Microsoft Word zulu disser docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix27.03.2018
ölçüsü0,55 Mb.
#35161
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

35 

 

idarəetməni həyata keçirirlər. 



Strateji planlaşdırma və idarəetmə prinsiplərinin həyata keçirilməsinə səbəb olan 

təşkilati  strukturlar  təkamül  şəklində,  strateji  menecment  konsepsiyasının  özünün 

inkişafı  dərəcəsinə  görə  inkişaf  etmişdir.  Strateji  idarəetmənin  funksiyalarının 

gücləndirilməsi  məqsədilə  yeniliklər  qruplarından,  proqram-məqsəd  üsulundan, 

matrisa  strukturlarından  istifadə  edilir.  Təşkilatların  idarə  edilməsində  təşkilati 

strukturların  layihələşdirilməsi  zamanı  STY  konsepsiyasından  istifadə  daha  çox 

diqqətə  layiqdir.  Orada  tam  şəkildə  növbəti  prinsiplər  həyata  keçirilir:  strategiyanın 

işlənilməsinin  mərkəzləşdirilməsi  və  onun  həyata  keçirilməsi  prosesinin  qeyri-

mərkəzləşdirilməsi,  idarəetmənin  çevikliyinin  və  uyğunlaşmasının  təmin  edilməsi, 

idarəetmə  prosesinə  bütün  səviyyə  menecerlərinin  geniş  dairəsinin  cəlb  edilməsi. 

STY prinsiplərindən istifadə ilə idarəetmənin təşkilati strukturunun əsasını nəzərdən 

keçirək (şəkil 2.1). Çoxsahəli səhmdar cəmiyyətin (SC) idarə edilməsindənki təşkilati 

strukturun  əsasında  strateji  idarəetməyə  yönümlü  diversifikasiya  edilmiş  konseptual 

model  durmuşdur.  Bu  yanaşma  təşkilatın  idarə  edilməsində  qeyri-mərkəzləşməni 

nəzərdə tutur və aşağıdakılara imkan yaradır: 

1.  Xarici  mühitdəki  dəyişikliklərə  adekvat  və  operativ  şəkildə  reaksiya  verən 

idarəetmənin müasir təşkilati strukturunu yaratmaq; 

2.  Təşkilatın  uzuunmüddətli  perspektivdə    səmərəli  fəaliyyətinə  səbəb  olan 

strateji idarəetmə sistemini reallaşdırmaq; 

3.  Ali rəhbərləri istehsalın operativ idarəedilməsi ilə bağlı gündəlik darıxdırıcı 

işindən azad etmək; 

4. Qəbul edilən qərarların operativliyini artırmaq; 

5.  Sahibkarlıq  fəaliyyətinə  məhsulun  və  xidmətlərin  nomenklaturasını 

genişləndirməyə,  istehsalatın  çevikliyini  artırmağa  qadir  təşkilat    əməkdaşlarının 

geniş dairəsini cəlb etmək və bununla da firmanın rəqabət qabiliyyətini artırmaq. 

Bu modeldə idarəetmənin yüksək səviyyəsi SC idarə edilməsinin tipik strukturu 




36 

 

(və  ya  firmanın  təşkilati-struktur  formasına  uyğun  gələn  digər  strukturu)  ilə  təqdim 



edilmişdir.  O,  tədricən  istehsalın  operativ  idarə  edilməsindən  azad  olur  və  strateji 

intizam,  ümumilikdə  təşkilatın  iqtisadiyyatının  və  maliyyəsinin  idarə  edilməsi 

problemləri üzərində cəmləşir. 

Təşkilati  strukturun  bu  modelinin  xüsusiyyəti  təşkilatın    tərkibində  strateji 

təsərrüfat  yarımbölmələrinin  seçilməsi  və  ayrı-ayrı  istehsal  və  funksional 

yarımbölmələrə mənfəət mərkəzləri (MM) statusunun verilməsidir. STY dəqiq ifadə 

edilmiş ixtisasla, öz rəqiblərilə, bazarlarla və s. istehsal-təsərrüfat fəaliyyətinin  

 

T



əş

kilatın rəhbərliyi  

orqanizaüii 

Strateji planlaşdırma şöb

ə

si 


T

əş

kilatın funksional 



xidmətləri 

 

 



Strateji t

ə

sərrüfat 



yarımbölmələri (STY) 

 

 



M

ə

nfəət 



mərkəzləri (MM) 

 

 



Hüquqi s

ə

rbəstli 



(MM) 

 

 



T

ə

ssərrüfat 



hesabları (MM) 

Şə

kil 2.1. Strateji idarəetməyə yönümlü təşkilatın strukturunun konseptual 



sxemi 


37 

 

istiqamətini  və  ya  istiqamətlər  qrupunu  təcəssüm  etdirir.  Hər  bir  STY  onun  digər 



məqsədlərindən  nisbətən  asılı  olmayan  öz  başlıca  məqsədinə  malik  olmalıdır.  O, 

kompleks  strateji  planlaşdırmanı  –  məhsulları,  bazarları,  qüvvələri  və  s.  həyata 

keçirməyə qabil olmalıdır 

STY şöbəni, filialı, sexlər qrupunu və ya ayrıca bir sexi təcəssüm etdirə, ya da 

iyerarxik strukturun istənilən səviyyəsində ola bilər. Hər bir istiqamətə görə hım qısa, 

həm  də  uzunmüddətli  perspektivdə  məsuliyyət  bir  menecerin  –  direktorun  üzərinə 

düşür.  Direktor  öz  STY  strategiyasına  görə  məsuliyyət  daşıyır.  O,  öz  səlahiyyətləri 

daxilində  bazarda  uğurun  istiqamətini  müəyyənləşdirən  texnologiyalar,  istehsalat, 

kapital  qoyuluşu  sahələrində  öz  maraqlarını  irəli  sürməyə  hazır  olmalıdır.  Bununla 

yanaşı müxtəlif STY arasında ehtiyatların bölüşdürülməsi zamanı hər bir STY planı 

ümumilikdə təşkilatın maraqlarının balanslaşdırılması məqsədilə dəqiqləşdirilməlidir. 

Şə

kil 2.2.də «AtaHoldinq» şirkətinin təşkilati quruluşu  verilmişdir. Burda da hər bir 



istehsal  və  fəaliyyət    bölməsi  strateji  təsərrüfat  yarımbölməsi  kimi  çıxış  edir  və 

müstəqil qaydada qeyri-mərkəzləşdirilmiş şəkildə operativ məsələlərlə məşğul olur.  

Beləliklə, STY strateji idarəetmə məqsədləri üçün yaradılır, nəticə kimi daha bir 

təşkilati  strukturun  artıq  mövcud  olanın  üzərinə  qoyulması  baş  verir.  Mövcud 

iyerarxik  strukturun  idarəetmə  nəzarəti  məqsədilə  hansısa  müddətə  saxlanılmalı 

olmasına baxmayaraq, strateji yeniliklər üçün yeni bazarlar, bir xətti rəhbərin – STY 

direktorunun  rəhbərliyi  altında  strateji  intizamın  bütün  amillərini  birləşdirməyə 

imkan yaradan yeni təşkilati üsul yaradılır. 



 

 

Şə

kil 2.2. «AtaHoldinq» şirkətinin təşkilati quruluşu 

Təşkilatda  strateji  idarəetmə  funksiyasını  təmin  edən  təşkilati  strukturu 

idarəetmənin yüksək səviyyəsində strateji planlaşdırma şöbəsi və tərkibinə öz strateji 

planlaşdırma xidmətləri daxil olan stsrateji təsərrüfat yarımbölmələri toplusu yaradır. 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə