Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   9   10   11   12   13   14   15   16   ...   57

39 
 
Qış mövsümündə ailəliklə kürsülərdən istifadə etməklə 
vücud  ağrılarını soyuqlamadan qorumaq, sağlamlıq məqsədi daşıyırdı. 
Hər bir sahəyə  mə`na, məzmun, məntiq onun fəlsəfəsinə qovuşmağa 
çalışmışıq. Zəngin olan musiqilərimiz də mə`na, məzmun, məntiq onun 
fəlsəfəsində  səslənib və  səsləndirilib. Azərbaycan  ərazisi Nuh (ə.s)a 
qədər və Nuh (ə.s) dan sonrakı dövrlərdə heç vaxt ətrafımızda, xalqlara, 
mədəniyyətlərə ziyankarlıqla, saxtakarlıqla yanaşmayıb. Ərazimiz Nuh 
(ə.s) a qədər, Nuh (ə.s)-dan sonra hifs edildi, qorundu. İşıqla, Zərlə, 
İşıqlı oldu. 
Çünki Azərbaycan ərazisində olan əhali həmişə bir yerdə oturaq 
olduğundan onu əhatə edən təbiəti, milliyətini, Kainatı düşünüb, Kainat 
deyib, Kainat qanunlarını yüksək tutub. Mətbəximiz, musiqimiz, 
elmimiz, düşüncələrimiz Kainatın  şərt və qanunlarına uyğun olub. 
Oturaq həyatımızla o qədər zənginlik əhatəsində olmuşuq ki, ətrafımıza 
pay vermişik, bəxş etmişik, hədiyyələr etmişik. Tükənər, qurtarar 
demədik, düşünmədik. O zənginliyimiz tükənməyəcəkdi, 
qurtarmayacaqdı.  İnsan vücudu düşünüb, düşündürmək üçündür. Tək 
insan başı düşünüb, düşündürmür. İnsan vücudu və üzvləridə düşünüb
düşündürür. Necə ki, insan vücudu 36,5 37
o
C –yə nizamlanıb. Bu 
nizamlanmış vücud, qida qəbul edərkən O, qida 40-45
o
C – də olmuş 
olsa da insan mə`dəsi qidanı 8-10
o
C-yə uyğunlaşdırır, mə`də üçün 
nizamlayır. Çox soyuq olan qidanı da qəbul edəndə vücudumuz o, 
qidanı da 8-10
o
C – yə yüksəldib, vücud temperaturu ilə bölünməsini 
saxlayır. İsti olan hamamda isti suyun temperaturu 40-42
o
C-də olsa da 
bədən o isti su temperaturunu 8-10
o
C-yə nizamlayır. Baş düşünür, 
vücud düşünür, bizi əhatə edən aləm də düşünür. Yer üzü, bəşəriyyət 
ilkdən olaraq qida, qida ilə isə sağlamlığını düşünüb. Azərbaycan 
ərazisində Aran zonası isti olduğundan, qidaya pörtəlmiş  ət, süd 
məhsulları ilə yanaşı  tərəvəz, göy-göyərti ilə qidalanmağa üstünlük 
verilmişdir. 
Lənkəran  ərazisi balıq və düyüdən hazırlanan qida ilə 
qidalanmaya üstünlük vermişlər. Havanın rütubətli olması da bir haldır. 


40 
 
Minilliklərlə Azərbaycan  ərazisi təndirdə hazırlanan lavaşdan istifadə 
etmişdir. Lavaş, çörək kimi insan orqanizmi artıq məhlul yığımından 
daxili üzvlərə quruluq bəxş etmişdir. 
Yer planetində olan bitki örtüyü müxtəlif meyvələr bostan, 
tərəvəz bitkiləri yer planetinin bəzəyi olmaqla yanaşı, yer üzünün bir 
bəzəyi də insandır, bəşərdir. Hər bir bitki örtüyü, meyvələr, bostan, 
tərəvəz bitkiləri insan və onun konkret daxili üzvlərinin sağlam, gümrah 
olmasına köməkçi, xilaskardır! 
Azərbaycan  ərazisi bir neçə iqlim əhatəsində olduğundan ilk 
insandan onlara ətraf aləm doğma və çox mə`lum idi. Öz vücudu 
arasında onu əhatə edən doğma  ərazisi ilə bir bağlılıq, həmvəhdətlik 
rabitəsini saxlayıblar.  Ərazisində ilk insan yaranışdan onu əhatə edən 
aləmlə bir qayğı ilə bir təşəkkürlə yanaşırdılar. 
Bitən ağaclara, bitki örtüyünə bir qayğı ilə xususi olaraq, meyvə 
ağaclarına çox həssaslıqla  yanaşırdılar. Meyvə  ağaclarının alma, 
armud, üzüm və s. dörd səmtini bilirdilər. Ağacdan meyvə dərilməsi də 
çox mühüm hadisə hesab olunurdu. Sübh günəşi səmtindən dərilən 
meyvə,  əsasən sağlamlıq anlamında, gün, günorta səmtindən dərilən 
meyvə bilmək, bilgilərə qovuşmaq (elm), qurub səmtindən dərilən 
meyvə (qurub vaxtı  dərilməklə) axşamı, gecəni rahat keçirmək, rahat 
yatmaq məqsədində, gün düşməyən səmtdən (şimal) dərilən meyvə 
naməlum olanları, gizliləri, örtülü olan halları açmaq, onlara qovuşmaq, 
yüksəklərə ucalmaq mə`nası ilə yanaşılırdı. Süfrədə yeməklə yanaşı, 
(qədərində) səhər yeməyində sübh meyvəsi, günorta yeməyində günorta 
meyvəsi, axşama doğru yemək zamanı Qürub meyvəsi ilə qidalanıblar. 
Gecə, gün düşməyən səmtin (şimal) meyvəsini yeyiblər (üç ədəd 
meyvə, hər oturumda) 
Qış üçün qurudulacaq meyvəni ancaq günorta (zenitdə günəş 
olanda) səmtdə olan budaqlardan meyvə dərilib, kölgədə qurudulurdu. 
Günəşə görə gün ərzini dörd mərhləyə bölmüşdülər. Sübh, 
günorta,  qurub, gecə. 


41 
 
Keçən illər,  ərzində bir çox halları unuda-unuda, unutdura-
unutdura moderinləşməyə can atmışıq. Moderinləşə-moderinləşə 
keçmiş hallara  biganəliyimiz, unutqanlığımız artdı. 
 
Bir neçə söz, bir neçə fikir 
  
 
· Ağrısızlıq əhatəsində, ağrılı insan. 
 ·  İnsan dörd məfhum qarşısında acizdir: aclığın, susuzluğun, 
yuxusuzluğun, bir də ölümün.  
·  İnsanda dörd yaddaş aləmi var: göz, bədən, dad, bir də baş 
(kəllə). Dörd ağrısız (ağrı verməyən) varlıq əhatəsində olan insan: süd 
(ana), su, hava, bitki aləmi (qida) – bu dörd məfhum canlı varlığa, 
cismani ağrı verməyənlərdir (ağrısızdırlar). 
· Heyvanat aləmi üçün də ağrı verməyən sahələr var. Qəribədir, 
amma bu belədir. 
Şir, pələng, it, canavar, pişik balalarının yerini dəyişdikdə 
mütləq olaraq onları dişləri ilə boyun nahiyəsindən yapışıb yer 
dəyişərlər (heyvanların boyun nahiyəsi, ağrımayan sahədir). At ayağı 
ağrı verməyən nahiyə olduğu üçün, at ayağına nal vurulan zaman ona 
ağrı vermədiyindən sakitliklə gözləyə bilir. İnsanda tük kəsildikdə,  əl-
ayaq dırnaqları  kəsildikdə (qısaldıqda), ağrı vermir. Quşlarda dimdik
buynuzlu heyvanlarda buynuz, kenquruda qarın, it-pişiklərdə pəncə və.s 
ağrısızdırlar. 
· Əgər insan başı ilə yox, dili ilə düşünürsə (məntiqsiz danışır), 
xəstəliyin  əvvəlindədir.  Əgər insan düşünə bilmirsə (istəmirsə), 
vücudun yarısı yoxdur. Əgər insan ancaq iftira və yalan danışırsa, 
demək, o daha “ölmüş” bir canlıdır. 
·  Dörd məfhum ardıcıllığına sığan insan: gəlişi, yaşadığı (illər) 
müddət, məzarı və bir də “daşa” – yazıya sığan adı! 
·  Yerdən qopa bilməyən insan! Üfüqi baxışla ümid gözlədi, 
şaquli baxışla kainatdan kömək dilədi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə