Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə11/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   7   8   9   10   11   12   13   14   ...   83

¹2(3)    èéóí 2012 
 
24 
birinci kərə deyildi. Saydı ki, bir-iki saata qayıdıb gələr. Evdə uşağı var, həm də o, Çiçəyi heç də 
sadəlövh saymırdı. Pərviz həkimlə olan hadisə onda Çiçəyə qərəzli bir münasibət yaratmışdı. Evdə 
kənar adam ola-ola utanıb ar eləməyəsən, həm də qiyyə  çəkib binanı başına götürəsən, bu 
bağışlanası əməl deyildi Xalidə üçün. Bəs onun anası ölsün, illərlə kişisiz necə dözür? Bu həyasız 
heç atasının adına hörmət qoymur. Dağ boyda kişidir, bütün ölkə onu tanıyır. Başına and içirlər. 
Amma gəl bircə, aman-zaman qız, gör nə hoqqalar çıxarır, atasının başını yerə soxur.  
Xalidə istəyirdi ki, evə heç kəs gəlməsin. Gec-tez Çiçək qayıdacaqdı. Məsələnin üstü tez 
açılanda isə deyərdi ki, Çiçək gecə yox, iki saat əvvəl evdən çıxıb. Saat birə işləmiş Xalidə Cabbarı 
götürüb həyətə düşdü. Qoy qonşular onu görsünlər. Çiçəyi isə onların görməyi vacib deyildi. 
Cabbar həyətdə oynayan uşaqlara yanaşdı. Xalidə isə müşahidə edirdi. İki tanış kalyaska 
gəzdirən qadın həyətdə idi. Onlar da Xalidə kimi körpə  uşaqlara baxan qulluqçular idilər. Yaşları 
əlliyə yaxın olsa da, son dəblə geyinmişdilər. Çox az adam bilərdi ki, onların əynindəki paltarların 
hamısı ev sahibələrinin verdikləri idi. Adi vaxtlarda Xalidə onlarla az hallarda salamlaşırdı, amma 
bu gün bilərəkdən onlardan birinə qoşulub maşınla dolu olan həyətdə hərlənməyə başladı. Qulluqçu 
qadın rus idi və kalyaskadakı uşaqdan danışırdı. Xalidə isə özünü qulaq asan kimi göstərirdi, amma 
fikri həyətdə idi, Çiçəyin haradansa peyda olacağını gözləyirdi.  
Onların blokundan məktəbə gedən uşaqlar çıxırdı. Bəziləri o saat qara maşınlara minir, 
bəziləri isə anaları isə əl-ələ piyada gedirdilər. Xalidə bəzənib uşaqlarını birinci-ikinci sinfə aparan 
qonşu qadınları uzaqdan tanıyırdı. Onlar işləməyən evdar qadınlar idilər və uşaqları məktəbə aparıb 
gətirmək onların  ev həyatının əsas hadisəsi idi. Xalidə onlara baxanda darıxırdı, çünki onlardan elə 
də fərqli yaşamırdı. 
–Xoroşaya poqoda, poçemu mamaşa ne vışla? 
Xalidə sualı eşidib çaşdı, amma bir hovur sonra nəsə tapmış kimi sevindi: 
–Ona spustitsa... – dedi. 
Amma fikirləşdi ki, gözəl versiyadı: onlar birgə düşüblər həyətə, Çiçək isə birdən həyətdən 
yoxa çıxıb. Amma Çiçək susmaya bilərdi. O Novruza düzünü danışsaydı, Xalidənin yalanı  
çıxacaqdı. Amma Çiçəyin tərsliyi tutanda susurdu. Belə  də ola bilərdi, onda Xalidə üçün təhlükə 
sovuşardı. 
Vaxt gedirdi, həyətdəki uşaqları bir-bir evlərə qaytarırdılar. Günorta yeməyinin vaxtı idi. 
Amma Xalidə evə tələsmirdi. Qoy bir adam gəlsin – ərzaq gətirən İbrahim kişi, Novruz, Lala və ya 
Cabbarın həkimi gəlib çıxsın və onlar da Çiçəyin yoxa çıxmağından xəbərdar olsunlar. Amma 
tərslikdən heç kəs gəlmədi.  İki saat həyətdə  gəzişəndən sonra Xalidə Cabbarla evə qayıtdı. Uşağı 
yedirib tez də həyətə qayıtmaq qərarına gəldi.  
Onlar qalxdılar, Xalidə uşaq üçün yemək hazırlamağa başladı, sonra onu yedirtdi. Özünün isə 
boğazı qurumuşdu.  İki stəkan çay içdi, uşağın yeməyinin qalanın yedi. Qərara gəldi ki, telefonda 
kim zəng vursa, Çiçəyin həyətdən harasa getdiyini xəbər versin. Gizlətməyin mənası yoxdur. 
Təzədən uşaqla həyətə düşdülər. Saat üçdə Cabbarın yatmaq vaxtı idi. Xalidə bir də saata 
baxdı: üçə on beş dəqiqə işləyirdi.  Xalidə uşağın əlindən tutub həyətdə gəzəndə bir az sakitləşdi: 
Çiçəyin itməyi iki saat da qabağa çəkilmişdi. Amma Xalidə gərək saat üçdə Novruza zəng vuraydı: 
evə qalxana qədər Çiçək qayıtmadısa, xəbər verməli idi.  
Saat üçdə onlar təzədən evə qalxdılar. Xalidə uşağı soyundurub yerində uzandırdı. Beş dəqiqə 
sonra təmiz havadan gəlmiş  uşaq yuxuladı. Amma Xalidənin hadisəni xəbər verməyə  cəsarəti 
çatmirdı. Saat 3-də Çiçək yox olubsa, o həyəcan siqnalı verməzdən qabaq bir-iki sat gözləyə bilərdi, 
bəlkə Çiçək qayıdacaqdı bir-iki saata. Amma o qayıtmırdı. 
Saat dörddə qapının zəngi basıldı: Xalidənin ürəyi qarnının dibinə düşdü. Qapıya yanaşıb 
gözlükdən baxdı.  İbrahim kişi idi. Xalidə qapını açdı. Sürücü həmişəki təmiz təbəssümü ilə gülə-
gülə salam verdi: 
–Salam məleyküm, bunu Əlfiyyə xanım yolladı Çiçəkçün,–  əlindəki bükülünü Xalidəyə 
uzatdı,– geyib baxsın, anasına zəng eləsin... 
–Yaxşı İbrahim kişi, mütləq zəng elər. 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
25
Sürücü getdi. Xalidə qapını kilidləyib kandarda fikrə daldi. O, nə eləsin? Bu dəhşətli xəbəri, 
balaca tufanı necə ortaya çıxarsın? Bükülünü aparıb Çiçəyin çarpayısının üstünə atdı, elə bil paltar 
onu evə çağıracaqdı. Sonra qəti qərara gəldi: düz bir saatdan sonra Cabbarı  həyətə düşürtsün və 
oradan Əlfiyyə xanıma zəng vurub desin: Çiçək həyətdə gəzəndə harasa gedib, hələ ki qayıtmayıb.  
Bir saat sonra Cabbarla həyətə düşüb gəzişdi, saata baxdı: saat beşə on iki dəqiqə qalırdı. 
Gözləməyə dəyməzdi, dərindən nəfəs alıb ürəyi döyünə-döyünə Əlifiyyə xanıma zəng vurdu: 
–Əlfiyyə xanım, Çiçək mənnən həyətə düşdü, indi baxıram yoxdu. Qırx dəqiqə olar yoxdur,– 
dedi həyəcanlı səslə. 
– Aləmi qatma , bir-iki saat gözlə,– iynə dəyil ki, itsin, gözətdə hələ...– arvadın səsi Xalidəyə 
sakit gəldi. 
 Əlfiyyə isə  dəstəyi qoyub qızının  əvvəlki itməklərini xatırladı. Hər dəfə o evdən icazəsiz 
gedəndə general Məhərov onun üstünə buğa kimi böyürür, hər  şeydə onu ittiham edirdi. Qadın 
təzəcə salamlaşmağa başladığı qonşulardan utanırdı. General evə ancaq yatmağa gəlsə  də, 
böyürməyə  bəhanə tapırdı.  Ər və arvad  kəlmə  də  kəsmirdilər, amma general həm axşam, kefli 
vaxtlarında,  həm də səhər  bağırmağa bəhanə tapırdı. Axşam qışqırtısı telefon danışıqları ilə, səhər-
lər isə onu oyatmağa gələn Novruzla bağlı olurdu. Arvad hər səhər bu çığırtıya oyanır və düşünürdü 
ki, əri bir gün dəli olacaq. Axı o, Məhəri fağır malotaran olandan tanıyırdı. Əvvəlkinə görə ərinin 
indiki vəziyyəti Əlfiyyəyə dəlilik kimi  görünürdü. O Novruzun ata-anasını bağıra-bağıra söyəndə 
yəqin ki qonşular da eşidirdi. Onda Əlfiyyə yerinin içində xəcalət çəkir və Novruza rəhmi gəlirdi.  
Amma indi Çiçəyin yenə evdən icazəsiz getməyini eşidəndə başı keyləmiş arvada təhlükə 
handan-hana çatdı. Məhər Məhərov bilsə, yenə onun üstünə düşəcək, ona itin sözünü deyəcəkdi. 
Axır vaxtlar elə bil general bağırmağa, ürəyini rahatlamağa bəhanə axtarırdı. Onun ağlına gələn 
birinci fikir Lalanı Xalidənin yanına yollamaq oldu: qoy Xalidə ora-bura zəng vurmasın.  Şəhər 
telefonunu götürən kimi Novruzun səsi gəldi: 
–Bəli, Əlfiyyə bajı... nə qulluğunuz var... 
–Novruz,  Lalanı tap, qoy Çiçəkgilə getsin. Qız dükana gedib Xalidəyə deməmiş, o da 
həyacannanıbdı. Qoy gedib onu sakitləşdirsin, aləmi bir-birinə qatmasın, biabır olluq... 
–Baş üstə Əlfiyyə xanım...– Novruz dəstəyi qoyub fikrə getdi.  
İndi rəisinə xəbər versin, yoxsa yox? Qərara gəldi ki, verməsin,  axı arvad öz diliylə dedi ki
“mağazaya çıxıb”. Anası  xəbərdardı, belə hesab eləmək olar. O, maşını Lalanın ardınca sürdü. 
Onlar son altı ayda iki dəfə görüşmüşdülər. Generalın  əsəbləri pozulandan onlar Əlfiyyəgildə 
görüşə bilmirdilər. Novruz görürdü ki, Əlfiyyə Lalanı xoşlamır, ona görə Lalanın onlarda görün-
məyini təhlükəli sayırdı. Çiçəkgildə isə başqa idarə  işçisi—Xalidə vardı. Bu qadın onların 
münasibətini asanlıqla anlaya bilərdi və öz rəislərinə  xəbər verərdi. Ona görə Lalanın Çiçəkdən 
uzaqlaşmasını Novruz xatadan uzaqlaşmaq  sayırdı. 
Səhərlər Məhərov onunla ana söyüşü ilə danışandan münasibətləri quru və  rəsmi olmuşdu. 
Bakıya köçdükləri ilk vaxtlarda Məhər Novruza eloğlu kimi böyük hörmət göstərirdi. Amma indi 
general çaşmışdı. Novruz vəzifədə çaşan adamları çox tanıyırdı, onlar hamısı pis qurtarırdı, amma 
gec-tezi vardı. Bu gec-tez də yalançı  təsəlli idi: el demiş, ala dana öləndən sonra heç bahar 
açılmasın... Amma Məhər də başqaları kimi cəhənnəmə yoldaş apara bilərdi, Novruz isə bunu 
istəmir və səbirlə gözləyirdi, anlayırdı ki, generalın söyüşləri ağzına düşüb, qara adamlar kimi vird 
eləyib, bir başa ona aid deyildi.  Amma söyüş söyüş idi və Novruzun qanı qara olan vaxtlarda yeddi 
qatından keçirdi. O, Məhər müəllimlə münasibətlərinin pisləşməsini, səbəbsiz ana söyüşləri 
eşitməsini Nərağa müəllimə, öz rəisinə deyə bilmirdi, bu onun  nüfuzdan tam düşməsi ilə bitərdi. 
Novruzun içində az-az generala qarşı kin yaranırdı. Ona görə Çiçəyin evdən getməyi onu 
səmimi narahat etmədi, çünki Çiçəyə alayı idarə  işçisi—Xalidə  nəzarət edirdi. Amma pis işlər 
olanda günahlandırmağa, güdaza verməyə adam axtarırlar. Novruz bu uşaq dəcəlliyindən bu 
məntiqlə ziyan çəkə bilərdi. Amma o biri tərəfdən sayırdı ki, bu dəli generala haqq olur belə şeylər. 
Qoy nüfuzdan düşsün. Rüsvay olsun, ailəsi əxlaqsız kimi hallansın. 
Novruzun maşını Lalanın işlədiyi institutun qabağında dayanandan sonra Novruz onun 
nömrəsini yığıb qısalıq üçün dedi: 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə