Microsoft Wördün əsas anlayışları


Mövzu:4 Word mətn redaktorunda mətni redaktə



Yüklə 402,89 Kb.
səhifə9/13
tarix23.12.2023
ölçüsü402,89 Kb.
#157160
1   ...   5   6   7   8   9   10   11   12   13
Microsoft W rd n sas anlay lar

Mövzu:4 Word mətn redaktorunda mətni redaktə
edərək ona əlavələr etmək
1.Mətni redaktə etmək

Mətni redaktə etməmişdən əvvəl onu seçmək lazımdır.Hər hansı mətn hissəsini silmək üçün onu seçib Delete düyməsini sıxırıq. Əgər səhv etmişiksə onda Ctrl+Z düyməsini birlikdə sıxıraq onu yenidən bərpa edə bilərik.


Əməliyytların nəticəsini ləğv etmək üçün Настройка панели быстрого доступа panelində Отменить, əməliyyatların yenidən icra olunması üçün Вернуть əmrini seçmək lazımdır.Eyni əməliyyatları uyğun olaraq klaviaturadan Ctrl+Z və Ctrl+Y düyməsini sıxmaqlada yerinə yetirə bilərik.Word-də mətnin təkrarlanan hissələrini yazmağın müxtəlif yolları vardır.Bunlardan biri Главная menyusundan Копировать və Вставить, digər yolu isə klaviaturadan Ctrl+C və Ctrl+V. Düymələrindən istifadə etməkdir.
Əvvəlcə mətn hissə seçilir.Sonra Главная menyusundan Копировать əmri seçilir.Bu zaman mətn hissəsi bufer yaddaşına köçürülür.Kursoru istədiyimiz yerə qoyub Главная menyusundan Вставить əmrini seçirik.Bundan başqa Ctrl düyməsindən də istifadə edərək mətin hissəsini istədiyimiz yerə köçürə bilərik.Bu zaman mişqanın oxunun aşağısında + işarəsi görsənəcək.Bu işarə məlumatların köçürüləcəyini bildirir.Daşıma (yerdəyişmə) əməliyyatını Главная menyusundan Вырезать və Вставить əmirləri ilə ya da klaviaturadan Ctrl+X və Ctrl+V düymələrini sıxmaqla da yerinə yetirə bilərik. Bunun üçün lazım olan mətn hissəsi seçilir.Главная menyusundan Вырезать seçilir. Sonra kursoru mətni daşıyacağımız yerə qoyub Главная menyusundan Вставить əmrini seçirik.
Mətn sahəsində hər hansı bir mətn parçasını cəld axtarmaq və dəyişdirmək üçün Главная menyusunun Редактирование bölməsindən Найти və Заменить (Ctrl+Н) əmrlərini seçirik.
Ekrana Найти və Заменить pəncərəsi açılır.
Больше düyməsini sıxırıq. Bu zaman dialoq pəncərəsi genişlənəcək.


Əgər hər hansı bir sözü, mətn parçasını, və ya simvolu axtarıb tapmaq istəyiriksə,onda Найти sətrinə axtardığımız mətn parçasını, sözü və ya simvolu daxil edib Найти düyməsini sıxırıq.


Əgər hər hansı bir sözü, mətn parçasını, və ya simvolu axtarıb tapıb,digəri ilə əvəz etmək istəyiriksə onda Найти sətrinə axtardığımız mətn parçasını, sözü və ya simvolu daxil edib, sonra Заменить на sətrinə əvəz ediləcək sözü yazırıq və Найти düyməsini sıxırıq.Dəyişdirmə əməliyyatını sürətləndirmək üçün Заменить все əmrini seçirik.Əməliyyat tamamlandıqdan sonra Закрыть düyməsini sıxırıq.





Yüklə 402,89 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə