10
halında həyata keçirməyə müstəsna səlahiyyət malik xüsusi maliyyə-kredit təşkilatı
olmaqla hüquqi şəxs kimi fəaliyyət göstərir.
Bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən
müddətə (müddətin uzadılmasına hüququn verilməsi ilə) və faizlərə uyğun komissyon
haqları ödənilmək şərti ilə ciddi əmlak təminatı və ya heç bir maddi təminat tələb
etmədən müəyyən kəmiyyətdə verilən borc pul vəsaitidir. Eyni şərtlərlə pul vəsaitinin
verilməsi haqqında müştəri tərəfindən götürülmüş hər hansı öhdəlik, zəmanət, borc
qiymətli kağızlarının diskontlaşdırılması və ya faizlər ödəməklə onların satın alınması
və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etmək
səlahiyyətinə malik hüquqi qayda və ya kredit verilməsi əməliyyatları başa düşülür.
Bank təşkilatı müvafiq müqavilə şərtləri ilə faizlər və ya komissyon haqlar
ödənilməklə və ya ödənilmədən müştərilər bank əmanətçilərinin tələbi ilə
qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında
aparılan cari, əmanət (depozit) şəklində xüsusi hesaba qoyulmuş və ya tələb olunan
hesaba köçürülmüş pul vəsaitidir.
Banklarda əsas iştirak payı səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və
ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi
şə
xsin qərarlarının qəbul edilməsinə əsaslı göstərməyə imkan verən paya və ya dolayı
yolla sahib olma hüququdur. nzibatçı kimi bankın Müşahidə Şurasının baş katibi,
Audit təşkilatlarının və darə Heyətinin üzvləri, habelə bankın baş mühasibi və ya
mühasibat xidmətinin rəhbəri audit bölməsinin əməkdaşları, bank filialının, şöbəsinin
və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri qəbul olunur. Banka aidiyyəti olan
şə
xslər qrupuna bankın inzibatçıları, quruluş bölmələrinin rəhbərləri, qərarların qəbul
edilməsinə iştirak edən bankın əməkdaşları daxildir. Bank işçiləri ilə yaxın qohumluq
münasibətlərində olan şəxslərin-işçinin əri arvadı, valideyni, o cümlədən ərinin və
arvadının valideyni, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən, qardaşı
və bacısıda həmin qrupun tərkib hissəsi sayılır. Bankda mühüm iştirak payı olan hər
hansı şəxs və ya bank kapitalında mühüm iştirak payı olan hüquqi şəxs və banka
aidiyyəti olan şəxsin nümayəndəsi bank müəssisənin fəaliyyətində iştirakçı kimi
nəzərdə tutulur. Bankların həyata keçirdikləri klirinq əməliyyatları içərisində müxtəlif
11
hesablaşmalar qurumunun bir və ya bir neçə iştirakçısına verdiyi və ya onlardan
aldığı ödəniş məbləğləri üzrə yaranan tələblərin və öhdəliklərin, onların fərqi olan
xalis tələb-iddiaya və ya bir xalis öhdəliyə çevrilməsi prosesidir. “Yerli” ifadəsi
banka, filiala və ya nümayəndəliyə aid edildikdə əsas fəaliyyət yeri Azərbaycan
Respublikasında olan bank, filial və ya nümayəndəlik başa düşülür. Maliyyə
məsələlərinin həllində iştirak edən “Kredit təşkilatı”-xarici bankın yerli filialı və ya
bank olmayan qurumdur. Bank fəaliyyətində iştirak edən “Məqbul və lazımı
keyfiyyətlərə malik şəxs”-vətəndaş qüsursuzluğuna malik olan, habelə, ictimai
mövqeyinə görə vicdanlı və etimada layiq sayılan və peşəkar keyfiyyətləri, təcrübəsi,
işgüzar mənafeləri ona bankın mühüm iştirak payının sahibi, inzibatçısı müvəqqəti
inzibatçısı və bank fəaliyyətindən kənarlaşdırılan fiziki şəxslər nəzərdə tutulur.
Bankın gündəlik fəaliyyətində iştirak edənlərin etibarlığını artırmaq sahibləri və o
hüquqi şəxs olduqda onun icra təşkilatının rəhbərləri fəaliyyət göstərə bilərlər.
nzibatçısı, müvəqqəti inzibatçı keçmişdə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət
sahəsində məsuliyyətə cəlb edilməsi faktının olmaması bank təşkilatında müvafiq
vəzifəni tutmasına və peşə fəaliyyəti ilə məşğul olmasına imkan yaradır. Bankın
təhlükəsiz fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş normativlərə, qaydalara,
tələblərə və göstərişlərə əsaslanmış düşünülmüş davranış, idarəetmə və nəzarət üsulu
onun əməkdaşlarının gündəlik vəzifə borcları olmaq, hər bir işçinin səlahiyyət
dairəsini müəyyənləşdirmək üçün istifadə olunan əmək normalarının məcmusudur.
Bankın məcmu kapitalı əsasən onun öz vəsaitindən ibarət olmaqla gündəlik
hesabatında haqq-hesabat məqsədləri üçün istifadə olunur və onun miqdarı ölkənin
Mərkəzi Bank tərəfindən müəyyən olunmuş normativ xassəli aktlarla sərhədlənən I
dərəcəli (əlavə) bank təşkilatı sayılmaqla onun əsas kapitala daxil olan bütün
hissələrin cəmi və bank ödəmələrin miqdarına nisbətən müəyyənləşdirilir.
Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit
təşkilatları bank fəaliyyətini Mərkəzi Bankın verdiyi xüsusi razılıq (lisenziya) icazə
ə
sasında həyata keçirə bilərlər. Depozit əməliyyatları yalnız bank təşkilatları
tərəfindən müəyyən olunmuş normalar əsasında reallaşdırılır. Bank olmayan kredit
təşkilatlarının bank fəaliyyətinə xüsusi icazə verilməsi və gündəlik fəaliyyətinin
12
tənzimlənməsi qüvvədə olan qanunvericilik və Mərkəzi Bank tərəfindən yaranmış
şə
raiti iqtisadi-siyasi vəziyyətə uyğun bank fəaliyyəti qaydaları müəyyən edilir.
Bank hər hansı fiziki və hüquqi şəxsin xüsusi icazə olmadan bankçılıq
fəaliyyətilə məşğul olduğunu müəyyən etdikdə, həmin şəxsə həmin fəaliyyətinə
xitam verilməsi haqqında tələb göndərir və müvafiq dövlət qurumlarına bu barədə
rəsmi yazılı məlumat göndərilir.Bankın müəssisəsinin adı əsasən onun nizamnaməsi
ilə müəyyən edilmiş xüsusi, yəni-məxsusi adında mütləq surətdə “bank” sözü
olmalıdır. Heç bir bank istənilən sənəddə, elanlarda və ya reklamda özünün
nizamnaməsində göstərilən addan fərqli olaraq digər adla adlandırıla bilməz və ya
fəaliyyət sahəsini dəyişdirmək səlahiyyətinə malik olması qeyri-mümkündür.
Bankın törəmə banklarının adında əsas bankın adı göstərilməlidir və onun
filiallarının, şöbələrinin və ya nümayəndələrinin adında bank sözü hüquqi bağlılıq və
mənsubiyyət mənasında işlədilir. Bank fəaliyyətinə başlamaq üçün verilmiş xüsusi
icazənin ləğv olunmuş bankların adında “ləğv prosesində olan” sözləri əlavə
edilməklə onun tam mahiyyətilə müştəriləri vaxtında məlumatlandırmağa borcludur.
Ölkədə fəaliyyət göstərən hər bir bank müəssisənin adında “Azərbaycan
Respublikası”, “dövlət”, “milli” sözlərindən istifadə edilməsinə yalnız
qanunvericilikdə nəzərdə tutulduğu hallarda yol verilir, bununla yanaşı ölkə
ə
razisində bir neçə bank müəssisəsinin şərti olaraq eyni adda fəaliyyət göstərməsi yol
verilməzdir.
1.2. qtisadiyyatın real sektoru, və onun inkişafında bankların rolu və yeri
Son illərdə Azərbaycanda müşahidə olunan yüksək iqtisadi inkişaf, aparılan
məqsədyönlü siyasət və ona müvafiq həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının
potensial imkanlarından daha səmərəli istifadə nəticəsində əldə olunmuşdur. Həyata
keçirilən iqtisadi islahatlar ölkədə
makroiqtisadi dayanıqlığın qorunub
saxlanılmasına, investisiya mühitinin və infrastruktur təminatının yaxşılaşdırılmasına
imkan vermişdir. Real sektorun strukturunun təkmilləşdirilməsi, onun potensialının
artırılması, iqtisadi fəaliyyətin diversifikasiyası əsasında ölkənin rəqabət
Dostları ilə paylaş: |