Microsoft Word taxil zerervericileri sooon docx



Yüklə 228,89 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix04.02.2018
ölçüsü228,89 Kb.
#23739
1   2   3   4   5   6   7   8   9   10

11

 

Mənənələr köçəri və oturaq həyat tərzi keçirməklə 2 qrupa 



bölünürlər. Taxıl sahəsinə zərər vuran mənənələrin əksəriyyətinin 

oturaq həyat tərzi sürməsi onların taxıl bitkiləri üzərində kütləvi 

sürətdə artıb, çoxalmasına  şərait yaradır. Mənənələrin qanadsız 

fərdləri partogenetik yolla, diri bala doğmaqla çoxalırlar. Bir ildə 

14-18 nəsil verə bilirlər. Payızda taxıl bitkiləri üzərində öz yumur-

talarını qoyur və yumurtalar orada qışlayır. Erkən yazda yumurta-

lardan çıxmış sürfələr taxıl bitkilərinin sünbüllərinin, gövdəsinin 

və yarpaqlarının  şirəsini sormaqla böyük zərər vururlar. Kütləvi 

inkişaf etdiyi illərdə 10-15% məhsul itkisinə səbəb olur. 

Mübarizə tədbirləri.  Aqrotexniki mübarizə məqsədi ilə taxıl 

sahələrində  məhsul yığılan kimi sahələrdə 20-25 sm dərinlikdə 

şum aparılmalıdır. Sahənin  ətrafında olan kövşənliklər də 

şumlanmalı və alaq otlarından təmizlənməlidir. 

Torpaq altına fosfor və kalium gübrələri bölgə üçün nəzərdə 

tutulmuş normada verilməlidir. 

Növbəli  əkin sisteminin tətbiq edilməsi mənənlərin yayıl-

masının qarşısını 70-80% alır. 

Təbiətdə mənənlərin təbii düşmənləri çoxdur. Onlardan Para-

bizən böcəyi və onun sürfələri (Coccinella septempunctata L), 

Qızılgözün müxtəlif növləri (Chrisopa vulqaris), bərabərqanad-

lıların  Sirphus cinsinə aid olan bəzi nümayəndələrini misal 

göstərmək olar. Bu tüfeyli həşəratlar mənənələrin təbiətdə po-

pulyasiya sıxlığını minimuma endirir və onların inkişafının 

qarşısını alırlar. Aparılan kimyəvi mübarizə  işlərində  təbii düş-

mənlərin qorunması nəzərə alınmalıdır. 



Kimyəvi mübarizə. Taxıl əkinlərində mənənələrin inkişafı və 

yayılması kütləvi hal aldıqda insektisidlərdən istifadə edilməlidir. 

Bu məqsədlə Ccomrasol Gil SC 708 (İmidakloprid) 0,25 litr/ha 

məsarif normasında 300 litr/ha işçi məhlulu sərf etməklə çiləmə 

aparılmalıdır. Azərbaycanda son illərdə sınaqdan keçirilmiş insek-

tisilərdən 2,5%-li Bulkodun 0,4 litr/ha, Dinqo (B58) (Dimethoate) 

2,5 litr/ha, Hekthionex 36 EC (Endosulfan) 1,5-2,5 litr/ha, 20%-li 

Totem (Fenozaxirı 20%) 1,5 litr/ha məsarif normalarında tətbiq 

etməklə, onların hər hansı biri ilə səmərəli mübarizə aparmaq olar. 

 



12

 

Buğda Tripsi 



 

Buğda tripsi (Haplothrips tritici Kurd) Azərbaycanın dəmyə 

əkin zonalarında yayılmışdır. 

1,5-2 mm ölçülərində qaramtıl rəngdə olub, qarıncığın axırıncı 

buğumu borulaşaraq konusvari şəkil almışdır. Sürfələri yetkin 

fərdə oxşayır, lakin rəngləri qırmızımtıldır (Şəkil 11). 

Deşib-soran ağız aparatı tripsə taxılın yarpaqları  və sünbül 

dənlərinin şirəsini sormaqla qidalanmağa imkan verir. 

Buğda tripsinin geniş yayıldığı illərdə  məhsuldarlıq 15%-ə 

qədər aşağı düşür, dənin keyfiyyəti pisləşir. Pulcuqlar rəngini 

dəyişir, bəzən boş  dənlik  əmələ  gəlir. Zədələnmiş iri yarpaqlar 

büzüşür, cavan yarpaqlar isə açıla bilmir. Buğda tripsinin sürfələri 

qidalandıqdan sonra torpağa düşür. Torpağın üst qatlarında və 

buğdanın torpağa yaxın budaqlarının altında qışlayır. 



Mübarizə tədbirləri. Torpaq məhsul yığımından sonra 20-25 

sm dərinlikdə  şumlanmalıdır. Məhsul yığımından sonra taxıl 

sahəsi və kövşənliklər üzlənməli və dərin dondurma şumu aparıl-

malıdır. 

Buğda tripsi gizli həyat tərzi keçirdiyinə  və  qış ehtiyatı 

torpağın üz qatında olduğuna görə aqrotexniki mübarizə  tədbir-

lərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi zərərvericilərin 

90%-ə qədər məhv olmasını təmin edir. 

 

Adi taxıl sovkası 

 

Adi taxıl sovkası (Hadena basilinea Schift) Azərbaycanda ən 

çox dəmyə şəraitində becərilən taxıl əkinlərində yayılmışdır. Taxıl 

bitkilərinin cücərtiləri, ləpə yarpaqları  və kök boğazlarını  gəmir-

məklə qidalanır və zərər vururlar (Şəkil 12). 

Taxıl sovkası  qış dövrünü tırtıl fazasında keçirir. Kütləvi ya-

yılma illərində payızlıq taxıl  əkinlərində seyrəklik çoxalır, bunun 

nəticəsində isə müxtəlif xəstəlik, zərərverici və alaq otlarının 

inkişafı sürətlənir. Nəticədə taxılın məhsuldarlığı  və keyfiyyəti 

pisləşir. 



13

 

Yetkin kəpənəklər payızlıq taxıl  əkinlərinin süd yetişmə 



mərhələsində uçurlar. Kəpənəklər yumurtalarını sünbül saçaq-

larına, üst yarpaqlara və gövdə üzərinə qoyur. Yumurtadan çıxan 

tırtıllar sünbül saçaqlarını, yetişməkdə olan dənləri yeyirlər. Taxıl 

sovkası gecələr qidalanır. Gündüz vaxtlarında sünbül saçaqları, 

yarpaq qoltuqlar və torpağın üst qatlarında gizlənirlər. 

Taxıl sovkası qidalanmasını  məhsul yığımına qədər davam 

etdirir. Kütləvi yayılma illərində buğda  əkinlərinə ciddi ziyan 

vurur və  məhsuldarlığın 20-25%-ə  qədər aşağı düşməsinə  səbəb 

olur. 

Mübarizə  tədbirləri:  Taxıl  əkini sahələrində boruyaçıxma 

fazasında müşahidələr gücləndirilməlidir.  Əgər zərərvericinin 

miqdarı iqtisadi ziyanlı  həddi aşırsa ona qarşı  aşağıda göstərilən 

insektisidlərin biri ilə mübarizə aparılmalıdır. Hər kvadrat metrdə 

5-7 ədəddən artıq sovka tırtılına rast gəlinərsə, bu zaman 

-  Bandero (Fenpropatrin) 1,5-2 litr/ha, 

-  Deltharin 2,5 EK (Deltamethrin), 0,5 litr/ha, 

-  Arrivo 25 EC (Sipermethrin 250 qr/l) 0,3 litr/ha, 

-  Santer OD 300 (Beta-cyflutyna) 0,4 litr/ha məsarif 

normasında 300 litr işçi məhlulu sərf etməklə mübarizə apar-

malıdır. 

Bölgədə  əvvəlki illərdə taxıl sovkası müşahidə edilmişdirsə 

taxıl səpinindən qabaq torpağın becərilməsi düzgün aparılmalı  və 

mineral gübrələr normada torpağa verilməlidir. Torpaq 20-25 sm 

dərinliyində şumlanmalı, dişli mala ilə malalanmalıdır. 

Səpin normasına  əməl olunmalı, toxumun tez cücərməsi və 

güclü olması üçün səpin dərinliyi nizamlanmalıdır. 

Yüksək aqrotexniki qaydalarla becərilən sahələrdə taxıl sovka-

sının inkişafı minimuma enir. Taxılın kombaynlarla yığılması taxıl 

sovkasının ehtiyyatını 75-80% azaldır. 

 

Adi taxıl mişarçısı 

 

Adi taxıl mişarçısı  (Cephus pygmaeus L) Azərbaycanın taxıl 

əkilən bölgələrində geniş yayılmışdır. Taxıl mişarçısı qara rəngli 



Yüklə 228,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə