19
idarə edən xüsusi aparatın olması zərurəti yaranır.Belə halqa əsas funksiyası pul
dövriyyəsinin tənzimlənməsi olan respublikanın Mərkəzi Bankıdır. Bu vəziyyət
kreditləşmə üzrə əməliyyatlar və respublikanın ssuda fondunun idarə olunmasını
həyata keçirən kommersiya banklarına aiddir.
kinci amil, bank sisteminin strukturuna təsir göstərən mülkiyyətin
xarakteridir.Məlumdur ki, uzun illər iqtisadiyyatda dövlət mülkiyyəti üstünlük təşkil
edirdi.Buna görə ölkədə yalnız dövlət mənşəli banklar fəaliyyət göstərirdi. Son
illlərdə mümkün olan mülkiyyət çoxluğu müxtəlif tipli bankların yaranmasına gətirib
çıxarmışdır.Bunu Cədvəl.2 də daha geniş müşahidə edə bilərik.
Bank və
kredit təş
kilatları haqqında ümumi mə
lumat
Cə
dvə
l.2
llər Bank əməliyyatları
aparmaq üçün
lisenziya alan
kredit təşkilatlarnın
sayı
Bankların
sayı
Bankların
filiallarının
sayı
Xarici
nümayəndə
-liklər
Törəmə
banklar
Bank olmayan
kredit
təşkilatlarının
sayı
2002 116
53
191
1
-
63
2003 93
46
220
1
1
47
2004 106
45
220
1
1
61
2005 114
44
305
1
1
70
2006 121
44
420
2
1
77
2011 169
44
629
5
2
125
2012 176
43
618
5
2
133
2013 191
43
676
4
4
148
Mə
nbə
: Azə
rbaycan Respublikasının Mə
rkə
zi Bankı
Cədvəl.2 də göründüyü kimi hal-hazırda bank sektorunda 43 bank vardır ki,
onlardan 42-si özəl, 1-i isə dövlət bankıdır. Banklardan 22-nin kapital strukturunda
xarici kapital vardır ki, 6 bankda bunların miqdar 50-100%, arasında, 14 bankda isə
50%-dən az miqdarda təşkil edir. 2 bank isə xarici bankın yerli filialı hesab olunur.
Bankların yerli filiallarının sayı 36-sı dövlət, 640-ı isə özəl bank filialı olmaqla 676-
yə bərabərdir.Bu da öz növbəsində müstəqilliyin ilk illərinə nisbətdə xeyli artmışdır.
Bank olmayan kredit təşkilatlarının sayı 148,və ümumilikdə bank əməliyyatları
20
aparmaq üçün lisenziya alan kredit təşkilatlarının sayı 191,yerli filialları olan
bankların sayı 39, bank şöbələrinin sayı 134, bankların yerli nümayəndəlikləri 1,
xarici bankların yerli nümayəndəliklərinin sayı 4, bankların xarici strukturları 10,
törəmə banklar 4, bankların xarici nümayəndəlikləri 7 və ləğv edilməkdə olan
bankların sayı 6-dır.
Üçüncü amil, ümumi iqtisadi siyasətlə-iqtisadiyyatın idarə edilməsinin
mərkəzləşdirilməsi kursu ilə əlaqədardır.Təsərrüfat təşkilatları müstəqilliyinin artması
təsərrüfatların mənafeyinə uyğun gələn, təsərrüfat dəyişiklərinə operativ uyğunlaşan,
təsərrüfat orqanlarının iqtisadi təşəbbüslərinə müvafiq pul resursları ilə vaxtında
yardım edən bankların təsis edilməsi iqtisadi zərurətə çevrilir.
Dördüncü amil isə xərclərin ictimai zəruri səviyyəsidir. Məlumdur ki,
bankların formalaşması prosesi bank işçilərinin əməyinin ödənilməsi və hesablama
texnikasının alınması ilə əlaqədar xərclərlə bağlıdır.Bu kimi xərclər yeni bankın öz
fəaliyyəti nəticəsində əldə edəcəyi mənfəətlə tutuşdurulmalıdır. Yeni qurulan bank
zərərlə işləməməlidir. darəetmə sistemindəki bütün yenidənqurmalar süni sürətdə
idarəetməyə çəkilən xərclərin artmasına gətirib çıxarmamalı, əksinə gəlir gətirməlidir.
Bank sistemi özünü təşkil edən və özünü tənzimləyən bir sistemdir. Belə ki,
ölkənin iqtisadiyyatında və iqtisadi siyasətində, eləcə də siyasi aləmdə baş verən
dəyişikliklər bank siyasətinin dəyişilməsinə gətirib çıxara bilər. Əgər ölkədə qeyri-
stabillik yaranarsa, iqtisadi böhran baş verərsə banklar istehsala uzunmüddətli
investisiyaları məhdudlaşdırır, kreditləşdirmənin müddəti qısalır, bəzən də tam
dayandırır, qeyri-ənənəvi yollarla mənfət əldə etməyə başlayır, iqtisadi stabillik
yaranan kimi banklar yenidən risqlərin azalmasını hiss edərək öz ənənəvi fəaliyyətini
bərpa edir, topladığı faizlər hesabına mənfəət əldə edir.
Bazar yönümlü bank sistemi şəraitində ikipilləli sistem fəaliyyət göstərir və
banklar üzərində müxtəlif mülkiyyət formaları (dövlət, səhmdar, kooperativ, şəxsi,
qarışıq və s.) mövcud olur. Bankların yaradılmasında dövlət inhisarı yoxdur, istənilən
hüquqi və fiziki şəxslər qanun çərçivəsində bank yarada bilərlər.Bankların təşkilati və
idarəetmə strukturları bank şuraları tərəfindən müəyənləşdirilir , eyni zamanda bank
ş
uranın qərarı ilə ləğv edilə ibilər. Bu sistem şəraitində çoxsayli banklar siyasəti
21
həyata keçirilir və qeyri-mərkəzləşdirilmiş yerli idarəetmə sxemi mövcud olur. Məhz
elə bu səbəblərdən də dövlət bankların öhdəliklərinə görə cavabdeh deyil, eyni
zamanda banklar da dövlətin öhdəliklərinə görə cavabdeh deyil. Bankların apardığı
ə
məliyyatın tərkibi, siyahısı bank şuraları, təsisçilər tərəfindən müəyyənləşdirilir. Bu
sistem şəraitində emissiya əməliyyatlarını yalnız Mərkəzi Bank, müəssisələrin və
fiziki şəxslərin kreditləşməsini isə müxtəlif komersiya bankları icra edirlər.
Bank sisteminə malik istənilən ölkənin pul-kredit sistemlərinin əsasını mərkəzi
banklar təşkil edir. Mərkəzi bank yuxarıda qeyd etdiyimiz kimi ikipilləli bank
sisteminin ilk pilləsində mövqe tutur. Mərkəzi bank ilk növbədə dövlətlə iqtisadiyyat
arasında vasitəçidir və vasitəçi kimi qanunvericiliklə təsdiqlənmiş qanunlar vasitəsilə
pul və kredit axınını tənzimləyən bir təşkilatdır. Kredit sisteminə daxil olan 2-ci
qurum kommersiya banklarıdır. Kommersiya bankları, bank qanunvericiliyinin imkan
verdiyi bütün əməliyyatları yerinə yetirirlər. Bank sisteminin fəaliyyət mexanizmində
ə
sas rol kommersiya banklarına məxsusdur. Belə ki, məhz kommersiya bankları
ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərir və
müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir. Bu gün
kommersiya bankları müştərilərə 200 növə qədər müxtəlif bank xidmətləri göstərmək
qabiliyyətinə malikdir. Kommersiya bankının yerinə yetirdiyi ən əsas vəzifə pul
yaratmaqdır. Borc alana kredit vermək vasitəsilə banklar əlavə ödəmə qabiliyyəti
olan tələbat yaradır.
Kommersiya banklarının fəaliyyəti ikili xarakter daşıyır. O, bir tərəfdən
fəaliyyətini maksimum dərəcədə mənfəət əldə etməyə yönəldir, bu son məqsədinə
çataraq kommersiya təşkilatı kimi mövcudluğunu davam etdirir. Digər tərəfdən,
sosial qurum kimi ölkə büdcəsinin formalaşmasında iştirak edir. ctimai və iqtisadi
məna və mahiyyətinə görə bankların fəaliyyətinin son nəticəsi olan mənfəət digər
kommersiya qurumlarının, həmçinin müəssisə və təşkilatların mənfəətindən fərqlidir.
Çünki bankların mənfəətli işləməsində həm dövlət, həm onun müştəriləri olan
təşkilatlar və insanlar, həm də bütün bank sisteminin özü maraqlıdır.
Bankların fəaliyyətinin təmin olunmasında bank resurslarından səmərəli
istifadə edilməlidir. Bank resurslarını xüsusi və cəlb olunmuş vəsaitlərin cəmini təşkil