Microsoft Word taxil zerervericileri sooon docx



Yüklə 228,89 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix04.02.2018
ölçüsü228,89 Kb.
#23739
1   2   3   4   5   6   7   8   9   10

14

 

olub, 8-9 mm ölçülərində olan həşəratdır. Sürfələrinin rəngi 



ağımtıl-sarı rəngdədir. Başlıca zərəri sürfələr vurur (Şəkil 13). 

Yetkin taxıl mişarçısı  dənli taxıl bitkilərinin dən yetişkənliyi 

dövründə öz yumurtaqoyanı vasitəsi ilə boruda olan buğumun 

yuxarı hissəsini mişarlayaraq deşir və bir-bir olmaqla 35-50-yə 

qədər yumurta qoyur. Yumurtadan çıxmış sürfələr taxılın gövdə-

sində qidalanaraq buğumları deşə-deşə aşağıya doğru irəliləyirlər. 

Qidalanma zamanı sürfələr buğda, arpa və b. taxıl bitkilərinin 

gövdəsinin içərisini tamamilə yeyərək borulaşdırır, buğumları 

deşir və  nəticədə gövdənin müqaviməti minimuma enir. Küləkli 

havada zədələnmiş bitkilər yatır və məhsul məhv olur. 



Mübarizə  tədbirləri. Taxıl mişarçısı gövdədaxili həyat tərzi 

keçirdiyi üçün ona qarşı aqrotexniki və qarşılayıcı mübarizə 

tədbirləri aparılmalıdır. Bu məqsədlə taxıl yığımından sonra 

sahələrin ön kotancıqlı kotanla dərin  şumlanmasının böyük 

əhəmiyyəti vardır. Qışlamağa hazırlaşan yetkin sürfələr torpağın 

dərinliyinə düşərək orada məhv olurlar.  

Məhsul yığımı vaxtında və qısa müddətdə aparılmalıdır.  

Növbəli  əkin sisteminin tətbiqinin zərərvericinin qarşısının 

alınmasında böyük əhəmiyyəti vardır. Mişarlayıcının yalnız taxıl 

bitkiləri ilə qidalanması onların növbəli  əkində populyasiyasının 

azalmasına və tamamilə sıradan çıxmasına səbəb olur. 

 

Taxıl milçəkləri 



 

Bu fəsiləyə mənsub olan bir neçə növ zərərverici buğda, arpa 

və b. taxıl bitkiləri  əkinlərində yayılaraq ziyan vurur. Bunlar 

aşağıdakılardır: 

1.

 İsveç milçəyi (Oscinosoma frit L) (Şəkil 14) 

2.

 Hessen milçəyi (Mayetiola destrictor Say.) (Şəkil 15) 

3.

 Yaşılgöz milçək (Chlorops pumilionis Breyk) (Şəkil 16) 

4.

 Opomiza (Opomyza fotum Flln) (Şəkil 17) 

5.

 Meromiza (Meromyza Saltatrix L.) (Şəkil 18) 

Taxıl milçəklərinin yetkin fərdləri yazda, aprel-mart aylarında 

taxılın yarpaq qoltuğuna, gövdəsinə  və  bəzən torpağa yumurta 



15

 

qoyurlar. Yumurtadan çıxmış sürfələr taxılın gövdəsini yarpaq 



qoltuğundan deşərək ora daxil olur. Gövdə daxilində qidalanarkən 

sürfələr sünbül başlığını  gəmirirlər və bunun nəticəsində 

zədələnmiş taxılllar sünbüllənmir. Milçəklərin payız nəsilləri taxıl 

əkinlərində cücərtilərə, rüşeym yarpağı vaxtı isə gövdəciyə  zərər 

verdikdə ziyanın səviyyəsi daha yüksək olur. 

Mübarizə tədbirləri. Aqrotexniki mübarizə məqsədi ilə taxıl 

məhsulu yığılandan sonra kövşənlik üzlənməli və  dərin  şum (20-

25 sm) aparılmalıdır. 

Səpin vaxtı düzgün seçilməlidir. Payızlıq  əkinlərdə  səpin 

milçəklərin uçuş dövrü ilə  əlaqədar elə vaxtda aparılmalıdır ki, 

cücərtilərin zədələməsinin qarşısı alınsın. 

Alaq otları, başlıca olaraq taxıl fəsiləsinə aid olan birillik və 

çoxillik alaqlar sahə kənarlarından təmizlənməlidir. 

Taxıl milçəklərinin kütləvi inkişaf dövrlərində kimyəvi 

mübarizə tədbirləri aparılmalıdır. Bu məqsədlə daxildən təsir edən 

insektisidlərdən Redsunny 250 (Lyamda-Cyhalothirin 50 qr/l) 0,4 

litr/ha, 10%-li Fostakin (Alfa-sipermethrin) 0,5 litr/ha, Arrivo 25 

EC (Sipermethrin 250 qr/l) 0,3 litr/ha məsarif normasında tətbiq 

edilməsi məqsədəuyğundur. 

Mübarizə bitkilərin kollanmağa başlanması dövründə aparıl-

malıdır. 1 hektara 300 litr işçi məhlulu sərf etməklə qeyd olunan 

preparatların hər hansı biri ilə mübarizə aparıla bilər.  

Zəhərli kimyəvi maddələrlə  işləyərkən onların etiketləri 

üzərində yazılmış təhlükəsizlik tədbirlərinə əməl olunmalı və fərdi 

mühafizə vasitələrindən istifadə edilməlidir. 

 

Zərərli siçanabənzər gəmiricilər 

 

Azərbaycanda arpa, buğda və qarğıdalı  əkinlərində 16-ya 

yaxın zərərli gəmiricilər qeydə alınmışdır. Onlardan çölsiçanı, 

qırmızıquyruq qumsiçanı, Kiçik Asiya qumsiçanı,  İran qumsiçanı 

daha geniş yayılmışdır. Zərərli gəmiricilər Azərbaycanın taxıl əkin 

sahələrində güclü yayıldığı illərdə  məhsulun 50-75% məhv 

olmasına səbəb olur. 



16

 

Çölsiçanı  (Mikrotus arvalis Pall) Azərbaycanın Kür-Araz 

ovalığında, Mil-Qarabağ bölgəsində, Muğanda,  Şirvanda, Alazan 

çayı vadisində, Kiçik və Böyük Qafqazın dağətəyi sahələrində

Lənkəran zonasının dağ düzənliklərində geniş yayılmışdır. 

Çölsiçanı yeraltı yuvalar qazaraq orada məskən salır. Hər yuva 

sistemi 1-3 m

2

, hətta 5 m



2

 sahəni əhatə edir. Yuvanın dərinliyi 10-

85 sm arasında dəyişir. Yuvanın yerüstü çıxacaqları 2-20, çox 

hallarda 4-12 arasında dəyişir (Şəkil 19). 

Çölsiçanı  fəsillərdən asılı olaraq qidasını  dəyişir. Qışda, 

əsasən, yaşıl bitkilərlə, yayda isə arpa, buğda və başqa bitkilərin 

dənləri ilə qidalanır. Taxıl  əkinlərində geniş yayıldığı illərdə 

məhsuldarlığın 45-50% azalmasına səbəb olur. Zərərverici bütün il 

boyu çoxalır. İl ərzində 6 nəsil, hər nəsildə 2-13 bala verir. 

Qırmızıquyruq qumsiçanı  (Meriones erythrourus Gray) 

Azərbaycanın Kür çayı boyu Muğandan Horadizə  qədər, Böyük 

Qafqazın cənub hissəsindən və Abşeronun qərbindən başlayaraq 

Eldar düzünə qədər yayılmışdır. Əsasən, buğda və arpa əkinlərinə 

zərər vurur. Azərbaycan  şəraitində  qışda gündüz, yayda isə gecə 

həyat tərzi keçirir. Yeraltı yuvalarının dərinliyi 20-50 sm, bəzən 70 

sm-ə  qədər olur. Yuvaların ağzının diametri 5-9 sm, yeraltı 

yuvaların tutduğu sahə 1,5-3,5 m

2

-ə qədər, xarici yuva yolları 2-10 



ədəd olur (Şəkil 20). 

Qırmızıquyruq qumsiçanı arpa və buğda dəni ilə qidalanır. 

Onlar mövsüm ərzində, taxılın yetişən vaxtlarında qışa böyük 

ehtiyyat da yığır. Onların vurduğu ziyan bəzi illərdə bütün taxıl 

sahəsinin məhvinə və məhsulun itirilməsinə səbəb olur. 

Kiçik Asiya qumsiçanı  (Meriones tristran Thomas). Naxçı-

vanda, Mil-Qarabağda, Kür çayının sağ sahilində, Qarabağın 

dağətəyi rayonlarında, Muğanda və  Lənkəran zonasının taxıl 

becərilən dağ düzənliklərində, Cəlilabadda yayılmışdır. Bu növ, 

əsasən, dəmyə şəraitində becərilən buğda və arpa zəmilərinə güclü 

ziyan vurur. Qarabağın dağətəyi rayonlarında daha çox yayıl-

mışdır. Onlar qidalanmaqla bərabər, böyük qış ehtiyyatı da top-

layır. Buna görə mədəni arpa və buğda əkinlərində zərərvericilərin 

kütləvi yayılmasına yol verilməməlidir. Ayrı-ayrı illərdə məhsulun 

45-60% məhv olmasına səbəb olur. Bir ildə 4-5 nəsil, hər nəsildə 




Yüklə 228,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə