılabilən  hesab  olunmasına  ağlabatan 

2

 Sururi Aktaş, Pozitif Hukukta Boşluk Kavramı, EÜHFD, C. XIV, S. 1–2, s. 1 (2010) 



3

 Yenə orada 

4

 Yenə orada, s. 3 



5

 Tam mətn: http://codes.droit.org/cod/civil.pdf s. 9 (son baxış 30 noy. 2015) 

6

 Azərbaycan Respublikası Mülki Məcəlləsi, ss. 60-61 (Hüquq Yayın Evi, Bakı, 2014, 30 



sentyabr, 2014-cü il tarixinədək olan əlavə və dəyişikliklərlə) 

7

 Aktaş, s. 3 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

Buraxılış 2 | 

Say 1

– 10 –


səbəb  verir.  Dünya  təcrübəsində  dövlətlərin  öz  cinayət  və  vergi 

qanunvericiliklərində  bu  halın  tətbiqi  açıq  şəkildə  görünür.  Azərbaycan 

Respublikası Cinayət Məcəlləsinin 1.3-cü maddəsində “Cinayət məsuliyyətini 

müəyyən  edən  və  cinayət  törətmiş  şəxsin  cəzalandırılmasını  nəzərdə  tutan 

qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər”, 5.1-

ci  maddəsində  “əməlin  (hərəkət  və  ya  hərəkətsizliyin)  cinayət  sayılması  və 

həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu 

Məcəllə  ilə  müəyyən  edilir”  və  5.2-ci  maddəsində  “Cinayət  qanununun 

analogiya üzrə tətbiqinə yol verilmir” şəklində ifadə edilmiş sərt göstərişlərdə 

dövlətin  bu  normalarla  həmin  qanunvericilik  aktında  boşluğun  qəbul 

ediləbilməzliyini  açıq  şəkildə  bəyan  etdiyinin  şahidi  oluruq.

8

  Dövlətin  hər 



hansı bir münasibəti hüquqdan kənar (əxlaqi və ya dini səbəblərə görə) hesab 

edərək  öz  qanunvericiliyi  ilə  bu  tip  münasibətləri  tənzimlənməsinə  ehtiyac 

duymaması qanunda boşluğun olması demək deyil.

9

 



II.Boşluq anlayışının təsnifat meyarları

A. Hüququn mahiyyətinə yanaşma meyarına görə təsnifat 

1. Hüquqda boşluq

Boşluğu  pozitiv  hüququn  çatışmazlığı

10

  kimi  qəbul  etdikdə  hüquqda 



boşluq  terminini  düzgün  qəbul  etməyimizin  və  bu  zaman  mübahisələrin 

həllinin  mümkünsüz  olduğu  qənaətinə  gəlirik.  Halbuki  yuxarıda  qeyd 

etdiyim  kimi  müasir  hüquq  sistemləri  münasibəti  tənzimləyə  bilməyən 

hüquq normasının olmamasını irəli sürərək işə baxmaqdan boyun qaçırmanı 

hakimlər  üçün  məhdudlaşdırmışdır.  Hüquq  yaratma  mexanizminin 

mövcudluğu  şəraitində  heç  bir  halda  hüquqda  boşluq  anlayışı  qəbul  edilə 

bilməz.  Müasir  hüquq  sistemlərində  hakimlərin  işə  baxmaqdan  boyun 

qaçırmalarının məsuliyyət yaratması və hakimlərin son həmlə olaraq hüquq 

yaradıcısı kimi qəbul edilməsi bunu bir daha sübut edir. 

2. Qanunda boşluq

  Qanun boşluğu normada lazımi  qanuni tənzimləmənin edilməməsi kimi 

başa  düşülür.

11

  Qanun  boşluğu  termini  hal-hazırki  hüquq  sisteminin 



vəziyyəti  əsas  götürülərək  pozitiv  hüququn  çərçivəsi  daxilində  plana  zidd 

olan  çatışmazlıq  mənasını  özündə  ehtiva  edir.

12

  Hər  hansı  bir  hüquq 



tənzimləməli  olduğu  münasibəti  təsbitini  tapmış  qanunla  tənzimləyə 

bilmirsə, bu qanunda boşluq adlanır.

13

 Qanunda boşluq adətən qanunverici 



tərəfindən  qərəzsiz  şəkildə  bilməyərəkdən  buraxılan  boşluqlardan  ibarət 

8

 Tam mətn: http://www.e-qanun.az/code/11 (30 noy. 2015) 



9

 Çiğdem Kırca, Örtülü (Gizli) boşluk ve bu boşluğun doldurulması yöntemi olarak amaca 

uygun sınırlama (Teleologische Reduktion), s. 1 

10

 Aktaş, s. 17 



11

 Kırca, s. 1 

12

Yenə orada, s. 2 

13

 Gökhan Akpınar, Özel Hukukta Boşluk Kavramı (Anlamı, Türleri, Tespiti, Sonuçları) s. 4 




Dekabr | 2015 

Hüquq nəzəriyyəsi

– 11 –

olaraq dar və geniş mənada mövcud olur.



14

 Hökmdaxili boşluqlardan fərqli 

olaraq  qanun  boşluqlarında  hakim  öz  individual  baxışı  və  diskresion 

səlahiyyətindən  istifadə  edərək  boşluqları  doldura  bilməz.

15

  Həqiqətən,  bir 



qanunda boşluğun ola biləcəyini deyə bilməyimiz üçün həmin münasibətin 

hüquq  sistemi  tərəfindən  tənzimlənməsinin  vacib  olub-olmamasını  təsbit 

etməliyik. Yerli əxlaq və ya din normalarına zidd olan bir əməlin qarşısının 

alınmasında  istifadə  olunacaq  qanun  normasının  mövcud  olmaması  təbii 

haldır  və  qanun  boşluğu  hesab  edilə  bilməz,  çünki  yerli  əxlaq  və  din 

normaları əsas mənbə kimi qəbul edilmir.

16

 

B. Qanunvericilikdə boşluğun meydana  gəlmə zamanı 



baxımından təsnifat 

1. İlkin boşluq

İlkin  boşluq  o  halda  mövcud  olur  ki,  hüquqi  tənzimləməni  tələb  edən 

hallar qanun qəbul edilərkən artıq mövcud olur, lakin qanunverici normativ 

hüquqi aktı tərtib edərkən onları nəzərə almır.

17

 Qanunda ilkin boşluğa daha 



çox  təkmil  hüquqi  tənzimləmə  mexanizminin  mövcud  olmadığı  qeyri-

demokratik rejimlərin bərqərar olduğu dövlətlərdə təsadüf edilir. 



2. Sonrakı boşluq

  Sonrakı  boşluq  dedikdə  tənzimlənən  sosial  sferanın  inkişafı  nəticəsində 

hüquqi tənzimləmə predmetinə daxil olan yeni münasibətlərin yaranması ilə 

əlaqədar  olaraq  meydana  çıxan  boşluq  başa  düşülür.  Bu  sferadakı 

münasibətlər  artıq  qanunverici  tərəfindən  tənzim  olunduğu  üçün  yeni 

yaranan  münasibətlər  hüquqi  tənzimləmədən  kənarda  qalır  və  bu  da 

qanunvericilikdə  sonrakı  boşluğun  yaranmasına  gətirib  çıxarır.

18

  Məhz  bu 



cəhət 

qanunvericilikdəki 

müvafiq 

boşluqların 

sonrakı 

boşluq 


adlandırılmasını  şərtləndirir.  Beləliklə,  hətta  baxmayaraq  ki,  müəyyən 

sferanın  hüquqi  tənzimlənməsi  zamanı  qanunverici  hüquqi  proqnozlaş-

dırmadan  tam  mənası  ilə  istifadə  edir,  qanunvericilikdə  sonrakı  boşluğun 

yaranmasının  qarşısını  almaq  mümkün  deyil  və  bu  hal  müəyyən  mənada 

təbii hadisədir. Deməli, istənilən halda, hətta mütərəqqi hüquqi tənzimləmə 

mexanizminin  mövcud  olduğu  dövlətdə  qanunvericilikdə  boşluğun  olması 

labüddür.  Odur  ki,  prinsip  etibarı  ilə,  hüquqi  tənzimləmənin  tamamilə 

mövcud olmadığı hallarda olduğu kimi hüquqda boşluq onlar üzə çıxdıqca 

qanunverici tərəfindən aradan qaldırılmalıdır. 

14

 Aktaş, s. 16 



15

 Yenə orada 

16

 Akpınar, s. 4 



17

 Протасов В.Н. Проблемы теории права и государства: вопросы и ответы. М. Новый 

юрист (1999) Tam mətn: http://bibliotekar.ru/teoria-gosudarstva-i-prava-4/35.html) (son baxış: 

03.12.2015) 

18

 Yenə orada 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

  Buraxılış 2 | 

Say 1

– 12 –


C. Qanunvericilikdə faktiki mövcud olan boşluqlar 

1. Açıq boşluq

Qanunda  düzünə  və  ya  əks  mənada  tənzimlənməsi  lazım  gələn  ictimai 

münasibət haqqında heç bir məsələnin həllinə toxunulmamışdırsa, yaranmış 

bu  boşluq  açıq  boşluq  termininin  məzmunu  ilə  üst-üstə  düşür.

19

  Hüququn 



əsas  məqsədini  və  fundamental  nəzəriyyələrini  əsas  götürərək  qanunda 

tənzimlənməsi  mütləq  olduğu  halda  konkret  vəziyyətə  dair  məsələnin  həll 

oluna bilməsi üçün tətbiqi mümkün olan qanun norması mövcud deyilsə, bu 

hal açıq boşluğun olmasını göstərir.

20

 Açıq boşluqlar cəmiyyətdə mövcud olan 



hər  hansı  bir  münasibətin  qanunverici  tərəfindən  qanun  normalarında  açıq 

şəkildə təsbit olunmaması mənasını verir və özünü bariz şəkildə göstərir. 



2. Qapalı (gizli və ya istisna) boşluq

  Qanunvericilikdə  göstərilmiş  hadisəyə  münasibətdə  qanun  norması 

mövcud olsa da, lazım olan istisnalar verilmədikdə və ya normanın həcminin 

çox böyük olması nəticəsində yekun məna ədalətə zidd bir vəziyyət alarsa, 

burada  qapalı  boşluq  mövcud  olur.

21

  Açıq  boşluqda  normanın  mövcud 



olmaması  əsas  götürülürdüsə,  qapalı  boşluqda  norma  mövcud  olsa  belə, 

onun  məzmunundakı  çatışmazlıqlar  əsas  götürülür.  Qanun  normasının  ilk 

baxışdan münasibəti tənzimlədiyi kimi görünməsi, bu boşluğun gizli və ya 

qapalı  olması  və  daha  sonra  gözə  çarpması  qapalı  boşluğun  var  olmasına 

dəlalət edir. 

3. Qərəzli boşluq

Qərəzli boşluqlar qanunvericinin bir münasibəti öz iradəsilə və bilərəkdən 

tənzimləmədiyi  zaman  meydana  gələn  boşluqlardır.

22

  Qərəzli  boşluqlar 



hakimin səlahiyyəti ilə aradan qaldırıla bilən qayda daxili boşluqlar kimi (irəlidə 

haqqında  məlumat  veriləcək),  adətən  bilərək,  qərəzli  şəkildə  buraxılan 

boşluqlardır və yuxarıda göstərilən eyni misalları bu hal üçün də tətbiq etmək 

olar.  Qanunvericilikdə  az  təsadüf  edilən  qərəzli  boşluqlar  qanunvericinin 

subyektiv iradəsinin məhsuludur və bu hallar əsasən qanunvericinin hüquq 

siyasəti ilə sıx bağlı olur. 



4. Qərəzsiz (bilməyərəkdən) boşluq

  Bu  tip  boşluqlar  qərəzli  boşluqlardan  fərqli  olaraq  qanunvericinin 

istəmədiyi və ya fərqində olmadığı şəkildə meydana gəlir. Qərəzsiz boşluqlar 

əsasən  qanunvericinin  laqeydliyi,  unutqanlığı  və  diqqətsizliyi  nəticəsində 

buraxılan  boşluqlardır.

23

  Buna  misal  olaraq  “Terrorçuluğa  qarşı  mübarizə 



19

 Mustafa Dural, Suat Sarı, Türk Özel Hukuku, Cilt I, (Temel Kavramlar ve 

Medeni
Kanunun Başlangıç Hükümleri), s. 108 (İstanbul 2004) 

20

 Kırca, s. 4 



21

 Aktaş, s. 20 

22

 Kırca, s. 13 



23

 Aktaş, s. 22 




Dekabr | 2015 

Hüquq nəzəriyyəsi

– 13 –

haqqında”  Azərbaycan  Respublikası  qanununun  “Terrorçuluğa  qarşı 



mübarizə  aparan  dövlət  orqanlarına  kömək  göstərilməsi”  adlı  6-cı 

maddəsində  deyilir:  “Dövlət  və  yerli  özünüidarəetmə  orqanları,  mülkiyyət 

formasından  asılı  olmayaraq  təşkilatlar,  ictimai  birliklər,  vəzifəli  şəxslər  və 

vətəndaşlar  terrorçuluğa  qarşı  mübarizə  aparan  dövlət  orqanlarına  kömək 

etməyə  borcludurlar.  Terrorçuluğun  aşkar  edilməsində  və  qarşısının 

alınmasında, habelə bu fəaliyyət nəticəsində dəyə biləcək zərərin minimuma 

endirilməsində  kömək  edə  biləcək  məlumatlar  və  hadisə  barəsində  hüquq-

mühafizə orqanlarına xəbər vermək hər kəsin borcudur.”

24

 Bu maddədən də 



göründüyü kimi dövlət vətəndaşın üzərinə məlumat verməsi barədə vəzifə 

qoysa da, vəzifənin icra olunmaması hallarında hansı cür sanksiyanın tətbiqi 

barədə  heç  bir  məlumat  göstərilməmişdir.  Bu  hal  qanunvericinin  qərəzsiz 

boşluğa yol verməsinin bariz nümunəsidir. 



5. Real boşluq

  Real boşluq qanunverici tərəfindən qanunda öz həllini tapması vacib olan 

bir  tənzimləmənin  edilmədiyi  və  ya  bir  məsələ  haqqında  hər  hansı  bir 

qaydanın  iştirak  etməməsi  kimi  ifadə  olunur.  Amma  real  boşluğa  qapalı 

boşluğu  əhatə  edəcək  şəkildə  tərif  verilməlidir.

25

  Əslində  real  boşluq  digər 



boşluqların mövcudluğu ilə formalaşıb qeyri-real boşluğu izah etmək üçün 

istifadə olunur. 



6. Qeyri-real boşluq

  Qeyri-real  boşluq  qanunda  mövcud  olan  bir  tənzimləmənin  yetərli  və 

qənaətbəxş  hesab  edilməməsidir.  Bununla  yanaşı,  qanunun  mətni  ilə 

ruhunun bir-birinə uyğun gəlməməsi, digər bir qanun norması ilə ziddiyyət 

təşkil etməsə belə, yenə də qəbul ediləbilməz olması qeyri-real boşluğun əsas 

xüsusiyyətlərindəndir.  Bu  tip  boşluqların  aradan  qaldırılması  hakimin 

səlahiyyətləri çərçivəsində deyil. Ancaq qanunvericinin səhv hüquq siyasətilə 

bağlı qərarı qənaətbəxş hesab edilə bilməz.

26

 

D. Digər boşluqlar 



1. Qayda (hökm) daxili boşluq

  Qayda daxili (Intra Legem) boşluq qanun çərçivəsi daxilində mövcud olan 

və  aradan  qaldırılması  labüd  olan  boşluqlardır.  Qanunverici  faktiki  hüquq 

normasını  bir  çərçivə  şəklində  müəyyən  edərək  mövcud  boşluqların 

doldurulmasını hakimin ixtiyarına buraxmışdır.

27

  Belə ki, bu tip boşluqların 



bilərəkdən  buraxılması  və  belə  boşluqların  geniş  mənada  boşluq  hesab 

edilməsi  həmin  boşluqların  qanun  boşluğu  hesab  edilməsini  mübahisə 

obyektinə çevirir. Qanun boşluğu qayda daxili boşluqdan fərqli bir anlayışdır. 

24

 Tam mətn: http://e-qanun.az/framework/3855 



25

 Aktaş, s. 18 

26

 Aktaş, s. 18, Akpınar, s. 10 



27

 Kırca, s. 3 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

Buraxılış 2 | 

Say 1

– 14 –


Əgər hökm daxili boşluq mövcuddursa, faktiki münasibətin həllinə müvafiq 

qanun  norması  da  mövcuddur,  lakin  tətbiqi  üçün  digər  ünsürlərin  də 

köməyinə  ehtiyac  vardır.  Qanun  boşluğunun  mövcud  olması  üçün  isə  ya 

münasibəti  tənzimləyən  normanın  ümumiyyətlə  mövcud  olmaması,  ya  da 

mövcud  olsa  belə,  tənzimlənə  bilməməsi  əsas  götürülür.

28

  Misal  olaraq, 



Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  50.1-1-ci  maddəsində  “Qeyri-

hökumət  təşkilatlarının  adında  Azərbaycan  Respublikasının  dövlət 

orqanlarının  adlarından,  habelə  Azərbaycanın  görkəmli  şəxsiyyətlərinin 

adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) 

istifadə edilə bilməz” deyə bir müddəa təsbitini tapmışdır. Hakim bu maddə 

üzrə  işə  baxdıqda  hansı  adların  maddədə  göstərilən  adlara  uyğun  olub-

olmadığını qanunda birbaşa göstərilməsə belə, digər ünsürləri nəzərə alaraq 

qərar  qəbul  edir.  Beləliklə,  hökmdaxili  boşluq  geniş  mənada  boşluq  hesab 

edilərək hər zaman hakimin diskresion səlahiyyəti ilə birbaşa əlaqəli olur. 

2. Peczenik təsnifatlandırması

  Peczenik  pozitiv  hüquqda  təfsir  olunmaq  yolu  ilə  aradan  qaldırılan 

boşluqları  təfsir  edilən  hüquqda  boşluq



29

  adlandıraraq  boşluğun  bu  növlərini 

klassik boşluq növlərindən ayırıb təfsir kontekstində incələmişdir:

30

 

A) Çatışmazlıq  boşluğu



31

  –  mövcud  hüquq  sisteminin  tənzimlənməsi

vacib olan müəyyən bir məsələni tənzimləməməsi halında meydana gələn 

boşluqlar kimi başa düşülür. 

B) Əsassızlıq (uyğunsuzluq) boşluğu

32

 – bu tip boşluqlar qanun norması-

nın  məntiqi  əsassızlığı  nəticəsində  əmələ  gəlir.  Müəllif  misal  olaraq, 

Danimarka  Konstitusiyasının  bir-birinə  zidd  olan  iki  maddəsini 

göstərmişdir.  Belə  ki,  maddənin  birində  ilk  məclisin  baş  tutması  üçün 

nəzərdə tutulmuş yetərsayın 78 üzv olduğunu bildirdiyi halda, buna zidd 

olaraq,  digər  maddədə  isə  yetərsayın  79  üzv  təşkil  etdiyi  bildirilmişdir. 

Tətbiq üçün daha üstün hüquqi qüvvəyə malik normativ aktın olmamağı 

buradakı boşluğu məntiqsiz boşluq adlandırmağımıza əsas verir. 



C) Qeyri-müəyyənlik  boşluğu

33

  –  bir  hüquq  normasının  mənasındakı

qeyri-müəyyənlik  və  ya  ikimənalılıqdan  qaynaqlanır.  Müəllifə  görə  əgər 

qeyri-müəyyənliyin  mövcud  olduğu  halları  boşluq  kimi  dəyərləndirsək, 

qeyri-müəyyənlik  boşluğunun  aradan  qaldırılması  ilə  hüquq  normasına 

təfsir verilməsi fəaliyyəti bir-birindən fərqləndirilməlidir. 

28

 Akpınar, s. 5 



29

 İngiliscəGaps in interpreted law 

30

 Alexander Peczenik, On Law and Reason, s. 18 (Springer, 2009) 



31

 İngiliscə: Insufficiency gap 

32

 İngiliscə: Inconsistency gap 



33

 İngiliscə: Indeterminacy gap 




Dekabr | 2015 

Hüquq nəzəriyyəsi

– 15 –

D) Aksioloji boşluq

34

 - maraq kəsb edən hüquq qaydasının müəyyən bir

əxlaqi  dəyərlə  ziddiyyət  təşkil  etməsi  nəticəsində  meydana  gəlir.  Əgər 

mövcud qanun norması bir münasibətin tənzim edilməsini əxlaqi olaraq 

qəbul  edilməz  səviyyədə  təşkil  etmişdirsə,  burada  aksioloji  boşluq 

mövcuddur.  Müəllifə  görə  bu  cür  boşluqların  aradan  qaldırılmasında 

mütləq əxlaqın təməl prinsiplərinə söykənmək lazımdır.  



III. Boşluqların aradan qaldırılması mexanizmləri

Pozitiv hüquqda müxtəlif cür boşluq növləri olduğu kimi həmin boşluqların 

aradan qaldırılmasının da müxtəlif üsulları vardır. Üsulların müxtəlifliyinin 

əsas səbəblərindən biri də hüquq sistemlərinin müxtəlifliyidir. Bu üsulların 

əsasən 3 növü fərqləndirilir:

35

 



1) Boşluqların  aradan  qaldırılmasında  analogiyanın  tətbiqi  əsasən  iki  cür  –

qanunun analogiyası və hüququn analogiyası üsulu ilə aparılır. Bu iki anlayış 

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununda öz 

əksini tapmışdır. Belə ki, qanunvericiyə əsasən qanunun analogiyası dedikdə 

“konkret  ictimai  münasibətləri  tənzimləyən  qanunvericilik  normaları 

olmadığına  görə  həmin  ictimai  münasibətlərə  oxşar  ictimai  münasibətləri 

tənzimləyən  qanunvericilik  normalarının  tətbiq  edilməsi”  başa  düşülürsə, 

hüququn  analogiyası  dedikdə  isə  “hüququn  analogiyası  –  yalnız  konkret 

ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən 

qanunvericilik  normaları  olmadığına  görə  həmin  ictimai  münasibətlərə 

qanunvericiliyin  məğzinin,  hüququn  ümumi  prinsiplərinin  və  ya  hüququn 

konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi” başa düşülür. Bəzi alimlər 

analogiya ilə yanaşı analogiyaya bənzər olan subsidiar hüquq tətbiqini irəli 

sürürlər. Bu o zaman mövcud olur ki, bir qanunvericilik sahəsində boşluğun 

doldurulması  üçün  digər  sahənin  normalarından  istifadə  olunur.  Beləliklə, 

subsidiar  hüquq  tətbiqetmə  qanunun  sahələrarası  analogiyasıdır.  Boşluğun 

aradan  qaldırılmasının  bu  üsulunun  klassik  analogiyanın  tətbiqindən  əsas 

fərqi  ondadır  ki,  klassik  analogiyanın  tətbiqi  zamanı  eyni  sferadakı 

münasibətləri  tənzimləyən  qanunvericiliyin  digər  norması  tətbiq  olunduğu 

halda,  subsidiar  hüquq  tətbiqetmədə  hüquq  normaları  onların  bilavasitə 

tənzimləmə  predmetinə  aid  olmayan  ictimai  münasibətlərə  öz  təsirini 

göstərir. Adətən, subsidiar hüquq tətbiqetmə yaxın hüquq sahələri arasında, 

məsələn, mülki, ailə, əmək, mənzil və s. istifadə olunur.

36

 



2) Hakimə qanunvericilik səlahiyyətinin verilməsi ilk növbədə qanunvericilikdə

faktiki münasibəti tənzimləyən normanın mövcud olmaması, bundan əlavə, 

qanunvericilikdə də müəyyən olunduğu kimi hakimin baxmalı olduğu digər 

mənbələr sırasından hüququn əsas prinsiplərində və adət normalarında da 

34

 İngiliscə: Axiological gap 



35

 Aktaş, s. 24 

36

 Морозова Л.А, Теория государства и права, s. 260 (Учебник, М., 2010) 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

Buraxılış 2 | 

Say 1

– 16 –


mövcud  münasibətin  həllinə  dair  tənzimləmə  olmadığı  halların 

mövcudluğuna  əsaslanır.  Hakimin  yaratdığı  hüquq  yalnız  faktiki  işlə  bağlı 

olmamalıdır.  Hakim  tənzimlənəcək  münasibətlə  yanaşı  eyni  tipli  digər 

münasibətlərin  də  tənzimlənməsini  mümkün  edən  ümumi  bir  norma 

yaratmalıdır.

37

  Bu  səlahiyyət  hakimə  normanın  təfsir  oluna  bilməməsi 



nəticəsində  verilir.  Roman-german  hüquq  sistemi  ölkələrinin  bir  çoxu 

(Türkiyə,  İsveçrə)  ümumi  mənada  presedent  hüququnu  və  hakimin 

qanunverici kimi çıxış etməsini qəbul etməsələr də, öz mülki məcəllələrində 

yuxarıda  qeyd  etdiyim  kimi  son  hərəkət  olaraq  hakimlərə  bu  səlahiyyətin 

verilməsini təsdiq edirlər. Problem ondadır ki, başlıca narahatçılıq doğuran 

hal  roman-german  hüquq  sisteminə  daxil  olan  ölkələrin  hüquqşünasları 

məhkəmədən  qanun  yaratmasını  gözləməsələr  də,  boşluqların  mövcud 

olduğu  hallarda  belə  işi  təmin  etməyi  ondan  tələb  edirlər.

38

  Səlahiyyət 



müəyyən edən ölkələrdə hakimin qərar qəbul etdiyi zaman presedent kimi 

sayıla  bilən  digər  məhkəmə  qərarlarına,  doktrinalara  və  özünün  hüquq 

düşüncəsinə əsaslanaraq ədalət çərçivəsində qərar çıxarması nəzərdə tutulub. 

Azərbaycan  Respublikası  qanunvericiliyində  bəzi  digər  roman-german 

hüquq  sistemi  ölkələrində  olduğundan  fərqli  olaraq  heç  bir  halda  hakimə 

qanunverici  səlahiyyət  verilməyib.  Hakimin  analogiyanın  tətbiqini 

reallaşdıra bilmədiyi halda Azərbaycan Respublikası Konstitusiyasının 130-

cu  maddəsinin  VI  hissəsinə  əsasən  Konstitusiya  Məhkəməsinə  müraciət 

göndərə bilər.  

3) Bir çox alimlər  haqq-ədalətə, məntiqə, reallığa əsaslanaraq qərar qəbul etməni

hakimə qanunverici səlahiyyətlərin verilməsini özündə ehtiva edən müstəsna 

hal kimi və ya hüququn analogiyası kimi qiymətləndirsələr də, digərləri isə 

bunun  qanunvericilikdəki  boşluqların  aradan  qaldırılmasında  mühüm 

roluna  görə  ayrıca  təsnifatlandırmışdırlar.  Bəzi  ölkələr  bu  üsulu  öz 

qanunvericiliklərində də göstərmişlər. Belə ki, 1987-ci ildə qəbul olunmuş və 

1988-ci  ildə  qanuni  qüvvəyə  minmiş  Luiziana  Mülki  Məcəlləsinin  4-cü 

maddəsində faktiki məsələ bu cür tənzimlənməyə çalışılmışdır: “Müəyyən bir 

münasibətin  tənzimlənməsi  yazılı  hüquqda  və  ya  adət  və  ənənələrdə  öz 

təsbitini tapmadığı halda belə hakim işə baxmalıdır. Bu zaman hakim haqqa

məntiqə  və  yayılmış  tətbiq  növlərinə  istinad  etməklə  ədalətli  qərar 

çıxarmalıdır.”

39

  Digər  bir  ölkənin  qanunvericiliyinə  nəzər  yetirsək,  Rusiya 



Mülki Məcəlləsinin 6-cı maddəsinin 2-ci paraqrafında belə deyilir: “Qanunun 

analogiyasının  mümkün  olmadığı  hallarda  tərəflərin  hüquq  və  vəzifələri, 

Mülki Məcəllənin ümumi prinsipləri və ruhuna uyğun tətbiq edilən 

hüququn


 

analogiyası yolu ilə

  və  xoş  niyyət, məntiqə  uyğunluq  və  ədalətlə  tənzim-

37

 Akpınar, s. 12 



38

 Michael Bogdan, General Principles Of Law And The Problem  Lacunae In The Law Of 

Nations, s. 1 

39

 Aktaş, s. 25 




Dekabr | 2015 

Hüquq nəzəriyyəsi

– 17 –

lənir.”


40

 Ölkə qanunvericilərinin məsələyə bu cür diqqət yetirmələri boşluğun 

aradan  qaldırılmasının  bu  növünün  digərlərindən  ayrılmasına  əsas  gətirən 

alimlərin  öz fikirlərində yanılmadığı qənaətinə gəlməyimizə səbəb olur.  



Nəticə 

 

Cinayət  və  vergi  sahəsindəki  kimi  qanunvericinin  ciddi  şəkildə 



tənzimləməyə  çalışdığı  bəzi  sahələr  istisna  olmaqla  pozitiv  hüquqda 

boşluqların mövcudluğu müasir hüquq sistemləri tərəfindən inkar olunmur.

41

 

Girişdə  də  vurğulanmış  olduğu  kimi,  boşluğun  yalnız  pozitiv  hüquqda 



mövcudluğu  ilə  bağlı  bir  sıra  mütəfəkkirlərin  də  fikrini  əsas  götürərək 

hüquqda  boşluq  termininin  doğru  olmadığı  fikrini  irəli  sürmək  olar.  Müasir 

qanunverici ilk növbədə XIX əsrə qədər mövcud olmuş qanunverici orqanın 

yaratdığı  qanun  normalarında  boşluğun  ola  bilməsi  ehtimalının  inkar 

edilməsi fikrindən çəkinərək əsas məqsədin cəmiyyətin normal fəaliyyətinin, 

qanunun və qanunvericilik sisteminin daimi işlək vəziyyətdə saxlanılmasının 

təmin  olunmasının  vacibliyini  dərk  edərək  qanunvericilikdə  boşluqların 

aradan  qaldırılmasını  təmin  etməlidir.  Yuxarıda  göstərildiyi  kimi  hüquqda 

boşluğun təsnifatlara ayrılmasının əsas səbəbi boşluqların mövcud olmasının 

nədən qaynaqlandığını və aradan qaldırılmadığı hallarda hansı fəsadlara yol 

açacağını, boşluğun növlərinin daha dərindən dərk edilməsinin boşluqların 

aradan  qaldırılmasının  təmin  olunmasında  mühüm  rol  oynamasını  diqqətə 

çatdırmaqdır.

40

 Yenə orada, s. 26 

41

 Kadir Çekirdekoğlu, Hukuk metodolojisinde kıyas, vergi hukukunda kıyas yasağı ve aksi 



ile kanıtlama,  s. 1, Aktaş, s. 28 

Yüklə 105,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə