25
investisiya,diskont, borc-əmanət, ipoteka, depozit, klirinq və s. banklar), sahə
(aqrar,sosial inkişaf, tikinti, trast, energetika, xarici ticarət və s. yonumlu banklar),
müştəri (birja, istehlak krediti, kooperativ, kommunal, sığorta və s. yonumlu banklar),
ə
razi ixtisaslaşması (regional, regionlararası, beynəlxalq) meyarlarına söykənir.
Fəaliyyət çərçivəsinə görə banklar: ri,Orta və Kiçik banklara ayrılırlar.
Mülkiyyətinə görə isə:Dövlət bankları, Səhmdar banklar, Korperativ banklar, Xüsusi
banklar və Qarışıq banklara bölünürlər.
qtisadi böhranlar zamanı dövlətlər banklar üzrə öz nəzarətini güclədirməyə
çalışırlar. Bu zaman dövlət nəzarəti təkcə sərt pul-kredit siyasətinə deyil, həmçinin
bank kapitalında dövlətin payının olduğu xüsusi kredit institutlarının yaranmasına
gətirib çıxarır. Dünya bank təcrübəsində bu cür bankları inkişaf bankları adlandırırlar.
Buna Avropa Yenidənqurma və nkişaf Bankı(AY B), Asiya nkişaf Bankı(A B),
slam nkişaf Bankı ( B), Qara Dəniz Ticarət və nkişaf Bankı (QDT B) və s. kimi
bankları misal göstərmək olar.
Banklarının fəaliyyətinin əsas istiqamətlərini araşdırarkən onların apardıqları
ə
məliyyatlara nəzər yetirmək lazımdır.Hər bir ölkədə kommersiya banklari mövcud
bank qanunvericiliyinin icazə verdiyi əməliyyatları icra edirlər. Ümumiyyətlə
kommersiya bankları apardığı əməliyyatları 3 qrupa bölünür:
1) aktiv əməliyyatlar; 2) passiv əməliyyatlar; 3)vasitəçilik əməliyyatları.
Hər bir bankın məqsədi maksimum mənfəət əldə etməkdir. Bunun üçün banklar
aktiv əməliyyatlardan istifadə edir. Aktiv əməliyyatlar mənfəət əldə etmək üçün
bankların öz xüsusi vəsaitlərindən və cəlb olunmuş vəsaitlərdən istifadə etməsi
deməkdir. Aktiv əməliyyatları həyata keçirərkən banklar sərəncamında olan xüsusi və
cəlb olunmuş vəsaitlərdən hüquqi və fiziki şəxslərə kreditlər verir, inestisiyalar
həyata keçirilər. Bu əməliyyatlar faiz, dividentlər şəklində gəlir gətirir, birgə
müəssisələrin mənfəətində iştirak imkanları yaradır. Bu vasitə ilə müəyyən edilmiş
likvidlik normativləri təmin edilir, investisiyaların səmərəli nəticələrini əldə etmək
üçün təşkilati-idarəetmə tədbirləri həyata keçirilir.
Aktivlər – bankın bütün kreditləri, investisiyaları, pul vəsaitləri və əmlakıdır
(bank işində istifadə olunmayan əmlak da daxil olmaqla). Aktivlər standart və qeyri-
26
standart aktivlə
r
qrupuna bölünürlər. Standart aktivlər qrupuna "qənaətbəxş aktivlər"
və "nəzarət altında olan aktivlər", qeyri-standart aktivlər qrupuna isə "qeyri-qənaət-
bəxş aktivlər", "təhlükəli aktivlər" və "ümidsiz aktivlər" aiddir.
Kommersiya banklarının aktiv əməliyyatları dedikdə, müəyyən gəlir almaq üçün
öz vəsaitlərini və cəlb edilmiş vəsaitləri kredit formasında istifadə etməsi nəzərdə
tutulur. Bu əməliyyat müştərilərə ssuda verərək, müəyyən müddətdən sonra faizlə
birlikdə geri qaytarmaq yolu ilə həyata keçirilir. Aktiv əməliyyatlar vasitəsilə
kommersiya bankları cəlb etdikləri vəsaitləri ehtiyacı olanlar arasında yerləşdirərək
kreditor sifətində çıxış edirlər. Kommersiya bankları aktiv əməliyyatları yerinə
yetirməyə məcburdur. Çünki bankların mənfəəti bu əməliyyatlardan asılıdır.
Beləliklə, aktiv əməliyyatların nəticələri bankın balansının aktiv hissəsində
ə
ks etdirilir, bu göstəricilər əsasında bankın resurslarının yerləşdirilməsi xarakteri,
onlardan istifadənin səmərəliliyi yoxlanılır və təhlil edilir.
Bankların həyata keçirdikləri aktiv əməliyyatlar aşağıdakı qruplara bölünür:
Qrafik-sxem 2.
Mə
nbə
:Reyhan Ə
sgə
rova:Pul-Kredit və
banklar, Bakı-2007
1. Kredit əməliyyatları. Bu əməliyyatlar nəticəsində bankın kredit portfeli
formalaşdırılır.Kredit əməliyyati pul vəsaitlərini müvəqqəti istifadə etmək üçün
qaytarmalı və ödənilmək şərti ilə yerləşdirilməsində kreditor və debitor arasındakı
münasibətdir.
2. Kassa əməliyyatları
. Bu əməliyyatlar nəticəsində banklar öz müştəriləri ilə
nağd pul hesablaşmalarını aparır.
Bankların aktiv əməliyyatları
Kredit əməliyyatları
Kassa əməliayyatları
Hesablaşma
İnvestisiya Əməliyyatları
Digər aktiv əməliyyatlar
27
3. Hesablaş
ma ə
mə
liyyatları
. Bu əməliyyatlar nəticəsində banklar öz müştəriləri
və təmasda olduqları təşkilatlar arasında iqtisadiyyatda gedən bütün hesablaşmaları
icra edirlər.
4. nvestisiya ə
mə
liyyatları
. Bu, bankların qiymətli kağızlarla apardığı müxtəlif
ə
məliyyatlardır. Onların nəticəsində bankların investisiya portfeli formalaşır.
5. Digə
r aktiv ə
mə
liyyatlar
. Bu əməliyyatlar bank əməliyyatlarının vaxtlı-vaxtında
keyfiyyətlə icrasını təmin edən uyğun infrastrukturun yaradılması ilə əlqədardır.
Bankların passiv əməliyyatlarına hüquqi və fiziki şəxslərin hesablaşma, cari və
müddətli hesablarına vəsaitlərin cəlb edilməsi, qiymətli kağızlar buraxılışı, digər
banklardan borc şəklində vəsaitlərin alınması aiddir. Bankların passiv əməliyyatları
nəticəsində onların resursları formalaşır. Bir qayda olaraq kommersiya banklarının
resursları, yəni onların passivləri iki hissədən şəxsi vəsaitlər və cəlb olunmuş
və
saitlə
rdə
n
ibarətdir.