13
qabiliyyətinin yüksəldilməsi ilə qeyri-neft sektorunun inkişafı sahəsində müəyyən
addımlar atılmışdır.
Nəzəri və tətbiqi iqtisadiyyat elmi keçid dövrü iqtisadiyyatının qarşılaşdığı
problemlərin həlli üçün bir sıra nəzəri fikirlər formalaşdırmış və bu fikirlər bəzi
ölkələrdə tətbiq edilərək müəyyən nəticələr əldə edilmişdir. Lakin bu nəzəriyyələr
yalnız birbaşa bazar iqtisadiyyatına keçid proseslərini tənzimləməyə xidmət edir.
Azərbaycan kimi ölkələrin isə sovetlər dövründə yaradılmış iqtisadi infrastrukturu,
sənaye potensialını, kifayət qədər savadlı əhalisi və s. vardır. Bu ölkələrdə. digər
tərəfdən uzunmüddət bazar iqtisadiyyatının prinsipləri deyil, inzibati-amirlik
münasibətləri hökm sürmüşdür. Odur ki, keçid dövrünün çox qısa bir zaman çəkəcəyi
düşüncəsində olanlar, böyük ehtimalla yanılırlar. Bu mənada keçid dövrü
iqtisadiyyatının özəlliklərinin, ümumi qanunauyğunluqlarının öyrənilməsinin məqbul
konsepsiyaların işlənib hazırlanmasında böyük əhəmiyyəti vardır. Məhz buna görə də
bu ümumi problem və qanunauyğunluqların nəzərdən keçirilməsi məqsədəuyğundur.
qtisadi ədəbiyyatda qeyd olunduğu kimi, bütövlükdə iqtisadiyyat dörd sektora
bölünür: Manetar sektor,Real sektor,Xarici sektor və Sosial sektor.
Real sektora kənd və meşə təsərrüfatı, ovçuluq və balıqçılıq, sənaye, istehsal,
tikinti və xidmət sahələri (ticarət, nəqliyyat, rabitə, təhsil, səhiyyə. elm, mədəniyyət
və s.) daxil edilir.Cədvəl.1.də real sektora kredit qoyuluşlarının müqayisəli təhlilini
görə bilərik.
Real sektora kredit qoyuluşu, (milyon manat)
Cədvəl.1.
Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı
Sektorlar
31.12.2013
30.09.2014
Artıb/Azalıb
Sənaye və istehsal
1516,4
2021,0
504,6
Kənd təsərrüfatı və emal
733,3
807,6
74,3
Ticarət və xidmət
2219,9
2536,3
316,4
nşaat və əmlak
2362,6
2434,2
71,6
Nəqliyyat və rabitə
506,0
582,6
76,6
Energetika, kimya və təbii ehtiyatlar 288,2
221,0
-67,2
14
Azərbaycan Respublikası DSK-nın milli hesablar sisteminin təsnifatına görə,
real sektorun məhsul istehsal edən sahələrinə sənaye, kənd təsərrüfatı, ovçuluq və
meşə təsərrüfatı; tikinti, xidmət sahələrinə isə nəqliyyat, poçt və rabitə, topdan və
pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının
təmiri, mehmanxana və restoranlarda xidmətin göstərilməsi, sosial və digər xidmətlər
aid olunur. Mərkəzi Bankın təsnifatına görə isə, real sektorun sahələrinə ticarət və
xidmət; energetika, kimya və təbii ehtiyatlar, kənd təsərrüfatı və emal; inşaat və
ə
mlak; sənaye və istehsal; nəqliyyat və rabitə; ev təsərrüfatları; ictimai təşkilatlar;
hökümət idarələri və digər sektorlar daxil edilir.
Dövlət müxtəlif iqtisadi siyasət (büdcə, vergi, bank-kredit, valyuta, xarici-
iqtisadi, siyasət və s.) tədbirlərindən istifadə edərək real sektorun formalaşmasına
ə
həmiyyətli təsir göstərir və sosial tərəqqini təmin edir. Hazırki şəraitdə pul-kredit
siyasəti dövlətin real sektora təsirinin dolayı formalarından biridir. O,pulun
iqtisadiyyatın real sektorunda rolu və onun əsas makroiqtisadi parametrlərə (iqtisadi
artım, məşğulluq, qiymət, tədiyyə balansı) təsiri haqqında nəzəri konsepsiyalara
ə
saslanır. Müasir nəzəriyyələrdə pula və kreditə real sektorun formalaşması və
inkişafının fəal amilləri kimi baxılır.
Real sektorda bank sisteminin inkişafına tarixi zərurətlə bağlı olan bir sıra
makroiqtisadi və siyasi amillər təsir edir. Bu amilləri ayrı-ayrı araşdıraq.
1. Əmtəə-pul münasibətlərinin inkişaf səviyyəsi. Banklar iqtisadiyyatda pulla
bağlı əməliyyatları yerinə yetirirlər. Onlar fiziki və hüquqi şəxslərin sərbəst pul
vəsaitlərini cəlb edir, kreditlər verir, müxtəlif məqsədlə nağd və nağdsız
hesablaşmalar aparırlar. Buna görə də ölkə iqtisadiyyatında əmtəə-pul
münasibətlərinin, istehsal və ticarətin inkişaf səviyyəsi, pul dövriyyəsinin vəziyyəti,
bank sisteminin fəaliyyətinə əsaslı surətdə təsir edir, onun mənasını müəyyənləşdirir.
2. ctimai və iqtisadi qaydalar, onların məqsədli təyinatları və sosial
istiqamə
tlə
ri
. Əgər cəmiyyətdə bu və ya digər formada əmanət, depozit fəaliyyəti
kifayət dərəcədə stimullaşdırılmazsa və bu iş mövcud qaydalarla, normativ sənədlərlə
nizamlanmazsa, onda banklar hüquqi və fiziki şəxslərin sərbəst vəsaitini cəlb edə
bilməz. Əgər cəmiyyətin inkişafının hər hansı bir mərhələsində, hərbi kommunizm
15
dövründə olduğu kimi əmtəə mübadiləsi və pul dövriyyəsi dayandırılarsa və sadəcə
olaraq bu proses əmtəə bölgüsü vasitəsilə həyata keçirilərsə, belə vəziyyətdə nə
banklar, nə də ki, digər kredit təşkilatları səmərə əldə edə bilməz və sistemin inkişafi
ləngiyər.
3. Qanunvericilik bazasi və qanunlar. Dünyanın bir çox ölkələrində mövcud
bank qanunvericiliyi heç də bir-biri ilə eyniyyət təşkil etmir və onların arasinda
böyük fərqlər mövcuddur. Elə ölkələr vardır ki, orada banklara qiymətli kağızlarla
ə
məliyyat aparmaq, öz kapitalını iqtisadiyyatın hər hansı bir sahəsinə yönəltmək və
ya sahələrlə təmərközləşmə aparmaq qadağan edilmişdir. Digər ölkələrdə isə banklara
siğorta işi ilə məşğul olmağa icazə verilmir. Bank qanunvericiliyi bu sistemin zəruri
bir hissəsidir. Hal-hazirda Azərbaycanda bank fəaliyyətinə dair iki əsas qanun
fəaliyət göstərir: 1)12 dekabr 2004-ci il tarixli «Azərbaycan Respublikasinin Mərkəzi
Banki haqqında qanun», 2) 16 yanvar 2004-cü il tarixli «Azərbaycan Respublikasinda
banklar haqqında qanun».
4. qtisadiyyatda bankların rolu və mahiyyəti haqqında ümumi təsəvvürlər.
Mərkəzləşdirilmiş idarəetmə sistemi şəraitində banklar dövlət idarəetmə sisteminin
bir hissəsi kimi müəssisəyə təşkilatların fəaliyyətinə nəzarət edən orqan şəklində
mövcud idi. Bu şəraitdə banklar maddi nemət yarada bilmədən üst qurum rolunda
çıxış edirdi.
Bazar iqtisadiyyatı və ona keçid şəraitində banklar tamamilə fərqli xarakter
daşıyırlar. Çoxpilləli bir sistem yaranır, bank sistemində müxtəlif mülkiyyət formaları
- dövlət, şəxsi, kooperativ, səhmdar, qarışıq və s. fəaliyyətə başlayır,
ixtisaslaşdırılmış kredit təşkilatları yaranır. Banklar artıq çoxsaylı əməliyyatlar üzrə
xidmətləri həyata keçirir. Beləliklə, sistemin inkişaf etməsi onun mahiyyətindən irəli
gəlir, təsəvvürlər dəyişdikcə sistemə münasibət də dəyişir.
Banklar iqtisadi yüksəliş dövründə daha səmərəli vəziyyətdə olurlar. Belə ki,
müəssisələrin, fiziki və bütün hüquqi şəxslərin fəaliyyətləri genişlənir, bank
xidmətlərinə tələbat güclü surətdə artir. Bank əməliyyatları çoxalır, nəticədə əldə
olunan mənfəət də artir. Bu mənfəət kredit təşkilatlarının inkişafina sərf edilir. Belə