Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   6   7   8   9   10   11   12   13   ...   57

30 
 
oldu, xilaskarın oldu. Zor, zorakılıq qarşısında dayanmalı olsaq, bir 
ovcunda daş, dayandığın torpaq, başın üstündə İşıq. 
Düz ol, düzgün ol, xilasın ondadır. Hər hansı bir işə 
başlamamışdan əvvəl düşün, o edəcəyin iş, nə ilə nəticələnər, sonu nə 
ilə olar”. 
Səfərə, uzağa gedən oğullarına, onların yanında gedənlərə 
tövsiyyəsi var idi, “bir çimdik duz, bir çimdik torpaq, ovcunda bir qisim 
su, yoğur onları birlikdə, yumurula onları birlikdə, yoluna yoldaş et 
onları birlikdə, nicat olar, o yollar sənlə birlikdə. 
Çətinliyə, sayğısızlığa düşsən dayan, sağ ayağını yerə, torpağa 
vur, vur yerə. “O” - Bilər, torpaq bilər, deyərsən onda. Göyləri, səmaları 
çağır əmin ol, eşidilər onda”. 
Bu  şərhlərin sonunda deyilirdi ki, “Əmin ol ki, yanlış olmaz. 
Tanrıya xitablar yanlış olmaz, əmin ol ki, Tanrı yanlışları Qəbul etməz, 
Əmin ol ki, Tanrı yanlış deməz, sənin də xitablarında əmin ol ki, “O”– 
na yanlışlar olmaz”. 
Sonrakı tarixi mərhələlərdə, Əmin sözündə “ə”- düşüb, “A”- ilə 
əvəz olunub. Insanların dilində Amin olub. 
Tanrı – O Tanrını tanı, özünü tanı, Tanrını necə tanıyacaqsansa, 
özünü elə tanıyacaqsan. Əmin ki, Əmin. 
 
Təndir, bütövdür, dəyişməzdir... 
 
Dünya tufanından sonrakı  mərhələlərdə, tufandan xilas olmuş o 
insanlar, Ur ərazisində, Azərbaycan  ərazisində, Ağrı dağ, Gəmi Qaya 
ətrafında, bir daha, yenidən yaşayış yerlərini bərpa etməyə başladılar!
 Yer 
üzünə  həyatı davam etməyə, Su tədricən çəkilməyə,  Ərazi 
bərpa edilməyə başladı! 
 
 
 
 
 
 
Tufandan xilas olmuş, Xilas etmiş Hz. Nuh Babamız, sağ qalmış 
o dövr insanları bir yerə topladı, sağ qalan əhali çox idi! 


31 
 
Belə bir qərar qəbul etdi Nuh babamız, tufana qədər, Haça dağ, 
Gəmi Qaya dağlıq ərazidə, mağaralarda yığılıb saxlanılan azuqə, dənli 
bitkilərin toxumları o mağaralardan axtarılsın, bir yerə toplanılsın! 
O dövr  insalar, həmişə, mağaralarda hər tədarük dövründən 
sonra, bütün əhalinin qidalanması  və yeni yaz mövsümündə,  əkin 
işlərinin aparılması üçün, dənli bitkilər toxumları qorunub saxlanılırdı! 
O mağaraları, o dövr insanlar əziz, müqəddəs, xilaskarlıq kimi 
qəbul edirdilər! Bu səbəbdən, mağaralar xilaskar, xilas edər kimi, 
xarakterizə olunardı! 
Mağaralardan xeyli dənli bitki toxumları tapıldı, həyat daha da, 
şirin oldu! 
 
 
 
 
 
 
 
 
Bərpa edilməyə başlayan yaşayış sahələri ilə yanaşı, təndirlər 
bərpa edilirdi! 
Təndir - həndəsi quruluş formalı olmaqla yanaşı, mə'na quruluşu 
idi, o təndirlər Günəş, isti simvolikası olmaqla yanaşı, dəyişməz, sabit 
isti yayan anlayışını, daşıyırdı! 
Təndir düzəldilməsinə mütləq olaraq gildən istifadə edilirdi! 
Simvolik olaraq, keçi tükündən (qa - zil) az miqdarda yoğrulan gilə 
əlavə edilirdi.   
Bu keçi simvolu, Qa (işıq), yerdə  həyatın Qoç bürcündən 
başlaması İşıq, isti mə`nasını daşıyırdı! 
Təndir üçün yoğurulan gilə, mütləq (nisbət hesabı ilə), Duz 
dağından gətirilən, duz miqdarı əlavə edilirdi! 
Duz ümumi halda, temperatur hədlərini bərabər böldüyündən, 
təndir üçün istifadə  də, təndir daxilində, temperatur həddinin bərabər 
bölünməsinə sabitliyi, başqa köməkçi vasitə  tələb olunmadan həyata 
keçirmək mə'nası daşıyırdı! 
Təndirə (dairəvi) yapılacaq lavaş, səhər vaxtı başlanılardı, onun 
başlanma vaxtı, Günəşin  Şərqlə, Cənub arasında tən bölən nöqtəsində 
(indiki vaxtla saat 11), başlanılardı.  
Təndirə lavaş yapan xanımın üzü, Günəşə doğru olardı,  əgər 
lavaş yapma müddəti artsaydı Günəş zenit nöqtəsinə çatanda, lavaş 


32 
 
yapan xanım, təndir dairəsi  ətrafında yerini dəyişib, Zenit nöqtəsi 
səmtini tutardı. Mə'na o olardı ki, təndir dairəsi, Günəş dairəsi ilə, tən 
bölən olsun! 
Çörək müqəddəs sayılırdı ona görə ki, isti, İşıqla hasilə gələr, bir 
mə'nası da, o idi ki, onun tərkibində duz, bərabərlikləri böləndir! 
Çünki çörək, heç vaxt sabitliyini dəyişməz, qış vaxtı 
qidalananda vücudu üşütməz, yay vaxtı vücudda istilik həddini 
artırmaz! 
Sabit olar, bərabərliyi təndir kimi, bərabərliyə bölər! 
Bir mühüm məsələlərdən biri də, "mağara insanları"-adıdır! 
Tarixi keçidlərdə, tarixçilər tərəfindən bu bir termin kimi ortaya atıldı. 
Burada məqsəd, ilk insanı bir vəhşi, adamyeyən kimi xarakterizə 
etdilər. 
Amma həqiqəti təhrif etməyə başqa bir üslub düşünə bilmədilər. 
Mağaraları çox diqqətli, çox təmiz, səhmanlı saxlanılardı. 
Maraqlı  cəhət ondadır ki, bütün səmavi kitablarda bütün 
Peyğəmbərlər vəhyləri mağarada aldıqları qeyd olunduğu,  yə'ni ki, o 
vəhylər təmiz, pak, səhmanlı, ardıcıllığı pozulmayan anlamı daşıyıb! 
Tufan ərəfəsindən sonrakı mərhələlərdə, Azərbaycan ərasisində 
məskunlaşan o insanlar arasında və yaddaşlarda çox mühüm yer tutan 
anlayışlardan biri, “Qa”, “Qu”- anlayışı idi. Bu anlayış çox mühüm bir 
anlayış hesab edilirdi. Yə`ni ki, Qa - İşıq başlanğıcı olmasa, Qu - qida 
da olmayacaqdır. Bütün inşa edilən mə`bədlər “İşıq məbədləri”, 
adlandırılırdı.  
             Çünki bütün başlanğıclar İşıqdan, o İşığın təmsilçisi isə, Günəş 
hesab olunurdu. O da, mə`lum idi ki, Günəş  ətrafında hərəkətdə olan 
bütün Planetlər Günəşə möhtac olaraq hərəkətdədirlər. Yə`ni ki,  bütün 
planetlərə Günəş  işığı düşməsə o planetlərin gecə vaxtı yerləri də, 
na`məlum olacaq və görünməyəcəkdir. O planetlərin hər biri yaradıcı 
İşığa sahib yox, özləri Günəş  işığına möhtacdırlar. Günəş  və günəş 
mə`bədləri inşaları indiki Peru ərazisinədək, bütün Avropa ərazisində 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə