Microsoft Wördün əsas anlayışları



Yüklə 402,89 Kb.
səhifə7/13
tarix23.12.2023
ölçüsü402,89 Kb.
#157160
1   2   3   4   5   6   7   8   9   10   ...   13
Microsoft W rd n sas anlay lar

4.Bir neçə faylla işləmək

Windows sistemində işləyən bir çox proqramlarda o cümlədən Worddə eyni vaxtda bir neçə faylı açıb birindən digərinə məlumatları köçürmək, daşımaq və ayrı-ayrı faylların məzmununu müqayisə etmək mümkündür.


Hazırlanmış hər bir yeni sənədin və ya açılmış hər bir faylın öz işçi pəncərəsi olur. Bu pəncərənin başlıq hissəsində faylın və ya sənədin adı yazılır. Bir pəncərədən digərinə keçmək, açıq pəncərələri nizamlamaq və digər əməliyyatları yerinə yetirmək üçün Вид menyusunun əmrlərindən istifadə edilir. Вид menyusundan Новое əmrini seçdikdə aktiv pəncərədən biri də açılacaqdır. Əgər bir neçəsini ardıcıl açarıqsa onda bunlar ardıcıl 1.2.3.4.5..... nömrələnəcəkdir. İki və ya daha artıq fayl pəncərəsi açıldıqda onları müxtəlif formada nizamlamaq üçün Вид menyusundan Упорядочить все əmrini seçirik. Bu zaman pəncərələr üfiqi və ya şaquli vəziyyətdə yan-yana yerləşəcəkdir.
Eyni bir sənədin müxtəlif hissələrində yerləşmiş mətnləri müqayisəli şəkildə gözdən keçirmək üçün həmin pəncərəni işçi sahəsini iki hissəyə ayıra bilərik.Bunun üçün Разделить əmrini seçirik. Pəncərənin işçi sahəsi ayırma çubuğu ilə iki sahəyə ayrılacaqdır.Mişkanın oxunu ayırma çubuğu üzərinə gətirdiyimiz zaman iki istiqamətli ox formasını alacaqdır. Bu halda mişqanın sol düyməsini sıxıb saxlayaraq uyğun istiqamətdə sürüşdürməklə sahələrin ölçüsünü dəyişə bilərik. Bu sahələrin ətrafındakı, sürüşdürmə çubuqları vasitəsilə onların ekranını sürüşdürərək müxtəlif yerlərdəki mətnləri müqayisəli şəkildə gözdən keçirə bilərik. Əməliyyatdan imtina etmək üçün Вид menyusunda Снять разделение əmrini seçirik.
Ekranda eyni vaxtda iki sənədlə işləmək üçün Вид menyusundan Рядом əmrini seçirik.
5.Səhifələrin formatlaşdırılması

Word fayllarını çap etməzdən əvvəl səhifə parametrlərini təyin etmək lazımdır Разметка страницы menyusundan Параметры страницы əmrini seçirik.


Ekrana Параметры страницы pəncərəsi açılır.
Поля səhifəsindən aşağıdaki parametrləri təyin edə bilərik:
Səhifənin kənarlarını təyin etmək üçün
Верхнее – üst
Левое – sol
Нижнее – aşağı
Правое – sağ sətrlərinə uyğun olaraq lazım olan rəqəmləri daxil edirik.
Переплет – səhifədən tikiş sahəsinin məsafəsini təyin etmək üçün istifadə olunur.


Ориентация sahəsindən Альбомная və Книжная variantlarından birini


seçirik. Buradan çap üçün istifadə edəcəyimiz kağızın formatını seçirik.
Əgər qeyri standart ölçülü kağızlardan istifadə edəcəyiksə onda Размер бумаги sahəsində ki, Ширина və Высота sətrlərində uyğun rəqəmləri daxil edirik.

Макет– səhifəsindən aşağıdaki parametrləri təyin edə bilərik.


Bəzən səhifədəki mətnlər səhifəni tam doldurmaya bilər. Bu zaman mətnləri bütün səhifəyə görə bərabərləşdirmək üçün Вертикалное выравнивание sahəsinin aşağı ox düyməsini sıxaraq açılan siyahıdan uyğun parametrlərin birini seçirik.По верхнему краю – mətn səhifənin üst tərəfinə doğru sıxlaşdırılaraq bərabərləşdirilir.


По нижнему краю - mətn səhifənin aşağı tərəfinə doğru sıxlaşdırılaraq bərabərləşdirilir.
По центру – mətn səhifənin ortasında bərabərləşəcək.
По высоте – mətn bütün sahəyə görə bərabərləşəcək.
Bəzi müqavilələr və ya hüquqi sənədlərdə sətrlərin nömrələnməsi lazım olur. Bunun üçün Параметры страница pəncərəsinin Макет səhifəsindən Нумерация строк düyməsini sıxırıq. Bu zaman ekrana eyni adlı pəncərə çıxır.

Sətrlərin nömrələnməsi üçün Добавить нумерация строк variantını


seçirik. Bu zaman aşağıdaki parametrlər aktivləşəcəkdir.


Начать с – nömrələr neçədən başlayacaqsa həmin sətrə onu daxil edirik.


От текста – sətr nömrələrinin sətrdən nə qədər uzaq olacağını göstərir.
Шаг – nömrələr arasındaki artımı göstərir.
На каждой странице – Hər səhifədə sətrlərin nömrələndirilməsinin
yenidən başlanmasını təmin edir.
В каждом разделе - Hər bölmədə sətrlərin nömrələndirilməsinin
yenidən başlanmasını təmin edir.
Непрерывно – Bütün mətndəki sətrlərin ardıcıl nömrələnməsini təmin
edir.

Yüklə 402,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə