Microsoft Wördün əsas anlayışları


Mövzu:2 Microsoft Word 2007 mətn redaktorunda mətnin daxil edilməsi və formatlaşdırılması



Yüklə 402,89 Kb.
səhifə4/13
tarix23.12.2023
ölçüsü402,89 Kb.
#157160
1   2   3   4   5   6   7   8   9   ...   13
Microsoft W rd n sas anlay lar

Mövzu:2 Microsoft Word 2007 mətn redaktorunda mətnin daxil edilməsi və formatlaşdırılması
1.Mətnin daxil edilməsi

Mətn sahəsindəki yanıb sönən işarə kursor


adlanır. Kursor klaviaturadan daxil ediləcək simvolun yerini göstərir. Simvollar daxil etdikcə kursor sağa doğru yerini dəyişir.
Böyük hərflərlə yazmaq üçün Caps Lock düyməsini sıxmaq lazımdır. Bu zaman Caps Lock indikatoru yanır. Yenidən kiçik hərflərlə yazmaq üçün Caps Lock düyməsini sıxmaq lazımdır. Bir neçə böyük hərfi yazmaq üçün Caps Lock düyməsini sıxmağa ehtiyac yoxdur. Bunun üçün Shift düymələrindən birini sıxıb saxlamaqla uyğun hərf düyməsini sıxmaq vacibdir. Durğu işarələrini də daxil etmək üçün Shift düymələrindən istifadə edə bilərik.
Bir sətir dolduqda növbəti söz və kursor avtomatik olaraq yeni sətrə keçir.
Kursoru abzas məsafəsinə gətirmək üçün Tab düyməsindən istifadə edilir.
Yeni abzasdan başlamaq üçün Enter düyməsi sıxılır. Hərf və işarə səhvlərini düzəltmək üçün klaviaturadakı ox düymələri ilə kursoru simvolun sağında yerləşdirib Delete və solunda yerləşdirib Backspace düyməsini sıxmaq lazımdır.
İki simvol arasına yeni bir simvol daxil etmək üçün kursoru bu
simvolların arasında yerləşdirib uyğun düyməni sıxmaq lazımdır.
2. Mətn sahələrində dolaşmaq

Mətn sahəsində dolaşmaq yəni səhfənin müxtəlif yerlərinə gəlmək Worddə əsas mövzularından biridir.


Yeni bir sənəd açdığımız zaman kursor mətn sahəsinin yuxarı sol küncündə yerləşir. Mətnləri daxil etdikdən sonra müxtəlif redaktə işlərini görmək üçün kursoru mətnin müxtəlif yerlərinə gətirmək lazım gəlir.
Home – kursoru sətrin başlanğıcına gətirir
End – kursoru sətrin sonuna gətirir.
Page Up – kursoru bir ekran səhifəsi yuxarıya gətirir.
Page Down - kursoru bir ekran səhifəsi aşağıya gətirir.
Ctrl+Home – kursoru mətnin başlanğıcına gətirir.
Ctrl + End - kursoru mətnin sonuna gətirir.
Mətnin ekranda görünməyən sahəsinə baxmaq üçün pəncərənin alt və sağ tərəfində yerləşmiş sürüşdürmə çubuqlarından istifadə edirik. Bunun üçün sürüşdürmə çubuqlarının uclarındaki ox düymələrini sıxmaq, sürüşdürmə düyməsini sıxıb sürükləmək və ya bu düymələr arasındaki boş sahələrə bir neçə dəfə sıxmaq lazımdır.
Sənəddəki hər hansı bir səhifəyə, bölməyə, sətrə, şərhə, xüsusi sahəyə cəld keçmək üçün Главная menyusunun Редактирование bölməsindən Найти əmrini və yaxudda klaviaturadan Ctrl+G ya F5 seçirik. Bu zaman ekrana Найти и заменить pəncərəsi açılır.


Pəncərənin Обьект перехода siyahısından страница seçib, onun qarşısındaki Введите номер страница qutusuna səhifənin nömrəsini yazıb Перейти düyməsini sıxırıq. Обьект перехода siyahısında aşağıdaki parametrlərdən istifadə edilir.


Страница – bir səhifəyə keçmək
Yüklə 402,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə