Microsoft Word taxil zerervericileri sooon docx



Yüklə 228,89 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix04.02.2018
ölçüsü228,89 Kb.
#23739
1   2   3   4   5   6   7   8   9   10

34

 

keçir. 



Kimyəvi mübarizə. Santer OD 300 (Beta-cyflutyna) insekti-

sidinin 0,4 l/ha məsarif normasında 500 litr işçi məhlulu sərf 

etməklə çiləmə aparılmalıdır. Arriban 55 EC (Chlorpyrifos-ethyl), 

2 litr/ha məsarif normasında tətbiqi də  mənənələrə qarşı yüksək 

səmərə verib onların 95-100%-ni məhv edir. 

Kimyəvi mübarizə yalnız zərərvericinin kütləvi yayıldığı 

illərdə və məhsul yığımına 20-25 gün qalana qədər aparıla bilər. 

Siçanabənzər gəmiricilər. Azərbaycanda dənli taxıl bitki-

lərinə  zərər vuran başlıca siçanabənzər gəmiricilər haqda əvvəlki 

fəsildə  ətraflı  məlumat verilmişdir.  Əgər fermer təsərrüfatlarında 

və ya digər qarğıdalı  əkini ilə  məşğul olan əkinçilərin sahəsində 

gəmiricilərin qarğıdalı əkinlərinə zərər vurması müşahidə edilərsə, 

onlarla mübarizəni əvvəlki fəsildə göstərildiyi kimi aparıla bilərlər. 



Anbar zərərvericiləri 

Buğda arpa və qarğıdalı  məhsulları saxlanıldığı yerlərdə, 

istehsal və emal müəssisələrində, anbarlarda bir sıra həşəratlar və 

gəmiricilər tərəfindən zədələnir və keyfiyyətini itirir. Həşərat-

lardan daha geniş yayılanları anbar uzunburunu, düyü uzunburunu

taxıl güvəsi, və anbar güvəsidir. 



Anbar uzunburunu (Calandra qranaria L). Azərbaycan 

ərazisindəki bütün taxıl anbarlarında rast gəlinir. Buğda arpa və 

qarğıdalı toxumlarının  ən qorxulu zərərvericisidir. 1,5-2,5 mm 

ölçüdə, qara-qonur rəngli böcəkdir. Qışı arpa, buğda və ya qarğı-

dalı  dənlərinin arasında yetkin böcək, sürfə  və ya pup mərhə-

ləsində keçirir, havanın temperaturu 10°C olduqda zərər vurmağa 

başlayır. Dişi fərdlər havanın temperaturu 17-20°C olduqda dənin 

içərisini oyaraq hər dənə bir ədəd olmaqla 300-ə  qədər yumurta 

qoyurlar. 9-12 gündən sonra yumurtadan çıxan sürfələr həmin 

dənin içərisində 3-5 həftə qidalanır. Anbar uzunburununun inkişafı 

üçün optimal temperatur 26-28°C-dir. Bu istilikdə  zərərvericinin 

bir nəslinin bütün inkişaf dövrü (yumurta fazasından yetkin hala 

qədər) 35 günə başa çatır. Zərərverici 21°C temperaturda 41 günə, 



35

 

14,5°C-də isə 104 günə inkişafını başa çatdırır. Anbar uzunburunu 



isti yerdə ildə 5, soyuq və sərin anbarlarda isə 1-3 nəsil verir (Şəkil 

28). 


Anbar uzunburununun sürfələri yalnız dənlərlə qidalanır. 

Zədələnmiş dənlər öz keyfiyyətini itirir. Belə dənlər zərərvericinin 

ifrazatı, tələf olmuş böcək və sürfə qalıqları ilə zibillənir və yeyinti 

üçün yararlılığını itirir. 

Anbar uzunburunu dənlərdə  nəmlik 17-18% olduğu hallarda 

fəallaşıb daha çox dənə zərər vururlar. 



Düyü uzunburunu (Calandra oryzae L.) Zərər vurma 

xüsusiyyətinə görə anbar uzunburunundan üstündür. Düyü 

uzunburunu anbarlarda düyü, buğda, arpa, qarğıdalı  və onlardan 

hazırlanan məhsullara zərər vurur (Şəkil 29). 

Azərbaycandakı əksər taxıl anbarlarında yayılıb. Yetkin böcək 

1,5-2,0 mm ölçüdə, qonur və ya qonurumtul-şabalıdı  rəngdədir. 

Qışı  dənin daxilində yetkin halda, sürfə  və yaxud pup şəklində 

keçirir. Zərərverici havanın temperaturu 15°C-yə çatdıqda dəni 

xortumu ilə  eşərək yuva düzəldir və yumurtasını ora qoyur. 

Yuvanın ağzını öz ifrazatı ilə örtür. Dənin içərisində qidalanan 

sürfələr öz inkişafını temperatur həddindən asılı olaraq 25-35 günə 

başa çatdırırlar. 

Düyü uzunburunu yetkin halda 6-8 ay yaşayır. Cücülər müsbət 

7°C temperaturda hərəkətsiz qalır. 0°C-də 3 gündən, mənfi 8-

12°C-də isə 24 saatdan sonra tam məhv olur. 

Düyü uzunburunu nəmsizliyə davamlıdır, hətta rütubətliliyi 

7%-dən az olan dənin içərisində qidalanaraq yaşayır.  Əlverşli 

şərait olduqda düyü uzunburunun 1 nəsli 38-45 gün müddətinə 

inkişaf dövrünü başa çatdırır. Zərərverici il ərzində  şəraitdən aslı 

olaraq 4-5 nəsil verir. 



Taxıl güvəsi  (Sitotroqa cereolella Oliv.). Azərbaycanın aran 

və dağətəyi bölgələrində yayılıb. Başlıca olaraq buğda, arpa, 

qarğıdalı bitkilərinin dənləri ilə qidalanır. 

Taxıl güvəsi il ərzində isti anbarlarda 6-8 nəsil verir. Apreldən 

başlayaraq, bütün  mövsüm ərzində qidalanır və dekabr ayının 

əvvəllərində pup halında qışlayır.  İsti anbarlarda güvələr bütün il 

boyu zərər vurur. Dişi kəpənəklər öz yumurtalarını tək-tək, yaxud 



36

 

topa  şəklində  dənlərin üzərinə qoyur. Bir həftəyə yumurtalardan 



qurdlar (tırtıllar) çıxır və dəni deşərək içərisinə daxil olur. Tırtıllar 

temperatur şəraitindən asılı olaraq 15-20 gün qidalanır. Bir buğda 

və  ya  arpa  dəninin içində bir tırtıl olur. Bir kəpənək 150-180 

yumurta qoyur. Mövsüm ərzində  əlverişli  şərait olarsa 8 nəsil 

verən güvələrin ziyanvurma həddi 150x8=1250 ədəddir, yəni uçan 

bir güvə  kəpənəyi mövsüm ərzində 1250 ədəd dən korlaya bilər 

(Şəkil 30). 

Taxıl güvəsi həmçinin  əkin sahələri, xırmanlar və sahələrdə 

döyülməmiş taxıllara da ziyan vurur. 

Taxıl güvəsinin tırtılları ilə sirayətlənmiş  dənlər mexaniki 

təsirdən ovxalanır və quru qabığı qalır. Nəticədə  məhsuldarlıq 

kəskin azalır, dənin zibilliliyi artır və unun keyfiyyəti pisləşir. 



Anbar güvəsi  (Tinea qranella L.) Azərbaycandakı taxıl 

saxlanan  əksər anbarlarda yayılıb. Buğda, arpa, qarğıdalı, yulaf, 

bostan və  tərəvəz bitkilərinin dən və toxumlarını anbarlarda 

zədələyir. Anbar güvəsi taxıl güvəsinə oxşar həyat tərzi keçirir. 

Onun zədəsinin özünəməxsusluğu ondadır ki, tırtıllar bir dəndən 

digərinə keçən zaman buraxdıqları ipək sap vasitəsilə toxumları 

yumaq kimi bir yerə toplayır. Zərərverici bütün mövsüm qıdalanır, 

axırıncı  nəslin yetkin tırtılları payızın axırı, soyuqlar düşəndə 

barama hörür və onun içində qışlayır (Şəkil 31.). 

Mübarizə tədbirləri -  iki istiqamətdə aparılır: 

1. Anbarlarda zərərvericilərlə yoluxmanın qarşılayıcı  təd-

birləri; 

2. Zərərvericilərlə bilavasitə mübarizə tədbirləri. 

Əvvəl taxıl məhsulları saxlanılmış anbarların  ətrafı 3 m 

məsafədə zibillərdən təmizlənməli və  əhəng məhlulu ilə çilən-

məlidir. Anbarın içərisi təmizlənməli,  əhəng məhlulu ilə ikiqat 

çilənməli, bütün çatlar, yarıqlar tutulmalıdır. Döşəmə altında 1-2 

sm qalınlığında bişmiş  əhəng tökülməlidir. Pəncərələr, qapılar və 

döşəmə  qaynar  su  ilə yuyulmalıdır. Sonra qapılar və  pəncərələr 

açılaraq anbar tamamilə qurudulmalıdır. Xırman yerləri asfalt və 

ya beton olmalıdır. Taxıl tökülməzdən qabaq dən altına sərilən 

brezent sterilləşdirilməlidir. Toxumluq dən yığılan kisələr təmiz və 

steril olmalıdır. 




Yüklə 228,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə