Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   8   9   10   11   12   13   14   15   ...   57

36 
 
bəşər iki aləm arasında mənasız  bir varlığa dönərdi.  İnsanda, canlıda 
bütün varlığının müddətləri hücrələşir, yaddaşlaşır. 
Bədəndə olan hallar, baş hücrələrində yaddaşlaşır. Yəni ki, 
yaralanır, kəsilir, tikan batır, arı sancır, it qapır və s. onların hamısı 
yaddaş hücrələrində yaddaşlaşır.  Bir insan ömrü ərzində bütün hallar
yaddaş hücrələrində yaddaşlaşır və  nə  qədər də ehtiyatda boş hücrələr 
saxlanılır. 
İnsan, canlı yaddaşsız  bir varlıq olmuş olsa idi, yəni ki, nə 
özünü nə  ətrafı  və.s tanımazsa, bilməzsə o varlığın yaranmasının nə 
mənası olmuş olardı? 
İnsan böyük varlıqdır yaddaşı ilə, insanlığı ilə!
 
                             
Bilirik, amma yadımızdan çıxmasın 
Azərbaycan xalqı  və  ərazisi elmi ilə, tarixləri ilə yanaşı olaraq 
süfrə mədəniyyəti qida çeşidləri də çox zəngin olmaqla yanaşı mə`na və 
məntiq daşıyıcısı olub. 
İlkdən çox-çox qədim dövrlərdən bütün ailə üzvləri süfrə 
ətrafında yığışmaqla, hər bir qida çeşidinə  təşəkkürlə, nəvazişlə 
yanaşmaqla yanaşı, süfrə  ətrafından başlayan ilkin davranış o, 
davranışla düşüncə və mə`na aşılanıb. Süfrəyə gətirilən qida ilkdən ailə 
böyüklərinə bir nəvazişlə yanaşılması kiçik ailə üzvlərinə  də özündən 
yaşca böyüklərə qayğı ilə yanaşma, davranışı aşılanıb. 
İlk olaraq süfrəyə su, çörək, duz gətirilərək yaddaş  rəmzi ilə 
yanaşı onların insan varlığından ayrılmaz olduğunu həmişə yaddaşlara 
süfrə ətrafından başlayıb. 
Bizim Azərbaycan mətbəxində qida çeşidləri mə`na çeşidləri 
olub. Hər bir qida növü (yemək) qida xatirinə hazırlanmayıb. 
Hər bir qida növü mə`na kəsb edib. Biz qida ilə yanaşı o, 
qidanın mə`nası ilə qidalanmışıq. Hər  bir  çeşid  qidanın bizi əhatə 
edən aləmə bir  bağlılıqda olduğumuz mə`na məntiqi ilə qidalanmışıq. 


37 
 
Hər bir qidayla qidalanarkən, ilkdən təşəkkürlə başlayıb, 
təşəkkürlə, nəvazişlə tamamlamışıq. 
Xəzər sahilinin Abşeron yarımadasında olan əhalisi 
un mə`mulatlarından hazırlanan qida ilə qidalanıb. Süfrədə  xəngəl, 
düşbərə,  əriştə  və s. İnsanı  əhatə edən rütubət və soyuq küləklərin 
vücud hərarətini bərabər bölüşməsi və vücuda temperatur sabitliyini 
saxlamaq üçün əsas bilinirdi. Bununla yanaşı əncir, tut, ağ şanı (üzüm 
növü), zəfəran vücudu gümrah, sağlam olmasına xidmət edirdi. Maraqlı 
hallardan biri də o idi ki, günün hansı vaxtında və  nə  qədər o 
meyvələrlə qidalanmaq lazım olduğu da mə`lum idi. 
Azərbaycanda olan hamamlar da mə`na kəsb edirdi. Hamamlar 
inşası memarlıq üslubu ilə yanaşı, kümbəz elementindən istifadə 
etməklə hamam daxili buxarın bərabər bölünüb, bərabər hərəkətini də 
nəzərə alırdılar. 
Hamamlarımızda mütləq qaydada fitədən (qırmızı rəngli parça) 
istifadə olunurdu. Fitə insan vücudunu çimərkən bel, kürək 
nahiyələrində  ağrıları götürməklə yanaşı insan sağlamlığını da 
qoruyurdu. Bir maraqlı hal da var ki, uşaq “qızılca” xəstəliyinə 
tutularkən o, uşağın yorğan-döşəyini, pəncərələri qırmızı  pərdələrlə 
örtərdilər ki, qızılcadan bədəndə fəsadlar qalmasın, qızılca sakit sönsün. 
Gündəlik həyatda kişilər bel nahiyyəsini qırmızı qurşaq 
bağlamaqla qamətini düz, bel nahiyyəsinin sağlamlığını 
qorusun.Qadınlar al qotazlı ensiz parçadan bellərinə  kəmər 
bağlamaqla qamətlərinin düz olmasını  və sağlamlığını qorumuş olsun. 
Düzdür ki, sonrakı  mərhələlərdə qadınlar gümüşdən də istifadə 
edirdilər. Gümüşdən olan kəmər bir gözəlliklə yanaşı sağlamlıq mə`nası 
idi. (metallar arasında gümüş ziyanlı mikroorqanizmlərdən ətraf mühitlə 
vücud arası qoruyur.) 
Azərbaycanda ipəkçilik də çox inkişaf etdirilmişdi. Ərazimizdə 
hazırlanan ipək kələflər  şəffaf, elastikliyinə görə çox keyfiyyətli 
sayılırdı. Düzdür ki, başqa ölkələrdə ipək kələflər hazırlanırdı, amma 
onlar şəffaflığı və elastikliyinə görə geri qalırdılar. 


38 
 
Çox qədim dövrlərdən Azərbaycan  ərazisində ev, bina inşa 
edirdilər. Ev, bina inşa edəndə mütləq qaydada “buğ axarı” yolu, kanalı 
divar daxilində  nəzərə alınırdı. (sonrakı  mərhələlərdə buxarı kimi 
tələffüz edilib.) Mütləq qaydada yaşayış sahəsində  yığışan buxar 
kondensatını o sahədən kənar etməklə yaşayış sahəsində təmiz hava ilə 
sağlamlıq sahəsi yaradırdılar. Ev, bina inşaatı da nəzərə almaqla 
otaqların en və hündürlükləri 5,5 metr həddi nəzərə alınmaqla yay 
aylarında otaqların sərinliyini qış aylarında istini sabit saxlamaqla 
imkan verirdi. 
Nənələrimiz, babalarımız biz azərbaycanlıları  mətbəxdən 
başlayan mə`na və məzmun qidaları ilə qidalandırıblar. Yemək xatirinə 
yemədik, qida xatirinə qidalanmadıq. Mətbəximiz də mə`na və məzmun 
birliyindən başladı. 
Qidalarımızda istifadə olunan ədviyyatların orqanizimdə 
mübadilə   ilə yanaşı müəyyən miqdar nəzərə alınmaqla daxili üzvlərə 
köməyi də nəzərə alınırdı. 
Dağlıq  ərazilərimizdə  qış mövsümü soyuq və uzun müddətli 
olduğundan kürsülərdə istifadə olunurdu. Əhali arasında “ ayaqlarını 
isti saxla, başını  sərin” – deyimi kürsü halına görə yaddaşlarda 
qalmaqdadır.   Məsələ bundadır ki, ailə üzvlərinin ayaqları kürsüdə 
olarkən heç vaxt başlarını örtmürdülər ki, baş vücud tərləməsin,  əlavə 
olaraq soyuqlamasın, xəstələnməsin. 
Kürsü üzərinə quru meyvə  ərik qurusu (oynaqlar arası  və 
ürək  fəaliyyətinin rahatlığını), alma qurusu (sümük və sümük daxili 
iliyin ağrılarını azaltsın) armud qurusu ( vücud daxili vəzlərin 
funksiyasını  əzələ  ağrılarını azaltsın), tut qurusu (qanın rahat dövr 
etməsini, qan yorulmasın) az miqdarda innab vücud daxili bərabərliyi 
saxlasın deyə istifadə edilirdi. 
Ayaqlar kürsüdə olarkən çay içmirdilər ki, bədən tərləməsin: 
Kürsüdən çıxdıqdan sonra mütləq çay içməklə  bədən daxili 
temperaturun tənzim olmasını saxlaya bilsinlər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə