4
yeni nəzəri- metodoloji müddəaların və praktiki prosedurların işlənib hazırlanmasına
imkan verir.
Problemin öyrənilmə səviyyəsi. Bank sisteminin təşkili, pul-kredit siyasətinin
müxtəlif tərəfləri dünyanın bir sıra iqtisadçı alimlərinin - A. Smit, D. Rikardo, K.
Marks, Y. Şumpeter, C. Keyns. C.Helbreyt, L.Lerner, M.Fridmen, V.Leksis,
O.S.Bulko, E.Jukov, O. .Lavruşin, V. .Rıbnim, Q.A.Şvarcem və başqalarının
ə
sərlərində işıqlandırılmışdır.
Azərbaycan Respublikasında da bir sıra iqtisadçı alimlər - Ş.H.Hacıyev,
Z.F.Məmmədov,
D.A.Bağırov,
R.A.Bəşirov,
E.M.Sadıqov.
M.M.Bağırov,
S.M.Məmmədov, və başqaları transformasiya olunan iqtisadiyyatın inkişafında bank
sektorunun yeri və rolu ilə bağlı məsələlərə öz əsərlərində geniş yer vermişlər.
Bununla yanaşı bank sisteminin fəaliyyət səmərəliliyini yüksəltmək hesabına
ölkədə iqtisadi artımın təmin edilməsi üzrə praktiki tədbirlərin işlənib hazırlanması,
araşdırılan problemin çoxplanlı xarakteri bu sahədə nəzəri tədqiqatların həyata
keçirilməsi zərurililiyni şərtləndirir.
Tə
dqiqatın ə
sas mə
qsə
di və
və
zifə
lə
ri. Dissertasiya işinin məqsədi
Azərbaycan Respublikası iqtisadiyyatının real sektorunun banklar tərəfindən
maliyyəşdirilməsinin müasir vəziyyətini araşdırmaq və iqtisadi artımı təmin edən
bank münasibətlərinin təkmilləşdirilməsi üzrə elmi cəhətdən əsaslandırılmış təklif və
tövsiyyələr işləyib hazırlamaqdan ibarətdir.
Məqsədə uyğun ofaraq aşağıdakı vəzifələrin həll edilməsi zəruri hesab
edilmişdir:
-real sektorun formalaşması və maliyyələşməsinin sosial-iqtisadi mahiyyəti və
məzmununun yeni nəzəri-metodoloji aspektlərindən öyrənilib aşkara çıxarılması;
-iqtisadi inkişafın hazırki mərhələsində bank-kredit siyasətınin fəallaşdırılması
zəruriliyini əsaslandırmaq;
-real sektorun formalaşmasına fiskal və monetar yanaşmaları tədqiq etmək;
-davamlı iqtisadi inkişafın təmin edilməsinə uyğun pul-kredit siyasətinin nəzəri
konseptual əsaslarını araşdırmaq;
5
-real sektorun maliyyələşdirilməsində daxili və xarici maliyyə mənbələrindən
istifadəni təhlil etmək;
-real sektorun banklar tərəfindən kreditləşdirilməsinin müasir səviyyəsini
araşdrmaq;
-bankların maliyyə sabitliyinin təmin edilməsində iqtisadi inkişafın investisiya
potensialının yüksəldilməsinin mühüm amili olduğunu əsaslandırmaq;
-Azərbaycan Respublikasında iqtisadiyyatın real sektorunun banklar tərəfindən
maliyyələşdirilməsinin təkmilləşdirilməsi üzrə praktiki tövsiyyələr işləyib
hazırlamaq.
Tə
dqiqatın predmeti və
obyekti.Tədqiqatın predmeti kimi Azərbaycan
Respublikasında
real
sektorun
maliyyələşdirilməsində
bank
sisteminin
formalaşdırılması, inkişafı və təkmilləşdirilməsi; obyekti isə bank sistemi,
iqtisadiyyatın real sektorunda onun təzahür formaları çıxış edir.
Tədqiqatın informasiya bazası və işlənməsi metodları.Tədqiqatın
informasiya bazasını Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
məlumatları, Nazirlər Kabinetinin, Maliyyə Nazirliyinin, Mərkəzi Bankın,
qtisadiyyat və Sənaye Nazirliyinin bülletenləri, hesabatları, bir sıra elmi təşkilatların
materialları, dövrü mətbuatın məlumatları təşkil edir.
Tədqiqat işində abstraksiya, təhlil və sintez, induksiya və deduksiya, sistemli
yanaşma, müqayisəli təhlil, qrafik və s. metodlarından istifadə edilmişdir.
Tədqiqatın elmi yeniliyi. Dissertasiya işinin elmi yeniliyi aşağıdakılardan
ibarətdir:
-bazar münasibətləri şərnitində real sektorun formalaşması və maliyyələşməsi
yeni nəzəri-metodoloji aspektlərdən öyrənilib aşkara çıxarılmışdır;
-bank sisteminin yeni şəraitə uyğun qaydada təşkili prinsipləri tədqiq edilib
öyrənilmiş və onun real sektorun formalaşmasında rolu əsaslandırılmışdır;
-iqtisadi inkişafın hazırkı mərhələsinə uyğun pul-kredit siyasətinin elmi-nəzəri
konsepsiyası işlənib hazırlanmışdır;
-real sektorun maliyyələşdirilməsində daxili və xarici maliyyə mənbələrindən
istifadənin optimal nisbəti müəyyən edilmişdir:
6
-müasir
şə
raitdə
Azərbaycanda
real
sektorun
banklar
tərəfindən
maliyyələşdirilməsinin müasir vəziyyəti və ona təsir edən amillər təhlil edilmişdir.
Tə
dqiqatın praktik ə
hə
miyyə
ti. Tədqiqat işinin nəticələri və dissertasiyanın
ümumiləşdirilmiş müddəaları “Pul, Banklar”, “Bank işi” fənnlərinin tədrisi
prosesində istifadə oluna bilər.
Tədqiqatın elmi-nəzəri əhəmiyyəti. Tədqiqat işində irəli sürülən vəzifələr,
istifadə olunan üsullar, təkliflər tədqiqatın elmi-nəzəri əhəmiyyətini təcəssüm etdirir.
Dissertasiyanın quruluş
u və
hə
cmi. Dissertasiya giriş, 3 fəsil, nəticə və
istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Tədqiqat işi 76 səhifə həcmindədir.
ş
də 9 cədvəl və 8 qrafik-sxemlərdən istifadə edilmişdir. Ədəbiyyat siyahısı 63 addan
ibarətdir.