Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə12/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   8   9   10   11   12   13   14   15   ...   83

¹2(3)    èéóí 2012 
 
26 
–Lala, salam, Çiçək yenə evdən icazəsiz harasa gedib. Əlfiyyə xanım istəyir ki, gedib 
Xalidənin yanında olasan, ora-bura zəng vurmasın. Aşağıda gözləyirəm səni. 
–Geyinib düşürəm...–Lala cavab verdi və o da qızın  əvvəlki itməklərində olduğu kimi 
həyəcanlanmadı. 
Onların Çiçəklə münasibətləri soyumuşdu. Qızın aylarla xəstə yatması, yanına psixiatrın 
icazəsi ilə adam buraxılması öz işini görmüşdü.  İndi Çiçək  uşaq anası idi və Lala kimi 
məsləhətçiyə ehtiyacı yox idi. Novruzla məhəbbət macəraları da sönmək üzrə idi. Novruz onu az 
axtarır, görüşmək üçün vaxt və yer tapmırdı. 
 Tək-tək təsadüfi görüşlər isə onu əsəbiləşdirirdi, içindəki közü alovlandırırdı, sonra isə köz 
tək-tənha, emosional iztirablarda sönməli olurdu. Çiçəyin dərsə getdiyi iki ildəki görüşləri onun 
qadınlıq hissiyyatlarını açdı. Hətta Lala özünə heyran qaldı. Kişi təması onuncun zəruri, qarşısı çox 
çətin alınan bir ehtiyac oldu. Yaşı otuzu keçəndən sonra elə bil ikinci dəfə özünü tanıdı. Hətta 
özünü xoşbəxt hiss elədi, Novruzu yoluna  çıxardığı üçün allahına şükür elədi. 
Amma Çiçəyin gözlənilməz toyundan sonra onların görüşlərinin sayı lap azaldı.  İdarəyə, 
şəhərə yayılan hadisə Əlfiyyəni diqqət mərkəzinə çəkdi. Hətta Nərağa müəllim də, Novruzun xırda 
rəisləri də az qala günaşırı ondan informasiya istəməyə başladılar. Novruzun işində bu bədbəxtlik 
idi. Amma onun qaçmağa yeri  yox idi. Hərdən fikirləşirdi ki,  Məhər müəllimlə yerlilik əslində 
onun evini yıxdı, gününü göy əskiyə bürüdü. Əlfiyənin tanışlarının sayı artdı. O gündə bir adamla 
görüşmək, evə  dəvət eləmək istəyirdi. Bunların hamısına rəy almaq, onları  əvvəl rəislərlə, sonra 
generalın özü ilə razılaşdırmaq çətin və risqli idi. Kimin haradan, kimin tərəfindən olduğu 
bilinmirdi. Üstəlik  Əlfiyyə xanımın gündəlik görüşləri üçün o icazə almalı idi: bu isə  ətrafdaki 
bütün rəisləri,  ən çox da Məhər müəllimin özünü cin atına mindirirdi. Ona görə Novruz bu 
görüşlərə icazə almaqdan çox, qadağan eləməyə çalışırdı.  Əlfiyyə isə daha kənd arvadı deyildi, 
bilirdi: Novruz istəyəndə  hər adamı evə  gətirə bilər. Amma gətirmirdi.  Əlfiyyə bunun səbəblərini 
yaxşı bilmirdi və heç bilmək də istəmirdi. Ona görə görüşəndə bir-birinə dünyanın ən xoş sözlərini 
desələr də, dərində müharibə vəziyyətində idilər. 
Lala qara maşına oturub salam verdi və o dəqiqə soruşdu: 
–Qız hara gedib yenə? 
–Səni aparıram ki, öyrənəsən, mən də bilim.– Novruz maşının sürətini artırdı. 
 
*   *   * 
 Xalidə  uşağın  əlindən tutub  bloka sarı getdi. Onunla üzbəüz gələn bayaqkı qonşu tutduğu 
uşaq kalyaskasını buraxmadan dedi: 
–Xalida, çto s toboy, u tebya litzo siniy stal... – qadın sərt dediyini anlayıb gülümsədi. 
–Ya prostıla, vse normalno– Xalidə qadının üzünə gülümsəməyə çalışdı, söhbəti davam 
etdirmədən bloka tərəf getdi. 
 Yuxarı qalxdı, daha başqa sərəncam gözləmədi. Evə  gəlib yemək hazırlamağa başladı: həm  
həyəcanını öldürmək üçün, həm də qonaqlar üçün. Lov xəbər tez yayılır. On beş dəqiqə sonra Lala 
ilə Novruz gəldilər. Lalanın kefi yaxşı idi, amma Novruzun rəngi qaralmışdı, üzünün çopurları 
dərinləşmişdi. Sualı Lala verdi: 
– Nə vaxt çıxıb evdən? 
–Saat beşin yarısı olardı, Cabbarnan birgə üçümüz həyətə düşdük. Bir də gördüm yoxdu...–
Xalidə həyəcanla dedi. 
–Əyni necə idi? –Novruz sual verdi və Xalidənin üzünə baxdı. 
Xalidə bir az qızardı, amma hazırladığı cavabı verdi: 

 
Cins şalvardı, sarı kapışon, krosovkalarını geymişdi.... 

 
Yəqin bulvara  çıxıb, hava qaralan kimi qayıdar,– Lala gülümsəyirdi. 
Amma Novruz Xalidənin qızarmağından anladı ki, o nəyisə gizlədir, düz demir. Amma susdu. 
Məsələnin böyüməsi onun üçün də təhlükəli idi. Xalidədən soruşdu: 
–İndi saat neçədi? 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
27
–Saat altıya qalır... 
–Bir-iki saat gözləyək,– o fikrə getdi, bilmirdi qızı axtarmağa çıxsın, yoxsa evdə gözləsin.  
Amma çıxmağa qərar verdi. Bu Nizamnamə borcu idi, hərəkət eləməli, araşdırmalı idi. 
–Mən düşüm həyətə bir hərlənim– Novruz evdən çıxdı.  
Xalidə  ürəyində öz yalanından qorxmağa başladı. Qızın gecədən yoxa çıxdığı məlum olsaydı, 
onuncün  pis olardı. Amma gözləməkdən başqa çarəsi yox idi. Lala televizora baxıb hərdən nəsə 
deyirdi. Xalidə isə  həyəcanını gizlətmək üçün başını  işlə qatırdı, bişirdiyi xörəyə baxır və çay 
dəmləyirdi. 
Novruz evdən çıxıb yaxındakı parka gəlib sakit bir yerdə oturdu: o, bulvara gedə bilərdi, 
amma içində nəsə ona ora getməyə mane olurdu. O bilirdi ki, Çiçək şəhəri yaxşı tanımır, uzağa da 
gedən deyil. Ona görə burada oturub tez-tez  Lalaya zəng vurub qızın qayıdıb-qayıtmadığını 
öyrənmək qərarına gəldi. Parkda vaxt sürətlə gedirdi. Novruzun belə asudə vaxtı az olurdu: oturub 
adamlara baxsın, müşahidələr aparsın, heç yerə tələsmədən içində götür-qoy eləsin. 
O iki sata qədər gözlədi. Hava qaralmağa başlayanda onu narahatlıq bürüməyə başladı. 
Qaranlığacan qız qayıtmasa, o öz rəislərinə, Nərağa müəllimə zəng etməli idi. Sonra isə yaxındakı 
polis bölmələrini gəzib növbətçiləri sorğu-sual eləməli idi. Amma o icazəsiz axtarışa başlaya 
bilməzdi. Hadisə yayıla bilərdi. Müxalifət qəzetləri yuxarı ailələrdən tələsik yayılan xəbərləri tez 
verir və sonra da müzakirə edirdi. Novruz buna yol verə bilməzdi. 
Hava qaralanda saat ona işləyirdi. O evə qayıdıb Nərağa müəllimə Xalidənin iştirakı ilə zəng 
vurmağa qərar verdi. Rəisin sualları çıxsaydı Xalidə yaxında olub cavablar verərdi. 
 
XYI 
 
Çiçək palatadakı  səslərə gözünü açdı. Hündür, qarnı irəli çıxmış serjant Könülün çarpayısı 
qarşısında durmuşdu. Onun güləşçi qulağı əzik idi, boynunun əti köynəyin yaxasından qırağa şişib 
azca sallanmışdı. Paltarları  təzə  və ütülü idi.  Könül etiraz əlaməti kimi çarpayıda oturmuşdu, 
polisin üzünə yox, öz ayaqlarının altına baxırdı. Sayırdı ki, onların səbəbsiz palataya gəlməyə haqqı 
yoxdur. 
Serjant Çiçəyin çarpayısına sarı baxa-baxa soruşdu: 
–Nə vaxt gəlmisiz? 
Çiçək serjantın nəzərini hiss elədi. Onun ətli üzünü, arvad dodağı kimi qırmızı  və sallaq 
dodaqlarını,  qara kərpic bığlarını gördü. Onun həyasız baxışından utanıb adyalı başına çəkdi. 
–Dünən– Könül qısa cavab verdi. 
–Telefonunuz, pulunuz, kəsici alətləriniz var?–serjantın gözü Çiçəyin çarpayısında idi. 
–Bizi yoxlayıblar. 
Serjant  sol əli cibində Könülün çarpayısına yanaşıb sağ  əli ilə onun döşəyini  əvvəlcə ayaq 
tərəfdən, sonra baş  tərəfdən qaldırıb altına baxdı. Sonra yastığı qaldırdı. Heç nə yox idi. Serjant 
istehzalı səslə dedi: 
–Suala cavab verin,– rəsmiyyətə keçdi və ikinci şəxsin cəmində sual verdi. 
–Yoxumuzdur.– Könül cavab verdi. 
Serjant Çiçəyin çarpayısına sarı addım atanda Könül tələsik və ucadan qışqırdı: 
–Gülşən, qalx otur!– Könül serjantın Çiçəyi qalxmadığına görə vuracağını anladı. 
Amma Çiçək tərpənmədi. Adyalın altında onu gülmək tutmuşdu, pəzəvəng serjantın nə 
istədiyini anlamırdı. O, çarpayıya yaxınlaşıb əlini adyalın altına salıb Çiçəyin saçından tutdu, çəkib  
qaldırdı, çarpayıdan yerə düşürdü, dalına bir təpik vurdu. Serjant onun saçından yapışan kimi Çiçək 
var səsi ilə  qışqırmağa, sonra isə  ağlamağa başladı. Könül Çiçəklə serjantın arasına atılıb ikinci 
təpiyin qabağını aldı, qışqırdı: 
–Onu vurma, o xəstədi! 
Sözü bitirməmiş serjantın ağır şilləsi Könülün sifətini tutdu, o da yerə sərildi. 
–Gözümnən iizal ol!– serjant da  qəzəb qarışıq boğuq səsi ilə bağırdı, amma bu süni bir əsəb 
idi,– küçə süləyi! 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə