Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   2   3   4   5   6   7   8   9   ...   57

18 
 
döyərək pardaqlayıb, onların köməyi ilə (o polad kəsicidən də çox iti 
olur) məişətdə və onların vasitəsi ilə bir çox, işlərini yerinə yetirirdilər. 
Suda, su hövzələrində üzmək üçün də, qəmişdən düzəldilmiş 
qayıqlardan da, istifadə edirdilər. 
Sonralar Gəmi – Qaya ilə uzaqda görünən Ağrı – dağ arasındakı 
düzəngaha Ərlər, Ərənlər – (sahiblər, ərazi sahibləri, od, İşıq sahibləri) 
düzəngahı adlandırırdılar. Çox sonralar, “ə”- düşərək, “a”- kimi tələffüz 
edilərək, “ Ar”, “Arlar” - kimi ərazinin, düzəngahın sahibləri, 
adlanıblar. Bir çox alfavitlərdə, “Ə” – hərfi olmadığından, “ Ərlər” - 
sözü, “a”- hərfi ilə, tələffüz olunub. Arlar - kimi deyilib. 
Amma köklü ad daşıyıcısı, Ur – (tufana qədərki  ərazi, ad 
daşıyıcısı), sonra əlavə olunan isə, Ər – ( sonralar “ar”-kimi, o ərazinin 
İşıq sahibləri), Dur – (qalx, dikəl, vaxtdır, o zamandır, fikir - söz 
sənindir) sözü, həm  ərazi, həm  ərazidəki sahiblər, həm də onun 
xarakteri göstəricisi, adı idi. Bunların cəmi olaraq, bir ad daşıyıcısı Ur-
ər-dur- deyə adlandırıldılar. (Urardu). 
Amma o tonqallar yanarkən, onun qırmızı, yandırıcı  və  ağrılı 
olduğunu bilərək o dağa, o Oda - ağrılı, (pis mə`nada yox, bu ərazi və 
bu işıqlara daha doğrusu, toxunulmaz olan “bəd fikirli olsan - ağrısını 
çəkərsən”, deyərək onu Müqəddəs hesab etdilər). Onunla yanaşı, daha 
ərazinin də, Tanrı Baxışında, Tanrı  Nəzərində olduğu qənaətinə 
gəldilər. 
Amma, bir həqiqət də ondadır ki, sonrakı tarixi mərhələlərdə 
Azərbaycan və xüsusi ilə Naxçıvan ərazisinə hərbi yürüşlər edən, bütün 
sərkərdələrin son yürüşü, və bu yürüşlərdən süqut mərhələləri başlayıb. 
Xronoloji olaraq, tarixləri izləsək, burada təksib olunmaz həqiqətlər 
aşkar olunacaq. Sərkərdələrin, başqa  ərazilərə  nəzərdə tutduğu 
yürüşlərin uğursuz aqibəti, Azərbaycandan, Naxçıvandan başlayıb, 
Naxçıvana yürüşlərindən də elə, süqutları başlayıb! İşıq Sahibinə, Sahib 
olmaq olmaz, çünki bu ərazinin Azərbaycanın, İşıq Sahibi var. 


19 
 
Həmin Qaf (qovv), Ağrı – dağı, Azərbaycan  ərazisində, 
Naxçıvanın (Qərb istiqamətində) Türkiyə ilə indiki coğrafi sərhəddində, 
Əzəmətlə yerləşir. 
Ağrı - dağ ətəyindən, yer altından qalxan od, min illərlə, əsrlərlə 
daşlar arasından alovlandığından, uzun müddət  ərzində, o daşlar 
yanaraq böyük, kiçik (kütləsindən asılı olmayaraq), çox 
yüngülləşdiyindən, o daşlara Naxçıvanda,“puff”, “fuff”, “tuff”- daşı 
deyiblər.  
Bu adı, ona görə belə adlandırıblar ki, yə`ni yüngul olub (məcazi 
mə`nada - püləsən, lələk kimi uçar) tikinti yükünə tab gətirməyən, 
tikintiyə yararlı olmayan, bir daş kimi adlandırıblar.  Əlavə olan 
adlardan biri də, “Daban daşı”- yə`ni dağ  ətəyinin dabanından, 
aşağısından yığılan, yanmış, yüngülləşmiş daş kimi də, adlandırıblar. 
Naxçıvanda xalq arasında deyərlər ki, “tuffağın dağılar, tiffağın 
dağılar”- bu deyim heç də, qarğış mə`nası daşıyıcısı deyil. (bu əslində, 
“etdiyin, edəcəyin iş, boşdur, yüngüldür, o etmək istədiyin işin, 
“yükünü”, daşımağına dəyməz, o yüngül, boş, mə`nasız bir işə baş 
qoşma, o dağılar”) xəbərdarlıq mə`na daşıyıcısı olub. 
İndiki vaxtda, bu ərəfədə, həmin Qaf, Ağrı – dağı, yatıb yuxlamayan 
ancaq, “Mürgüləyən”- vulkanik dağlar, sırasına aid olan dağdır.  
Dağ – adı, qəribə bir mə`na daşıyıcısıdır. Yə`ni “dağ vurar, 
dağlayar, yandırar”. Dil, dilçiliyimiz Kainat ölçü və miqyasında, o 
qədər zəngin olan bir dildir ki, sözlərimiz həm özünü, həm də elə, 
mə`nasının daşıyıcısıdır. 
Düzgündür ki, O Ağrı – dağla əlaqədər saysız rəvayətlər, miflər, 
nağıllar və sonda,” Əsatir” – yaradılıbdır. Əsatirdə, həmin Ağrı – dağa, 
Zevs tərəfindən Prometey zəncirlənib ona görə ki, Prometey “ODU 
oğurlayıb” - insanlara vermişdir (yenə də, od - işıq). Qardaşı Herakl isə, 
onu xilas etmək üçün o Ağrı - dağa üz tutmuşdur, yolda Qara dəniz 
ətrafında, Kalxidadan keçərkən, Amazon qızları ilə orada rastlaşıb, 
sonra yolunu davam edərək, Qaf dağına, Ağrı – Dağına çataraq, 
zəncirləri qırıb, qardaşını oradan xilas etmişdir.  


20 
 
Çünki Bütün tarixi mənbələrdə, Ağrı – dağı, Qaf dağı xilaskar, 
tufan mərhələsində o insanlar onun ətrafında xilas oldular,“xilas edər”- 
kimi, deyərək, bəyan etmək istəyərək, müxtəlif miflər, rəvayətlər, 
əsatirlər yaradılıb. 
Naxçıvan  ərazisinə müxtəlif “bəhanələrlə” edilən, saysız hərbi 
yürüşlərlə, İşıq mə`bədlərini, atəşgahları, tarixi abidələri, daş üstü, qaya 
üstü yazıları dağıtmışlar, tarixi tikililər məhv edilmişdir, bir çox coğrafi 
ad, və mə`na daşıyıcılığını, məqsədli olaraq, dəyişməyə çalışmışlar.  
Tufandan sonra, su tədricən çəkilməyə başlayandan sonra, 
Həzrəti Nuh Üç oğlunu və onlarla yanaşı o dövr xilas olmuş insanlardan 
seçərək, onları ayrı-ayrı müxtəlif istiqamətlərə göndərdi. Hər bir 
oğlunun yanında ona uyğun olan, işıq, xeyirxahlıq daşıyıcılığına inamlı 
olan, insanları göndərdi. Məqsəd yox idi, ancaq İşıq ərazisindən, xilas 
ərazisindən, xilas olunmuş o insanlar, xilas olmağı, xilaskarlığı 
aparırdılar ki, yeni həyat, davam etsin. 
Hər bir oğlu ata yurdundan, adətləri, mədəniyyətləri, tufandan 
əvvəl danışdıqları dili, dilçiliyi, elmi və.s ilə gedirdılər. 
Sonrakı dövrlərdə onlardan törəmiş olan nəvələr, nəticələr, elə o 
hecada, o söz kökündə danışırdılar və danışdılar da. O dil, dilçilik bu 
ərazidən, Həzrəti Nuh dili, Zər dili idi. (Dünya tufanından sonra çox 
qısa vaxt ərzində tamamilə yeni, başqa bir dil tapıb, icad etməyə 
istəsəydilər də belə, bu mümkünsüz olardı.  
Yeni başqa, mükəmməl dil, dilçilik kəşf edilə bilməzdi və buna 
heç ehtiyac da yox idi. Dil, dilçilik böyük mürəkkəb bir sistem 
olduğundan, onu insan istədiyi vaxt, “istədiyi”-kimi kökündən 
dəyişmək, başqa cürə sistemləşdirmək qarşısında acizdir. Sözün, fikrin 
yönü dəyişilə bilər, amma kökü, hecası dəyişilmir).  
Çox sonralar uzaq, ətraf ərazilərdən Ata yurduna, Baba yurduna 
gələn o törəmələr, ilkdə olduğu kimi o dildə, o hecada danışırdılar, heç 
tərcüməçiyə də ehtiyacları yox idi. 
Onlar Baba yurduna gələn baba qonaqları idilər. O qonaqlar 
ərazi haqda mə`lumatlı olduqlarından, sanki bir daha İşığa, Xilasa 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə