8
Naxçıvan ərazisində çox maraq doğuran təbii göl var.
O göl, Naxçıvan şəhərindən 80 km məsafədə Şimali – Şərq
istiqamətdə, Kiçik Qafqaz sıra dağlarının Zəngəzur dağ
silsiləsində Şahbuz ərazisində Batabat yaylağındadır.
Yaylaqda, Zor – bulaq yaxınlığında göl yerləşir.
Zor bulağın suyu o gölə axmır.
Maraqlı cəhət bundan ibarətdir ki, Zor – bulaq yaxınlığında
yerləşən (orta su tutumlu) təbii göl, oval (ellepsoid) tiplidir.
Oval tipli o göl günəşin çıxma və batma vaxtının tam göstəricisi
modelidir.
Göl daxilində həmişə hərəkət edən ada, yerin günəş ətrafında
hərəkət vaxtını bildirir.
Göl daxilində hərəkət edən ( o ada oval tiplidir) ada, Cənubdan,
Şimala ovalın uzununa tən bölən xətt üzrə hərəkət edir. Göl quruluşu,
Cənubla, Şimalı göstərir.
Sübh günəşi Uş ərəfəsində, ada gölün cənub sahilində dayanır.
Gün çıxdıqdan sonra, gün ərzində o ada Cənub sahilindən,
Şimal sahilinə tərəf düz xəttlə hərəkət alır.
Çox maraqlı hal, günəşin çıxma anından, günəşin qüruba çatdığı
vaxtda ada Şimal sahilə çatır.
Günəşin gün ərazində qət etdiyi məsafəni hərəkətdə olan ada
şimal sahildə tamamlayır.
Gün batmağına baxmayaraq gecə boyu o ada cənub sahilə doğru
dayanmadan hərəkət edərək sübh günəşini gölün cənub sahilində
qarşılayır.
Yə`ni gün o biri yarım kürəyə keçməyinə baxmayaraq ada o
günəş hərəkətini sinxron müşayət edir.
Bu hərəkətlə göl daxilində o ada, heç vaxt hərəkət sür`ətini
dəyişmir gün işığının ( hava buludlu olsa da, qış fəsli olsa da) yer
kürəsinə düşməsini və yer kürəsinin günəş ətrafında bucaqda yer
dəyişməsini karıxmadan “qeyd” edir.
9
Bu gölün ( orta su tutumlu) tarixi çox – çox qədimdir.
Göldəki ada yer kürəsinə nisbətdə günəşin hündürlük bucağını,
hərəkət bucağını dərəcə - dərəcə bölgülərinin göstəricisinə çevrilir.
Günəşin hərəkət trayektoryasını bildirir.
Naxçıvan ərazisindən o göl, o ada günəşi təşəkkürlə, sevinclə
müşayət edir.
Naxçıvan şəhərində maraqlı bir arxitektura incisi də qaya
silsiləsi üstündə inşa edilmiş Mömünə - Xatun türbəsidir.
Türbə on kitabədən ibarətdir. O, əzəmətli türbə bir dayaq
üstündə inşa edilibdir. O türbənin on kitabəsi mə`na daşıyıcısıdır. Yə`ni
səhər günəşi çıxdıqda hansı kitabəni işıqlandırırsa (Şərqdən) günün
qürubunda Qərbdə o kitabəni işıqlandırmaqla tamamlanır.
Əbubəkr Əcəmi Naxçıvani Mömünə - Xatun türbəsini
müqəddəs qaya silsiləsi üzərində inşa edib.
O qaya silsiləsinin müqəddəslik, hifs edici, xilas edici
xususiyyəti var.
Qaya silsiləsi indiki Xal – Xal meşəsindən yuxarıya Şimali -
Şərq səmtdən başlayır. Naxçıvan şəhərindən keçməklə Nehrəm
kəndinin, Əshabül – Kəhf ( yeddi kimsənələr) istiqamətində Araz
çayına yaxın hissədə sönür.
O qaya silsiləsindən çox saylı su çeşmələri, kəhrizlər axır.
Naxçıvan şəhərində Sarvanlar məhəlləsinin başlanğıcında
(Şimal səmt) çeşmə var. O qaya silsiləsi üzərində Cənuba doğru Kəblə
Musa çeşməsi yerləşir. Təxminən 2,5 km sonra Qızlar bulağı yerləşir.
(O Qızlar bulağı sıldırım qayalar arasında qaya daşlarından çox təmiz,
sərin su sızır. O qayaların yuxarı hissəsindən dəfələrlə, kəl arabası, at
arabası, yaşlı adam, uşaq ehtiyatsızlıqdan hündürlükdən qayalar arasına
düşməsinə baxmayaraq, sağ qalmaqla yanaşı heç bir yara da almayıblar.
Əhali qaya hissəsinin müqəddəslik daşıyıcısı olduğuna bir daha əmin
olublar)
10
Sarvanlar məhəlləsində o qaya silsiləsi üzərində ağır seyyidlər
Miriş ağa, Mirişlilərin evləri yerləşirdi. Sonralar onların evi yerində
möhtəşəm məscid kompleksi inşa edildi.
Qızlar bulağı ardınca təxminən 1 km məsafədə Mömünə - Xatun
türbəsinin aşağı hissəsində əvvəllər çeşmə axırdı.
Türbənin o sahədə, yüksəklikdə inşasının üç mə`nası var idi.
Əvvala müqəddəslik daşıyıcısı qaya silsiləsi, səhər günəşinin çıxma və
batmasında türbənin işıq əhatəsində olması və o türbənin (Xan diki də
deyilir o sahəyə) aşağısından axar çeşmə, türbəni yer altı sulardan,
nəmişlikdən qoruma anlamı daşıyıb.
Amma türbənin aşağısından bir vaxtlar axan çeşmə gözü
tutulduqdan yer altı sular geriyə sıxıldığından türbə nəm çəkmə
səbəbindən Şimal səmti güclü nəmişlikdədir.
Mömünə Xatun türbəsindən sonra həzrəti Nuh məzarı, Nuh
məqbərəsi yerləşir.
Həzrəti Nuh məqbərəsi yüksəklikdə həmin qaya silsiləsi
üzərindədir.Onun aşağısında da çeşmə axır. O axar çeşmə də, üzərində
həzrəti Nuh məqbərəsi, Mömünə Xatun türbəsinin yerləşməsi,
möhtəşəm Məscid kompleksi, Qızlar bulağı və s. Mə`na daşıyıcılarıdır.
Onlar yer seçməyiblər, o yer onları seçib. Şəhərdə Sarvanlar
məhəlləsi də o qaya silsiləsi üzərində yerləşir.
Şəhərdə dörd yol deyilən yerdən yollar ayrılır – Şimala doğru:
Şahbuza, Qərbə doğru: Şərura, Şərqə doğru: Ordubada, Cənuba doğru:
Naxçıvan şəhəri yerləşir.
Naxçıvan ərazisi çox – çox qədimdən duz yolu kimi və
Naxçıvanda olan çox elastik və Şəffaf ipəyinə görə İpək yolu kimi də
tanınıb, tarixləşib. Tarixi mənbələrdə öz yerini həzrəti Nuhla da tapıb.
Azərbaycan və Naxçıvan ərazisi İşıq ərazisidir. Tarixlərdən
mə`lumdur ki, Azərbaycan və xüsusi ilə Naxçıvana bir çox sərkərdələr
qoşunla hərbi yürüşlər ediblər. Naxçıvan ərazisinə, işıq ərazisinə, sahib
11
olmaq istəyiblər. Naxçıvan əhalisi mətinliklə mübarizə apararaq, hər bir
döyüşcü bir sərkərdə olub.
Amma o yürüşlərin sonluğu, o sərkərdə və qoşunu bir
müddətdən sonra o ərazidən geriyə dönüblər. Onunla da o sərkərdə və
qoşun, öz ərazisi ilə süquta məhkum olunublar.
Çünki, Azərbaycan ərazisinin ilkdən İşıq Sahibi var, Mütləq
olan O İşıq Sahibinə isə, sahib olmaq olmaz.
"Azad Azərbaycan" əzetində 24.06.2014 N 87 (2532) çap
edilmişdir.
Bürclər ilk təqvimlərdir
Tarixi mərhələlərdə Həzrəti Nuh dövrü tufanı baş vermişdir.
Tarixi tufan və o tufandan xilas olmuş insanlar, böyük inam və inanc
başlanğıcına bir daha addımlar atmağa davam etdilər.
Həzrəti Nuh dövrü tufanı və o tufandan xilası o dövr insanlar
yaddaşlarında saxlamaqla bərabər, o dövrü daşlarda, qayalarda,
kitabələrdə işarələrlə tarixləşdirdilər. Onunla yanaşı, o xilas dövrünü
Xilaskarla yaddaşlarda saxlayaraq Günəş mə’bədləri inşa edərək, axar
sulara, torpağa, qayalara, dağlara bir xilaskar kimi baxaraq onları,
müqəddəslik kimi dəyərləndirirdilər.
Sonrakı tarixi mərhələlərdə insanlar bəşər övladının bu dünyaya
gəliş başlanğıcını su ilə, bu yer aləmindən qayıdışını da su sonluğu ilə
yaddaşlaşdırdılar.
Xilas olmuş o insanlar göy qübbəsini, səmanı, Günəşi bir
xilaskar, rəhimli, mehriban kimi bilərək göylərə ümidlə baxaraq, inamla
baxaraq belə bir qənaətə gələ bildilər ki, Xilas edən, Xilas edici,
Xilaskar, Xilas olunmuşlar. Yə’ni, Xilas edən Tenqri, Xilas edici
Həzrəti Nuh Nuru, Xilaskar İşıq, ətrafda daşlar, qayalar, Xilas
Dostları ilə paylaş: |